ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ZAMAN ILƏ BIRBAŞA DIALOQ
Sevinc RZAYEVA
XALQ GEYIMLƏRI VƏ MAHNILARIMIZ
Solmaz MƏHƏRRƏMOVA
SƏS DALĞASI MÜKƏMMƏL INFORMASIYA MƏKANIDIR
Rəhilə HƏSƏNOVA
ESTRADANIN TƏŞƏKKÜLÜ VƏ INKIŞAF ISTIQAMƏTLƏRI
Ramiz ƏZIZBƏYLI
ASUDƏVAXT MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MILLI VƏ DÜNYƏVI ƏNƏNƏLƏRIN ROLU(ardı)
Ilqar HÜSEYNOV
MUZEY FƏALIYYƏTININ BU GÜNÜ
Sabir ƏMIRXANOV
|
|
Dünya mədəniyyətşünaslığının inkişafında mühüm yeri olan Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərinin eksponatlar vasitəsilə nümayişinin, tədqiqinin, qorunub saxlanılmasının mənbələri sayılan muzeylərimizin elmi-bədii, tərbiyəvi təsiri son onillik ərzində daha qabarıq şəkildə özünü göstərməkdədir. Azərbaycan ərazisindəki dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinə nəzər salsaq, görərik ki, ölkəmizdə dünya, ölkə və yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ-park, monumental və xatirə abidələri minlərlədir. Bu abidələr sırasında VI-XIX əsrlərə aid «Içəri şəhər» memarlıq-şəhərsalma kompleksi, XVIII əsrə aid «Atəşgah» məbəd kompleksi, XIII-XV əsrlərə aid Şirvanşahlar Sarayı kompleksi, ilk orta əsrlərdən XVIII əsrə qədərki tarixi dövrü əhatə edən Xəzəryanı müdafiə qurğuları, qalalar, karvansaralar, ovdanlar kompleksi, paleolit dövrünə aid Azıx (Füzuli rayonu), Tağfei (Füzuli rayonu), Damcılı (Qazax rayonu), Qazma (Şərur rayonu) mağaraları düşərgələri, mezolit - orta əsrlər dövr
ünü əhatə edən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, eneolit dövrünə aid Əliköməktəpə (Cəlılabad rayonu), Çalağantəpə (Ağdam rayonu), Leylantəpə (Ağdam rayonu) yaşayış yerləri, neolit - tunc dövrlərinə aid Töyretəpə (Ağstafa rayonu) yaşayış yeri, eneolit - ilk dəmir dovrlərini əhatə edən I-III Mişarçay yaşayış yeri (Cəlilabad şəhəri), tunc dövrünə aid Üzərliktəpə yaşayış yeri (Ağdam şəhəri), Sərkərtəpə yaşayış yeri (Xaçmaz rayonu), Kültəpə yaşayış yeri, Qarabulaq nekropolu, II Maxta yaşayış yeri (Şərur rayonu), Gəmiqaya, qayaüstü təsvirlər (Ordubad rayonu), tunc, eneolit - dəmir dövrlərinə aid Sarıca Minbərək nekropolu, Minbərək yaşayış yeri və kurqanlar (Qax rayonu), e.ə. II minillikdən tutmuş orta əsrlərə qədərki dövrü əhatə edən Qədim Naxçıvan şəhərinin xarabalıqları, tunc və ilk dəmir dövrlərinə aid Xocalı kurqanları (Xocalı rayonu), Borsunlu kurqanları (Tərtər rayonu), Oğlanqala yaşayış yeri (Şərur rayonu), son tunc və ilk dəmir dövrlərinə aid Xoşbulaq kurqanları (Daşkəsən rayonu), Xarabaqılan şəhərinin q
alıqları (Ordubad rayonu), antik dövrdən orta əsrlərə qədərki tarixi mərhələni əhatə edən Kiş yaşayış yeri (Şəki rayonu), qədim Qəbələ və qədim Şamaxı şəhərləri, antik dövrə aid Babatəpə yaşayış yeri (Şərur rayonu), orta əsrlərə aid Köhnə Gəncə, Beyləqan yaşayış yeri (Ərənqala), Köhnə Bərdə, Qədim Şəmkir şəhəri, Şabran və sair yüzlərlə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri olan, minlərlə ölkə və yerli əhəmiyyətli abidə xəzinəsinə malik Azərbaycanımızın muzeylərində çox qədim dövrlərə aid zəngin eksponatların olması təbii haldır. Belə zəngin mənbələr vasitəsilə həm Bakı şəhəri və digər şəhər və rayonlarımızın müxtəlif yaş qrupuna mənsub insanları, o cümlədən, ölkəmizin qonaqları mənəvi zənginliyə malik olmaqla, biliklərə yiyələnirlər, eyni zamanda, elmi-tədqiqat işləri və təbliğat xarakterli tədbirlər vasitəsilə milli maddi-mənəvi dəyərlərimizə dərindən bələd olurlar.
