ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR... MÜSAHIBƏLƏR...
-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-
|
|
ILYAS HÜSEYNOV – 80 (Ilyas Hüseynovun simasında Azərbaycanda kontrabas məktəbi)
Ilyas Hüseynovun kontrabas Ifaçılığı və pedaqoji fəaliyyəti Azərbaycan musiqi mədəniyyətində böyük bir mərhələni əhatə edir. 1952-ci ildən o, Azərbaycanın kontrabas məktəbinin dəyişməz lideridir. Bu müddətdə o, böyük bir kontrabasçılar nəslini yetişdirmişdir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası orkestrinin kontrabas qrupunun I.Hüseynovun tələbələrindən ibarət olması faktının özü onun istedadlı pedaqoq kimi şöhrətini təsdiqləyir. Onun bir çox tələbələri öz ixtisası üzrə həm ifaçı, pedaqoq, həm də solist kimi tanınmışdır. Ilyas müəllimin tələbələri arasında nəinki Azərbaycanın və Rusiyanın, həmçinin dünyanın başqa ölkələrinin simfonik və opera orkestrlərinin kontrabas qrupunun konsertmeysterləri vardır.
Azərbaycan Dövlət Konservatoriyasında kontrabas sinfini yaratmış I.Q.Solodçenkonun 1933-cü ildə Bakıdan Belorusiyanın paytaxtı Minsk şəhərinə köçməsindən sonra kontrabas sinfinə onun ən istedadlı tələbəsi M.M.Çudnovski başçılıq edirdi. O, öz müəlliminin ənənələrini davam etdirirdi. M.M.Çudnovskinin ölümündən sonra isə kontrabas sinfinə Ilyas Hüseynov rəhbərlik etməyə başladı. Violonçel ustalığına malik olan I.Q.Hüseynov kontrabas sənətinin inkişafına yeni cərəyan, yeni nəfəs gətirdi. I.Hüseynovun müəllimlik sisteminin özünəməxsus cəhəti ondan ibarət idi ki, o, ilk dəfə olaraq, Bakıda kamanın tutulması üzrə yeni sistem - «fransız» sistemi və yaxud alçaq dəstək ilə ifa sistemini tətbiq etdi. O vaxta qədər kamanın tutulmasına alman üsulundan – hündür dəstəklə ifa üsulundan istifadə olunurdu. Kaman sisteminin dəyişdirilməsi tendensiyası (alman üsulundan fransız üsuluna keçid) zamanın tələbi ilə şərtləndirilirdi və bu da gənc pedaqoqun yaradıcı baxışına təsir etməyə bilməz
di.
Sistemin dəyişdirilməsini ilk dəfə 1930-cu illərdə P.I.Çaykovski adına Moskva konservatoriyasının pedaqoqu A.Miluşkin sınaqdan keçirmişdir.
1933-cü ildə nəşr olunan «Kontrabas üçün məktəb» kitabında müəllif iki tamamilə müxtəlif sistemləri – alman və fransız sistemlərini – kamanın quruluşunu və tutmaq tərzini öyrənmək üçün təqdim edir. Kontrabasda çalmağa başlayanlar üçün A.Miluşkin öz təlimində fransız sistemini məsləhət görur. Müəllif yazır: «Fransız kamanı ilə ifa zamanı əlin düzgün qoyuluşu nəinki səsin gücünü zəiflətmir, hətta alman sistemi ilə müqayisədə (alman sisteminin tərəfdaşları buna zidd mövqeyi tuturlar) nəinki səsin gücündə, səlislik, elastiklik, yumşaqlıqda da simdən simə keçidlərdə bir sıra üstünlüklər, imtiyazlar verir (ştrixlərin ifasındakı imtiyazlar – stakkato, spikkato ştrixləri – daxil olmaqla). Alman kamanının öz xidmətləri var, onda simlərdə gəzişmələri öyrənmək daha da asandır: fransız yayı bir qədər nazikdir və sağ əlin hərəkətləri bir qədər mürəkkəbdir, lakin çətinliklər gələcəkdə bu sistemin imtiyazları sayəisində özünü doğruldur». 1
I.Hüseynovun sinfində tətbiq dunan kontrabasçıların təlim sistemindəki yeni tendensiya digər ifaçılar tərəfindən artıq müvəffəqiyyətlə həyata keçirilirdi. Belə ki, bu baxımdan Moskva konservatoriyasının professoru, çox gözəl solist I.Gertoviçin örnəyi çox inandırıcı idi. O, alçaq dəstəkli kamanın tutulmağı və idarə olunmağı sayəsində ifaçılıqda kamilliyə, mükəmməlliyə çatmışdı. Alçaq dəstəkli kamanın tutulma üsulu Moskva konservatoriyasında və Qnesinlər adına Institutda pedaqoq-violonçelistlər tərəfindən məhz kontrabas üçün hazırlanırdı. Moskva məktəbinə istinadı və «violonçel» köklərini nəzərə alaraq, I.Hüseynov tədricən müəllimlik sistemində alçaq dəstəkli kamanı tətbiq edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda kontrabas alətinə alçaq dəstəkli kamanın tətbiqi prosesi hündür dəstəkli kamanın ənənəvi nüfuzunun əsla itirilməsi demək deyildir. I.Solonçenko tərəfindən təməli qoyulmuş kamanın tədrisi sisteminin ənənəsi M.Çudnovski tərəfindən davam etdirilərək, qorunub saxlanılırdı və yeni sistemlə paralel olaraq, I.Hüseynovun tədris təcrübəsində öz tətbiqini tapırdı.
1 Miluşkin A. Kontrabas üçün məktəb. M., 1933, s. 17
Rafail HACIYEV
|