ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AUDIOVIZUAL ETNOMUSIQIŞÜNASLIQ – MUSIQI ELMININ AKTUAL ISTIQAMƏTŞ KIMI (PROBLEMIN QOYULUŞU)
Tariyel MƏMMƏDOV
LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ
Fəttah XALIQZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI
Həsən ADIGÖZƏLZADƏ
|
|
Lakin temperasiyalı sistemə keçid Ü.Hacıbəyov üçün ikili məna daşıyırdı. Bunun birinci və başlıca səbəbi, qeyd etdiyimiz kimi, Avropa tərzində pillələrin milli-məqam münasibətləri ilə zənginləşdirilən Avropa harmoniyası və polifoniyası prototiplərindən istifadə yolu ilə Avropa alətləri üçün musiqi bəstələmək imkanı idi. Ikinci vacib səbəb - ənənəvi Azərbaycan musiqisinin (muğam və bununla bağlı olan tarın) Iran və Türkiyə musiqisi ilə qohumluğu barədə vulqar iradlardan müdafiəsi zərurəti idi.
12 yanvar 1929-cu il tarixində Azərbaycan dram teatrında rəsmi şəkildə təşkil edilmiş «tar üzərində məhkəmə» barədə Ə.Bədəlbəylinin verdiyi məlumat indi, 75 il keçdikdən sonra absurd kimi qəbul edilir. Qeyri-temperasiyalı quruluşa malik tarın «burjua» mənşəli olması az qala onun da, ondan ayrılmaz olan muğamın da həyatına son qoyacaqdı. Ü.Hacıbəyovun fəaliyyətinin bu aspekti elmdə hələ kifayət qədər işıqlandırılmadığına görə biz milli etnomusiqişünaslığın yolundakı çətinliklərdən xəbər verən faktlar üzərində dayanacağıq.
Ilk növbədə qeyd edək ki, Azərbaycan etnomusiqişünaslığının təşəkkülündə öz rolunu oynamış Azərbaycan Respublikasının maarif sahəsindəki siyasəti həmişə Ü.Hacıbəyov və onun silahdaşlarının aparmaq istədiyi yolla getmirdi. Təəssüf ki, heç də həmişə Ü.Hacıbəyovun şəxsi nüfuzu indi, 80 il keçdikdən sonra bizim gördüyümüz qədər yüksək olmamışdır. Onun bir çox işləri hakim ideologiyaya zidd olduğuna görə rədd edilir, lakin Ü.Hacıbəyov bu işi inadla yenidən davam etdirirdi. Sənətşünaslıq namizədi N.Ə.Kərimov özünün M.S.Ismayılova həsr etdiyi monoqrafiyasında Respublika arxivindən əldə edilmiş maraqlı məlumatlardan istifadə edir. 17 Elmimizin təşəkkül yollarını daha parlaq nümayiş etdirmək üçün biz müəllifə minnətdarlıqla bu materiallardan istifadə etmişik.
Ilk növbədə bu faktı göstərək ki, Ü.Hacıbəyovun musiqi həyatımızın lideri kimi rəsmi statusu 1939-cu ildən - o, konservatoriya rektoru olduqdan sonra hesablanmalıdır. Ona qədər bu vəzifəni M.S.Presman (1921-1923), I.S.Aysberq (1923-1928), A.Əbdürrəhmanov (1929-1933), V.V.Tovstolujski (1933-1934), A.A.Tergevondyan (1934-1938), Z.H.Səfərov (1938-1939) və sonra Ü.Hacıbəyov (1939-1948) tutmuşlar. Adları çəkilən rektorlardan yalnız dördü musiqiçi olmuşdur. Qalanlar isə mədəniyyətə nəzarət üçün bu vəzifəyə qoyulmuş «partiyaçılar» idi.
Odur ki, xalq musiqisinin tədrisi və öyrənilməsilə bağlı bütün hadisələr hər hansı yolla öz ideyalarını həyata keçirməyə can atan Ü.Hacıbəyovun baş qəhrəman rolunu oynadığı kəskin süjetli roman xarakteri alırdı. Bu hadisələri xronoloji ardıcıllıqla izləsək, 20-ci ildən 80-ci illərədək xalq musiqisi barədə elmin və musiqi maarifinin inkişaf panoramını təsəvvürümüzə gətirə bilərik.
1921-ci il - Azərbaycan Respublikasının Dekreti ilə Bakı şəhərində Azərbaycan Dövlət Musiqi Akademiyası yaradılır.
1922-ci il - Ü.Hacıbəyov Türk musiqi məktəbini yaradaraq, özü də burada dərs deyir.
1924-cü il - Musiqi Akademiyasında mütləq fənn kimi «Xalq musiqisi» kursu və «Milli alətlərlə tanışlıq» (çox güman ki, bu kursu Ü.Hacıbəyovun özü aparırmış) fənləri daxil edilir.
1926-cı il - Türk musiqi məktəbi Musiqi Akademiyası (o zaman artıq konservatoriya idi) ilə birləşir.
Elə həmin il Ü.Hacıbəyov konservatoriyada 70 nəfərdən ibarət tələbə xoru və xalq çalğı alətləri orkestri təşkil edir.
1928-ci ildə «Azərbaycan xalq musiqisinin əsasları haqda» məruzəsilə çıxış edən Ü.Hacıbəyov qeyd edir: «Azərbaycan xalq musiqisi bütün xalqın kollektiv yaradıcılığıdır. Onun öyrənilməsi böyük maraq doğurur. Bu musiqinin nəzəriyyəsi yaradılmalı və öyrənilməsinə başlanmalıdır».18 Elə həmin 1928-ci ildə ADK-da 9 illik təhsil verən müstəqil şöbə təsdiq edilir.
