ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
YENI KITABLAR SILSILƏSINDƏN: ADILƏ MAILOVANIN «K.K.SƏFƏRƏLIYEVANIN MUSIQI IFAÇILIĞI YARADICILIĞININ YARANMASI VƏ TƏŞƏKKÜL&Uum
Gülnaz ABDULLAZADƏ
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
“MUSIQI PALITRASI”NIN ƏLVAN BOYALARI
Aida HÜSEYNOVA
MÜSLÜM MAQOMAYEVIN BƏDII ALƏMINƏ YENI NƏZƏR
Nigar RƏHIMOVA
YENI ELMI TOPLU
Ceyran MAHMUDOVA
YENI KITABLAR SILSILƏSINDƏN: ADILƏ MAILOVANIN «K.K.SƏFƏRƏLIYEVANIN MUSIQI IFAÇILIĞI YARADICILIĞININ YARANMASI VƏ TƏŞƏKKÜL&Uum
Gülnaz ABDULLAZADƏ

 


Elmi və ictimai əhəmiyyət kəsb edən problemdən biri ilk dəfə olaraq Adilə Hüseynağa qızı Mailova tərəfindən həll olunmuş və professor Kövkəb Kamil qızı Səfərəliyevanın musiqi ifaçılığı yaradıcılığının və həyatının fundamental tarixi yaradılmışdır.        Müəllifin Kövkəb xanım şəxsiyyətini və onun fəaliyyətini dövrün sosial ziddiyyətləri ilə bağlaması bu tədqiqat işinin üstünlüklərindən biridir.

       Bu monoqrafiyada Azərbaycan musiqiçilərinin böyük bir nəslinin həyat və fəaliyyətinin panoramı açıqlanmışdır.

       Oxucuların gözləri qarşısında Bakının mədəni həyatının əhəmiyyətli bir dövrü canlanır. Eyni zamanda elə bir təsəvvür yaranır ki, sanki Səfərəliyeva dünyasını dəyişməyibdir və onun simasını, təbəssümünü canlı olaraq görürük.

       Müəllif dəyərli bir tədqiqat işini görməyə müvəffəq olmuşdur. Istedadlı Azərbaycan pianoçusu, Səfərəliyeva məktəbinin layiqli davamçısı, BMA-nın dosenti, elmi-tədqiqat və metodik fəaliyyətlə daim məşğul olan Adilə Mailova bu işi uğurla başa çatdıra bilmişdir.

       Səfərəliyeva məktəbinin təmsilçiləri üçün də kitabın bir çox səhifələri dəyərlidir. Çünki burada bu günə qədər arxiv sənədlərində və yaxınlarının yaddaşlarında açılmamış qalan və öz zamanını gözləyən Səfərəliyevanın yaradıcı və ictimai fəaliyyətinin tərəfləri barədə də məlumat verilir.

       Mailovanın monoqrafiyasının materiallarının zənginliyi və yeniliyi Azərbaycanda fortepiano ifaçılığı sənətinin öyrənilməsində və professor K.K.Səfərəliyeva şəxsiyyətinin tədqiq olunmayan səhifələrinin açılmasında böyük əhəmiyyət kəsb edir.

       Iki fəsilə daxil edilmiş səkkiz paraqrafdan ibarət bu kitabda Kövkəb xanımın çoxşaxəli həyat və zəngin yaradıcılıq yolunun erkən dövründən yetkin yaşlarınadək olan bütün mərhələlərinə toxunulur və onun yaradıcılıq irsi tədqiq olunur.

       Birinci fəsildə Kövkəb xanımın kübar ailəsinin şəcərəsi, ənənələri haqqında məlumatlar verilir, onun yaradıcılıq yolunun mərhələləri işıqlandırılır, o cümlədən uşaqlıq, gənclik illəri, Böyük Vətən müharibəsi, ondan sonrakı dövr (50-60-cı illər) və fəal yaradıcılığının çiçəklənməsi dövru (70-80-ci illər) əhatə olunur.

