ÁÈÇß ÉÀÇÛÐËÀÐ...
NAXÇIVANDAN… TEATRDA MUSIQININ ROLU
Əqidə ƏLƏKBƏROVA
LOS-ANJELOSDAN (ABŞ)…
-
DAŞKƏNDDƏN (ÖZBƏKISTAN)...
-
|
|
Teatr musiqisi tamaşanın ideyasının açılmasında əsas komponentlərdən biridir. Tamaşanın dramaturji inkişafında hadisələrin real məcrada cərəyan etməsində aparıcı qüvvədir.
Teatr musiqisi konkret olaraq hansı funksiyaları yerinə yetirir?
1. Əvvəla, bir aktiv dramaturji faktor kimi əsərdə müəyyən mənəvi- emosional atmosfer yaradır.
2. Musiqi əsərin əsas ideyasının açılmasını vurğulayır, hadisələrin yerini və vaxtını konkretləşdirir.
3. Personajları səciyyələndirir, əsərin tempinə və ritminə təsir edir.
4. Dramın əsas kulminasiyalarını qabardır.
5. Musiqi müəyyən intonasiyalar və leytmotivlər vasitəsilə tamaşaya vahidlik, bütövlük verir.
6. Musiqi özünün dramaturji funksiyasına görə səhnə hadisələri ilə həm harmoniya, həm də kontrastlılıq yarada bilər.
7. Teatr musiqisi səhnədaxili leytmotivlər, fon musiqisi kimi, yaxud səhnədən kənar amil kimi istifadə oluna bilər. Məsələn, üvertüra, antrakt kimi.
8. Ola bilər ki, musiqi tamaşa üçün xüsusi olaraq, yəni sifarişlə yazılsın, yaxud müxtəlif hazır, tanınmış əsərlərin fraqmentləri əsasında qurulsun.
9. Musiqi nömrələrinin həcmi müxtəlif ola bilər: bir neçə xanəli parçalardan tutmuş, böyük orkestr əsərlərinə qədər.
Deməli, sadalanan xüsusiyyətlərdən bəlli olur ki, teatr musiqisi tamaşanın dramaturgiya və rejissorluğu ilə mürəkkəb münasibətlərə girir. Belə ki, bəstəkar öz istəklərini pyesin janrı, üslubu ilə uyğunlaşdırmalıdır. Bundan başqa, musiqi rejissorun duyğuları ilə razılaşmalı və əsərdəki hadisələrin baş verəcəyi dövrü xarakterizə etməlidir.
Teatr musiqisinin yaranma tarixinə müraciət edərkən öncə, istərdim, təsəvvür etdiyimiz sintetik klassik teatrın inkişaf mərhələlərinə nəzər salaq.
1. Antik teatr eramızdan əvvəl misteriyalardan, yəni çoxallahlılıq sistemindən bəhs edən faciələr - əfsanələr əsasında qurulmuş teatrdır. Antik teatr Şərqdə yaransa da, Avropa teatrının əsasını qoymuşdur.
2. Orta əsr teatrı- (V-XIII əsrlər) Avropada antik teatr ənənələrini unudaraq, kilsə mədəniyyəti istiqamətində inkişaf edir. Liturqiyalar, passionlar göstərilir.
3. Intibah dövrünün teatrı- XIV-XVI əsrlərdə antik teatr ənənələrini bərpa edir. Antik mövzular, fəciələrlə yanaşı, komediyalar yaranır. Artıq teatr cəmiyyətə təsir edə biləcək sosial qüvvə kimi qəbul olunur. Şekspir, Lope de Veqa, Marlo kimi dramaturqlar meydana gəlir.
Növbəti dövrün teatrına keçməzdən əvvəl, sizin nəzərinizi bir tarixi fakta yönəltmək istərdim.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|