1929-cu ilin fevralında Azərbaycan SSRI-ın Maarif Komissarlığı Kollegiyası uzun sürən kəskin diskussiya nəticəsində qərar qəbul edir: «Konservatoriyanın bütün pillələrinin tədris planlarından mütləq professional kurs kimi tar tədrisini çıxarmaq, tar dərslərini cümə konservatoriyasına keçirmək. 19 Bununla əlaqədar ADK nəzdindəki şərq orkestrini ləğv etmək, tar üzrə təhsil alan tələbələri isə Avropa alətləri siniflərinə paylaşdırmaq» (s. 31).
1931-ci il - Notla çalan Dövlət xalq çalğı alətləri orkestri təşkil olunur. Bunun təşkilatçı rəhbəri M.Maqomayev, dirijorları Ü.Hacıbəyov və S.Rüstəmov idi.
1932-ci il - Konservatoriyada xalq musiqisini öyrənən kabinet (ET MK) yaradılır və bu kabinet 1931-40-cı illərdə Azərbaycana və Gürcüstanla Ermənistanın azərbaycanlıların sıx məskunlaşdığı rayonlarına ekspedisiyalar təşkil edir. 1932-ci il aprelin 5-dən müstəqil Azərbaycan musiqisi şöbəsi (AZO) bərpa edilir. Ü.Hacıbəyov xalq musiqisi kafedrasnıda çalışır.
1933-cü il oktyabrın 9-da müəllimlər - Ü.Hacıbəyov, S.Bretanitski, S.Rüstəmov, Ə.Bakıxanov, N.Tağızadə (maestro Niyazi) və tələbələr - B.Salahov, X.Məlikov, Ə.Məmmədbəyovun iştirak etdiyi kafedra iclaslarında qəbul edilmiş maraqlı bir qərar xalq çalğı alətləri və xalq musiqisinin professional musiqi həyatına inteqrasiyası sahəsində elmi və praktiki işin təşəkkülü yollarını qabaqcadan müəyyən etmiş olur:
a) əlavə fənlər haqqında (balaban sinfinin açılması, mexanikasının keçilməsi və öyrənilməsi, eləcə də Şərq üslubunda oxuma - sinfinin təşkili barədə qərar - bu, o zaman diskussiya doğuran məsələ idi və bunun həlli müvafiq orqanlar tərəfindən Bülbülə həvalə edilmişdi);
b) tədris ədəbiyyatının yaradılması tədbirləri barədə (bu məsələ üzrə Ü.Hacıbəyov, N.Tağızadə, A.Refatov, Ə.Həsənov, S.Rüstəmov tərkibində təşkil olunmuş komissiyaya ET MK qarşısında planlaşdırılmış hazırlıq aparılması və tar və kamança üçün xüsusi not ədəbiyyatı yaradılması barədə məsələ qaldırmaq tapşırılır).
1934-cü il - Ü.Hacıbəyov ET MK-nin rəsmi əməkdaşı olur və bu təşkilat adından etnomusiqişünaslıq üzrə mühazirələr oxumaq və öz nəzəri işinin müzakirəsində iştirak etmək üçün V.Belyayevi dəvət edir.
8 mart 1936-cı il - Şərq alətləri sinfinin bütün müəllim və tələbələri (o cümlədən Ü.Hacıbəyov, M.Mansurov, B.Salahov, S.Rüstəmov) Musiqi texnikumunun təminatına verilir.
1940-cı il - Bülbül xalq müğənniliyinin əsasları barədə məruzəni ictimaiyyətə təqdim edir.
1941-42-ci illər - Ü.Hacıbəyovun təşəbbüsü ilə konservatoriyada nəzəriyyə-bəstəkarlıq şöbəsi açılır.
1943-cü il - Azərbaycan xalq musiqisi fakültəsi açılır.
1945-ci il - Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabı işıq üzü görür.
1948-ci il - aprel aynıda respublika K(b) P MK-nin qərarı ilə xalq musiqisi şöbəsi bağlanır.
Yalnız 1957-ci ildə yenidən Azərbaycan xalq musiqisi kafedrası açılır və 1962-ci ilədək həm instrumentalistlər, həm də xalq musiqisinin öyrənilməsi üzrə ixtisaslaşan nəzəriyyəçilər buraxır.
1968-ci ildə bu kafedra nəzdindəki xalq-nəzəriyyə şöbəsi bağlanır və yalnız 1980- ci ildə «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedras açılır ki, bunun başında Ü.Hacıbəyovun şagirdi və davamçısı M.S.Ismayılov durur, tərkibinə isə bu gün tanınmış alimlır olan B.Hüseynli, R.Zöhrabov, S.Abdullayeva, X.Quliyev və bəstəkar N.Əliverdibəyov daxil olurlar.
Yuxarıda göstərdiyimiz quru rəqəmlər arxasında Azərbaycan etnomusiqişünaslığının dramatizmlə dolu taleyi durur ki, bunun tarixinə müasir dövrdə həm tanınmış mütəxəssislər (Ə.Isazadə), həm də bu elmin cavan nümayəndələri, məsələn xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının «etnomusiqişünaslıq» fənni üzrə müəllimi A.Abduləliyev müraciət edirlər.
17 Kerimov N. Mamedsalex Ismaylov. Baku, 1991
18 Kerimov N. Mamedsalex Ismaylov. Baku, 1991, s. 29
19 Görünür, 20-ci ildə təsis edilmiş Şərq konservatoriyası nəzərdə tutulurdu.
|