Müxtəlif tarixi dövrlərə aid bədii sənətkarlıq nümunələrimizin nəinki respublikamızda, həmçinin dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunması, nümayişi, yüksək elmi-bədii, estetik dəyərə malik olmasından böyük fəxarətlə bəhs edirik. Axtarılmalı, araşdırılmalı, geniş təbliğ edilməli abidələrimiz, bədii sənətkarlıq nümunələrimiz milyonlarladır. Hətta elə bir ailə tapılmaz ki, onun məişət həyatında zəngin dəyərə malik əşyalardan istifadə edilməsin, dekorativ-tətbiqi sənət nümunələri saxlanılmasın.
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, R.Mustafayev adına Azərbaycan Dövlət Incəsənət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Bakı şəhəri və respublikamızın digər şəhər və rayonlarında yaranmış ev-xatirə, memorial, tarixdiyarşünaslıq muzeyləri, qədim tarixə malik yaşayış məskənləri, komplekslər, kurqanlar, qalalar, müdafiə xarakterli tikinti, bina, divarlar, istehkamlar, komplekslər xalqımızın müxtəlif tarixi dövrlərdəki fəaliyyətini, bədii sənətkarlıq nümunələrini özündə qorumaqla, həm də gələcək nəsillərə dərin və zəngin bədii-estetik məzmun ərməğan edir. Lakin sonıncu prosesin nə dərəcədə baş verdiyinə diqqət yetirsək, görərik ki, həm obyektiv, həm də subyektiv səbəblər ucbatından muzey fəaliyyətində çatışmazlıqlar mövcuddur. Birincisi, obyektiv səbəblərin olması təbiidir, çünki ölkəmiz öz müstəq
illiyini cəmi 13 ildir ki, əldə etmişdir və Ümummilli Liderimiz Heydər Əliyevin gərgin zəhməti bahasına atəşkəs vasitəsilə məlum müharibənin dayandırıllmasına nail olundu, ölkədə sürətlə bərpa və quruculuq işlərinə başlanıldı, əsrin müqavilələri imzalandı, kapital qoyuluşu vasitəsilə mühüm əhəmiyyətli sənaye və kənd təsərrüfatının ayn-ayrı sahələri inkişaf etdirildi, elm, iqtisadiyyat, mədəniyyət, incəsənət və idmana qayğı daha da artırıldı. Eyni zamanda, çox uğurlu xarici və daxili siyasət, ölkədəki qaçqınlıq probleminin nisbətən aradan qaldırılması, dünya elminə, iqtisadiyyatına, mədəniyyətinə inteqrasiya prosesinin planlı və məqsədyönlü şəkildə həyata keçirilməsi dinamik şəkil aldı. Təbiidir ki, ölkənin belə bir çətin vəziyyətində 160-dək çox zəngin dövlət muzeyinin və minlərlə tarixi mədəniyyət abidəsinin bərpası, əsirlikdə olan abidə və muzeylərimizin qayğısına qalınması tez bir zamanda baş verə bilməzdi. Çünki, qısa zaman çərçivəsində dövlətimizin elmi-iqtisadi inkişafı, hərbi potensialının gücləndirilm
əsi vacib idi. Lakin bütün bu çətinliklərə baxmayaraq Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən milli mədəniyyətin inkişafına, eləcə də muzey fəaliyyətinə də ciddi fikir verilmişdir. Digər tərəfdən isə, subyektiv səbəb dedikdə, bütün bu çətinliklərə baxmayaraq mövcud imkan və şəraitdən, mövcud kadr potensialının gücündən, maddi-texniki bazadan, mövcud forma, vasitə və yollardan peşəkarcasına, lazımınca istifadə edilməməsi özünü göstərir.
