ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
ŞƏRQDƏN GƏLƏN SƏDALAR
Ramiz ZÖHRABOV
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
ZÜMRÜD DADAŞZADƏNIN «BIZ DƏ DÜNYANIN BIR HISSƏSIYIK…» KITABI HAQQINDA DÜŞÜNCƏLƏR
Rahilə HƏSƏNOVA
TÜRKIYƏDƏ AZƏRBAYCAN MUSIQIŞÜNASININ YENI KITABI
Rəna RZAQULIYEVA
AZƏRBAYCAN KULTUROLOGIYASININ YENI IDEYA VƏ PERSPEKTIVLƏRI
Gülnaz ABDULLAZADƏ
ŞƏRQDƏN GƏLƏN SƏDALAR
Ramiz ZÖHRABOV
TƏDQIQATÇI AXTARIŞLARINDAN BIRI BARƏDƏ
Ülviyyə IMANOVA

 


Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının incəsənət doktoru, Şöhrət ordenli, Abbasqulu Ağa Bakıxanov adına mükafatın iki dəfə laureatı, bəstəkar Tofiq Əhməd Ağa oğlu Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rolu və yeri olan sənətkarlardandır.

       Tofiq Bakıxanov 8 dekabr 1930-cu ildə Bakı şəhərində mərhum sənətkar, Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar muəllim, tarzən, ilk Azərbaycan xalq çalğı alətləri ansamblının yaradıcısı Əhməd Bakıxanovun ailəsində anadan olub. Onun ulu babası olan Abbasqulu Ağa Bakıxanov Azərbaycanın görkəmli ensiklopedik biliyə malik olan mütəfəkkir simalardan biridir. O, tarix, fəlsəfə, nücum sərf-nəhv, ilahiyyata və etikaya dair qiymətli əsərlər müəllifi, qabaqcıl maarifci, eyni zamanda klassik Azərbaycan poeziyasının bütün sirrlərinə bələd olan qüdrətli şairdir.

       Tofiq Bakıxanov Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını ifaçılıq sənəti üzrə 1953-cü ildə, bəstəkarlıq sənəti üzrə isə böyuk bəstəkar Qara Qarayevin sinfini 1957-ci ildə müvəffəqiyyətlə bitirmişdir.

       Tofiq Bakıxanov «Xəzər balladası», «Şərq poeması», «Xeyir və Şər», baletlərinin, N.Məmmədovla birlikdə «Altı qızın biri Pəri», «Məmmədəli kurorta gedir», «Qız görüşə tələsir», musiqili komediyalarının, 7 simfoniyanın, 6 simfonik poemanın, 5 simfonik muğamın («Nəva», «Humayun», «Rahab», «Şahnaz», «Dügah»), 24 müxtəlif alətlər üçün yazılmış konsertlərin, kamera ansamblı üçün 24 iri həcmli və kamera-instrumental əsərlərlə yanaşı, xor, 100-ə qədər mahnı və romansın müəllifidir.

       Tofiq Bakıxanovun ilk baleti – «Xəzər balladası» Parisdə keçirilmiş VII Beynəlxalq rəqs festivalında (1969) «Şan-Elize» teatrında nümayiş etdirilmişdir. «Xəzər balladası» elecə də Fransanın Ameyen, Bezanson, Dijon, Le Krezo, Eks-Provans, Nansi, Soşo şəhərlərində, Lüksemburq və Monakoda 30 dəfədən çox tamaşaya qoyulmuşdur. Bu balet həmçinin Moskva, Sankt-Peretburq, Kiyev, Kislovodsk, Gəncə, Bakı və başqa şəhərlərdə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

       Tofiq Bakıxanov bir sıra Avropa ölkələrində – Avstriya, Macarıstan, Yuqoslaviya, Fransa, Isveçrə, Isveç, Bolqarıstan, Almaniya, Rumıniya, Ingiltərə, Şotlandliyada Azərbaycan musiqisinin təbliği məqsədilə yaradıcılıq səfərlərində olmuşdur.

       Tofiq Bakıxanovun vaxtaşırı Türkiyə, Şimali Kipr, Iran ölkələrində, eləcə də Moskva, Sankt-Peterburq, Minsk, Xabarovsk, Tbilisi, Dəşkənd, Sofiya və başqa şəhərlərdə keçirilən müəllif konsertləri diqqətə layıqdır.

