ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AUDIOVIZUAL ETNOMUSIQIŞÜNASLIQ – MUSIQI ELMININ AKTUAL ISTIQAMƏTŞ KIMI (PROBLEMIN QOYULUŞU)
Tariyel MƏMMƏDOV
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AUDIOVIZUAL ETNOMUSIQIŞÜNASLIQ – MUSIQI ELMININ AKTUAL ISTIQAMƏTŞ KIMI (PROBLEMIN QOYULUŞU)
Tariyel MƏMMƏDOV
LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ
Fəttah XALIQZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI
Həsən ADIGÖZƏLZADƏ

 


Burada nəyi nəzərdə tutduğumu izah edim. Məsələn, vizual və «narrativ» antropologiyanın əsas fərqi tədqiqatın mövcud üsulları və nəticələrindən ibarətdir: birinci halda vizual material, ikinci halda isə yazılı mətn tədqiqatın əsası kimi qəbul olunur. «Narrativ» antropoloq ekspedisiyadan sonra səyyar şəraitdə qələmə alınmış yazılar – gündəliklər üzərində iş aparır. Onları montaj edir, mənalandırır, gördükləri və eşitdikləri əsasında kitab yazır. Vizual material isə özlüyündə daha çox işlənilməmiş informasiya daşıyır. Hər dəfə yenidən nəzərdən keçirəndə doğma divarlardan kənarda, el – oba arasında yaşanan anlar təzələnir. Laboratoriya işləri və müşahidələr göstərir ki, vizual antropologiya metodları ilə silahlanmış müasir etnomusiqişünaslar artıq səyyar metodların başqa növlərinə ehtiyac duyurlar: materialı necə işləməli, onu necə təqdim etməli, vizual materialı yazılı mətnə necə köçürməli, müasir kompüter proqralamrından və informasiya texnologiyalarından video və səs materialının işnənilməsi üçün necə istif adə etməli. Bu halda mütləq yazılı mətnin ekran mətnindən (kompüterin monitor ekranından) mühüm fərqlərini nəzərə almaq lazımdır. Artıq auditoriyanı dar çərçivəli mütəxəssislərlə məhdudlaşdırmaq mümkün deyil. Audiovideo musiqi materialı yazılı mətndən fərqli olaraq, müəllifdən daha çox uzaqlaşır: etnomusiqişünas – antropoloq mediatora – videorolikə və ya filmin ayrı-ayrı fraqmentlərinə malik olur. Buradan da audioqrafik ekran nitqi vizual antropologiya və etnomusiqişünaslıqda elmi fəaliyyət istiqamətlərinin sintezinin nəticəsi kimi özünü göstərərək, tamaşaçılara təsiri baxımdan nəzarət dairəsindən çıxır. Bu zaman ikiqat məsuliyyət yaranır: tamaşaçılar qarşısında və videorolikdə mədəniyyəti təqdim olunanlar qarşısında,o cümlədən, konkret adamlar – ənənəvi musiqi mədəniyyətinin daşıyıcıları qarşısında.

       Əlbəttə ki, yazılı mətn də təsir qüvvəsinə malikdir, lakin o, daha az inandırıcı olur. Əgər etnoqrafik mətn müəllifin orada olduğuna oxucunu inandırırsa, musiqili – antropoloji film isə tamaşaçıya sübut edir ki, «burada mədəniyyət məhz bu cürdür». Vizual cəhətlər sayəsində müəllifin fikirləri, verdiyi ardıcıllıq antologiya statusu kəsb edir.

       Azərbaycan etnomusiqişünaslığındakı yeni istiqamətdən və onun səyyar tədqiqat metodlarından danışarkən, vizual antropologiyada sənəd əhəmiyyətli komponent də diqqətdən kənarda qala bilməz. Adətən onun haqqında texniki keyfiyyəti ilə bağlı olaraq söz açılır. Söhbət səsdən gedir.

       Vizual antropologiyanın obyektini, terminin özündən irəli gələn geniş məna tutumunda, insan və onun mədəniyyəti təşkil edir. Bu obyekt təbii səslənmə xüsusiyyətinə malikdir. Insan səsləri həm eşidir, həm də onları yaradır, səsləndirir. Onun mövcud vəziyyətində və fəaliyyətinin bütün sahələrində səs ayrılmaz tərkib hissəsi kimi çıxış edir, çox zaman təbii səs mühiti əmələ gətirir. Buna görə də antropoloji filmdə səs komponenti lentə alınan obyektin səs mühitinə uyğun olmalıdır. Şübhəsiz, bu səbəbdən filmdə söz – məna, təsviri komponentlərlə yanaşı, onun səsləndirilməsi də mühüm yer tutur.

