ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ZAMAN ILƏ BIRBAŞA DIALOQ
Sevinc RZAYEVA
XALQ GEYIMLƏRI VƏ MAHNILARIMIZ
Solmaz MƏHƏRRƏMOVA
SƏS DALĞASI MÜKƏMMƏL INFORMASIYA MƏKANIDIR
Rəhilə HƏSƏNOVA
ESTRADANIN TƏŞƏKKÜLÜ VƏ INKIŞAF ISTIQAMƏTLƏRI
Ramiz ƏZIZBƏYLI
ASUDƏVAXT MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MILLI VƏ DÜNYƏVI ƏNƏNƏLƏRIN ROLU(ardı)
Ilqar HÜSEYNOV
MUZEY FƏALIYYƏTININ BU GÜNÜ
Sabir ƏMIRXANOV
|
|
«Qarabağ Şikəstəsi» oratoriyasının yazıldığı dövrdə, keçən əsrin 80-ci illərinin sonunda, ölkəmizin və cəmiyyətimizin həyatında, uzun illərdən sonra bir çevriliş baş vermişdi – keçmiş imperiyada, çox təəssüf ki, episentri Azər-baycana düşmüş dəhşətli siyasi zəlzələlər, Azərbaycan ziyalılarının adekvat reaksiyasını və incəsənətimizin keyfiyyətcə yeni bir etik mərhələdə həllini tələb etməyə başladı – bu ekstremal şəraitdə sovet ideologiyasının insanlara süni bir şəkildə aşıladığı, bünövrəsi zor gücünə və yalanla qurulmuş sosialist realizminin əyri güzgülərində, onun sovetlərin 70 illik hakimiyyətində, incəsənətimizin istənilən sahəsində yaratdığı «zəhmətkeşlər ordusunun yeni nailiyyətləri» kimi presdosəadət illüziyaları çevrəsində cəmiyyətin həqiqi tələblərinə cavab verə biləcək əsərlər yarana bilməzdi, artıq keçmişdə qalmış «mexanizmlər» və qəliblər daha işləmirdi. Bütün qabaqcıl və mütərəqqi sənətkar-larımızın uzun illər boyu daima can atdığı həqiqi sənət azadlığı isə, əlbəttə ki, «yuxarıdan» sanksiy
a oluna bilməzdi və buna sadəcə olaraq mütəfəkkir sənətkar iradəsi, yeni dövrün tələblərinə cavab verə biləcək bədii təxəyyül və ümumdünya incəsənətinin universal dəyərlər platformasındakı təmayülləri ilə bərabər addım-lamaq – sadəcə olaraq müasirlik istəyi lazım idi. Bütün bu proseslər, XX əsrdə bəşər xəzinəsinə Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov kimi böyük dühalar bəxş etmiş və onların layiqli davamçıları-nı yetişdirmiş musiqimizdən, şübhəsiz ki, yan keçə bilməzdi və beləliklə, keçən əsrin son onilliyi Azərbaycan musiqisinin inkişafında keyfiyyətcə tamamilə yeni bir mərhələ kimi daxil oldu. Bu yeniləşmə təmayülü, özlüyündə çox güclü bir impuls-amil olaraq, musiqimizdəki demək olar ki, bütün aparıcı bəstəkarlarımızın yaradıcılığına və əhəmiyyətli janrlara aid olub, yalnız bədii tematikanı-mövzuları və obrazlar aləmini deyil, həm də dramaturgiyanı, ifadə vasitələri və forma səviyyəsini əhatə etmiş, zaman və məkan problemlərinə münasibətdə bir çox təshihlər etmişdir.
