ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-

 


BEYNƏLXALQ ƏLAQƏLƏR

       Türkiyənin Diyarbəkir şəhərində 2004-cü ilin 20-22 mayında Beynəlxalq «Oğuzlardan Osmanlıya. Diyarbəkir» simpoziumu keçirilmişdir. Simpoziumun işində Azərbaycan, Rusiya, Türkmənistan, Iran alimləri iştirak etmişlər. Simpoziumun açılışında Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə «Oğuz abidəsinin Azərbaycan kökləri» mövzusunda, plenar iclaslarda Bakı Musiqi Akademiyasının elmi katibi, sənətşünaslıq namizədi, dosent Fərəh Əliyeva «Oğuz ənənəsinin Azərbaycan musiqisində təcəssümü» mövzusunda, Bakı Musiqi Akademiyasının dissertantı Ilhamə Məmmədli «Kitabi Dədə Qorqud dastanında qopuzun rolu» mövzusunda məruzələrlə çıxış etmişlər.

       Beynəlxalq konfransda diqqət mərkəzinə çəkilən əsas mövzular – Türkiyənin ən qədim tarixə və mədəniyyət əlaqələrinə malik Diyarbəkirin qədim zamanlardan Osmanlı dövlətinə kimi olan siyasi və iqtisadi vəziyyəti, incəsənəti, ədəbiyyat və maddi mədəniyyət nümunələri araşdırıldı. Azərbaycan alimləri də simpoziumun işində uğurla çıxış etmişlər. Qeyd edək ki, hal-hazırda Türkiyə Universitetlərində çalışan Azərbaycan alimləri də fəal idilər. Üç gün davam edən simpoziumda musiqi ilə bağlı məruzələri BMA-nın nümayəndələri təqdim etdilər.

       Diyarbəkir, Mardin, Həsənkeyf kimi qədim şəhərlərin tarixi abidələri ilə tanışlıq, gəzinti bu yerlərin bəşər sivilizasiyasının mərkəzlərindən biri kimi dəyəri və əhəmiyyətini bir daha nümayiş etdirdi. Simpozium iştirakçıları üçün təşkil edilmiş türk xalq musiqisi konserti də çox maraqlı oldu.

       2004-cü il sentyabrın 24-26-da Türkiyənin Qars şəhərində keçirilən Ikinci Kars Qurultayında «Qafqaz musiqisi və konservatoriyalararası işbirliyi» bölümündə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə «Ölkələrarası mədəniyyət körpüsü», Bakı Musiqi Akademiyasının elmi katibı, sənətşünaslıq namizədi, dosent Fərəh Əliyeva «Bakı Musiqi Akademiyası ilə Türkiyə konservatoriyaları arasında əlaqələr» mövzusunda çıxışlar etmişlər. Qurultayla eyni vaxtdla keçirilən «Qafqaz Kültürleri Festivalı»nda «Aysel» rəqs qrupu, respublikanın əməkdar artisti Zakir Mirzəyev (qarmon), xanəndələrdən Nuriyyə Hüseynova, Rövşən Məmmədov, tarzən Elçin Nağıyev və kamançaçalan Fəridə Məlikova iştirak etmişlər.

       Kars Qurultayı çərçivəsində qurultayın işinə qatılmış erməni nümayəndələri və onların Qarsdakı müttəfiqləri Qars və Ermənistan sərhədlərinin açılması ətrafında çıxışlar edir və ictimai fikri də bu proyekti dəstəkləməyə çağırırdılar. Lakin qurultayın iclasında Azərbaycanın Qarsdakı konsulu Həsən Zeynalovun məntiqli çıxışı bu planları pozdu. Ermənistanı az qala Qarsın iqtisadi yüksəlişinin təminatı olacağına, sərhədlərin Qafqazdakı siyasi problemlərlə əlaqəsi olmayan, sadəcə iqtisadi-mədəni proyekt olacağını söyləyənlərə Türkiyə və Azərbaycan alimləri, qurultayın işində iştirak edən Türkiyə Xarici Işlər Nazirliyinin nümayəndəsi də tutarlı cavab verdi. Bu səpkidə davam edən mübahisələri Ermənistan Konservatoriyasının prorektorunun «Sarı gəlin» xalq mahnısının erməni mənşəli olduğunu deməsi daha da kəskinləşdirdi. Türkiyənin mətbuat nümayəndəsinə verdiyi müsahibədə professor Gülnaz Abdullazadə erməni dilində «sarı» və «gəlin» sözlərinin olmaması vurğuladı və fikrinə dav am edərək dedi ki: «mən onlara demirəm ki, bizim bu xalq mahnısını oxumayın! Oxusunlar, amma ona sahib çıxmaq təcavüzdür. Çünki musiqi bir elmdir və onun əsl kökləri bəlli olmalıdır». Bu haqda Qarsın «Öndər» qəzetinin 27 sentyabr tarixli sayında da məlumat dərc edilmişdir.

       Elm və incəsənət sahəsində Azərbaycanla Türkiyə arasında olan belə nüfuzlu beynəlxalq əlaqələr iki ölkə arasında dostluq münasibətlərinin yaradılmasında və əməkdaşlıqda böyük məna kəsb edir və əhəmiyyətli rol oynayır. Fikrimizcə, həm Şərq, həm də Qərbi Avropa ölkələri, xüsusən Rusiya ilə bu cür elmi simpoziumlar və festivallar vasitəsilə mədəni və dostluq əlaqələrinin genişləndirilməsi vaxtı gəlib çatmışdır.



Material hazırladı
Fərəh ƏLIYEVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page