ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA
|
|
1987-ci ildə görkəmli Azərbaycan musiqişünası N.Bağırovun «Aşıq musiqisi» adlı metodik vəsaiti Azərbaycan Xalq Təhsili Nazirliyinin mətbəəsi tərəfindən çap olunur. Müəllif respublikamızın tarixində ilk dəfə olaraq bir neçə aşıq dastanlarını və on yeddi aşıq havasını ifa olunduğu kimi nota köçürmüşdür. Həmin metodik vəsaitin giriş hissəsində aşıq musiqisinin ifa tərzi və öyrədilməsinin yolları göstərilmişdir. Bu metodik vəsaitin daha bir əhəmiyyəti ondan ibarətdir ki, musiqi müəllimləri bu not nümunələrindən didaktik vəsait kimi istifadə edə bilərlər.
1990-cı ildə Azərbaycan Xalq Təhsili Nazirliyinin mətbəəsində musiqişünas N.Quliyevin «Azərbaycan xalq professional musiqisində çoxsəslilik» adlı metodik vəsaiti çapdan çıxır. Bu vəsaitdə digər xalq musiqi nümunələrilə bərabər həm də aşıq musiqisi yaradıcılığında çoxsəslilik elementləri öz əksini tapmışdır. Məhz bu vəsaitdə göstərilən çoxsəslilik elementlərindən şagirdlərin harmonik musiqi eşitmə qabiliyyətlərinin inkişaf etdirilməsində istifadə etmək mümkündür. 1988-ci ildə Azərbaycan Respublikası Maarif Nazirliyinin mətbəəsində pedaqoji elmlər doktoru F.Sadıqovun «Məktəbdəki özfəaliyyət musiqi dərnəkləri» adlı metodik tövsiyələri çapdan çıxır. Bu metodik vəsaitdə müəllif F.Sadıqov məktəblərimizdə olan musiqi dərnəklərinin vəziyyətini öyrənmiş və onun apardığı müşahidələrdən məlum olmuşdur ki, ümumtəhsil məktəblərimizdə oxuyan şagirdlər əsasən qarmon və nağara alətlərində çalmaq istəyirlər. Bu tədqiqat da bir daha sübut edir ki, qədim musiqi alətimiz olan saz və ümumiyyətlə aşıq yaradıcılığı uzun müddət yaxş
ı təbliğ edilmədiyindən ona mənfi münasibət olmuşdur.
1992-ci ildə O.Rəcəbovun «Azərbaycan Respublikasının ümumtəhsil məktəb şagirdlərinin musiqi mədəniyyətinin formalaşdırılmasının problemləri» adlı doktorluq dissertasiyasının avtoreferatında böyüməkdə olan gənc nəslin tərbiyəsi sistemində xalq musiqimizin digər nümunələrilə bərabər aşıq musiqisinin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunur. Dissertasiyada aşıq musiqisinin böyük formaları ilə yanaşı dastanlarının tərkib hissələri olan Gəraylı, Qoşma, Müxəmməs və s. kimi növlərindən orta ümumtəhsil məktəblərimizin musiqi dəsrlərində və dərsdən kənar musiqi məşğələlərində istifadə etmək məsləhət görülür.
Adı çəkilən problemlə bağlı 1994-cü ildə I.Imamverdiyevin «Azərbaycan aşıq ifaçılığı sənətinin səciyyəvi xüsusiyyətləri», məqalənin müəllifinin «Aşıq musiqi yaradıcılığı yeniyetmələrin musiqi inkişafında vasitə kimi», 1995-ci ildə A.Kərimovun «Azərbaycan aşıqlarının Tovuz məktəbi» mövzusunda namizədlik dissertasiyaları, 1996-cı ildə Ə.Eldarovanın «Azərbaycan aşıq sənəti» tədqiqat işi, 1998-ci ildə K.Dadaşzadənin «Azərbaycan aşıqlarının epik oxumalarının semiotik prinsipləri barədə» namizədlik dissertasiyası əhəmiyyətli elmi əsərlərdəndirlər.
