ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛ - 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN…
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR
|
|
Aprelin 10-da Süleyman Ələsgərovun 80 illiyinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Incəsənət Gimnaziyasının böyük zalında elmi-praktik konfrans keçirildi.
* * *
Mart ayının 15-də Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bəstəkarlar Ittifaqının birgə keçirtdiyi elmi-nəzəri konfrans, musiqişünas Boris Asafyev adına Beynəlxalq Müsabiqəsi laureatı, sənətşünaslıq doktoru, professor Elxan Babayevin anadan olmasının 55 illiyinə həsr olunmuşdu. Konfransı giriş sözü ilə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli açdı. Çıxışçılardan xalq artsiti Arif Məlikov, Elmira Abasova, Azər Rzayev, Sərvər Qəniyev, Rəsul Rəsulov, Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin direktoru Nigar Cərulla qızı, Milli Konservatoriyanın tərkibindəki Musiqi Kollecinin müdiri Nazim Kazımov Elxan Babayev haqqında xatirələr söylədilər.
Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə «Musiqişünaslıq elmində Elxan Babayev yaradıcılığının rolu və əhəmiyyəti», tədris işləri üzrə prorektor, professor Oqtay Abbasquliyev «Tədris prosesində E.Babayevin xidmətləri», professor Vasif Adıgözəlov «Azərbaycan Bəstəkarlar Ittifaqının «Musiqişünaslıq» bölməsində E.Babayevin rolu», AMEA-nın müxbir üzvü Rə’na Məmmədova «E.Babayevin tədqiqatlarında lad-intonasiya prorblemləri», professor Səadət Seyidova «Ən’ənəvi musiqinin tədqiqi sahəsində E.Babayevin xidmətləri», Şəhla Mahmudova «E.Babayev haqqında söz», Fərəh Əliyeva «E.Babayevin elmi-tədqiqat işlərindəki yenilik», Fəttah Xalıqzadə «E.Babayevin elmi-tədqiqatlarında ritm problemləri», Aida Hüseynova «Azərbaycan musiqisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi kontekstində E. Babayevin elmi və ifaçılıq fəaliyyəti», BMA-nın magistr tələbəsi Aytən Əhmədova «E.Babayevin bə’zi pedaqoji prinsipləri» mövzusunda mə’ruzələr e
tdilər. Konfransda Azərbaycan Respublikasının xalq artisti Ramiz Quliyev xatirələrini söylədi və E.Babayevə həsr etdiyi «Rekviyem-Segah» ifa etdi.
E.Babayevin ailə üzvləri adından onun qardaşı Aqşin Babayev və həyat yoldaşı Həcər Babayeva Elxan haqqında xatirələrlə bölüşdülər və konfransı təşkil edib, əməyi keçənlərin hamısına öz dərin ehtiram və minnətdarlıqlarını bildirdilər.
* * *
Mart ayının 27-dən – 30-dək Bakıda görkəmli bəstəkar, SSRI və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 80 illiyi ilə əlaqədar yubiley tədbirləri keçirildi.
Martın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kamera konserti oldu. Q.Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında (dirijor - əməkdar incəsənət xadimi Teymur Göyçayev) «Nizami» simli simfoniyası, «Min bir gecə» baletindən parçalar, «Asəf Zeynallıya ithaf» səsləndi. Konsertdə «Bülbüllər» uşaq kollektivi (bədii rəhbər – Aybəniz Haşımova), Vüsal Isgəndərov (tar), Natəvan Ismayılova (vokal), Həsən Enami (vokal) iştirak etdilər.
Martın 28-də və 29-da M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında «Sevil» operasının (baş rollarda xalq artistləri – Qərinə Kərimova, Azər Zeynalov) və «Min bir gecə» baletinin tamaşası olmuşdur.
Martın 30-da Heydən Əliyev adına Respublika Sarayında möhtəşəm yekun konserti keçirilmişdir. Gecəni giriş sözü ilə mədəniyyət Naziri Polad Bülbüloğlu açaraq görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə geniş mə’lumat verdi. Mərasimdə bəstəkarın əzəmətli orkestr musiqisi, romansları və mahnıları səsləndi. Ü.Hacıbəyov adına Simfonik Orkestrin, Q.Qarayevin adını daşıyan Kamera Orkestrinin, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, eləcə də incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış konsert proqramı olduqca maraqlı keçdi. Xalq artistləri Alim Qasımov, Qərinə Kərimova, Ilhamə, əməkdar artistlərdən Həsən Enami, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Opera və Balet Teatrının solisti Anar Şuşalı F.Əmirovun operalarından müxtəlif ariyalar, romans və mahnıları ustalıqla səsləndirdilər.
