ÈÐÑÈÌÈÇ
ÜZEYIR BƏY HACIBƏYOVUN IRSINDƏN YENI TAPINTILAR
Səadət QARABAĞLI
AZƏRBAYCAN MUSIQI ALƏTLƏRININ TƏSVIRI INCƏSƏNƏTDƏ TARIXI FAKTLARININ ŞƏRHINƏ DAIR
Alla BAYRAMOVA
AZƏRBAYCANDA XOR IFAÇILIĞININ FORMALAŞMASINDA ALEKSANDR YURLOVUN ROLU
Leyla MƏMMƏDOVA
|
|
Aydındır ki, bu bayramları Bakıda təşkil etmək A.Yurlov üçün çox çətin idi. 1955-ci il aprelin 14-də II Respublika «Mahnı bayramını» hazırlayan zaman A.Yurlov A.Sveşnikova yazırdı:
«…Oçenğ trudno zdesğ sovsem odnomu. Sicu v konservatorii s utra do veçera. Seyças ehe pribavilsə novıy prazdnik pesni, kotorıy dolcen budet sostoətğsə v mae mesəüe. V konservatorii uçebnıy qod idet k konüu. Qotovimsə k sessii. Zavtra budet konüert naşeqo studençeskoqo xora. Nesmotrə na eqo nesoverşenstvo i uboqostğ, ə vse ce reşilsə pokazatğ eqo. Poem azerbaydcanskie narodnıe pesni, pesni azerbaydcanskix kompozitorov, koe-çto iz klassiki.
Zdesğ estğ neskolğko interesnıx obrabotok azerbaydcanskix pesen dlə xora bez soprovocdeniə. Kak tolğko ko mne ix prinesut, ə nepremenno postaraösğ Vam ix poslatğ. Sam toce sdelal odnu obrabotku narodnoy pesni. Qovorət – niçeqo…»7
Gördüyümüz kimi, A.Yurlovu Azərbaycan xalq musiqisi daim maraqlandırır və o, xalq mahnılarını xor üçün həvəslə işləyir, hətta müəyyən uğurlara nail olur.
II «Mahnı bayramına» gəldikdə isə bütün problemlərə baxmayaraq 8, A.Yurlov maraqlı proqramı hazırlaya bilmişdi. Birləşmiş xorun tərkibinə Azərbaycan Dövlət Konservatoriyasının tələbələri, bir sıra özfəaliyyət xorları, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Bakı Zabitlər Evinin (BODO) xor ansamblı və s. daxil edilmişdi. Onların ifasında V.Muradelinin «Partiyamız», A.Novikovun «Demokratik gənclərin himni», Q.Qarayevin «Dəniz neftçilərinin mahnısı», Ü.Hacıbəyovun işləməsində «Ay, bəri bax» xalq mahnısı və s. əsərlər ifa olunmuşdu.
Bayramdan sonra A.Yurlov müəlliminə yazırdı:
«…8 maə proveli vtoroy v respublike prazdnik pesni. Sobrali xor v 17000 ((!) - müəllifin qeydi – L.M.) çelovek, i v üelom vışlo. Poslednie dve nedeli pered prazdnikom spal po neskolğku çasov – ezdil vsödu i repetiroval…
Seyças, koqda ə tak naqrucen, ə osobenno blaqodaren Vam za to, çto Vı vospitali vo mne kaçestvo mnoqo rabotatğ, ne ustavaə, i mne v gtom oçenğ xoçetsə bıtğ poxocim na Vas…»9
Bu sətirlər 50 il əvvəl yazılıb, lakin onları indi də oxuyarkən təəccüblənirsən ki, A.Yurlov necə də istedadlı və öz işinə sadiq insan idi. O, əsl musiqiçi idi. Bundan başqa o, zəngin mənəviyyata malik olan bir şəxsiyyət kimi seçilirdi və yaşının az olmasına baxmayaraq o, Bakıda olarkən həm tələbələr, həm də müəllimlər arasında böyük nüfuz və həmçinin böyük sevgi qazana bilmişdi. Bu keyfiyyətlər isə əsl dirijor və xormeyster üçün çox vacibdir.
A.Yurlova milli ayrı-seçkilik, ya da rusiyafobiyalıq hissləri yad idi. O, eyni həvəslə Azərbaycan və rus kollektivləri ilə çalışırdı və ona görə də Azərbaycanda xor ifaçılığı sənətinə böyük xeyir verə bilmişdi.
A.Yurlovun xormeysterlik bacarığından danışarkən, yaddan çıxartmamalıyıq ki, o, həmçinin paralel olaraq Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyəti aparırdı. 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının ilk 7 xormeyster – məzunlarından bir neçəsini qeyd etmək olar.
Nicat Məlikov – Azərbaycan Respublikasının əməkdar artisti, uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri kimi çalışıb, onunla yanaşı Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyəti aparıb, Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub.
Ləman Atakişiyeva – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. 0, 1969-cu ildə A.Yurlovun rəhbərliyi ilə Qnesinlər adına Musiqili-Pedaqoji Institutun aspiranturasını bitirib. L.Atakişiyeva 1977-ci ildə Respublikamızda Kamera xorunu yaratdı.10 Bu xor tez bir zamanda peşəkarlar arasında rəğbət qazandı, xor kollektivlərinin Imumittifaq müsabiqəsində laureat adını aldı, Krımda keçirilən «Pesnə nad zalivom» ənənəvi xor festivalında I mükafatı aldı. Bundan başqa, L.Atakişiyeva Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyəti aparmış və professor dərəcəsinə çatmışdır.
Həmin 7 nəfərdən R.Əfəndiyevi və K.Abbasovu da qeyd etmək olar ki, onların fəaliyyəti də gələcəkdə Azərbaycan xor musiqisinə müəyyən uğurlar qazandıra bildi.
7«Muzıkalğnaə Akademiə» jurnalı, M., 1997, ¹3, səh.115.
8 Nəzərdə tutaq ki, Niyazi öz məqaləsini II «Mahnı bayramı»ndan sonra yazmışdır.
9«Muzıkalğnaə Akademiə» jurnalı, M., 1997, ¹3, səh.115.
10 1966-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət xor kapellası bərpa olunmuşdu. Bədii rəhbər və baş dirijor E.Novruzov idi.
|