ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CAVANŞIR QULIYEVIN MAHNILARINDA POETIK MƏTNLƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
ÜZEYIR HACIBƏYOVUN VƏ VASIF ADIGÖZƏLOVUN YARADICILIĞINDA MILLI HARMONIYANIN ISTIFADƏ EDILMƏSINƏ DAIR
Imruz ƏFƏNDIYEVA
QARA QARAYEV MUSIQISINDƏ IMPRESSIONIZMIN BƏDII VƏ KOMPOZISIYA-TEXNIKI PRINSIPLƏRI HAQQINDA
Zəkiyyə QASIMOVA
HACI XANMƏMMƏDOVUN “ƏLIMDƏ SAZIM AĞLAR” POEMASI
Iradə KÖÇƏRLI
V. ADIGÖZƏLOVUN «QƏM KARVANI» ORATORIYASI
Sevinc RZAYEVA
AZƏRBAYCAN BƏSTƏKARLARININ MUSIQI DILINDƏ LAD AMILI
Cəmilə HƏSƏNOVA
|
|
1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabı işıq üzü gördü. Bu kitab musiqi elmində milli lad nəzəriyyəsinin bünövrəsi oldu və Azərbaycan musiqişünaslığında XX əsrdə yeni mərhələ açdı.
Ü.Hacıbəyovun bioqrafları onun «Azərbaycan xalq musiqisinin əsasları» kitabı üzərində 1925-ci ildən çalışdığını göstərirlər. Bu, Ü.Hacıbəyovun bilavasitə tədqiqata başladığı tarix olsa da, əslində bəstəkar bu problemin həlli yoluna qat – qat əvvəllərdən qədəm qoymuşdu. Hələ ilk yaradıcılıq təcrübələri, xüsusilə «Leyli və Məcnun» muğam operası bu yolun başlanğıcında ilkin pillə idisə, «Arşın mal alan» musiqili komediyası bəstəkarı bu problemin həllinə yaxınlaşdıran növbəti mərhələ oldu. Və nəhayət, onun sənət axtarışları «Koroğlu» operasında tam həllini tapdı.
Bəstəkarın özünün etirafına görə, məhz xalq musiqisinin əsaslarının – lad sisteminin öyrənilməsi onun yaradıcılıq təxəyyülünü genişləndirərək, musiqi dilinin zənginləşməsinə gətirib çıxarmışdır.
«Koroğlu» təkcə Üzeyir Hacıbəyovun yaradıcılığında yüksək zirvə olmadı. Bu əsər musiqi sənətində nəsil–nəsil yetişən bəstəkarlarımız üçün örnəyə, musiqişünaslarımız üçün milli lad nəzəriyyəsinin həyatiliyini sübuta yetirən sənət nümunəsinə çevrildi. Beləliklə də xalq musiqisinin lad quruluşu və onunla bağlı qanunauyğunluqların professional bəstəkar yaradıcılığında təzahürü kimi əhatəli bir problem Ü.Hacıbəyovun yaradıcılığında orijinal surətdə həll olundu.
Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabının tarixi əhəmiyyəti çox böyükdür. Elmi, metodiki və təcrübi baxımdan bu kitab həm musiqişünaslıqda, həm musiqi təhsilində, həm də bəstəkar yaradıcılığında xalq musiqisinin lad sisteminin öyrənilməsini əsas amil kimi ön plana çəkdi.
Xatırlatmaq yerinə düşərdi ki, 1920-ci illərdə formalaşan professional musiqi təhsili sistemində Ü.Hacıbəyov xalq musiqisinin və muğamların öyrənilməsinə xüsusi fikir verirdi. Onun xalq musiqisinin lad quruluşu sahəsindəki axtarışları musiqi tədrisində də öz əksini tapırdı. Belə ki, o, dərs dediyi musiqiçilərlə bu barədə söhbətlər aparır, öz fikirlərini onlara aşılayırdı. Bu baxımdan 1920-ci illərin sonunda Ü.Hacıbəyovun tələbəsi olmuş Asəf Zeynallının yaradıcılığı, onun musiqi dilinin maraqlı lad-intonasiya xüsusiyyətləri dediklərimizə parlaq sübutdur.
Həmin dövrdən başlayaraq, Ü.Hacıbəyov yaradacağı milli lad nəzəriyyəsinin təcrübi əhəmiyyətini sınaqdan çıxarmaq üçün onun tədris prosesinə daxil edilməsi uğrunda məqsədyönlü iş aparmışdı. «Azərbaycan xalq musiqisinin əsasları» fənni konservatoriyanın tədris proqramına 1930-cu illərin sonundan daxil edilmişdir.
Qeyd etmək istərdik ki, «Azərbaycan xalq musiqisinin əsasları» bu gün artıq musiqi təhsilinin bütün mərhələlərində – həm uşaq musiqi məktəblərində, həm orta ixtisas, həm də Ali musiqi məktəblərində əsas musiqi ixtisas fənləri sırasında tədris edilir.
Digər tərəfdən, Ü.Hacıbəyovun lad nəzəriyyəsi musiqişünaslıq tədqiqatlarında da öyrənilməyə başlandı. Bu baxımdan, əlbəttə ki, Ü.Hacıbəyovun tələbəsi və ardıcılı olmuş Məmməd Saleh Ismayılovun elmi yaradıcılığı xüsusilə diqqətəlayiqdir.
Nəzəriyyənin təcrübədən yaradığı fikrinə əsaslanaqar, ilk növbədə, Ü.Hacıbəyovun öz yaradıcılığından başlayıb, lad sisteminin bəstəkar yaradıcılığında tətbiqi məsələlərindən danışmalıyıq.
Həqiqətən də, Ü.Hacıbəyovun bəstəkarlıq təcrübəsi ilə sübut etdiyi nəzəri müddəaları öz əks – sədasını digər bəstəkarların yaradıcılığında da tapır. Bu baxımdan, S.Rüstəmov, Niyazi, Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov, F.Əmirov, C.Cahangirov və başqa bəstəkarların əsərlərinin musiqi dili buna gözəl musaldır. Əlbəttə ki, bütün bəstəkarların adlarını çəkmək imkan xaricində olsa da, bu, məsələnin məğzinə varmağa mane olmur. Çünki bu günə kimi, Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun yaradıcılığını öyrənir və ondan bəhrələnirlər.
Ü.Hacıbəyov xalq musiqisinə yaradıcı münasibətin, xalq musiqi dilinin melodik və lad qanunauyğunluqlarından, lad sistemindən istifadə edilməsinin əsasını qoymuşdu. Bunu o, dünya musiqi xəzinəsinə və klassik musiqi təcrübəsinə əsaslanaraq həyata keçirirdi. Məhz bu yol Azərbaycan bəstəkarların özünəməxsus dəst – xəttinin formalaşmasında xüsusi əhəmiyyət kəsb etmişdir.
Onu da deyək ki, bəstəkar yaradıcılığında lad amilinin möhkəmlənməsi və genişlənməsi lad nəzəriyyəsini yeni müddəalarla zənginləşdirməyə və musiqi dili ilə bağlı prosesləri ümumiləşdirməyə imkan verir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|