ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
IFAÇILARIMIZIN PORTRETLƏRI… ƏHSƏN DADAŞOV
Afət NOVRUZOV
SEHRLI MƏQAMLAR… (Elmira Səfərovanın yaradıcılıq yolu və anadan olmasının 70 illiyinə həsr olunur)
Elnarə HƏŞIMOVA – KƏBIRLINSKAYA
ÖLMƏZ SƏNƏTKAR (Zülfüqar Hacıbəyovun anadan olmasının 120 illiyi)
Rza BAYRAMOV
SƏNƏTKAR ÖMRÜ – ƏLI MEHDIYEV - 70
Səadət TƏHMIRAZ QIZI
|
|
Tanrı hər insana bir ömür bağışlayır və hər kəs öz ömrünü yaşayır. Bu yaşantılar da hər kəsin ömür kitabında öz təcəssümünü tapır. Ömür kitabı maraqlı, oxunaqlı olanlar nəsillərə örnəkdirlər, heç vaxt yaddaşlardan silinmirlər. Elə bu gün adını, xatirəsini andığımız Əli Mehdiyev kimi.
Əli Mehdiyev Azərbaycan ifaçılıq sənətinin görkəmli simaları içərisində öz yeri, öz dəsti-xətti olan sənətkardır. Ümumiyyətlə, belə sənət-karlardan söz düşəndə düşünürəm, nə yaxşı ki, yazılı mənbələr, yadigar lent yazıları var. Hansı ki, belə müdrik sənətkarları anmaqda bizə bələdçi olurlar. Beləcə, Əli Mehdiyevin də həyat və yaradıcılığı həm yazılı mənbələrdə, həm də lent yaddaşlarında əbədiləşib.
Əli Məhəmməd oğlu Mehdiyev 1934-cü ildə iyun ayının 17-də Zəngəzur mahalında müəllim ailəsində anadan olmuşdur. Atası oğlunu da özü kimi müəllim görmək istəyirdi. Amma nə biləydi ki, bu körpənin taleyində nələr var. Beləcə 1940-cı ildə Məhəmməd müəllim oğlunun əlindən tutub, onu öz dərs dediyi Qafan rayonunun Yuxarı Gödəkli kənd məktəbinin birinci sinfinə aparır. Lakin 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi Məhəmməd müəllimi həm öz peşəsindən, həm də ailə qayğılarından uzaqlaşdırır. Odur ki, balaca Əlinin təhsili ilə anası Teliş xanım məşğul olur. Bu illər ərzində o, az-çox elmin sirrlərinə yiyələnir. Atası cəbhədən qayıdandan sonra yenə müəllimlik edir və oğlunun dərslərinə ciddi fikir verir. Buna görə də Əli Mehdiyev bütün fənnlərə eyni dərəcədə məsuliyyətlə yana-şırdı. Hətta kənddə 7 illik təhsili başa vurandan sonra o, qalan sinifləri Qafan rayonunda oxu-muşdur. 1951-ci ildə orta mək-təbi bitirən Əli Mehdiyevi ali təhsil almaq üçün atası Bakıya gətirir və o
, burada Azərbaycan Sənaye Institutuna daxil olur. Lakin ürəyindəki sənət eşqi onu bu sahədən uzaqlaşdırır və doğma kəndinə qayıdır. 1954-ci ildə hərbi xidmətə çağrılır. Xəstələndiyi üçün vaxtından tez ordudan tərxis olunur.
Əli Mehdiyev yenidən ali təhsil almaq məqsədi ilə Bakıya gəlir və 1958-ci ildə Pedaqoji Instituta daxil olur. Burada texniki fənnlər üzrə dərs alır. Institutu bitirəndən sonra təyi-natla bir neçə il Ticarət Texni-kumunda müəllim işləyir.
Bütün bu deyilənlər Əli müəllimin həyat yoluna bir nəzərdir. Amma eyni zamanda bunlar sənətə gələn yolda pillələr, mərhələlərdir. Axı, sənət eşqi Əli müəllimin varlığına elə erkən yaşlarından hopmuşdu. Deyilənə görə, yeniyetmə çağlarından tarı köksünə sıxıb həm çalar, həm də eşitdiyi xalq mahnı və təsniflərini öz-özünə zümzümə edərmiş.
Kor-koranə sənətə gəlməyə ehtiyat edən Əli Mehdiyev öz üzərində çalışaraq püxtələşir və o zaman səhnəyə qədəm qoyur ki, artıq onun ifası könülləri oxşayır.
