ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ETNOMUSIQI-
ŞÜNASLIĞIMIZIN KEÇMIŞINDƏN…

Kamilə DADAŞZADƏ
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
FOLKLORIZM: TERMIN, PROSES, PROBLEM
Ariz ƏBDÜLƏLIYEV
AZƏRBAYCAN ŞIFAHI XALQ ƏDƏBIYYATINDA ÇALĞI ALƏTLƏRI
Səadət ABDULLAYEVA
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI (ardı)
Həsən ADIGÖZƏLZADƏ
ETNOMUSIQI-
ŞÜNASLIĞIMIZIN KEÇMIŞINDƏN…

Kamilə DADAŞZADƏ

 


Bu bir həqiqətdir ki, əsl etnomusiqişünas-alimin şəxsi arxivi böyük elmi-tarixi dəyərə malikdir. Çox vaxt dərc olunmayan, arxa planda qalan ayrı-ayrı qeydlər, yazılar musiqi tariximizin qaranlıq səhifələrinə işıq salır və itib-batan mirasın uzaq, zəif işartısını bizə xatırladır.

        Bu günlərdə mənə ilk Azərbaycan aşıqşünası, sənətşünaslıq namizədi Əminə Eldarovanın zəngin arxivinin bir hissəsi ilə tanış olmaq müyəssər oldu. Əlbəttə ki, Əminə xanımın «Azərbaycan aşıq sənəti» kitabının hər bir oxucusu üçün bu tədqiqatın zəngin faktoloji materiala əsaslanması aydın bir məsələdir. Lakin bu araşdırmaya daxil olunmayan və Ə.Eldarovanın arxivində saxlanılan çoxsaylı ekspedisiya qeydləri və elmi məlumatlar da son dərəcə önəmlidir və aşıq sənətinin böyük bir tarixi kəsiminin mənzərəsini canlandırmaq üçün dəyərli bir mənbədir. Əminə xanım Eldarovanın arxivinin öyük elmi mahiyyətini nəzərə alaraq, onun bir hissəsini (əlbəttə ki, alimin icazəsi ilə) dərc etməyi qərara aldıq.

        Arxivlə tanış olarkən, bizim diqqətimizi ilk növbədə Ü.Hacıbəyovun imzası olan və zamanın təsirinə məruz qalan bir vərəq cəlb etdi. Məlum oldu ki, bu, Əminə xanımın ilk elmi rəhbəri olmuş Ü.Hacıbəyov tərəfindən tərtib edilmiş dissertasiyanın iş planıdır. Əlbəttə ki, bu qiymətli sənədin hər bir bəndi o dövrdə dissertasiyalar qarşısında irəli sürülən tələblərin ciddiliyini (müasir elmi işlərdən fərqli olaraq) təyin edən bir mənbədir. Lakin biz oxucuların diqqətini iş planının «Elmi ezamiyətlər» bəndinə yönəltmək istərdik. «Aşıq sənətinin tarixi-analitik icmalı» mövzusunda dissertasiyanı yerinə yetirmək üçün, Ü.Hacıbəyovun fikrincə, dissertantın Azərbaycanın bölgələrindən başqa Moskva, Leninqrad və Irana da ezam olunması zəruri idi. Əminə xanımın xatirələrindən aydın olduğu kimi, Ü.Hacıbəyov aşıq musiqisinin örnəklərini toplamaq məqsədilə dissertantın Türkiyəyə də ezamiyyətini nəzərdə tutmuşdur. Lakin o dövrün siyasi-ideoloji durumu rəsmi sənəddə Türkiyənin adını qeyd etməyə imkan veməmişdir. Beləliklə, bu qiymətli sənəddən aydın olduğu kimi, Ü.Hacıbəyov Azərbaycan aşıq sənətinin tədqiqatını yalnız geniş kontekstdə, yə’ni Iranda və Türkiyədə yaşayan aşıqların yaradıcılığı ilə müqayisəli şəkildə aparılmasını məqsədəuyğun hesab edirdi. Əfsuslar olsun ki, Ü.Hacıbəyovun bu ideyası hələ də tam şəkildə həyata keçirilməmişdir.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page