ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛ - 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛ - 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN…
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR

 


Ulu öndər, dünyanın görkəmli siyasətçisi və Dövlət xadimi mərhum Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti əsl tərbiyə məktəbidir. Bütün şüurlu həyatını öz millətinin xoşbəxtliyinə həsr edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlərinə – bəstəkar və musiqişünaslarına çox böyük qayğı və ehtiramla yanaşmışdır.

       Hələ 1969-1982-ci illərdə SSRI-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə cənab Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Məhz onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRI-də deyil, həmçinin bütün dünyada tanındı.

       Neçə-neçə bəstəkarımız SSRI xalq artisti adına layiq görüldü. SSRI-nin ən yüksək orden və medalları ilə təltif olundular. Elə onu demək kifayətdir ki, üç böyük bəstəkarımız – Qara Qarayev, Niyazi, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

       Heç kimə sirr deyil ki, həmin fəxri adların verilməsi xalqımızın böyük oğlu, milli və professional musiqimizin təəssübkeşi və xeyirxahı Heydər Əliyevin təqdimatı və onun şəxsiyyətinə olan ehtiram və hörmət əsasında mümkün olmuşdur.

       Məhz bu səbəbdən də böyük bəstəkarımız Qara Qarayev 1978-ci ildə keçırilən 60 illik yubileyində cənab H.Əliyevi yüksək qiymətləndirərək demişdir: «Biz hamımız son illərdə respublikamızın həyatında necə böyük dəyişikliklər baş verdiyini, Heydər Əliyevin daim qayğısı sayəsində xalqımızın mənəvi və yaradıcılıq qüvvələrinin necə coşub-daşdığını yaxşı başa düşür və aydın görürük.»

       Onu da qeyd edək ki, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev muzeylərinin yaradılması, yubileylərinin təntənəli surətdə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.

       Azərbaycan bəstəkar və musiqişünasları ən çətin dövrlərdə belə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev cənablarına müraciət etmiş və bundan məmnunluq duymuşdur. Dərin razılıq hissi ilə etiraf etməliyik ki, o, həmişə biz sənətkarların yaradıcılıq işi ilə maraqlanmış, problemlərimizin operativ şəkildə həllini həyata keçirmişdir.

       Elə onu demək kifayətdir ki, Dövlət müstəqilliyimizin ilk illərində bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sosial problemləri Dövlət səviyyəsində müvəffəqiyyətlə həll edən cənab H.Əliyev yaradıcı ziyalıların, o cümlədən Azərbaycan Bəstəkarlar Ittifaqının görkəmli üzvlərinin, xüsusi xidmətləri olan bəstəkar və musiqişünasların əməyini yüksək qiymətləndirdi. Onun Prezident təqaüdü təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında Azərbaycan Bəstəkarlar Ittifaqının qocaman üzvləri də vardır. Bu baxımdan Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, Hökumə Nəcəfovanın, Məmməd Cavadovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Azər Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin, Ramiz Mirişlinin, Musa Mirzəyevin, Nəriman Məmmədovun, Elza Ibrahimovanın, Oqtay Kazımovun, musiqişünas Elmira Abasovanı n adlarını çəkə bilərik. Bəli, məhz Prezidentin təsis etdiyi təqaüd yüzlərlə yaradıcı şəxsiyyətə, həmçinin bəstəkar və musiqişünaslara Dövlət tərəfindən göstərilən çox yüksək maddi və mənəvi qayğıkeşlik kimi böyük razılıq və minnətdarlıqla qarşılandı.

       Cənab Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın bəstəkarlarına dövlət səviyyəsində diqqət və qayğını əsirgəməmişdir. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirmiş, bütövlükdə musiqi sənətimizin inkişafına mənəvi zəmin yaratmışdır. Ölkə rəhbərinin sözün əsl mənasında musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə çalışanları yaradıcılığa ruhlandırmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar Ittifaqının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür. Elə 1995-2003-cü illər ərzində Prezident H.Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata – «Istiqlal» ordeninə, Azərbaycan Respublikasının xalq art istləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli daha bir yüksək Dövlət mükafatı – «Şöhrət» ordeni ilə təltif olunmuşdur. Bu müddətdə Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının xalq artisti, Siyavuş Kərimi və Həsənağa Qurbanov isə əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüşlər.

       Söz yox ki, bu təltiflər bəstəkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir.

       Azərbaycanın xarici ölkələrlə sıx musiqi əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən dahi şəxsiyyət Heydər Əliyev bununla da Bəstəkarlar Ittifaqının beynəlxalq əlaqələrinin daha da genişlinməsinə şərait yaradırdı. Bu baxımdan dünya şöhrətli sənətkar Mstislav Rostropoviçin şəxsən H.Əliyevin dəvətilə ölkəmizə qastrola və ustad sinfi aparmağa gəlməsi, onun təfsiri ilə Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında səsləndirilməsi, həmçinin xarici ölkələrdə də bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page