Təbii ki, incəsənətimizdə baş verən bütün bu proseslər Vasif Adıgözəlovun yaradıcılığından da yan keçə bilməzdi. Ölkəmizin və cəmiyyətimizin siyasi-etik-sosial fırtınalar burulğanında baş vermiş faciələr və bununla yanaşı müasir dünya incəsənətindəki gedən proseslər fonunda, sənətkarın yaradacağı əsərin bədii konsep-siyasında, sadəcə olaraq reallığın akademik dərki öz keçmiş aktuallığını itirirdi. Bu yeni şəraitdə yalnız bədii istiqamətlər, ifadə vasitələri və terminologiya deyil, hərdən paradoksal anlamların formalaşması baş verən yeni incəsənətin semantikası və struk-turlaşması dəyişilmişdi. Bu halda yazılacaq əsərlərin özülü, yeni fundament-la əsaslı konsepsiyalarla qoyulmasaydı (bir çox zaman bu musiqidənkənar ideyalar da, ola bilərdi), o zaman yaradılmış incəsənət əsəri artıq özünün keçmişdəki pozitiv mənasını itirmiş olurdu. Bundan belə təsvir ediləcək bədii məkanda, musiqidəki müasir reallığı və yeni, konseptual ideallığı nəzərdə tutacaq yeni modellər yaranmalı idi. Bütün bunlar incə duyumlu bə
stəkarın daxili aləminə yoğrularaq yeni təmayüllü kon-sepsiyalara və bədii istiqamətlərə səbəb olmuşdur ki, bunu bəstəkarın özü də etiraf edir – «.... inanın ki, o zaman bu hadisələr baş verməsəydi, mən «Qarabağ Şikəstəsi» orato-riyasını yazmazdım...» (ANS telekanalında V.Adıgözəlovla aparılan «Açıq söhbət» ve-rilişindən, 15 sentyabr, 2002).
«Qarabağ Şikəstəsi» oratoriyası Vasif Adı-gözəlov tərəfindən 1989-cu ildə yazılmışdır. Lakin, zaman ilə birbaşa dialoqun yeni, qeyri-ordinar tələbləri ilə uzlaşacaq bu monumental əsərin yazılması ideyası hələ 1988-ci ilin yayında Şuşa şəhərində, bəstəkarın dostu, şair Teymur Elçin ilə birgə yaranmışdır. Yaradıldığı zaman çərçivəsindən baxarkən, öz tematikası, bədii konsepsiyası, obrazlar aləmi və daxili məzmunu ilə müxtəlif sosial təbəqələrə aid olan dinləyici dairəsinə yönəlmiş bu əsəri, daima vətəndaş mövqeyi tutmuş bəstəkarın yaradıcılığında bir mərhələ kimi qeyd etmək olar. «Qarabağ Şikəstəsi» oratoriyası sənətkarın zaman ilə qarşı-qarşıya söhbəti, müasirliyin amansız reallığı, gerçəkliyi ilə bilavasitə baş verən dialoqudur, ona verilən cavabıdır. Cəmiyyətdə baş verən müxtəlif ictimai kataklizmlərə kəskin reaksiya verən bütün mütərəqqi sənətkarlar kimi Vasif Adıgözəlov da, əsərin yazıldığı bu dövrdə vətənimizə üz vermiş dəhşətli faciələrə biganə ola bilməzdi. Və bu zaman geniş insan kütlələrinə yö
nələrək yaranacaq bu əsərin ideyası, konseptual əsasları və ger-çəkləşməsi forması məhz cəmiyyətin keçirdiyi dərin hisslərlə mütənasib olmalı idi. Bunun üçün Vasif Adıgözəlov və Teymur Elçin ən optimal variantı seçdilər – geniş xalq sənətinə appelyasiya edən (bu həm musiqidə [zərbi-muğam, muğam improvizasiyaları, xalq mahnıla-rını imitasiya edən kupletlər və s]., həm də mətn-də [bayatı, qoşma formaları və s.] hiss edilir) və eyni zamanda möhtəşəmlik-monumentallıq xarakteri daşıyan bu əsərin, artıq sadəcə başlığı belə, hər iki sənətkarın ifadə etdiyi və xalqımızın can atdığı idealların və arzularının canlı təcəs-sümüdür.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|