Belə bir sual ortaya çıxır: mövcud muzey fəaliyyətini necə təkmilləşdirmək olar? Bundan ötrü mütəxəssislərdən ibarət işçi qrupunun iştirakı ilə sistemləşdirilmiş kompleks fəaliyyət proqramının hazırlanması və bu proqrama əsasən perspektiv fəaliyyət xəttinin təyini bu günün tələbidir. Fəaliyyət proqramında aşağıdakı istiqamətlər üzrə başcıla tələblərin öz həllini tapması daha məqsədyönlü olardı:
1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının müvafiq nazirlikləri, komitələri, şirkətlərinin (Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər, Idman və Turizm Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan televiziya və radio verilişləri şirkətinin və s.) qarşılıqlı əlaqəli fəaliyyəti sisteminin yaradılması vacibdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası kadr hazırlığı prosesində əlaqəli fəaliyyətə əsaslansalar daha məqsədəmüvafıq olardı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali və orta ixtisas məktəblərində muzeylər üçün kadr hazırlığında təkmilləşdirmə aparsalar səmərəli nəticələr əldə olunardı. Birincisi, respublikada fəaliyyət göstərən muzeylərdə çalışan işçilərin ən azı 50%-dən çoxu ali təhsilli olsalar, işin keyfiyyət göstəricisi yaxşılaşardı. Bu prosesdə bir tərəfdən, Respublika Təhsil Nazirliyi, eləcə də Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası vasitəsilə kadr hazırlığı beynəlxalq standartlar səviyyəsində yerinə yetirilməklə, muzeyşünas kadr qıtlığı aradan qaldırılardı. Digər tərəfdən isə, AMEA-nm ayrı-ayrı elmi-tədqiqat institutları, xüsusən Memarlıq və Incəsənət Institutu ali təhsi
l müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin diplomdan sonrakı elmi hazırlığını (aspirantura, dissertantura, doktorantura) ən müasir vasitə, forma və yollardan səmərəli istifadə ilə daha da təkmilləşdirməyə nail olmalıdır.
Muzeyşunaslığın inkişafı istiqamətində AMEA-nın Memarlıq və Incəsənət Institutu tərəfındən elmi-tədqiqat işlərinin səmərəli həyata keçirilməsindən ötrü əvvəlcə yerlərdə muzey fəaliyyətinin vəziyyəti tədqiq edilməli, öyrənilməli, sonra isə müvafıq tədbirlər görülməlidir, lazım gələrsə ixtisasartırma kurslanndan istifadə edilməlidir. txtisasartırma kurslannm Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin «Muzeyşunaslıq» kafedrası ilə AMEA nəzdində fəaliyyət göstərən və Bakının, eləcə də respublikamızın böyük, aparıcı muzeyləri ilə əlaqəli şəkildə təşkili məqsədə-müvafiqdir. Çünki, təkmilləşmə müddətində muzey işçisi, həm nəzəri, həm də təcrübi bilik və bacarıqlar əldə etməlidir. Respublika Mədəniyyət Nazirliyi nəzdindəki təkmilləşmə kursları öz formal xarakteri ilə müsbət nəticə vermir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|