ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ZAMAN ILƏ BIRBAŞA DIALOQ
Sevinc RZAYEVA
XALQ GEYIMLƏRI VƏ MAHNILARIMIZ
Solmaz MƏHƏRRƏMOVA
SƏS DALĞASI MÜKƏMMƏL INFORMASIYA MƏKANIDIR
Rəhilə HƏSƏNOVA
ESTRADANIN TƏŞƏKKÜLÜ VƏ INKIŞAF ISTIQAMƏTLƏRI
Ramiz ƏZIZBƏYLI
ASUDƏVAXT MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MILLI VƏ DÜNYƏVI ƏNƏNƏLƏRIN ROLU(ardı)
Ilqar HÜSEYNOV
MUZEY FƏALIYYƏTININ BU GÜNÜ
Sabir ƏMIRXANOV
|
|
Çox zaman «Estrada» artistlərinin çıxışlarını izləyənlər, onu müasirliyin təqdim etdiyi bir incəsənət növü kimi qəbul edirlər. Halbuki, estradanın kökləri çox-çox uzaq dövrlərə gedib çıxır… Qədim Misirin, Yunanıstanın, Romanın antik sənət nümunələrində də estradanın kiçik miniatür-lərini sezmək olar. Onun elementləri səyyar komediantların – skomoroxların, şnilmanların (orta əsrlər Almaniyasında: gəzəri, çalğıçı -xanəndə), janqlyorların oyunlarında da özünü göstərib.
Azərbaycanda da ta qədim zamanlardan müxtəlif növ sənət çıxışçılarımız estradaya üstünlüklər veriblər. Pəhləvanların, kəndirbazların, ağır daş qaldıranların, sazəndələrin, bir sözlə, öz istedad və bacarığını nümayiş etdirmək istəyənlərin hamısı estrada meydanına can atıblar.
«Estrada» - deyəndə, çoxşaxəli incəsənət növündən istifadə edə bilən «meydan» gəlir gözlərimiz önünə. Həqiqətən bu «meydan» hər hansı bir kiçik klubda, kino-konsert zallarında, mədəniyyət saraylarında, hətta idman zalları, stadionlarda da yaradıla bilər. Estrada səhnəsində müxtəlif həcmli konsert-tamaşalar hazırlanır: tələbələrin solo konsertlərindən tutmuş, miniatür teatrı, sirk nömrələri – gözbağlayıcılar, akrobatlar, illyuziyaçılardan ibarət çıxışlar, hətta iri həcmli musi-qili-rəqsli vodevillər, muzikxollar, operettalar və s. və i.a.
Konsert-tamaşa zallarının seçiminə gəlincə, bu da təbii ki, təqdim olunan estrada proqramının növündən, həcmindən və çıxışçılarının sayından asılıdır.
Estradanın imkanları olduqca geniş və müx-təlifdir. Buna görə də «estrada» deyəndə, hərə öz həvəs və marağına, zövqünə uyğun incəsənət növündən istifadə edir. Kimlərsə «estrada» səhnəsini bir müğənninin çıxışı, kimlərsə rəqqas-ların, balet cütlüyünün, musiqi ansamblının, sirk nömrələrinin, klounların çıxış meydanı kimi qəbul edir. Ümumiyyətlə, «estrada» - latın sözü olub, «strata» – hazırlanmış meydança deməkdir. Küçə və meydanlarda kütlələr qarşısında öz istedad və bacarıqlarını nümayiş etdirməyə can atanlar, onları seyr edən tamaşaçılardan seçilmək üçün özlərinə bir qədər hündürlüyü olan kiçik meydança – səhnə düzəltməyə başladılar. Bu da ona görə idi ki, tamaşaçılar, onları hər tərəfdən görmək imkanı əldə edə bilsinlər. Həmin bu hündür meydança da «estrada» adlanır.
