ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR... MÜSAHIBƏLƏR...
-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-
|
|
TEHRAN, ISFAHAN VƏ ŞIRAZDAN GƏLƏN SƏDALAR
2004-cü il yanvar ayının ortalarında Tehrandan mənə zəng vurdudar. Danışan Tehranın tanınmış müğənnisi və qarmon çalanı Rəhim Şəhriyari idi.
- Tofiq müəllim! Sizə bir şad xəbər vermək istəyirəm: Iran Mədəniyyət Nazirliyi Sizi Iran Islam Respublikasında keçirilən XIX beynəlxalq musiqi festivalında iştirak etmək üçün dəvət edir.
Tədbirə həmçinin professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbayca Dövlət Filarmoniyası xalq çalğı alətlərin orkestri, eləcə də respublikanın xalq artistlərindən professor, görkəmli tarzən Ramiz Quliyev, müğənnilərdən Samir Cəfərov və Nəzər Bəylərov da dəvət olunmuşdular. Festival fevralın 6-13-dək davam edəcəkdi. Tehranda Iran Mədəniyyət Nazirliyinin nümayəndələri Azərbaycandan gələn incəsənət ustalarını səmimi qarşıladılar. Onu da deyim ki, Iranda keçirilən beynəlxalq festivalda doqquz ölkənin Hollandiya, Italiya, Rusiya, Ukrayna, Rumıniya, Almaniya, Tacikistan, Azərbaycan və Iranın nümayədələri iştirak edirdi.
Biz Tehranda olarkən ölkənin məşhur musiqiçiləri ilə görüşdük. Nümayəndə heyətimiz Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru professor Ağaverdi Paşayevin tərtib etdiyi rəngarəng proqramla çıxış etdi. Proqrama Azərbaycan bəstəkarlarının mahnıları, orkestr üçün yazılmış əsərləri və xalq mahnıları daxil edilmişdi. Repertuarda böyük bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Uvertüra” və “Cəngi”, Fikrət Əmirovun “1001 gecə” baletindən rəqslər, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından bir hissə, Həsən Rzayevin “Çahargah rapsodiyası”, Süleyman Ələsgərovun “Poema” və 3 hissədən ibarət Əhməd Bakıxanovun xatirəsinə həsr olunmuş tar ilə xalq çalğı alətləri orkestri üçün 1 saylı “Konsert”i əsas yer tutdu. Bundan əlavə festivalda bəstəkarlarımızdan Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Tofiq Bakıxanov, Telman Hacıyev, Cahangir Cahangirov və Qəmbər Hüseynlinin mahnıları səsləndi.
Azərbaycan musiqiçiləri fevralın 6-7-də Tehranın “Talar Vəhdət” və “Fərhəng” sarayında, 9 fevralda Isfahanda “Sipahan sinema”da, 11 fevralda Şirazda “Hafez Talar” bədii konsert salonlarında çıxış etdilər. Demək olar ki, ifa olunmuş hər bir musiqi nömrəsi Iran dinləyiciləri tərəfindən arası kəsilmədən alqışlarla və gül-çiçəklə qarşılanırdı. Orkestrin hazırladığı proqram yüksək professional səviyyədə səslənirdi. Arada “Yaşasın Azərbaycan”, “Afərin ustadlara” replikaları eşidilirdi. Maraqlıdır ki, görkəmli, dünya şöhrətli tarzən Ramiz Quliyev səhnəyə daxil olanda tamaşaçılar ayağa qalxıb “Ramiz Quliyev, Ramiz Quliyev!” deyirdilər, sənətkara olan hörmət və ehtiramlarını sürəkli alqışlarla bildirirdilər. Ramiz Quliyevin ifa etdiyi mahnılardan: V.Adıgözəlovun “Qərənfil” və Qəmbər Hüseynlinin “Ilk məhəbbət” müqəddiməsi və dinləyiciləri valeh edirdi. Tofiq Bakıxanovun üç hissədən ibarət tar ilə orkestr üçün yazdığı “Konsert”in ifası dinləyicilər tərəfindən rəğbətlə və gurultulu alqışlarla qarşılandı. Iranda belə əsər
i ifa etmək çox məsuliyyət tələb edir. Ramiz Quliyev və xalq çalğı alətləri orkestrinin ifasında bu konsert dinləyicilərin ürəyini riqqətə gətirdi. Dinləyicilər arada replika ataraq “Əlin-qolun var olsun”, deyə öz hisslərini büruzə verirdilər. Hətta əsərin lirik hissələri ifa olunarkən tamaşaçıların emosiyalarını cilovlaya bilməyib göz yaşı axıtdığının şahidi oldum. Bu ondan irəlir gəlir ki, Ramiz müəllimin məharətlə, böyük ustalıqla ifa etdiyi bu əsər “Bayatı-Şiraz” muğamının əsasında yazılmışdır. Orkestrin bədii rəhbəri tar ilə orkestr üçün “Konsert”in “Bayatı-Şiraz” muğamı üzərində yazıldığını elan etdikdə tamaşaçılar ayağa qalxaraq alqışladılar. Çünki, “Bayatı-Şiraz” muğamı hər iki ölkənin xalqı üçün əziz və doğmadır.
Proqramdakı mahnılardan “Azərbaycan”, “Sənə də qalmaz”, “Lalələr”, xalq mahnısı “Evləri var xanə-xanə”, “Sənsiz” istedadlı müğənni Samir Cəfərov tərəfindən məharətlə ifa edildi. Eləcə də gənc xanəndə Nəzər Bəylərovun ifasında Tofiq Bakıxanovun “Gözəlliklər məskəni”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”nı dinləyicilər alqışlarla qarşıladılar. Repertuarda olan instrumental əsərləri orkestrin müşayiəti ilə ifa edən solistlər: Xəyyam Məmmədov (kamança), Çinarə Mütəllibova (kanon) Çingiz Əliyev (zurna) orkestrin konsertmeysteri Əhməd Bakıxanov adına müsabiqənin laureatı Ələkbər Ələkbərov (tar), eləcə də balaban alətindən ibarət kvartet dinləyicilərin alqışlarına səbəb oldu. Tehranda festivalın açılışı günü ölkəmizin Irandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov da var idi. Cənab Abbasəli Həsənov konsert proqramı sona çatdıqdan sonra səhnəyə dəvət olundu. O, Azərbaycan Respublikasının incəsənət xadimlərini təbrik edərək ifa olunmuş əsərlərin yüksək səviyyədə di
nləyicilərə çatdırdıqlarına görə ifaçılara öz təşəkkürünü bildirdi.
Biz Iranda olarkən vaxtımızı səmərəli keçirdik. Tehranın gözəl parkları, tarixi yerlərini, Isfahanda Şah Abbasın 40 sütun sarayını, muzeyləri, körpüləri, Şirazın mənzərəli yerlərini, o cümlədən Iranın məşhur klassik şairlərini də ziyarət etdik.
Son zamanlar Azərbaycan Respublikası və Iran Islam Respublikasının mədəniyyət əlaqələri yüksələn xəttlə inkişaf edir. Bu da ölkələrimiz arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bizim iştirak etdiyimiz XIX Beynəlxalq musiqi festivalına görə Azərbaycan incəsənət ustaları adından hər iki ölkənin Mədəniyyət Nazirliyinə, eləcə də Iran Islam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhəd Qəzaiyə və Iranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Seyyid Ələkbər Ocaqnejada dərin təşəkkürümüzü və ehtiramımızı bildiririk.
Tofiq BAKIXANOV
|