ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛ - 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛ - 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN…
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR

 


       Cənab H.Əliyev ayrı-ayrı görkəmli bəstəkarların, həmçinin digər sənət adamlarının yubileyləri ilə əlaqədar sərəncamları imzalayarkən təşkilat komissiyasına mütləq olaraq Bəstəkarlar Ittifaqının rəhbərliyi, habelə görkəmli bəstəkar və musiqişünaslar da daxil edilirdi.

       Digər önəmli fakt odur ki, işinin gərginliyinə baxmayaraq cənab Prezident Azərbaycan Bəstəkarlar Ittifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək, ya səhnədə tamaşaya qoyulan, ya da ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləmiş, bəstəkarlarımıza dəstək vermişdir. Bu faktlar bir daha sübut edir ki, H.Əliyev respublikamıza 30 ildən artıq rəhbərliyi dövründə Bəstəkarlar Ittifaqının və onun üzvlərinin yaradıcılıq fəaliyyəti ilə daim maraqlanmış, onların uğurlarına və nailiyyətlərinə yüksək qiymət vermişdir. Əlbəttə ki, bütün bunlar Heydər Əliyevin qayğıkeşliyinin və Azərbaycan musiqisini qəlbən sevdiyinin bariz nəticəsidir.

       Yeri gəlmişkən onu da deyim ki, başqa sənət adamları kimi Azərbaycan bəstəkarları da dərin hörmət və ehtiram əlaməti olaraq cənab Heydər Əliyevə həsr olunmuş istər iri həcmli, istərsə də kiçik həcmli bir-birindən dəyərli əsərlər yazmışlar. Bu əsərlər arasında görkəmli bəstəkarlardan Cövdət Hacıyevin 8 saylı simfoniyasını, Arif Məlikovun 8 saylı «Əbədiyyət» adlı simfoniyasını, Vasif Adıgözəlovun «Azərbaycan» kantatasını, Ramiz Mirişlinin «Məşəl kimi yanan ürək» adlı odasını, Sərdar Fərəcovun «Böyük vətəndaş haqqında oda»sını, gənc bəstəkar Vasif Allahverdiyevin «Ömür yolu» simfonik poemasını və bəstəkarlarımızın geniş yayılmış onlarla mahnılarını qeyd etmək istərdim.

       Bu məqaləni yazarkən mən cənab Heydər Əliyevin «Bəstəkarın yüksək vəzifəsi və amalı» kitabçasını bir daha maraqla vərəqladım, onu diqqətlə xudum. Xatırladım ki, kitabça Azərbaycan bəstəkarlarının V qurultayından sonra Heydər Əliyevin respublika bəstəkar və musiqişünasları ilə keçirilmiş görüşündəki çıxışı əsasında çap olunmuşdur (1979-cu il, 1 oktyabr).

       Önəmli haldır ki, həmin kitabçadakı müddəa və tövsiyələr hazırkı dövr üçün də öz aktuallığını saxlayır. Buna görə də bu yazımda H.Əliyevin bir sıra müddəa və fikirlərinin, tövsiyələrinin ötən illərdə yaradıcılıq fəaliyyətimizə göstərdiyi təsir istiqamətləri üzərində dayanmaq istəyirəm.

       Ulu öndər o zaman bizim qurultayımızı respublikanın həyatında mühüm ictimai-siyasi hadisə kimi səciyyələndirmişdi. O, belə hesab edirdi ki, Azərbaycan Bəstəkarlar Ittifaqı musiqi sənətinin bütün janrlarının bərabər inkişafını təmin etməlidir.

       Doğrudan da, öz fəaliyyətimizdə biz dahi şəxsiyyətin bu tövsiyəsinə həmişə əməl edirik. Məsələn, hər il Bəstəkarlar Ittifaqında 10-15 tədbir keçirilir. Bunlar hansılardır? Plenumlar, baxışlar, festivallar, müsabiqələr, görkəmli bəstəkar və musiqişünasların yaradıcılıq və ya müəllif gecələri, INTERNET saytlarının təqdimat mərasimləri və i.a. Bir ənənə olaraq bu kimi tədbirlərdə, forumlarda həm gənc, orta, həm də yaşlı nəsil bəstəkarları da öz yeni əsərlərilə iştirak edirlər.

       Hər bir plenum və ya festival müəyyən bir musiqi sahəsinə həsr olunur. Simfonik, vokal-simfonik, kamera-instrumental, kamera- vokal, xor, mahnı və romans, uşaqlar üçün musiqi, xalq çalğı alətləri orkestri, nəfəs alətləri orkestri üçün yeni əsərlər və i.a. Bir neçə gün davam edən plenum və festivalların əsas məqsədi odur ki, musiqimizin müəyyən sahəsinin hansı inkişaf prosesi keçirdiyini dinlədiyimiz əsərlər əsasında müəyyən edib çatışmazlıqları aşkara çıxaraq, ümumiləşdirmələr aparaq və eyni zamanda bu sahədə qarşıda duran vəzifələri və perspektivləri də müəyyən edək. Bu prosesdə ən ümdə vəzifə məhz musiqi janrlarının inkişafını izləmək və cənab H.Əliyevin təbirincə desək onların bərabər tərzli inkişafını təmin etməkdən ibarətdir. Bir sözlə, janrlar arasında müvafiq tarazlıq yaratmaqdır. Bütün bunlar plenum və festivallardan sonra keçirilən ənənəvi konfranslarda açıqlanır və «Musiqi Dünyası» jurnalında, dövri mətbuatda işıqlandırılır, həmçinin Azərbaycan Dövlət Teler adio Verilişləri Şirkəti tərəfindən radio dalğalarında, televiziya ekranlarında xüsusi verilişlər təşkil olunur.

       H.Əliyev bəstəkarlarla görüşündə simfonik musiqi janrlarının əhəmiyyətindən söz açarkən demişdi: «Simfonik musiqi sahəsində müvəffəqiyyətlər daha çoxdur. Lakin istərdik ki, bu müvəffəqiyyətlər əsasında Siz daha yüksəklərə qalxasınız, proqramlı musiqi əsərlərini daha çox yazasınız. Bir çox bəstəkarlarımız simfoniya yaradıcılığında doğru yoldadır, təcrübə, vərdiş qazanmışlar və əminik ki, bizə yeni kamil əsərlər verəcəklər».

       Bəli, simfonik musiqi yaradıcılığı sahəsində uğurlarımız az deyil, cənab H.Əliyevin tövsiyə etdiyi kimi «proqramlı musiqi əsərləri»nə daha çox yer verilmişdir.

       Xüsusilə müharibə vəziyyətində olan ölkədə proqramlı əsərlərə ehtiyac həmişə böyük olur. Bununla əlaqədar bir faktı da xatırladaq ki, ikinci cahan müharibəsində Azərbaycanda 25-dən çox proqramlı simfonik əsərlər yaranmışdı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page