ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
Search

ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.

 


Mən belə düşünürəm ki, hər bir insan dünyaya gəldiyi ilk andan qismətinə düşən ömür payını yaşamağa başlayır. Və belə qənaətə də gəlmək olar ki, hər bir insanın doğum tarixi o şəxsin «həyat məktəbi»nə qədəm qoyduğu gündür. Beləcə bu gündən başlayır hər bir insanın həyat dərsləri. Elə isə gəlin haqqında söhbət açacağımız hörmətli sənətkarın həyat və yaradıcılıq yoluna üz tutaq.

       Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvar ayının 21-də qədim yurdlarımızdan olan Şəki torpağında anadan olub. Atası Axundov Qulam Bağır oğlu dövrünün ziyalısı və dövlət işçisi olmuşdur. Belə ki, o, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışmışdır. Ona hətta «Bolşevik Qulam» da deyirdilər. Şəfiqə xanımın anası Züleyxa Səməd qızı isə evdar qadın idi. Onların ailəsində Şəfiqə xanımdan savayı Ismət, Tahir, Nəriman və Rəfiqə kimi övladları böyüyürdü. Və Şəfiqə xanımın həyatında çox mühüm əvəzedilməz xidmətləri olan Zümrüd adlı bir bacısı vardı. Beləcə qədim tarixi, şirin, məzəli söhbətləri, duzlu zarafatları, gözəl mənzərəsi, füsunkar təbiəti olan Şəki torpağında gələcəyin böyük sənətkarı böyüyürdü. Amma onun parlaq gələcəyi hələ heç kimə bəlli deyildi. Axı balaca Şəfiqə də adi körpələrdən biri kimi doğulmuşdu. Axundovlar ailəsi nə biləydi ki, bu körpə gələcəyin görkəmli sənətkarı olacaq. Əksinə anası Züleyxa xanım qızının məhz həmin gün dünyaya gəlməsindən bir qədər məyus olmuşd ur. Şəfiqə xanım bu haqda anasının dilindən eşitdiklərini belə xatırlayır:

       «Mən doğulandan sonra anam gözlərini açıb ki, yanında heç kim yoxdur. Yalnız bir qadın var. Soruşub ki, bəs bu camaat necə oldu? Cavabında o qohumumuz qadın deyib ki, ay Züleyxa, bilirsən V.I.Lenin vəfat eləyib. Buna görə də hamı mitinqə gedib. Bu ölüm xəbərini eşidən anam çevrilib mənə baxır və deyir,- Can bala, nə pis gündə doğuldun.

       Görünür bu da bir qismətdir. Sənətkarın həyatında bu da bir fövqəladə haldır. Şəfiqə xanım həmişə öz doğum günündə tarixdə adı əbədiləşən bir şəxsiyyətin vəfatını da xatırlayır. Bəlkə belə demək olar ki, bu tarixi zərurətdən doğan bir haldır ki, həmin gün bir dahi şəxsiyyət dünyasını dəyişib, başqa bir insan doğulub. Elə bir insan ki, o da gələcəyin görkəmli siması olacaq. Demək Şəfiqə xanımın doğulduğu o gün kədərin sevincə qarışdığı gün kimi dəyərləndirilə bilər.

       Şəki mahalının sayılıb-seçilən Axundovlar ailəsində beləcə balaca bir Şəfiqə böyüyürdü. Lakin bu balaca qızın xislətində böyük bir həyat eşqi varmış. Onda bu həyat eşqini yaradan ən ümdə cəhət istedad idi. Elə Şəfiqəni yaşıdlarından fərqləndirən də bu olub. Belə ki, o da başqaları kimi təbiət gözəlliklərinə,dağların ucalığına, şəlalələrin zümzüməsinə, quşların cəh-cəhinə, gül-çiçəyin zərifliyinə adi gözlə baxmayıb. Sanki o illəri özü belə xatırlayır:

       «Evimiz dağların qoynunda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bil təbiətdə gördüyüm o füsunkar gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. Zövq aldığım hər bir gözəllikdə musiqi duyurdum. Əlbəttə o vaxt bu hisslərin nə demək olduğunu bilmirdim. Sonralar anladım ki, bu mənim musiqiyə bağlılığım imiş. Yadıma düşür ki, hərdən öz-özümə zümzümələr edərdim. O qədər musiqiyə aludə olmuşdum ki, hətta rəqs etməyi də çox sevirdim. Dəfələrlə anam rəqs etməyimin şahidi olmuşdu».

