ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AUDIOVIZUAL ETNOMUSIQIŞÜNASLIQ – MUSIQI ELMININ AKTUAL ISTIQAMƏTŞ KIMI (PROBLEMIN QOYULUŞU)
Tariyel MƏMMƏDOV
LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ
Fəttah XALIQZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI
Həsən ADIGÖZƏLZADƏ
|
|
Azərbaycan Respublikasının Cənub-Şərq hissəsində yerləşən Lənkəran, Astara, Masallı və Lerik rayonlarının özünəməxsus və zəngin xalq musiqi ənənələri çoxlarına yaxşı məlumdur. Regionun folklor xəzinəsi, demək olar ki, bütün XX əsr boyu bir sıra tədqiqatçiların diqqətini özünə cəlb etmişdir. Klassiklərimizdən dahi Üzeyir bəy Lənkəran və ətraf rayonlarda yayılmış xor oxumalarına diqqət vermiş, onun dostu və məsləkdaşı M.Maqomayev ömrünün burada keçən çağlarında məhəlli folklor nəğmələri ilə yaxından tanış olmuş və onları xor üçün işləmişdir. Bu diyar xalq musiqisi ilə məşğul olan bir sıra qurumların da diqqətindən yayınmamış, Bülbülün təşkil etdiyi Elmi – Tədqiqat Musiqi Kabineti, daha sonralar isə Azərbaycan EA Memarlıq və Incəsənət Institutunun müvafiq bölməsi, Ü.Hacıbəyov adına ADK-nın Xalq Musiqi Kabineti həmin rayonlarda dəfələrlə musiqi – folkloru ekspedisiyaları təşkil etmişdir. Şərti olaraq Lənkəran regionu adlandırdığımız dörd rayonun xalq musiqisini toplayıb öyrənmiş musiqişünas və bəstəkarlardan yaln
ız bir neçəsini xatırlayaq – Niyazi, M.S.Ismayılov, B.Hüseynli, Ə.Isazadə, N.Məmmədov və b. Nəticədə toplanılan materiallar nota yazılmış və aşağıdakı nəşrlər meydana gəlmişdir:
1) Bayram Hüseynli. Azərbaycan xalq rəqs melodiyaları. II Dəftər (halaylar) Azərnəşr. Bakı, 1966.
2) Əhməd Isazadə, Nəriman Məmmədov. Xalq mahnıları və oyun havaları. Bakı, «Elm», 1975.
* * *
Azərbaycanın yeni musiqi folkloru atlasını yaratmaq məqsədi ilə respublikanın Cənub-Şərq rayonlarında ötən il daha bir ekpedisiya keçirildi. Biz bu gözəl diyara tamamilə əks tərfdən – Şimal – Qərb hissədə yerləşən Şəki-Zaqatala zonasında aparılmış maraqlı axtarışlardan az sonra gəlmişdik. Bu zonalar arasındakı kəskin təzadlar ləhcə,antropologiya, etnopsixologiyada və s. olduğu kimi həmçinin musiqi etnoqrafiyasında da özünü dərhal göstərirdi. Buna baxmayaraq, biz Lənkərana da eyni məqsədlərlə getmişdik: regionda müxtəlif xalq musiqi janlarına aid çoxlu nümunə toplamaq, folklorun ümumi mənzərəsini işıqlandırmaq, talış folklorunun etnik xüsusiyyətlərini və qarşılıqlı təsirləri izləməyə çalışmaq. Bu niyyət «Talış Mədəniyyət Mərkəzi»nin nizamnaməsinə də uyğundur. Həmin sənəddə oxuyuruq: «mərkəzin başlıca məqsədini talışların mədəniyyətlərinin ayrı-ayrı sahələrinin öyrənilməsi və onun Azərbaycan xalqı ilə əlaqəsini izləməkdən, talışlara məxsus maddi və mənəvi mədəniyyət abidələrini sistemli halda toplanması
və onun Azərbaycanla bağlılığının araşdırılması təşkil edir».(4.133)
Onu da qeyd etmək lazımdır ki, əsasən talışlardan və azərbaycanlılardan ibarət olan Lənkəran regionunun əhalisi Balakən – Zaqatala – Qax rayonları qədər rəngarəng etnik tərkibə malik olmasa da, onun folklor mədəniyyətində milli musiqi ünsürlərini bir-birindən ayırmaq heç də asan məsələ deyildir. Əvvəla, bu zonada əhalinin milli tərkibini konkret rəqəmlərlə göstərmək imkan xaricindədir, cünki indiyə qədər keçirilmiş siyahıyaalmaların nəticələri (1970,1979, 1989) real vəziyyəti əks eldirə bilmir. Ikincisi, talış və Azərbaycan xalq musiqisi bir-biri ilə elə üzvi şəkildə qaynayıb-qarışmışdır ki, onları tam şəkildə ayırd etmək həmişə mümkün olmur. Digər tərəfindən hər bir etnosun musiqisində çəlinliklə sezilən zərif çalarlar varsa, tədqiqatçı onları bilməyə can atmalıdır.
