ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA
|
|
A.H.: - Bu gün çoxları televiziya məkanına nəzarət edən bədii şuraların bərpa edilməsini zəruri bilirlər. Siz bu fikirlə razısınızmı? Ucuz və səviyyəsiz musiqi nümunələrinin efirdən təcrid olmasının mexanizmlərinı nədə görürsünüz?
N.A.: - Prezidentin Icra Apparatının nəzdində Milli Teleradio Şurası adlı qurum fəaliyyət göstərir. Mən çox arzulardım ki, həmin şuranın nəzdində bir neçə yüksək səviyyəli peşəkar musiqiçilərdən ibarət məsləhətçilər şurası təsis edilsin. Şurada həm Bəstəkarlar Ittifaqı, həm Filarmoniya, həm də telekanallarımız təmsil olunsun. Həmin quruma aşağı səviyyəli musiqinin efirdən kənar edilməsi hüququ verilsin. Hətta ciddi cərimələr sistemi də təşkil olunsun!
A.H.: - Bu yaxında Azərbaycanın musiqi həyatında əhəmiyyətli hadisə baş verdi: Azərbaycan Dövlət Filarmoniyası əsaslı təmirdən sonra musiqisevərlərin üzünə öz qapılarını yenidən açdı. Filarmoniya ilə əməkdaşlıq televiziyanın əzəldən qoyulmuş ənənəsidir. “Space” şirkətinin filarmoniya ilə birgə layihələri nəzərdə tutulubmu?
N.A.: - Doğrudan da, elə 1970-80-cı illərdə biz Filarmoniya ilə mütəmadi təmasda işləyirdik. Böyük maestromuz Niyazinin filarmoniyaya rəhbərlik etdiyi zaman hər ilin may ayında bir həftə ərzində orada çəkiliş aparıb, il ərzində ifa olunan əsərləri lentə alardıq. Görkəmli sənətkarlarımızın, o cümlədən, Niyazinin iştirakı ilə nadir yazılar əldə etdik ki, videotekamızı xeyli dərəcədə zənginləşdirdik. Təəssüflə etiraf etməliyəm ki, həmin yazıların böyük qismi sonradan ləğv olundu və kassetlərdə başqa çəkilişlər yerləşdirildi. Vaxtilə bunu mənə irad tutanlar da olub. Mən isə cavab vermişəm ki, vicdanım təmizdir, çünki mən bu qərara qarşı çıxmışam və müvafiq sənədlərə heç zaman imza atmamışam. Hər kassetin onu müşayiət edən pasportu var və pozulma haqqında qərar imzalarla birgə həmin sənəddə öz əksini tapır. Sənədlər yəgin ki, durur və beləliklə, dediklərim göz qabağındadır. Haı-hazırda biz filarmoniya ilə birgə iri miqyaslı layihə üzərində işləyirik. Məqsədimiz tamaşaçılarımızı Azərbaycan musiqisinin antolo
giyası, dahi Üzeyir Hacıbəyovdan başlayaraq müasir bəstəkarlarımıza qədər milli musiqimizin tarixi ilə ətraflı tanış etməkdir. Bu, şirkətimizin hər iki prioritetinə, musiqi və maarifçılik istiqamətlərinə cavab verir. Çəkilişlərin filarmoniya kimi möhtəşəm sənət məbədində aparılmasının da böyük mənası var. Digər yaradıcı qüvvələr və kollektivlər də həmin layihəyə cəlb olunacaq.
A.H.: - Çox dəyərli və lüzumlu layihədir. Etiraf edək ki, Sovet dövrü ilə müqayisədə klassik musiqinin televiziya vasitəsilə təbliği sayəsində böyük itkilərə məruz qalmışıq. Yaddaşımızda həkk olunan Bəstəkarlar Ittifaqının himayəsi ilə keçirilən “Xaqani, 27” verilişi, Tofiq Quliyevin “Sovet musiqisinin seçilmiş səhifələri”, Azər Rzayevin “Musiqi təqvimi”, Zəhra Quliyevanın “Zəriflik” proqramları və digər musiqi verilişləri tamaşaçıların rəğbətini qazanıb, klassik musiqiyə qarşı xüsusi ehtiram hissini tərbiyələndirirdi. Rusiya kanalları ilə yayınlanan Yuri Başmetin “Vokzal meçtı”, Svyatoslav Belzanın “Muzıka v gfire”, Eleonora Belyayevanın “Muzıkalğnıy kiosk” tipli proqramlara da artıq efirdə rast gəlinmir. Aydındır ki, kommersiyanın sərt qanunları ilə uzlaşan televiziyanın prioritetləri də dəyişib. Lakin millətin, cəmiyyətin mənəvi sağlamlığı və intellektual səviyyəsi də ümdə vəzifələr sırasında olmalıdır. Bu barədə fikrinizi öyrənmək maraqlı olardı.