       «Xalqlar, millətlər arasında dil, din, etiqad, ənənə birliyi, sosial-iqtisadi sahədə əməkdaşlıq, mədəniyyət və incəsənətlərin birliyi olarsa, bu dostluq, qardaşlıq sarsilmaz». Bu fikir Azərbaycan Dövlət Musiqi Akademiyasında keçirilən T.Bakıxanovun müəllif konsertində Iran Islam Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Əhəd Qəzainin dilindən səsləndi.

       Iran haqqında musiqi dili və dost sözü ilə deyən bəstəkar Tofiq Bakıxanovu həm Azərbaycanda, həm də Iranda yaxşı tanıyırlar. On ildən çoxdur ki, bəstəkar Irana səyahət edir, daim müxtəlif elmi-musiqi konfranslarda və Festivallarda məruzələr və əsərlərilə çıxış edir. T.Bakıxanov 1997-ci ildə Iranda olarkən Məşhəd ziyarətindən sonra Tus şəhərində ulu Firdovsinin məzarında da oldu. Orada iştirak edən Azərbaycan şairlərindən Şahin Fazil, Baba Pünhan və Ittifaq Mirzəbəylinin yazdıqları şerlərə: «Firdovsini yad edərkən», «Şahnaməsi ürəkdədir», «Vətənimə gətirmişəm» kimi mahnılar T.Bakixanov tərəfindən bəstələndi. Həmin mahnılar Bakıda qəzetlərdə çap olundu, eləcə də Azərbay can televiziya və radiosunda lentə yazılıb qızıl fonda daxil edilmişdir.

       1998-ci ildə Tehranda Islamı təbliğat təşkilatının təşəbbüsü ilə hünər və musiqi sahəsində «Ali surə» adlı təlim hövzəsində təşkil olunmuş tədbirdə Tofiq Bakıxanov çıxış edərək Əbulhəsən xan Azər Iqbal Soltan (Iranın məşhur xanəndəsi) və bəstəkar Ağayı Əli Səlimi haqqında geniş danışmışdır. T.Bakıxanov IIR-sı Mədəniyyət Mərkəzinin dəvəti ilə 2001 –ci ildə Tehranda üç həftəlik yaradıcılıq ezamiyyətində olmuşdur. O, orada Iran xalq musiqisinin əsasında beş hissədən ibarət simfonik əsər «Şərqdən gələn sədalar» bəstələyir. Eləcə də 2002-ci ildə Tehranda Birinci Beynəlxalq Azərbaycan musiqi seminarında «Muasir Azərbaycan bəstəkarlarının əsərləri şərq ölkələrində» mövzusunda məruzə etmişdir.

       1991-ci ildə Iran Milli orkestrinin baş dirijoru, bəstəkar Fərhad Fəxrəddini Bakıda olarkən, Azərbaycan Dövlət Filarmoniyasında müəllif konsertində Tofiq Bakıxanovla görüşərək, bu dostluğu hal-hazıra qədər davam etdirir. Vaxtaşırı T.Bakıxanov Tehranda olarkən F.Fəxrəddinin məşqlərində və konsertlərində iştirak edir.

       2004-cü ildə Iranda keçirilən 19-cü Beynəlxalq musiqi festivalında (Tehran, Isfahan və Şiraz şəhərində) Tofiq Bakıxanovun tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış 3 hissəli «Konsert»-i görkəmli tarzən, Respublikanın xalq artisti, professor Ramiz Quliyev və professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin müşəyiətilə, eləcə də «Gözəlliklər məskəni» mahnısı Nəzər Bəylərovun ifalarında dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.

       Tofiq Bakıxanovun Iran xalq musiqisinin əsasında yazdığı violino və fortepiano üçün «6 saylı Sonata»-sı və elecədə fortepiano, violino və fortepiano üçün «Beş pyes»-i «Şərqdən gələn sədalar» adlı məcmuəsi Təbriz radiosunun qızıl fonduna daxil edilmiş, Tehrandakı qızlar və oğlanlar hünəristan musiqi məktəblərində tədris ədəbiyyatı kimi istifadə olunur.

       Tofiq Bakıxanov vaxtaşırı olaraq Iranda, eləcə də Azərbaycanda Iran Islam Respublikasının səfirliyinin Mədəniyyət mərkəzi tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak edir.

       Bu tədbirlər haqqında vaxtaşırı Azərbaycandakı dövrü mətbuatda məqalələr dərc olunur. Tofiq Bakıxanov Irandan Bakıya gələn incəsənət xadimləri və musiqiçiləri ilə geniş dostluq əlaqələri yaradan şəxsiyyətlərdən biridir.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page