       Kinematoqrafda səsin rolu və funksiyaları barədə bir çox tədqiqatçılar öz əsərlərində yazmışlar. Musiqişünaslıq tədqiqatlarında da səsin xüsusi roluna, onun təcrübi parametrlrinə, artikulyasiya və dinamikasına böyük əhəmiyyət verilir. Filmin danışıqdan, musiqidən, səs – küydən, siqnallardan əmələ gələn akustik atmosferi ən müxtəlif aspektlərdə nəzərdən keçirilir. Tədqiqatlarda bu, birinci dərəcəli əhəmiyyət kəsb edir. Özü də buna texniki baxımdan daha artıq, dramaturji və kompozisiya baxımından əhəmiyyət verilir. Müasir mütərəqqi bədii kinematoqrafda akustik effektlər, sadəcə olaraq, səsin keyfiyyəti, onun məna tutumu, ümumiyyətlə səs - bədii üsullardan biri kimi getdikcə daha mühüm rol oynayır. Antropoloji filmdə səs , səs mühiti, səs məkanı fəal hərəkətverici faktor, mədəniyyətin əsas fiksatoru kimi çıxış edir.

       Beləliklə, mütəxəssis kinoantropoloqun (vizual antropoloq), bizim anlamımızda etnomusiqişünas antropoloqun üzərinə düşən əsas vəzifə seçilmiş masştabda mədəniyyətin fraqmentini (bütövlükdə musiqi ənənəsini, ayrıca bir janrı və ya obrazlı hərəkəti və s.)olduğu kimi dəqiqliklə lentə yazmaqdan ibarətdir. Belə fiksasiyanın xüsusiyyəti odur ki, bu fraqment təkcə müasir tamaşaçı tərəfindən deyil, həm də gələcək nəsillərin tamaşaçısı tərəfindən eyni dərəcədə qavranılmalıdır, yəni bu film tarixi – mədəni, musiqili – etnoqrafik sənəd olmalıdır. Burada bəzi məqamlara diqqət yetirmək istərdik.

       Hər bir mədəniyyət – xüsusilə də vizual antropologiyanın obyektinə çevrilən lokal mədəniyyət , mədəni landşafta malik olur. Mədəni landşaft – bu məkanda məskunlaşan cəmiyyət icması üçün səciyyəvi xüsusiyyətlərə malik bütün təbii və mədəni komponentlərin qovuşması, bir – birilə bağlılığı və qarşılıqlı təsirindən əmələ gəlir.

       Insanın həyat fəaliyyətində səsin rolunu nəzərə alaraq, mədəni landşaftın mühüm tərkib hissələrindən biri kimi səs landşaftını, yəni bu və yə digər mədəniyyət məkanına xas olan bütöv akustik mühiti qeyd edə bilərik.

       Başqa sözlə desək, hər bir mədəni landşaft özünün səs landşaftına malikdir. Bu vəziyyət antropoloji video yazıda mütləq öz əksini tapmalıdır. Etnomusiqişünaslara məlumdur ki, hər bir mədəni mühitin özünəməxsus səslənmə xüsusiyyətləri vardır. Biz bunu şəhərdən kəndə gedəndə, xüsusilə də yaşayış məskənlərindən uzaqlaşıb çobanların tək-tək alaçıqlarına doğru üz tutanda daha çox hiss edirik. Musiqiçi həssas eşitmə qabiliyyəti sayəsində Xəzər dənizinin dalğalarının və Azərbaycan düzənliklərinin pıçıltılı səsini bir-birindən ayırır. O cümlədən, respublikanın rayonlarındakı aşıq və muğam mədəniyyəti ilə bağlı səs mühiti barədə də təsəvvür yaratmaq olar.

       Eyni zamanda, qeyd etmək lazımdır ki, səs landşaftı bir dəfə verilmiş, donub qalmış cəhət deyil. O, dəyişkən, dinamik, hərəkətlidir, çünki inkişafda olan canlı hadisələri təcəssüm etdirir. Buna görə də etnomusiqişünaslıqda antropologiyanın öyrənilməsinə əsaslanan yeni elmi paradiqmanın metodoloji bazasını işləyib hazırlayarkən, «Atlasın» audiovideo sənədində səs landşaftına xüsusi diqqət yetirmək lazımdır. Çünki o, bir çox funksiyalara malik olub, aşağıdakı halda bir vasitəyə çevrilir:

       - əvvəllər məlum olmayan informasiyanın çatdırılmasında;
       - etnik materialın unikallığının və özünəməxsusluğunun qorunmasında;
       - videoqrafik materiala kompozisiya və üslub baxımından bütövlük aşılanmasında;
       - tədqiq olunan ənənəvi musiqi mədəniyyətinin atmosferinin yaradılmasında;
       - görüntüdən irəli gəlməsində.