N.A.: - Kommersiyanın amansız qanunları, doğrudan da, televiziya efirinin, xüsusilə də özəl televiziya kanallarının fəaliyyətinə ciddi təsir göstərirlər. Bu, danılmaz və eyni zamanda qaçılmaz bir həqiqətdir. Belə ki, “prime time” adlanan axşam saat 7-dən 12-yə qədər olan vaxt, eləcə də şənbə və bazar günlərinin efiri klassik musiqi üçün ayrıla bilməz. Əks təqdirdə, bizə verilən reklamlar avtomatik olaraq digər kanallara keçəcək və özəl şirkət öz fəaliyyətini davam bilməyəcək. Odur ki, tamaşaçıları klassik musiqidən məhrum etməmək və bəhrələndirmək məqsədilə biz daima axtarışdayıq. Söhbət açdığımız mövzu bütün postSovet məkanı üçün aktualdır. Rusiya kanallarında vaxtilə nümayiş olunan adlarını çəkdiyiniz verilişlər məni həmişə heyrətə gətirirdi. Indi isə klassik musiqinin təbliği nöqteyi-nəzərindən Rusiya kanalları ilə müqayisədə, bizdə vəziyyət daha qənaətbəxşdir. Əgər fikir vermisinizsə, orada klassik musiqi efirdən tamam silinib.
A.H.: - Eyni zamanda, Rusiyada, dünya təcrübəsinə uyğun olaraq, “Mədəniyyət” kanalı təsis olunub və akademik musiqini təbliğ edən verilişlər bütöblükdə həmin kanalın səlahiyyətinə verilib.
N.A.: - Doğrudur. Lakin biz dövlət tərəfindən maliyyələşdirilən kanallardan söhbət edirik. Hazırda Rusiyanın iki nəhəng televiziya kanalı var: Rusiya televiziyası və Ictimai televiziya. Niyə onlar klassik musiqiyə diqqət yetirmirlər? Səhərdən axşama kimi şou proqramlar və pop ulduzların çıxışları göstərilir. Halbuki Ictimai televiziyanın aksiyalarının 51 faizi hökümətə məxsusdur, Rusiya kanalı isə bütövlükdə dövlətin büdcəsindən maliyyələşdirilir. Yenidənqurma zamanı yaranan vakuumu tezliklə şou biznes doldurdu və bir vaxt zəbt etdiyi məkanı tərk etmək niyyətində deyil.
A.H.: - Son vaxtlar Azərbaycanda da “Mədəniyyət” kanalının açılması barədə fikirlər söylənilir. Həmin ideyanın tərəfdarları da var, əleyhdarları da. Sizin münasibətiniz necədir?
N.A.: - Təxminən yarım il bundan əvvəl, “Space” müstəqil teleradio şirkətinin prezidenti Etibar Babayevin təşəbbüsü ilə yeni rubrika açdıq: “Mədəniyyət kanalı təqdim edir”. Bu, tamaşaçıların reaksiyasını öyrənmək üçün aparılan bir növ eksperiment idi. Dövlət Simfonik Orkestrimizin ifasında Mosartın, Prokofyevin, Şostakoviçin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin və digər bəstəkarların musiqisini səsləndirdik, bədii filmlər, sərgilər haqda proqramlar nümayiş etdirdik. Və rəylər də tam müsbət idi. Odur ki, fikrimcə, “Mədəniyyət” kanalının açılmasına böyük ehtiyac var. Inandırım sizi ki, həmin kanala sərmayə qoyanlar külli miqdarda gəlir əldə edəcəklər. Bu yaxında açılacaq Ictimai televiziyaya da klassik musiqinin təbliği nöqteyi-nəzərdən böyük ümid bəsləyirəm.
A.H.: - Musiqi həyatımızda bu gün baş verən hadisələr dərhal tarixə çevrilir. Bu baxımdan televiziya böyük iqtidara malik olan qüvvədir: olayları lentə alaraq, onları xalqın yaddaşında əbədi saxlayır. Bu istiqamətdə rəhbərlik etdiyiniz departmentin işi necə təşkil olunub? Videotekanız nə dərəcədə zəngindir? Videoarxivlər yaranırmı?
N.A.: - 2000-ci ildə “Space” kanalında işə başlayanda, videotekamıza yalnız estrada ulduzlarımızın konsertlərindən və restoranlarda keçirilən prezentasiyalardan və digər tədbirlərdən aparılan çəkilişlər daxil idi. Onda bizdə hələ PTS adlandırdığımız səyyar televiziya stansiyaları yox idi. Lakin buna baxmayaraq, simfonik və kamera musiqisindən ibarət konsertləri dərhal lentə almağa başladıq. Televiziyanın spesifikasını bilənlər belə çəkilişlərin yalnız üç ya dörd kamera vasitəsilə aparmağını nə dərəcədə çətin olduğunu yaxşı dərk edirlər. Elə o zaman, Rauf Abdullayevin rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrinin konsertlərini, müasir və ənənəvi musiqiyə həsr olunmuş beynəlxalq festivalları lentə aldıq. Musiqi efirinin bu cür sağlamlaşdırma prosesində “Space” şirkətinin prezidenti Etibar Babayevin rolu müstəsnadır. O, televiziya sahəsində çox səriştəli bir mütəxəssis olaraq, perspektivli ideyaları dəstəkləyir və onların həyata keçirilməsinə var gücü ilə imkan yaradır. Etibar müəllimin göstərişi ilə biz b
u gün apardığımız bütün çəkilişləri professional formatda saxlayırıq və onların heç birini VHS, yəni adi video kassetlərə köçürmürük (bu üsula adətən kassetlərin qıtlığından əl atırlar). Bizim departament lazım olan həcmdə kassetlərlə təmin olunur və çəkilişlərin formatının dəyişdirilməsinə ehtiyac yoxdur. Odur ki, hazırda Musiqi departamentinin videotekasında 400-ə yaxın kasset, və ya təxminən 600 saatlıq musiqi materialı var. Buraya sadaladığım musiqi tədbirlərindən savayı, Opera Teatrında aparılan çəkilişlər də daxildir.
|