       «K.K.Səfərəliyevanın fortepiano məktəbinin formalaşması və onun bədii-ifaçılıq prinsipləri» adlı ikinci fəsildə Kövkəb xanımın interpretasiyalar və ifaçılıq nümunələri əsasında tədris metodikası və müəllif mətninin oxunmasına dair problemlər açıqlanır. Bu fəsil xüsusən tədris prosesindəki fortepiano ifaçılığı sahəsində dərs deyən müəllimlər üçün köməkçi vəsait kimi qiymətli bir nümunədir.

       Adilə Mailovanın müəllifi olduğu «K.K.Səfərəliyevanın musiqi ifaçılığı yaradıcılığının təşəkkülü və inkişafı» adlı kitabda paralel olaraq Azərbaycanda professional musiqi təhsilinin formalaşması yolları və Kövkəb xanımın Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) nəzdindəki orta ixtisas 10 illik musiqi məktəbinin (indiki Bülbül adına musiqi məktəbinin) banisi kimi fəaliyyəti işıqlandırılır, onunla çiyin-çiyinə işləyən məşhur şəxslər, bəstəkarlar (Ü.Hacıbəyov, A.Zeynallı, M.Maqomayev, R.Qliyer, Ə.Bədəlbəyli, Ş.Bədəlbəyli, N.Nikolayev, M.Presman, D.Şostakoviç, Q.Qarayev, C.Hacıyev, V.Adıgözəlov, A.Rzayev, A.Məlikov, X.Mirzə-zadə və b.), ifaçılar (G.G.Şaroyev, M.Brenner və b.) və onların yaradıcılıq fəaliyyətləri yeni baxımdan göstərilir. XIX əsrin sonu XX əsrin əvvəllərindəki sosial-siyasi hadisələr fonunda Bakının mədəni həyatına və Kövkəb xanımın professional kimi formalaşmasında rolu olan ailə və ictimai mühitə tarixi qiymət verilir. Kitabda arxiv mat erialları, fotoşəkillər, onun müasirlərinin, o cümlədən dostlarının, qohumlarının, şagirdlərinin xatirələrindən istifadə olunmuşdur. Bununla yanaşı burada Səfərəliyevanın tədris metodikasındakı, fortepiano sənəti sahəsindəki bədii-ifaçılıq prinsiplərinə böyük yer verilmişdir. Azərbaycan professional musiqi təhsilinin qurulmasında və inkişafında böyük rolu olan Səfərəliyevanın ictimai fəaliyyəti qırmızı xətlə kitab boyu keçir.

       Qeyd etmək lazımdır ki, kitabın rəyçiləri SSRI və Azərbaycan Respublikasının xalq artisti, Şöhrət ordenli, beynəlxalq müsabiqələr laureatı, məşhur pianoçu, Bakı Musiqi Akademiyasının rektoru, professor F.Ş.Bədəlbəyli və Bakı Musiqi Akademiyasının «Ümumi fortepiano» kafedrasının professoru, qocaman müəllim I.Q.Plyamdır.

       Elmi redaktoru isə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor G.A.Abdullazadədir. Xüsusilə Kövkəb xanımın işıqlı xatirəsinə həsr edilmiş kitab barədə bir neçə söz deyərkən F.Ş.Bədəlbəyli həm kitabın mahiyyətini, həm müəllifin zəhmətini, həm də öz xatirələrini qeyd etmişdir. Onun sözlərinə dəstək olaraq Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar Ittifaqının I katibi,Bakı Musiqi Akademiyasının «Dirijorluq» kafedrasının müdiri, professor V.Z.Adıgözəlov əlavə etmişdir ki, «bizim nəsil bu gözəl insana, böyük musiqi xadiminə, əsl pedaqoqa daim minnətdardır».

       Kitabın sonunda Səfərəliyevanın həmkarları - L.N.Yeqorovanın, professor I.Q.Plyamın, Kövkəb xanımın rəhbərlik etdiyi məktəbin məzunları - Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar, professor T.Ə.Bakıxanovun və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor R.Z.Adıgözəlovun dəyərli xatirələri verilmişdir.

       Monoqrafiya musiqi tarixi və fortepiano ifaçılığı, bununla yanaşı XX əsrin əvvəllərindən 1980-ci illərə qədər Bakının mədəni həyatının tarixinin öyrənilməsi sahəsində çalışan mütəxəssislər və Azərbaycandakı musiqi sənətinin tərəqqisinə xidmət edənlər üçün nəzərdə tutulmuşdur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page