Bundan başqa regionun coğrafi – iqlim baxımından dağlıq və düzənlik hissələrə bölünməsi, əhalinin əksəriyyətini təşkil edən şiələrlə yanaşı sünnilərin də yaşaması (Astara və Lerikin müəyyən kəndlərində) etnomusiqişünas tərəfindən nəzərə alınmalıdır. Nəhayət, apardığımız müşahidələr göstərir ki, Lənkəran zonasının folklor mədəniyyəti həmişə qonşu ərazilərin – Iran tərəfdən Xəmseyi – Təvaleş və Ərdəbilin, qərb tərəfdən Muğanın, şimaldan isə Salyanın məhəlli xalq yaradıcılığı ilə six təmasda olmuş və qeyd dunan folklor mədəniyyətlərinin müqayisəsi də gələcəkdə perspektiv vəzifə kimi baxıla bilər. Şübhəsiz, qarşılıqlı təsirlərin radiusu öyrənməyə cəhd etdiyimiz zonanın hüdudlarından kənara çıxır Hələlik həmin istiqamətdə əldə olunun məlumatlar çox azdır.
Azərbaycan Respublikasının Cənub – Şərq hissəsində 2003-cü il musiqi folkloru ekpedisiyasına keçməzdən qabaq, bəzi tarixi faktlara üz tutaq. Zonanın aborigenləri hesab edilən talışlar bu ərazidə e.ə. I minillikdə məskunlaşmışlar. Azərbaycan türklərinin gəlişi isə eramızın V-VI əsrlərindən balanmış, XI əsrdə daha da güclənmişdir. Astara və Lənkəranda kənd əhalisinin böyük əksəriyyətini talışlar təşkil edirsə, qalan iki rayonda (Masallı və Lerikdə) həm talış, həm də azərbaycanlı kəndləri vardır. Masallının müəyyən kəndlərinə verilən ad isə («muğanlı kəndləri») əhalinin və onunla birlikdə folklorun da buraya miqrasiya etdiyini düşünməyə əsas verir.
Rayon mərkəzlərində azərbaycanlıların yaşaması, təhsil ocaqları və idarələrlə dövlət dilinin işlənilməsi Azərbaycan dilinin rolunu artırsa da, məişətdə və, xususən, kəndlərdə talış dili də yaxşı qorunub saxlanılmış, hətta indi bu dildə qəzet və kitablar nəşr olunur, radio verilişləri yayınlanır.
Ünsiyyət əsnasında və talış folkloru mətnlərində (o cümlərdən xalq mahnılarının sözlərində) ikidillilik adi hal olsa da, ən beynəlmiləl sənət hesab edilən musiqidə qarşılıqlı təsirlər o qədər güclü olmuşdur ki, uzaq keçmişdə fərqli olmuş etnik xüsusiyyətlər bir-birinə yaxınlaşmış və doğmalaşmışdır. Talış dilində oxunan mahnılara Azərbaycan ünsürlərinin, Azərbaycan mahnılarına isə talış ünsürlərinin sirayət etməsi qətiyyən təəcüblü deyildir. Nəticədə Azərbaycanın «musiqi xəritəsində» əsasən vahid üslublu və çoxçalarlı Lənkəran məhəlli musiqi folkloru təşəkkül tapmışdır. Bu folklor mədəniyyətinin bugünkü durumu və mövcudiyyət şəkilləri ilə ekpedisiya zamanı bilavasitə qarşılaşdığımız üçün onun gedişatını oxucalara təqdim edirik.
Iyul ayının 27 də Bakıdan qatarla yola çıxdıq və ertəsi günü səhər tezdən Lənkəran dəmir yol vağzalına çatdıq. Səhər yenicə oyanır, küçələrdə tək-tək piyadalar və maşınlar görünməyə başlayırdı.
Lənkəran rayon Mədəniyyət Şöbəsinin müdiri Vasif Fərzullayev bizi gülər üzlə qarşıladı. Rayonda görüləcək işlərin planını cızdıqdan sonra istəyimizi nəzərə alaraq ilk növbədə Separadi kəndinə səfər təşkil olundu – orada uzun müddət fəaliyyət göstərən «Bacılar» folklor ansamblı ilə görüşməli idik. Ansamblın adı, məncə, çox incə bir mətləbi açır. Həqiqətən onun əsasını bacılar təşkil edir – Gülbacı, Ağbacı, Xanımbacı və Qızbəs Allahvərən qızlarının dəstəsinə həmyerliləri Əzimova Xanbibi və Fərzullayeva Gülçöhrə də qoşulmuşdu. Onlar folklor mühitinə kənardan, məsələn, klubdan gəlməmiş, əksinə, xalqın içindən çıxıb, həyatın ayrılmaz parçası olan xalq yaradıcılığını səhnəyə gətirmiş və hətta bir sıra xarici ölkələrdə də respublikamızı layiqincə təmsil etmişdilər.
Otaq şəraitində apardığımız çəkilişlər (audio və video) mərasimdən kənarda olsa da, əsl folklor səhnələrinə çox yaxınlaşırdı. «Bacılar»ın ifaları konsert nömrələrindən daha çox xalq həyatında olduğu kimi idi. Dəqiq sayını tuta bilmədiyimiz mahnı bəndlərində (kupletlərində) baş verən variantlı dəyişmələr də, bir mahnının digərinə calaq edilməsi də olduqca təbii və önəmli idi. Mahnılar bəzən lad və tonal ucalığın özünəməxsus şəkildə dəyişməsi ilə müşayiət olunur, arada məhdud diapazonlu (məsələn, trixord tipli) lad-intonasiya ahəngləri də eşidilirdi.
|