ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AUDIOVIZUAL ETNOMUSIQIŞÜNASLIQ – MUSIQI ELMININ AKTUAL ISTIQAMƏTŞ KIMI (PROBLEMIN QOYULUŞU)
Tariyel MƏMMƏDOV
LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ
Fəttah XALIQZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI
Həsən ADIGÖZƏLZADƏ
|
|
Azərbaycan etnomusiqişünaslığı qədim tarixə və şərəfli keçmişə malikdir. Səslənən musiqinin nota köçürülməsi ənənəsi hələ orta əsr musiqiçilərindən başlanır ki, bunların içərisində indiyə kimi nüfuzunu itirməyən Səfiəddin Urməvi və Əbdülqadir Marağayi kimi alimlər vardır. Azərbaycanın müasir musiqişünaslarından biri S.Ağayeva haqlı olaraq qeyd edir ki, «Yaxın və Orta Şərqin musiqi sənəti, musiqi elmi ərəb-fars-türkdilli xalqların formaca müxtəlif olan yaradıcılıq və elmi əlaqələri şəraitində inkişaf etmişdir. Mədəni-tarixi şəraitdən asılı olaraq, bu prosesdə aparıcı rol gah bu xalqlardan birinə, gah digərinə məxsus olmuşdur».1
Yaxın Şərqdə musiqişünaslığın əsaslarını Ibrahim və Ishaq Mousuli, Əl-Kindi, Əl-Münəccimin işlərində qoyulduğunu, sonradan isə Fərabi, Xarəzmi, Ibn Sina tərəfindən inkişaf etdirildiyini söyləyən tədqiqatçı daha sonra fikrinə belə davam edir: «XIII-XV əsrlərdə tədqiq etdiyimiz regionun musiqi sənəti və elminin yeni mərhələsi Azərbaycandan olan alimlər - Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin adı ilə bağlıdır. Ud və başqa alətlərdə ifaçılığa mükəmməd bələd olan (Marağayi isə müğənnilik sənətinə də yiyələnmişdi) bu alimlər ifaçılıq məharəti ilə tədqiqatçı-musiqi nəzəriyyəçisinə xas olan keyfiyyətləri özlərində birləşdirirdilər».2
O dövrün musiqi mədəniyyətinin dərk edilməsinə yönəlmiş nəzəri iş ilə o zamankı musiqinin «praktiki nəzəriyyəsi» (Q.Farmer) bir-birilə yanaşı mövcud olub, Əl-Laziki (XV əsr), Əbdüləziz Marağayi (XV əsr), Mahmud Çələbi (XVI əsr), Kövkəbi (XVI əsr), Dərviş Əli (XVII əsr), Mirzəbəy (XVII əsr), Əbdülmömin-bin Səfiəddin (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr), Qəznəvi (XIX əsr) kimi tanınmış orta əsr alimlərinin risalələrində öz əksini tapmışdır.
Bu və başqa orta əsr alimlərinin işlərində lad və ritm, forma, alətşünaslıq, o dövrün klassik musiqisinin etos nəzəriyyəsi və musiqisnin kommunikativ funksiyası barədə nəzəriyyə təşəkkül tapmışdır.
Orta əsr (IX əsrədək) musiqisinin problemlərilə məşğul olan bütün Azərbaycan alimləri (Z.Səfərova, S.Ağayeva, S.Bağırova, G.Şamilli və b.) musiqi elminin irsiliyi faktını, bunun nümayəndələrinin keçmişlə müasirliyi əlaqələndirmək, klassik nəzərriyyəni müasir təcrübənin tələblərinə uyğunlaşdırmaq arzusunu qeyd edirlər.
Ənənəvi musiqini yeni səpkidə, XX əsrdə üstünlük edən paradiqma mövqeyindən öyrənən XX əsr Azərbaycan alimlərinin mövqeyi də istisna təşkil etmir.
Bu paradiqma yazılı musiqi mədəniyyətini ön plana çəkərək, bununla bağlı musiqi mədəniyyətindəki «yaradıcılıq - canlandırma - qavrayış» triadasında ən mühüm ünsür olan bəstəkarın rolunu vurğulayır.
Müasir professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun fəaliyyəti keçmiş əsrlərin təcrübəsinə əsaslanaraq, musiqinin tədqiqi və bəstələnməsi ənənəsini birləşdirən halqa olmuşdur.
Üzeyir Hacıbəyovun müasir ictimai həyatdakı mövqeyi, onun maraqlarının çoxşaxəli, geniş olması və ensiklopedik bilikləri keçən əsrlərin Şərq musiqiçilərini xatırladır.
«Fikirlərin zəmanə ilə müqəddəsləşdirilmiş ehkamlardan azad edilməsinə, yaradıcılıq axtarışlarına elmi məişətə həyatın özündən götürülmüş və alimin şüurunda «emal edilmiş» yeni faktiki materialın daxil edilməsi yolu ilə biliklərin genişləndirilməsinə meyl»3 - S.Ağayevanın Əbdülqadir Marağayiyə verdiyi bu xasiyyətnamə Üzeyir Hacıbəyovun fəaliyyətini də səciyyələndirə bilər. Odur ki, bəstəkar, pedaqoq, ictimai xadim olan Üzeyir Hacıbəyovun autentik və peşəkar laylarını özündə birləşdirən Azərbaycan ənənəvi musiqisinin tədqiqinə müraciət etməsini tarixi qanunauyğunluq hesab edə bilərik.
Bu çoxplanlılıqla bağlı olaraq Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisinə bir neçə:
a) bəstəkar; b) vətəndaş; c) musiqişünas kimi yanaşmasını qeyd etmək olar.