2002-ci ildə sənətşünaslıq doktoru, professor T.Məmmədovun ali məktəblər üçün tərtib edilmiş «Azərbaycan xalq-professional musiqisi: aşıq sənəti» adlı dərs vəsaitində aşıq xalq-professional sənətinin ən başlıca xüsusiyyətləri əks olunmuş və əyani not misalları təqdim edilmişdir. Tədqiqat işi Bakı Musiqi Akademiyasının, pedaqoji universitetlərin musiqi şöbələri və musiqi texnikumlarının tələbələri üçün dəyərli vasitədir. Bu dərs vəsaiti həmçinin aspirantlar, musiqi tədqiqatçıları və uşaq musiqi məktəblərinin müəllimləri üçün də nəzərdə tutulmuşdur.
2003-cü ildə məqalənin müəllifinin ümumtəhsil məktəblərinin musiqi müəllimləri üçün nəzərdə tutulmuş «Aşıq mahnı yaradıcılığı və onun musiqi tədrisi prosesində tətbiqi» və «Yuxarı sinif şagirdlərinin musiqi qavrayışı prosesində aşıq yaradıcılığının əhəmiyyəti» adlı metodik tövsiyyələri nəşr edilmişdir.
Tədqiqatlar və elmi axtarışların nəticəsi göstərir ki, aşıq musiqisi yaradıcılığından dərs və dərs-dənkənar musiqi məşğələlərində istifadə edilməsi haqqında «Azərbaycan məktəbi», «Məktəbəqədər və ibtidai məktəb» jurnallarında heç bir məqalə çap olunmamışdır. Bu bir daha sübut edir ki, uzun illər aşıq musiqi yaradıcılığı məktəb təcrübəsindən kənarda qalmış, uşaqlarımızın musiqi estetik tərbiyəsi prosesinə güclü təkan verə biləcək bu xalq yaradıcılığı nümunələrindən istifadə edilməmişdir.
Aşıq musiqisi ilə əlaqədar aparılmış təqqiqatların əksəriyyəti isə məhz musiqişünaslıq istiqamətində olmuşdur ki, bunlardan da ümumtəhsil məktəblərimizdə müəllimlərimiz üçün didaktik material kimi istifadə edilməmişdir. Bu isə ondan irəli gəlmişdir ki, qədim Azərbaycan xalq yaradıcılığı nümunəsi olan aşıq musiqisi uzun müddət respublikamızda lazımınca qiymətləndirilməmiş və onun böyük tərbiyəvi əhəmiyyəti diqqət-nəzərdən kənar qalmışdır.
Digər tərəfdən aparılan müşahidə və mübahisələr bir daha təsdiq edir ki, Azərbaycan xalq musiqisi yaradıcılığının qiymətli abidəsi olan aşıq musiqi nümunələrinin toplanması, onunla əlaqədar müəyyən elmi materialların öyrənilməsi sahəsində müəyyən işlər görülsə də həmin musiqi nümunələrindən ümumtəhsil məktəblərində şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılması prosesində istifadə etmək problemi öz həllini tapmamışdır.
Dediklərimizlə əlaqədar aşıq musiqisinin orta ümumtəhsil məktəblərinin I-VIII siniflərində mistifadəsi üçün aşağıdakı təkliflər məsləhət görülür:
1. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq orta ümumtəhsil məktəblərinin «Musiqi proqramlarına» qədim klassik aşıq musiqisi nümunələrini daxil etmək məktəblilərin bədii-estetik tərbiyəsinin inkişafına səbəb ola bilər.
2. Orta ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün «Musiqi» dərsliklərində klassik Azərbaycan aşıqlarının həyat və yaradıcılıqları ilə əlaqədar sadə məlumatların verilməsi dərslik müəllifləri məsləhət görülsün, həm də bu materialların sadədən mürəkkəbə prinsipi ilə tərtib edilməsi nəzərə alınsın.
3. Ümumtəhsil məktəblərimizdə fəaliyyət göstərən «Aşıq» dərnəkləri üçün onlardan yaş xüsusiyyətlərinə uyğun olan didaktik vəsaitlərinin yaradılması sahəsində əməli işlər görülsün.
|