       Bəli, istedad belə bir keyfiyyətdir ki, onu həyatda sonradan qazanmaq olmur. O, elə insanla birgə doğulur. Beləcə balaca Şəfiqənin istedadı da ətrafındakıların diqqətini cəlb edirdi. Ilk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayır. Lakin atasının işi ilə əlaqədar olaraq ailəsi Bakıya köçür. O da təhsilini Bakıda 6 saylı orta məktəbdə davam etdirir. Şəfiqə xanım təhsil illərini və bu dövrdə ona savad verən müəllimlərini belə xatırlayır:

       «Şəkidə çox az oxudum. Bir-iki il, açığını deyim ki, ailəmizin Bakıya köçməsi gözlənildiyindən heç bu illəri də vaxtaşırı məktəbə getmirdim.

       Əsas təhsilimi Bakıda almışam. Əvvəlcə 6 saylı məktəbdə oxudum. Burada yaxşı müəllimlərimiz vardı. Onlardan Əhliman müəllimi həmişə xatırlayıram. O bizə coğrafiya fənnindən dərs deyirdi. Çox ciddi müəllim idi. Elə yaxşı ki, ciddi olub və bizə də yaxşı savad verib. Yadımdadır ki, həmişə mənimlə böyük bacım Isməti müqayisə edər və məni ona nümunə göstərərdi. Ismət yaxşı cavab verə bilməyəndə Əhliman müəllim məni lövhəyə çağırar və xəritədən mənə suallar verərdi. Sanki Əhliman müəllim mənə məsuliyyətli olmağı öyrədib. Beləcə mən yeddinci sinfə qədər həmin 6 saylı məktəbdə oxudum. Sonra isə 173 saylı məktəbdə təhsilimi davam etdirdim. Bu illərdə musiqi məktəbinə də daxil oldum».

       Şəfiqə xanımın həyatında sənətə gəlişi ilə bağlı maraqlı faktlar çoxdur. Belə ki, maraqlı görüşlər, xeyirxah insanlar ona sanki ruh veriblər. Amma bu yolda Şəfiqə xanıma mane olan, onu musiqiçi olmaqdan çəkindirən atası Qulam Axundov da vardı. Şəfiqə xanımın söhbətlərindən aydın olur ki, atası onu həkim görmək istəyirmiş. Musiqiçi olmasına qəti narazı imiş. Hətta musiqi sənətini seçdiyini biləndə o qızı Şəfiqəyə öz tərəfindən bəzi cəzalar da verərmiş. Bu barədə yenə Şəfiqə xanımın öz dediklərinə üz tutaq.

       «Atam çox ciddi adam idi. Çox danışıb-gülməyi qəti xoşlamazdı. Musiqiyə də o qədər aludə deyildi. Evimizdə bir piano var idi. Həmişə onu qıfıllı saxlayardı ki, mən çalmayım. Çünki musiqiçi olmağımı heç istəmirdi. Deyirdi ki, o sənət gələcəkdə sənə çörək qazandırmayacaq. Hətta anam Züleyxa xanımın da bir qarmonu vardı, hərdən çalardı. Atam buna da etiraz əlaməti olaraq həmin qarmonu evimizin elə bir yerində gizlətmişdi ki, onu götürmək mümkün olmasın. Amma atamın bu əzaziliyinə baxmayaraq mən musiqidən ayrıla bilmirdim. Və bu yolda anam mənə çox kömək edirdi. Belə ki, mənim musiqi ilə məşğul olmağım üçün bacardığı şəraiti yaradırdı. Elə bəlkə mənə musiqi istedadı anamdan keçib. Anam çox mənəvi dayaq olub mənə bu yolda. Çünki atam qəzəbindən mənə bəzi cəzalar da verirdi. Məsələn, yadımdadır ki, o bir dəfə mənim konservatoriyaya getdiyimdən xəbər tutanda məni hətta evə buraxmadı. Və mən qonşuda gecələməli oldum. Dəfələrlə qarlı, soyuqlu havalarda o mənə belə cəzalar verirdi. Anama da acıqlanır və deyirdi ki, qoy onun ağlı başına gəlsin və özünə düz-əməlli bir sənət seçsin. Bəlkə də elə qarlı-soyuqlu havaların təsirindən mənim hətta böyrəyim zədələndi və professor Cavadzadə cərrahiyyə yolu ilə mənim bir böyrəyimi çıxartdı. Bax, o düzdür ki, sənət qurban tələb edir. Mənim də ilk qurbanım elə bu xəstəliyim oldu. Amma şükürlər olsun ki, mən xeyirxah insanların sayəsində öz sənət ideallarıma qovuşdum.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page