Murad Adıgözəlzadə fortepianoda yubilyarın «Min bir gecə» baletinin süitalarını ifa etdi. Konsertin idarə olunmasında tanınmış dirijorlardan Rauf Abdullayev, Azad Əliyev, Cavanşir Cəfərov, Teymur Göyçayev xüsusi məharət göstərdilər.
Unudulmaz bəstəkarın nəvəsi Nəzrin Əfəndiyeva fortepianoda babasının fortepiano üçün Konsertinin finalını çaldı.
Gecədə F.Əmirovun həyat və yaradıcılığının müəyyən məqamlarını əks etdirən sənədli filmlərdən fraqmentlər göstərildi, bəstəkarın çıxışı səsləndirildi.
* * *
Aprel ayının 2-də Istambulda Camal Rəşid Rey adına mədəniyyət mərkəzində «Azərbaycan Ulduzları Dördlüyü» adlandırılan böyük konsert proqramı keçirildi. Proqramın iştirakçıları: Natəvan Ismayılova (Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti) və Dövlət Triosu – Nərgiz Əliyarova (fortepiano), Töhvə Babayeva (skripka), Səbinə Ibrahimova (skripka). Proqramda Ü.Hacıbəyovun, S.Ələsgərovun, V.Adıgözəlovun, T.Bakıxanovun və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndi.
* * *
Aprelin 15-də və 16-da Niyazinin ev-muzeyində və Ü.Hacıbəyovun ev-muzeyində görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 120 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Bəstəkarın həyat və yaradıcılığı haqqında Bakı Musiqi Akademiyasının rektoru, xalq artsiti Fərhad Bədəlbəyli, bəstəkar, xalq artisti Azər Rzayev, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti Fərəh Əliyeva və musiqişünas, Bəstəkarlar Ittifaqının məs’ul katibi Lalə Hüseynova, Telman Ağdamski çıxış etdilər.
Sonra tədbirə də’vət olunmuş müğənnilər, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri – G.Ismayılova, S.Əsədova, G.Məmmədova, S.Ibayev, pianoçu Ü.Hacıbəyovanın ifasında Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» operasından parçalar, habelə bəstəkarın arxivindən tapılmış namə’lum romansı və «Ləzginka» əsəri səsləndirildi.
Ən’ənəvi olaraq yubiley münasibətilə fotosərgi nümayiş etdirildi.
Aprelin 22-də Y.Vaxtanqov adına Dövlət Teatrı nəzdindəki V.Şukin adına Ali Teatr Məktəbinin səhnəsində Azərbaycan musiqi sənətinin klassiki Üzeyir Hacıbəyovun dünyada məşhur olan «Arşın mal alan» musiqili komediyasının yeni quruluşda ilk tamaşası böyük uğurla keçmişdir. Tamaşanın quruluşçu rejissoru Mixail Borisov, prodüsser Viktoriya Morozovadır. Baş rolu – Əsgərin rolunu – teatr və kino artisti, «Notrdam de Paris» müziklinin solisti Anton Makarski, Gülçöhrə rolunu – kino və teatr aktrisası Mariya Poroşina ifa etmişlər. Tamaşanın musiqi müşayiətini azərbaycanlı ifaçılar – tarda beynəlxalq müsabiqə laureatı, Moskvanın «Azərbaycan bülbülləri» uşaq ansamblının bədii rəhbəri – Qorxmaz Axundov, zərb alətlərində Orxan Əliyev həyata keçirmişlər.
* * *
Aprelin 23-də M.Maqomayev adına Azərbaycan Dövlər Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar və məşhur pianoçu, hal-hazırda Israildə yaşayan, professor Elmira Nəzirovanın 75 illiyinə həsr olunmuş konsert keçirildi.
Konserti giriş sözü ilə sənətşünaslıq namizədi, musiqişünas Aida Hüseynova açdı.
|