       Funksiyaların, məna və simvolların, akustik vasitələrin rəngarəngliyi və müxtəlifliyi – bütün bunlar təsdiq edir ki, xalq mədəniyyətində insanın davranışı ilə bağlı səs mühiti, onun həyat və məişətinin səs mühiti semantik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu və ya digər halda səs ənənəvi cəmiyyətdə həyatın bütün sahələrini tənzimləyir. Mədəniyyətdə həmişə səs landşaftı özündə bir çox səs obrazlarını, lokal səs vasitələrini, təbiət səslərini, siqnalları, tipik və qeyri – tipik səs təzahürlərini həssaslıqla cəmləşdirir. Ənənəvi mədəniyyətin səs landşaftı etnomusiqişünaslıq tədqiqatlarında təbii dillə təsvir olunmamışdır. Lakin vizual antropologiyanın metodlarından səs landşaftının formalaşması sahəsində istifadə etmək olar. Bu zaman audiovideo fraqmentlərdə səs materialına münasibət mühüm şərt kimi irəli sürülür. Eyni zamanda, gələcək etnoqrafik filmdə, eləcə də rəqəmli multimediya məhsulunda ənənəvi mədəniyyətin yazıya alınan gercəkliyində səs landşaftının partiturası nəzərə alınmalıdır.

       Beləliklə, müasir video, kompüter informasiya vasitələrinin inkişaf səviyyəsi və təkmilləşdirmə perspektivləri imkan verir ki, prinsipial cəhətdən yeni elektron musiqi salnaməsinin formalaşdırılması ilə bağlı məsələ ön plana çəkilsin. Belə bir salnamənin məzmununu konkret ictimai – mədəni hadisələrin videosənədləşdirilməsi, Azərbaycan xalqı adlandırılan bu və ya digər regionun, birliyin və etnik qrupun ənənəvi musiqisinin obyektiv vəziyyətini əks etdirən video material təşkil edir.

       Müasir elektron texnikanın inkişafı respublikanın etnomusiqişünasları qarşısında duran bir sıra problemləri praktiki olaraq həll etdi. Bu problemlər, hər şeydən əvvəl, audiovizual informasiyaların qorunması və işlənilməsi ilə bağlıdır ki, hələ bir neçə onillik bundan qabaq həlledilməz sayılırdı. Xüsusilə «Azərbaycanın ənənəvi musiqi Atlası» layihəsinin işlənilməsi prosesində bu cəhət daha qabarıq dərk olundu. Belə ki, bu zaman operativ sənədli çəkilişlərin məqsədinə uyğun olaraq, sinxron olaraq səsyazma keyfiyyətlərinə malik yüngül, portativ «Sony» markalı videokameradan istifadə olunmuşdu. Onun rəqəmli sistemi təsvir və səs yazısının yüksək səviyyəsini, uzunmüddətli saxlanılmasını və keyfiyyətli surət-köçürməni təmin etdi. Bundan başqa, kompüter multimediya disk sistemləri böyük həcmdə audiovizual informasiyanın saxlanılması ilə yanaşı, iş zamanı onları ani olaraq tapıb istifadə etməyə, müxtəlif tədqiqat, təhsil, mədəniyyət, təbliğat məsələlərini əhatə edən məlumatların lazımi variantlarını operativ surətdə tərtib etməyə imkan verir.

       Zənnimcə, vizual antropologiyanın metodoloji bazasının mənimsənilməsi ilə musiqişünaslığımız öz tədqiqat potensialını genişləndirə və dərinləşdirə bilər. Etnomusiqişünaslıqda olduğu kimi, vizual antropologiyada da bilgilər əldə olunmasının əsas vasitəsi insanın həyat fəaliyyətindəki konkret təzahürləri (mənəvi, ictimai) bilavasitə müşahidə etməklə bağlıdır.

       Real aləmin təcəssümünün dolğunluğuna, dəqiqliyinə və obyektivliyinə görə audiovizual vasitələr hər cür rəqabətdən uzaqdır. Onu daı deyək ki, «Azərbaycanın ənənəvi musiqisi atlası» respublikada etnomusiqişünaslığın inkişafını yeni mərhələyə çıxardı, xalq musiqi mədəniyyətinin öyrənilməsində müxtəlif elm sahələrinin tətbiqi sayəsində onun üfüqlərini genişləndirdi. Bununla da audiovizual antropologiya kimi inteqrasiyalı musiqi elminin gələcək cizgilərini müəyyən etmək üçün zəmin yarandı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page