ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AUDIOVIZUAL ETNOMUSIQIŞÜNASLIQ – MUSIQI ELMININ AKTUAL ISTIQAMƏTŞ KIMI (PROBLEMIN QOYULUŞU)
Tariyel MƏMMƏDOV
LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ
Fəttah XALIQZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI
Həsən ADIGÖZƏLZADƏ
|
|
Ekspedisiya zamanı biz həmin kollektivlərlə ünsiyyətdə olduq («Bacılar», «Əvəsor», «Halay», «Şənlik»), eyni zamanda xalqın yaşatdığı qədim və hələ də canlı ənənələri izlədik, folklor bilicilərindən dəyərli məlumat aldıq.
Burada folklorun quru, süni və təbii (natural) şəkillərdə saxlanılması məsələsinə toxunmaq istərdik. El havaları xalqın həyat və məişətindən, mərasim və ayinlərindən ayrı şəkildə təqdim olunduqla «quru» təsir bağışlayırsa, onları sığallayıb səhnəyə çıxarmaq səyləri isə özündə sünilik cizgiləri daşıyır. Tədqiqatçının can atdığı ən ideal mənbə təbii və həyatı folklor sinkretizmindən ibarətdir. Doğrudur, belə bir «kompleksli» icralar heç də həmişə müşahidə olunmur və folklorun araşdırılması və bərpası işində müxtəxəssislər çox zaman ən kiçik fakt, qeyd və məlumatı diqqətə almalı olurlar. Buna baxmayaraq, rayon folklor kollektivlərinin də təbiiliyə və ilkinliyə meyl göstərməsi daha qiymətli hesab olunur (məsələn, «Bacılar» ansamblı).
Lənkəran və ətraf rayonların (Astara, Masallı və Lerikin) zəngin və özünəməxsus folklor mühiti Azərbaycanın başqa coğrafi ərazilərindən təcrid olunmamış və onlara müqayisədə həm oxşar, həm də fərqlı cəhətlərə malikdir. Bu məhəlli folklor üslubunun ən mühüm fərqləndirici xüsusiyyətlərindən biri də qadınlar tərəfindən xor şəklində oxunan əmək nəğmələri, toy mərasim mahnıları halay mahnı – rəqslərindən və s. ibarətdir. Ü Hacıbəyov yazırdı: «indiki Lənkəran rayonu ərazisində yaşayan talışlar xorla oxuma formasını bir qədəq dəyişib təkmilləşdirmişlər»(1.269).
Şifahi xalq yaradıcılığında qadınların fəallıq göstərməsi isə onların təssərüfat həyatındakı mühüm rolu və ictimai möqeyi ilə izah oluna bilər. Bunun də nəticəsində bir sıra ifa formaları və janrlar (məsələn, «Nanay», «Can gülüm», xüsusilə «Yar-yar» mahnı silsilələri). Lənkəran regionu üçün spesifik olmasalar da, məhz burada daha tez-tez təsadüf edilir. Əmək folkloru qəbilindən olan bicar mahnıları isə Novruzla bağlı xüsusi mövsüm nəğmələrinə (məsələn, «Novruz mübarək», «Nurşid», Ə.Əsazadə və N.Məmmədovun məcmuəsindən «Bahar oməy» - s.70) yalnız burada rast gəlinir. Ekspedisiya zamanı həmin məcmuədə təmsil olunmayan yağışın çağırılması və yelləncək havası də («Kufe ləli») əldə olundu.
Lənkəran məhəlli musiqi folklorunun yaranmasında bu ərazilərdə min illərlə yaşayan talış xalqının rolu böyükdür.Onların musiqi yaradıcılığı Azərbaycan folkloru ilə elə six şəkildə qovuşmuşdur ki, bu etnik ünsürləri bir-birindən ayırmaq olduqca çətindir. Qədim talış folkloru özünü həzin mahnılarda qabarıq şəkildə göstərir Halay tipli mahnı – rəqslər digər folklor zonalarında arxaikləşib az qala unudulsa da, burada hələ də yaşayır, onun xüsusi bir növü – «asta halay» isə (məsələn, «Ay lolo») yalnız talış folkloruna aid edilir.
Əmək məşğuliyyəti ilə əlaqədar olaraq açıq havada oxunan və təbiət lövhələrini təzənnüm edən mahnılar də regionda nisbətən yaxşı qorunmuşdur. Gələcəkdə bu məzmunlu nümunələrin, eləcə də lirik və məişət mahnılarının də toplanılıb öyrənilməsinə xüsusi diqqət verilməlidir.
Yuxarıda qeyd olunan vokal xalq musiqisi janrları və onların xor şəklində ifası qadın folkloruna aiddir. Kişilər isə nağara – zurna dəstəsində fəal iştirak etməkdən başqa muğam sənətinə də meyl göstərmiş və onların arasından bir sıra xanəndə və sazəndələr çıxmışdır. Bölgə xaricindən gələn aşıq musiqi təsirləri daha əvvələr başlasa da yerli mühitdə dərin iz buraxmamış və geniş yayıla bilməmişdir.
Beləliklə, respublikamızın Cənub – Şərq hissəsində yerləşən Lənkəran, Astara, Masallı və Lerik rayonlarının zəngin musiqi xəzinəsi, bir sıra folklor janrları və ifa formaları qədim folklor ənənələrinin saxlanılması və bir-biri ilə çarpalaşması sayəsində müasir zamana gəlib çatmışdır. Həmin ənənələrin gələcəkdə də saxlanılmasına ciddi qayğı göstərmək lazımdır.
Ədəbiyyat
1.Ü.Hacıbəyov. Ilk Azərbaycan xalq xoru. Əsərləri II cild. Bakı, 1965, s. 268-273.
2. B.Hüseynli. Azərbaycan xalq rəqs melodiyaları. II Dəftər (halaylar). Bakı, 1966.
3. Ə.Isazadə, N.Məmmədov. Xalq mahnıları və oyun havaları (Astara – Lənkəran zonası üzrə) Bakı, «Elm», 1975.
4. Q.Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı, «Elmi», 2000.
5. B.Şahsoylu. Toy və halay mahnıları. Bakı, 1980.
6. Azərbaycan xalq mahnıları (2 cilddə) Tərtib edəni Bülbül Məmmədov. Bakı, 1981-1982.
7. W.Wiora.The Four Ages of Music. New York, 1965.
8. I. Zemüovskiy. Vıkriki: fenomen i problema. V kn. «Zrelihno-iqrovıe formı narodnoy kulğturı» L., 1990. s. 103-114
|