ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CAVANŞIR QULIYEVIN MAHNILARINDA POETIK MƏTNLƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
ÜZEYIR HACIBƏYOVUN VƏ VASIF ADIGÖZƏLOVUN YARADICILIĞINDA MILLI HARMONIYANIN ISTIFADƏ EDILMƏSINƏ DAIR
Imruz ƏFƏNDIYEVA
QARA QARAYEV MUSIQISINDƏ IMPRESSIONIZMIN BƏDII VƏ KOMPOZISIYA-TEXNIKI PRINSIPLƏRI HAQQINDA
Zəkiyyə QASIMOVA
HACI XANMƏMMƏDOVUN “ƏLIMDƏ SAZIM AĞLAR” POEMASI
Iradə KÖÇƏRLI
V. ADIGÖZƏLOVUN «QƏM KARVANI» ORATORIYASI
Sevinc RZAYEVA
AZƏRBAYCAN BƏSTƏKARLARININ MUSIQI DILINDƏ LAD AMILI
Cəmilə HƏSƏNOVA
|
|
Dünya musiqi təcrübəsində əldə edilib möhkəmlənmiş bir çox yaradıcılıq metodları, üslub və cərəyanları olmuşdur. Bunların içərisində gerçəkliyin bədii qavranılmasının başlıca üsullarını sadə və anlaşıqlı şəkildə əks etdirənlərini xüsusi qeyd etmək lazımdır. Bunlar klassisizm, romantizm, realizm, impressionizm, ekspressionizmdir. Incəsənətdə bu və ya digər metodu “təmiz” şəkildə təmsil edən nümunə yoxdur; eyni üslub və metod ən müxtəlif dövr bəstəkarlarının yaradıcılığında təzahür edir. Bir bəstəkarın yaradıcılığında və ya ayrıca götürülmüş bir əsər çərçivəsində isə çoxcəhətli təmayülləri ayırd etmək daha çətindir. Belə hallarda bütün elementlər birlikdə yaradıcılığın eyni vaxtda fəaliyyət göstərən əsas və ya köməkçi təmayüllərini əmələ gətirir. Əvvəlki dövrlərin təcrübəsi və müasir musiqi mədəniyyətinin müxtəlif nailiyyətlərinin üzvi surətdə istifadəsinə parlaq misal - Q.Qarayevin yaradıcılığıdır.
Qarayevin musiqi maraqları dairəsi geniş və çoxcəhətlidir. Onun yaradıcılığı şifahi ənənəli Azərbaycan musiqisinin ənənələri, formaları, inkişaf prinsipləri, lad-intonasiya və ritmik təşkili ilə bağlıdır. Q.Qarayev, Üzeyir Hacıbəyovun təcrübəsinə möhkəm dayaqlanır; onun rus musiqisi - P.I.Çaykovskinin simfonizmi, N.A.Rimski-Korsakovun orkestr yazısı ilə, D.Şostakoviç və S.Prokofyevin musiqi dramaturgiyası prinsipləri və üslubu ilə irsi əlaqələri də güclüdür. Q.Qarayev yaradıcılığında qeyd edilən bir çox musiqi metodları və üslubları içərisində polifonistlərin (I.S.Bax) “ciddi üslubu”nun təsirini göstərmək lazımdır; bəstəkar klassiklərin nailiyyətlərini də böyük məharətlə müasir yaradıcılıq məqsədlərinə tabe etdirir ki, bu da Q.Qarayev yaradıcılığında neoklassisizmdən söhbət açmağa imkan yaradır. O, romantik incəsənətin bəzi aspektlərini həyata keçirmişdir. Dodekafoniya kimi müasir cərəyan da Q.Qarayevə təsir göstərmişdir. Bəstəkarın yaradıcılığında impressionizmin üsl
ub cizgilərinin olduğunu da xüsusi qeyd etməliyik.
Impressionizm əlamətləri bəstəkarın musiqisində müəyyənedici səciyyə daşımır. Lakin bu cəhətlər onun əsərlərinə özünəməxsus şəkildə, ahəstəcə “çilənərək”, musiqiyə bənzərsiz səslənmə verir.
Impressionizmə Qarayev iki cür yanaşır. O, bündan həm gerçəkliyin inikas metodu, bütöv üslub kimi (“Sarskoye selo heykəli”), həm də ayrı-ayrı üsul və ifadə vasitələrinin cəmi kimi (“Don Kixot” simfonik qravürləri, “Yeddi gözəl”dən “Portretlər”, “Ildırımlı yollarla” baletindəki peyzaj və portretlər) istifadə edir.
Başlıcası isə budur ki, Q.Qarayevin impressionizmə müraciəti onun əsərlərindəki dərin fəlsəfi dolğunluqla uzlaşır ki, bu da əslində haqqında danışdığımız cərəyanın məzmununa ziddir (impressionizm üçün ilk növbədə təəssüratın ifadəsi və “gözəllik və qeyri-gözəlliyin” estetik dəyərləndirilməsi xasdır). Məhz Q.Qarayev əsərlərinin fəlsəfi yönümü buradakı impressionist elementlərini zənginləşdirir və onun musiqisinin özünəməxsusluğu və bənzərsizliyini təmin edir.
Q.Qarayev yaradıcılığında impressionizm ideya və metodlarından kompleks şəkildə istifadə öz əksini tapmışdır. Bəstəkarın əsərlərində bunun iki cür təzahürünü görürük:
1) Bütövlükdə üslubun təcəssümü (buraya harmoniya, orkestrləşdirmə, musiqi dilinin və kompozisiya üsullarının üslub xüsusiyyətləri kimi müəyyənedici kateqoriyalar, həmçinin obraz və məzmunun təfsiri xarakterində ifadə edilmiş ümumi ideya-üslub konsepsiyasının təcəssümü aiddir). Bu qəbildən olan əsərlər - “Sarskoye selo heykəli”, “Ildırımlı yollarla” baletindəki təsviri səhnələr, bəzi fortepiano prelüdləridir.
2) Özündə obrazların incə psixologizmi ilə iti xarakterikliyi qovuşduran obrazların təsviri-portret səciyyəsinə meyldir. Bu qəbildən olan əsərlərin parlaq nümunələri içərisində “Don Kixot” simfonik qravürlərini, “Xoreoqrafik lövhələr”i, “Ildırımlı yollarla” baletindəki (“Şıltaq”, “Xumar”, “Oynaq” qızlar) və “Yeddi gözəl” baletindəki portretləri göstərmək olar. Bu əsərlərin təsviri sənətlə əlaqəsinə aşkar işarə edən adları onların janr-üslub xüsusiyyətlərinin açıqlanmasına kömək edir. Surətlərin qabarıqlığı, duyma effekti deyil, ani görüntü effekti və “təəssürat” yaradan parlaq portret xarakteristikliyi - bu əsərlərin janr-üslub qanunauyğunluqlarının geniş, ideya-məzmun, konsepsiya mənasında impressionizm metodu ilə qohumluğunu təmin edən amillərdir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|