ÈÐÑÈÌÈÇ
AZƏRBAYCANDA XOR IFAÇILIĞININ FORMALAŞMASINDA ALEKSANDR YURLOVUN ROLU
Leyla MƏMMƏDOVA
Search

ÈÐÑÈÌÈÇ
ÜZEYIR BƏY HACIBƏYOVUN
IRSINDƏN YENI TAPINTILAR

Səadət QARABAĞLI
AZƏRBAYCAN MUSIQI ALƏTLƏRININ TƏSVIRI INCƏSƏNƏTDƏ TARIXI FAKTLARININ ŞƏRHINƏ DAIR
Alla BAYRAMOVA
AZƏRBAYCANDA XOR IFAÇILIĞININ FORMALAŞMASINDA ALEKSANDR YURLOVUN ROLU
Leyla MƏMMƏDOVA

 


Əlbəttə, A.Yurlovun Bakıda çox qısa müddətdə işləməsi, onun bilavasitə öz tələbələrinin 5 illik konservatoriya təhsilini sona çatdırmasına imkan vermədi. Lakin onun Azərbaycan xor ifaçılığı sənətinə gətirdiyi nailiyyətlərin gələcəkdə peşəkar xormeysterlər nəslinin yetişdirilməsi prosesinə böyük təsiri oldu. Haqlı olaraq, 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının 50 illiyi münasibəti ilə A.Yurlova Azərbaycan Respublikasının xalq artisti adı verildi. Bu da zənnimizcə, Azərbaycan xalqının istedadlı musiqiçiyə verdiyi yüksək qiymət idi.

       Bu məqalə A.Yurlovun gələcək fəaliyyətini araşdırmağı qarşısına məqsəd qoymur, lakin istedadlı xormeysterin yaradıcılıq fəaliyyətinin bəzi məqamlarını qeyd etmək məqsədəuyğun olardı.

       Dediyimiz kimi, A.Yurlov Bakıdan 1956-cı ildə gedir və 1957-ci ilə kimi Leninqrad Konservatoriyasında xor dirijorluğu fakultəsində dərs deyir. 1958-ci ildən o Respublika Rus Xor Kapellasının rəhbəri olub. Həmin kollektiv 1973-cü ildən etibarən A.Yurlovun vaxtsız vəfatından sonra onun adını daşıyır. Yurlovun 10 ildən çox rəhbərlik etdiyi bu Kapellanın repertuarında dövr, üslub, bəstəkar yaradıcılığı və ya dramaturji fikir birliyində təzahür edən müxtəlif musiqi təbəqələri dirçəldilmişdir.

       Demək lazımdır ki, A.Yurlovun bir dirijor və Respublika Rus Kapellasının rəhbəri kimi püxtələşməsində XX əsrin böyük bəstəkarı Q.Sviridovun əvəzsiz rolu oldu. Q.Sviridov hesab edirdi ki, xor sənəti hər bir xalqın mənəvi həyatının vacib hissəsidir. «Patetik oratoriya», «Sergey Yeseninin xatirəsinə poema», «Kursk nəğmələri», «Qar yağır», «Drevyannaya Rus», «Yaz kantatası» və s. – demək olar ki, bütün bu əsərləri birinci dəfə Yurlovun xoru ifa etdi. Belə bir yaradıcılıq əlaqələrinin nəticəsi kimi A.Yurlovun vəfatından sonra Q.Sviridovun maraqlı bir əsəri – acapella xoru üçün 3 hissəli «A.Yurlovun xatirəsinə Konsert»i yarandı.

       Ümumiyyətlə, A.Yurlov hesab edirdi ki, rus bəstəkarlarının əsərlərini yorulmadan təbliğ etmək lazımdır. Onun kapellasının repertuarında Voronejdən K.Massalitinov, Krasnodardan Q.Plotniçenko, Dağıstandan M.Kajlayev və Ş.Qalayev, Udmurtiyadan Q.Korepanov, Çuvaşiyadan F.Lukinin və b. bəstəkarların əsərləri mühüm yer tuturdu.

