ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CAVANŞIR QULIYEVIN MAHNILARINDA POETIK MƏTNLƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
ÜZEYIR HACIBƏYOVUN VƏ VASIF ADIGÖZƏLOVUN YARADICILIĞINDA MILLI HARMONIYANIN ISTIFADƏ EDILMƏSINƏ DAIR
Imruz ƏFƏNDIYEVA
QARA QARAYEV MUSIQISINDƏ IMPRESSIONIZMIN BƏDII VƏ KOMPOZISIYA-TEXNIKI PRINSIPLƏRI HAQQINDA
Zəkiyyə QASIMOVA
HACI XANMƏMMƏDOVUN “ƏLIMDƏ SAZIM AĞLAR” POEMASI
Iradə KÖÇƏRLI
V. ADIGÖZƏLOVUN «QƏM KARVANI» ORATORIYASI
Sevinc RZAYEVA
AZƏRBAYCAN BƏSTƏKARLARININ MUSIQI DILINDƏ LAD AMILI
Cəmilə HƏSƏNOVA
|
|
Milli harmoniya problemi ilk dəfə dahi Ü.Hacı-bəyov tərəfindən onun sanballı «Azərbaycan xalq musiqisinin əsasları» nəzəri işində qoyulmuşdur. Ü.Hacıbəyovun ideyaları, düşüncələri, nəzəri fikirləri Azərbaycan musiqişünaslarının elmi işlərində, məqalələrində davam və inkişaf etdirilmiş-dir: I.V.Abezqauz, E.A.Abasova, V.Ş.Əlixanova-Şərifova, M.S.Ismayılov, N.A.Əliyeva, N.H.Ba-ğırov, R.F.Zöhrabov, B.M.Məmmədova, T.A.Yaqu-bova və bu sətirlərin müəllifi.
Ü.Hacıbəyovun yaradıcılıq axtarışları, nəzəri düşüncələri onun dahiyanə «Koroğlu» operasında öz təcəssümünü tapmışdır.
Cəsarətlə təsdiq etmək olar ki, Ü.Hacıbəyovun bütün əsərlərinin musiqi dili novator kəşfləri ilə səciyyələnir.
I.Abezqauzun «Ü.Hacıbəyovun «Koroğlu» operası» işində dahi bəstəkarın milli harmoniya sahəsində bədii tapıntıları dəqiq konkret ifadə edilib. Bu işdə Ü.Hacıbəyovun novatorluğu harmoniya ilə yanaşı, həmçinin, melodiya, ritm, musiqi formasının sintakisisi və digər sahələrində də açılır.
«Lad melosu və harmoniya» fəsli dərin və nəzəri əsaslanmiş fikirləri ilə diqqəti cəlb edir. I.Abezqauz Ü.Hacıbəyovun yaradıcılığında Azərbaycan ladlarının diatonikliyini sübutlu əsasla təsdiq etdi və dahi bəstəkarın «Ümumi birləşdirilmiş harmonik fundamenti altına onların əlvanlığını gətirməyi» cəhdini incəliklə qeyd etdi. Görkəmli alim konkret musiqi nümunələri əsasında Ü.Hacı-bəyovun yaradıcılığında milli harmoniyanın orijinal xüsusiyyətlərini vurğulayır (IV pərdədən Nigarın monoloqu, «Təlxəyin» mahnısı, «Çənlibel» xoru, «Aşıq triosu», «Azərbaycan SSR himni»).
I.Abezqauzun qeyd etdiyi kimi, «baxmayaraq ki, Hacıbəyov milli harmoniyanın ifadəli imkanlarını dərinləşdirdi və genişləndirdi (mənim tərəfimdən qeyd olunub – I.Ə.), onun çoxsəsliliyi… keyfiyyətcə yeni və sırf bəstəkarlıq təzahürü idi1». Beləliklə, Hacıbəyov harmoniyalarının intonasiya-məzmun mənası onda cəmlənir ki, dahi bəstəkarın harmo-niyası Azərbaycan ladlarının intonasiyasından «hörülmüş» ekspressiv üsulların sərbəst blokunda formalaşır və ifadəliliyin konkret faktoru olur.
V.Ş.Əlixanova-Şərifovanın bir çox elmi işlərində milli harmoniyanın problemləri ən dərin elmi əsaslanmasını tapır. Milli musiqinin bədii qanu-nauyğunluqları və major-minor sisteminin ümumav-ropa ənənələri sintezi kontekstində Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin, S.Hacıbəyovun mərhələ əsərlərinin təhlili verliən «Azərbaycan bəstəkar-arının yaradıcılığında milli harmoniyanın xüsusiy-yətləri» adlı elmi tədqiqatı dəyərli əhəmiyyətə malikdir. Özünün işində V.Əlixanova-Şərifova qeyd olunan hər bir bəstəkarın harmo-niyasının milli xüsusiliyini və fərqli-orijinal üslubunu qeyd edir.
Milli harmoniyanın və milli musiqinin ənənələri V.Ş.Əlixanova-Şərifovanın digər işlərində də təhlil edilir: «Q.Qarayevin «Üçüncü simfoniyası»2 və başqaları.
Folklor genezisi və milli harmoniyanın bir sıra problemləri M.F.Əhmədovanın «Azərbaycan bəstəkarlarınan uşaq mahnılarında milli mənbələr» adlı dissertasiyasında professional və elmi səviyyədə araşdırılır. (Bakı, 2002).
M.A.Qəhrəmanovanın magistr dissertasiya-sında T.Quliyevin yaradıcılığında melodiya və harmoniyanın milli xüsusiliyi təhlil edilir.
N.H.Bağırovun məşhur «Harmoniya dərsliyi» kitabında, xüsusilə «Azərbaycan musiqisinin bəzi xüsusiyyətləri» bölməsində çoxsəsliyin mənbəyi, onun inkişafının xarakter prinsipləri yüksək professional səviyyədə təhlil olunur. Nəzəri əsaslanma ilə N.Bağırov müasir harmoniyanın xarakter cizgilərini və onun Azərbaycan bəstəkar-larının yaradıcılığında istifadə olunmasını təhlil edir. Təhlil olunan hər bir bəstəkarın əsərlərində milli mənbələr vurğulanır.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|