Ilk baxışda bizi maraqlandıran musiqişünaslıq aspekti bu ardıcıllıqda birinci yerə çıxarılmalı idi. Lakin bu halda biz Üzeyir Hacıbəyovun elmi-tədqiqat konsepsiyasının yetişməsi tarixi məntiqinin əksinə getmiş olardıq. Bu da şübhədənkənardır ki, bu zəncirin bütün halqaları maarifçi Ü.Hacıbəyovun şəxsiyyətində birləşmişdir, belə ki, onun fəaliyyətində məhz maarifçilik pafosu üstünlük etmişdir. Özünün elə ilk bəstəkarlıq təcrübəsi olan, 1907-ci ildə yazdığı Şərqin ilk operası «Leyli və Məcnun»da Üzeyir Hacıbəyov eyni zamanda üç keyfiyyətdə - dramaturq, bəstəkar və etnomusiqişünas kimi çıxış edir. Buradakı ilk iki mövqe aşkar və hamıya məlumdursa, üçüncüsünün barədə müəyyən izahata ehtiyac vardır.
Məlum olduğu kimi, operanın musiqisi müğamlardan və xalq musiqisinin bəzi vokal və instrumental janrların sitat şəklində istifadə edilmiş nümunələrindən ibarət idi. Ariyalar əvəzinə muğamlar səslənir, təsnif və rənglərin funksiyasını isə xorlar yerinə yetirirdi. Bu zaman müəllifin yaradıcılıq təşəbbüsü qəhrəmanların emosional vəziyyətinin göstərilməsi üçün uyğun gələn muğamın seçilməsi və muğamın müvafiq şöbəsinə uyğun olan xalq mahnılarının seçilməsindən ibarət idi. Müəllifin daxil etdiyi orkestr prelüdiyaları, interlüdiyaları və postlüdiyalarını xüsusi qeyd etmək istərdik - bünlar muğam məntiqi əsasında əsər bəstələnməsinin ilk təcrübəsi idi. Üzeyir Hacıbəyovun operasını bundan az sonra həmin janrda meydana gəlmiş və populyarlaşmış nümunələrdən fərqləndirən də məhz bu bəstələnmiş parçalar idi. Muğam qanunauyğunluqlarına bələd olma, müəyyən məqama uyğun olan mahnını tapma, muğamatçılara və orkestr ifaçılarına həm muğam, həm Avropa sistemi baxımından lazımi tonallıqda
başlamağa imkan yaradan, lazımi tondan başlayan və qurtaran parçanı bəstələmə bacarığı da bunları fərqləndirirdi.
Bu incəliklərin başa düşülməsi və təcəssümü muğamat qanunlarına yaxşı bələd olmadan mümkün deyildi ki, bu da Ü.Hacıbəyovu muğamşünas tədqiqatçıların ön sırasına aid etməyə haqq verir. Ü.Hacıbəyovun rəhbərliyi altında T.Ismayılov tərəfindən yazılmış tədqiqat «Leyli və Məcnun» operasında muğam dramaturgiyası probleminə həsr edilmişdir. Bu və bir sıra başqa tədqiqatlarda yalnız Ü.Hacıbəyovun muğamda formayaradıcı qanunlara mükəmməl bələd olması deyil, onun bu qanunların yaradıcılıq təcrübəsində həyata keçirilməsinə orijinal, özünəməxsus münasibəti də açılır. Bu yanaşma yaradıcılığına Azərbaycan musiqişünaslarının onlarca sanballı tədqiqatı həsr olunmuş sənətkarın yaradıcılıq kredosunun məğzini təşkil edir. Bunu qeyd etmək xüsusilə vacibdir ki, Ü.Hacıbəyovun muğama bəstəkar kimi yanaşması konkret bir şəxsiyyətin təşəbbüsü deyildi. Əvvəlcə öz şəxsi yaradıcılıq təcrübəsinə, sonradan isə mədəni-maarif səciyyəli mülahizələrə dayaqlanan Ü.Hacıbəyov «Azərbaycan xalq musiqisinin
əsasları» kim əsaslı tədqiqatında muğamın yaradıcı surətdə mənasının dəyişdirilməsi metodunu qabaqcadan göstərmiş və daha da vacibdir ki, bunu öz tələbələrinə ötürmüşdür.
Bəstəkar yazırdı: «Xalq və ümumiyyətlə Şərq musiqisi sahəsində nəzəri və praktiki işin məqsədi: Şərq musiqisinin dəqiq əsaslarını müəyyən edən elmi məlumatı tapmaq və bu əsasda Şərq xalq musiqisinin işlənilməsi üzrə gələcək bədii işin özülünü qoyaraq, bunu elə bir təmiz sənət səviyyəsinə çatdırmaq ki, hamı üçün estetik tərbiyə mənbəyinə çevrilsin və mənəvi qida olsun. Bu istiqamətdə ciddi və vicdanlı iş, şübhəsiz buna gətirib çıxaracaq ki, Şərq musiqisi, nəhayət, Avropa musiqisi ilə yanaşı layiq olduğu şərəfli yeri tutacaq və bəşəriyyətin inkişafına kömək edəcək ən qüdrətli amillərdən birinə çevriləcək».4
1 Aqaeva S. Rolğ uçenıx-muzıkantov Azerbaydcana v razvitii muzıkalğnoqo iskusstva Blicneqo i Sredneqo Vostoka // Tezisı mecdunarodnoy konferenüii «Borbad i xudocestvennıe tradiüii narodovo Üentralğnoy i Peredney Azii». Duşanbe, 1990, s. 232
2 Yenə orada, s. 233
3 Aqaeva S. Abdulqadir Maraqi. Baku, Işıq, 1983, s. 40
4 Qadcibekov U. O muzıkalğnom iskusstve Azerbaydcana. Baku, 1966, s. 26
|