ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛ - 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN…
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR
|
|
Bəstəkarlar Ittifaqı və onun rəhbərliyinin daim gündəmdə saxladığı ən ağrılı problem-lərdən biri də mahnı yaradıcılığı, ifaçılığı və onun təbliği məsələsidir. Bununla bağlı dəfələrlə konfrans, müşavirə, müsabiqə, səyyar plenumlar keçirilmişdir. Məsələn, 1990-cı ilin noyabr ayında «Odlar yurdu Bakı - 90» adı altında populyar mahnı janrında çalışan gənc bəstəkar və müğənnilərin müsabiqələri keçirildi. Həmin ilin dekabrında respublikanın rayonlarında, kənd əhalisinə mədəni xidmət proqramı çərçivəsində, mahnı yaradıcılığına həsr olunmuş səyyar plenumlar təşkil olundu.
Lakin son illərdə musiqinin ən demokratik və populyar janrında müşa-hidə olunan neqativ tendensiyalar, xüsusilə də, bu sahəyə səriştəsiz, savadsız insanların axını və bunun nəticəsi kimi vaxtı ilə qazanılmış yüksək səviyyənin özfəaliyyət dərəcəsinə enməsinin səbəbləri ciddi şəkildə araşdırma və təcili müdaxilə tələb etdiyi üçün 1999-cu ilin dekabrında Bəstəkar-lar Ittifaqı, Yazıçılar Birliyi və media nümayəndələrinin iştirakı ilə böyük müşavirə keçirdi. Konkret tədbirlər və tövsiyələr planı hazırlanıb lazımi instansiyalara təqdim olundu. Mübaliğəsiz demək olar ki, məhz Bəstəkarlar Ittifaqının inadlı səyi, sərt mövqeyi nəticəsində son zamanlar telekanallarda və radio dalğalarında klassik, xalq və bəstəkar musiqisinin çəkisi xeyli artmış, maarifçilik proqramları açılmışdır. Bu baxımdan Bəstəkarlar Ittifaqının «Muğam» Teatrı ilə müştərək keçirdiyi mahnı axşamları xüsusi əhəmiyyə
tə malikdir. Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Ağabacı Rzayeva, Emin Sabitoğlunun gözəl mahnı irsinə həsr olunmuş bu tədbirlər böyük əks səda doğurmuş, unudulmaqda olan zəngin mahnı xəzinəmizi dinləyicilərin diqqətinə çatdırmışdır. Mahnı sahəsində hərc-mərcliyi aradan qaldırmaq yolunda atılan mühüm addımlardan biri də müxtəlif müsabiqələrin təşkili olmuşdur. Bu sırada 3 il dalbadal Bəstəkarlar Ittifaqının Bakı Şəhər Icra Hakimiyyəti ilə müştərək keçirdiyi müsabiqələri, vaxtaşırı Rabitə Nazirliyi ilə təşkil olunan müsabiqəni, 2000-ci ildə Yeni Azər-baycan Partiyası ilə birgə keçirilmiş «Vətəni tərənnüm edən mahnılar» müsabiqəsini, habelə artıq iki dəfə Sərhəd Qoşunları Xidməti ilə birgə keçirilmiş müsabiqələri qeyd etmək istərdim. Mahnı janrında vətənpərvərlik qayəsinin, ruhunun təcəssümü və təbliği, bununla yanaşı bəstəkar, şair və ifaçıların diqqətini bu günkü gündə millətimizə zəruri olan bir mövzuya yönəldilməsi baxımından bu müsabiqələrin əhəmiyyəti çox böyükdüp. Sevindiric
idir ki, burada uğur qazananların arasında gənc qüvvələr, hətta Bakı Musiqi Akademiyasının tələbələri də vardır. Zənnimcə, bu tədbirlər peşəkarların mahnı məkanında öz layiqli yerlərini tutmağa, öz tutarlı sözünü deməyə imkan yaradacaq.
Bu gün Ittifaqımız öz həyatında çox əla-mətdar, şanlı bir tarixi qeyd edir. Bu tarix Azərbaycan bəstəkarlıq məktəbinin yaranması, təşəkkülü və inkişafını özündə bariz şəkildə əks etdirmişdir. Indi biz, qətiyyətlə deyə bilərik ki, bəstəkarlıq məktəbimiz yaşayır, təzə qüvvələr hesabına daima cavanlaşır, yeni tarixi mər-hələyə doğru hərəkətini davam etdirir.
Qarşıda görüləsi işlər çoxdur. Təbii ki, onların həyata keçməsi bilavasitə vətənimizin ümumi inkişaf mənzərəsindən çox asılıdır. Mən əminəm ki, bu yolda ümummilli liderimiz Heydər Əliyevin strateji xəttini və müdrik siyasətini davam etdirən prezident Ilham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük nailiyyətlər əldə edəcək, yeni üfüqlərə doğru inamla addımlayacaqdır. Bu isə öz növbəsində, bütün sahələrdə olduğu kimi, musiqi mə-dəniyyətimizin inkişafı üçün də geniş imkanlar yaradacaqdır.
|