Əli Mehdiyev hələ tələbə ikən universitetin tədbirlərində də iştirak edirmiş. Tələbə həmkarları, yaxınları, doğmaları, onun məlahətli səsini heyranlıqla dinləyərmişlər. 1960-cı ildən isə o, artıq Azərbaycan vokal ansamblında çıxış etməyə başlayır. 1963-cü ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Bir il burada fəaliyyət göstərəndən sonra maestro Niyazinin təşəbbüsü, Fikrət Əmirov, Əfrasiyab və Şəmsi Bədəlbəylilərin rəyi ilə Əli Mehdiyev opera və balet teatrına qəbul olunur. Elə o vaxtdan da Əli Mehdiyevin adı və sənəti geniş tamaşaçı audito-riyasının diqqətini cəlb edir. Onun oynadığı rollar «Leyli və Məcnun»da Məcnun, «Əsli və Kərəm»də Kərəm, «Aşıq Qərib»də Aşıq Qərib: «Şah Ismayıl»da Şah Ismayıl və başqa obrazlar həm Əli müəllimin istedadlı sənətkar olmasından soraq verir, həm də onun son dərəcə humanist bir insan olduğunu təsdiqləyir. Çünki o, obrazı özü gözəl oynamaqla bərabər tərəf müqabillərinə də xüsusi ruh verərmiş. Bu barədə xalq artisti Gü
lxar Həsənova öz xatirə-lərində belə deyir:
-«Əli əsl sənət fədaisi idi. Onu opera artistlərindən fərqləndirən əsas və sənətkar üçün çox önəmli iki cəhəti vardı. Birincisi o idi ki, Əlidə tərəf müqabilinə təsir etmək, onu yaxşı oynamağa sövq etmək bacarığı var idi. Bəlkə də onun yaxşı Məcnun olması məni də yaxşı Leyli etmişdi. Ikinci cəhəti bu idi ki, Əli sənət dostlarını ustalıqla əvəz etməyi bacarırdı. Belə ki, əgər teatrda kimin kənar işi olsaydı sadəcə olaraq Əlidən xahiş etmək kifayət idi ki, onu əvəz eləsin. Bax, bu keyfiyyətlər hər sənətkara nəsib olmur.»
Əli Mehdiyevin opera səhnə-sindəki ilk uğuru elə Məcnun obrazı ilə bağlıdır. Ilk tərəf müqabili, yəni Leylisi də xalq artisti Zeynəb Xanlarova olmuşdur. Zeynəb xanım Əli Mehdiyevi həm gözəl insan kimi, həm də layiqli bir Məcnun kimi həmişə hörmətlə yad edir:
«Bir dəfə məşqə gələndə mənə dedilər ki, Zeynəb, bu dəfə sənin Məcnunun gözəl bir oğlan olacaq. Mən də dedim, axı, siz bilirsiniz ki, mən hər Məcnunun Leylisi ola bilmərəm. Nə isə məşq başlandı. Boylu-buxunlu gözəl bir oğlan içəri daxil oldu. Onun daxili mədəniyyəti sanki zahirindən bəlli idi. Oxudu və gördüm ki, bu elə əsl Məcnundur. O gündən də biz Əli Mehdiyevlə neçə-neçə tamaşalarda tərəf müqabil olduq.
Nə deyim, nə yaxşı söz varsa onların hamısını, Əlinin ünvanına demək olar. Çünki onun sənəti də, insanlığı da xüsusi bir aləm idi. Əli Mehdiyevin əziz xatirəsi daim mənim qəlbimdə yaşayır və yaşayacaq».
Əli Mehdiyevi belə hörmətlə yad edən sənət dostları çoxdur. Respublikanın xalq artistləri Azər Rzayev, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Islam Rzayev, əməkdar artist Mais Salmanov, tarzənlər Ağasəlim Abdullayev, Elxan Mansurov və başqaları bu sənətkarı böyük ehtiramla və ürək ağrısı ilə xatırlayırlar.
Bəli, Əli Mehdiyevə Tanrı öz dərgahından bir sıra gözəl nemətlər bəxş etmişdir. Buna onun böyük istedadı və gözəl insani keyfiyyətləri misal ola bilər. Böyük istedad dedik. Doğrudan da Əli Mehdiyevin istedadı çoxşaxəli idi. Belə ki, o, yaxşı tar çalırdı, məlahətli səsə malik idi və bir də sözə meylli idi, ürəyindən keçənləri həzin-həzin misralara düzə bilirdi və o misralarda da bir məlahətlilik vardı. Bəs nə idi Əli müəllimi ürək ağrısı ilə xatirələrdə yaşadan? Amansız xəstəliyi. O xəstəlik ki, sənətə vurğun olan Əli Mehdiyevi səhnədən yalnız ayırdı. Məhz o xəstəliyin ucbatından həkimlər ona oxumağı qadağan etdilər və səhnəmiz də Əlisiz qaldı. Opera teatrında neçə Leyli, neçə Əsli, neçə Şahsənəm məhz Əli Meh-diyevin simasında öz Məcnununu, Kərəmini, Qəribini itirdi. Əli Mehdiyevin səhnəni belə vaxtsız tərk etməsi çoxlarına niskil oldu.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|