Müasir «estrada» meydanlarından söz açsaq – onu deyə bilərik ki, bunlar əsasən Qərbi Avropada XIX əsrdə təşəkkül tapmışdır. Buna misal olaraq, Parisin kafe və restoranlarını göstərmək olar. O vaxt bu kafelərin sahibləri öz qonaqlarını şənlən-dirmək, əyləndirmək və daha çox müştəri cəlb etmək məqsədi ilə musiqiçiləri, müğənniləri, kiçik satirik qoşmalarla çıxış edən meyxanaçıları dəvət edirdilər. Bu çıxışçılar da öz repertuarlarını tərtib edəndə dinləyici qonaqları narahat edə biləcək mövzulara müraciət edirdilər. Onlar öz repertuar-larına hərdən kəskin satirik materiallar da qatır, dövrün reallıqlarını əks etdirirdilər. Beləliklə, tamaşaçıların «estrada»ya olan marağını artırır, kafeyə gələnlərin sayını çoxaldırdılar. Belə kiçik kafelərin ticarət baxımından da uğurları artırdı. Digər kafelər də öz işini beləcə qurmağa can atır, hətta öz obyektlərini daha çox müştəri toplamaq məqsədi ilə genişləndirirdilər. Belə kafelərə Parisdə «Ambasador», «Eldorado» və başqalar
ını misal göstərmək olar.
Ingiltərədə artıq hazır tikililərin, mehman-xanaların geniş zallarını bu məqsədlə istifadəyə uyğunlaşdırırdılar. Burada geniş musiqi zalı əmələ gəlirdi. («Muzik-xoll» sözü buradan meydana çıxıb). Bu zallarda müxtəlif rəqslər ifa olunar, mahnılar oxunar, sirk artistləri öz məharətlərini nümayiş etdirərdilər. Çox vaxt bue strada artistləri kafelərin, mehmanxanaların sahibləri üçün əlverişli olduq-larına görə həmən bu kafelərin, muzik-xolların daimi işçilərinə çevrilərdi, özlərinin konkret konsert truppalarını hazırlayardılar. Ilkin olaraq «Star muzik-xoll» yaranmışdır (1832-ci il). Londondakı «Alqam-bra» muzik-xoll növü fransızların çox xoşuna gəlmiş, onlar da 1869-cu ildə Parisdə «Foli Berjer», 20 ildən sonra isə «Milen-Ruj» zallarını yaratdılar. Bu zallar özünün müxtəlif, zəngin proqramları ilə hamını heyran etmişdi. Ona görə də bu zallar sonradan «varyetyezal» adlandırılmağa başladılar. («Varyetye» fransız sözü olaraq – «müxtəlif», «ordan-burdan» deməkdir). Illər ö
tdükcə «va-ryetye» sözü daha geniş məna kəsb etməyə başladı, çünki bu sözü təkcə konkret teatrlara yox, müxtəlif növ incəsənət nümunələrini özündə əks etdirən iri həcmli tamaşalara da aid etdilər.
Rusiyada da «estrada» meydançalarına geniş yer verirdilər. Xüsusi ilə XIX əsrin axırları, XX əsrin əvvəllərindən etibarən «estrada» meydanı daha böyük vüsət aldı. Buna da hazırlanmaqda olan Sosialist Inqilabı təkan verdi. Çünki geniş zalları, hazır səhnələri olmayan inqlabçılar kiçik toplantı yerlərində, əhali arasında, fabrik və zavodlarda inqilabi çağırışlara, mitinqlərə yığılan xalq kütlələrinin qarşısında özlərinin yaratdıqları «təbliğat və təşviqat briqadaları» ilə tənqidi və təbliği materiallarla çıxışlar edirdilər. Sosialist inqlabından sonrakı quruculuq dövrlərində «estrada» meydanları çoxaldı və öz sərhədlərini durmadan genişləndirdi. Belə ki, estrada artistlərinin artıq cəbhə xəttində, əsgər kazarmalarında, hərbi çağırış məntəqələrində, «Qırmızı klub»larda çıxış etmək imkanları oldu.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|