       Vacib bir faktı qeyd etmək lazımdır ki, A.Yurlov keçmiş Sovet dövrünün musiqisində kantata-oratorial janrın inkişafında fəal iştirak etmişdi. Məhz 50-ci illərin axırından etibarən bu janrda yazılmış əsərlərin sayı çoxaldı. Məsələn, D.Şostakoviç, D.Kabalevski, O.Taktakişvili, A.Şnitke, A.Flyarkovski, R.Boykonun və b. əsərlərini qeyd etmək olar. Həmin janrın inkişafı sözsüz ki, A.Yurlovun və onun rəhbərlik etdiyi kapellanın adı ilə bağlı idi. Kapellanın repertuarında adı çəkilmiş bəstəkarların əsərlərindən başqa, A.Davidenkonun xor əsərləri, V.Şebalinin «Lenin» simfoniyası, S.Prokofyevin «Oktyabrın 20 illiyi», «Aleksandr Nevski» kantataları və «Vokaliz»i, R.Şedrinin «Sizə, həlak olanlar» adında xor əsəri və s. var idi.

       Kapellada işləyərkən A.Yurlov eyni zamanda Qnesinlər adına Musiqili-Pedaqoji Institutunda xor dirijorluğu kafedrasına rəhbərlik edirdi.

       Müəllimi A.Sveşnikovdan yüksək səviyyəli peşəkarlıq və təşkilatçılıq qabiliyyətini əxz etmiş, A.Yurlov öz işinin fədaisi olmuşdur, həmişə çox tələbkar, dəqiq və heç bir güzəştə getməyən bir xormeyster idi.

       Maraqlıdır ki, çox vaxt A.Yurlov, yüksək intellektə malik bir şəxs kimi, imtahanlarda öz sualları ilə hətta həmkarlarını da təəccübləndirirdi. O, tələbələrdən öyrənilən əsərin partiturası ilə əlaqədar olan bütün sualları – bəstəkar yaradıcılığını, müəyyən dövrü, hətta rəssamlığı, siyasəti və s. araşdırmağı tələb edirdi. Lakin, imtahanlarda o, sərt olmaqla yanaşı, həmçinin çox xeyirxah idi.

       A.Yurlovun təşəbbüsü ilə Qnesinlər adına Musiqili-Pedaqoji Institutunda 1966-cı ildə «Xalq xorlarının rəhbəri» şöbəsi yarandı. Bu işə folkloru, xalq musiqisini dərindən bilən mütəxəssislər cəlb edilmişdi, o cümlədən A.Rudneva, N.Kaluqina, V.Xorkov, V.Şürov, N.Meşko (Şimali rus xalq xorunun rəhbəri), L.Xristiansen, K.Massalitinov və b.

       1970-ci ildən başlayaraq, A.Yurlov həmin ali məktəbin professoru vəzifəsində çalışır, 1971-ci ildən isə o, Ümumrusiya Xor Cəmiyyətinin rəhbəri kimi də çalışır və həmin cəmiyyətin fəaliyyətinin ilk günündən başlayaraq məsul katib və sədr müavini kimi çalışıb. Bu işdə cəmisi 2 il fəaliyyət göstərdiyinə baxmayaraq, A.Yurlov öz hərtərəfli istedadını göstərə bilmişdi. Mübaliğəsiz demək olar ki, bu illər adı çəkilən cəmiyyətin çox məhsuldar və intensiv yüksəliş illəri idi.

       A.Yurlov 1967-ci ildən Dövlət mükafatı laureatı, 1970-ci ildən RFSRI-nin (RSFSR) xalq artisti, 1972-ci ildən Azərbaycan SSR-nın xalq artisti olmuşdur. Demək olar ki, A.Yurlov keçmiş SSRI məkanında xor ifaçılığı mədəniyyətini dünya miqyasına çıxarmış, onu ümumdünya səviyyəsində yeni bir zirvəyə qaldırmışdır.

       Xülasə, Q.Sviridovun sözlərindən yaxşı etiraf olmaz:

        «…Petğ seyças tak, kak peli do Örlova, nevozmocno».11

       Zənnimcə, bu sözləri, bilavasitə Azərbaycan xor ifaçılığı sənətinə də şamil etmək olar.


       11«Sovetskaə muzıka» jurnalı, M., 1974, ¹3, səh.77.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page