ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


Görkəmli şair S.Ə.Şirvani «Guş qıl ey ki...» müxəmməsində musiqiyə, musiqi alətlərinə nasibətində bunların sirli bir aləm olduğunu söyləyirdi:

       Guş qıl ey ki, bilirsən özünü vaqifi-kar,
       Agah ol gör ki, nədir naleyi ney, nəğmeyi tar,
       Nədir ol xüşk olan çubidə bu naleyi zar,
       Ki sədasından onun qarət olur səbrü-qərar,
       Açma sən pərdəni hər pərdədə var yüz əsrar.


       Əlbəttə, belə nümunələri istənilən qədər söyləmək olar. Sözümün canı odur ki, milli musiqi alətlərimizi bu gün yaşatmaq, gənc nəsildə bunlara maraq və həvəsi artırmaq, yeni istedadlı gənc ifaçıları üzə çıxarmaq, onlara qayğı göstərmək olduqca əhəmiyyətli və vacib bir işdir. Mədəniyyət Nazirliyinin, xüsusən Mədəniyyət Naziri cənab Polad Bülbüloğlunun milli dəyərlərimizə xeyirxah münasibəti bütün sənət adamları kimi məni də ürəkdən sevindirir. Milli dəyərlərimizə belə diqqət mədəniyyətimizin təkcə bu gününə deyil, onun sabahına, gələcək inkişafına qayğının təzahürüdür.

       O ki qaldı müsabiqənin keçirilməsinə, bu bizim hamımızı razı saldı. Simli alətlər üzrə Əli Bayramlıda keçirilən müsabiqədə 43 şəhər və rayondan 100-ə yaxın, nəfəs və zərb alətləri üzrə Salyanda keçirilən müsabiqədə 31 şəhər və rayondan 70-ə yaxın gənc istedad bu sənət sınağında öz qabiliyyət və bacarığını uğurla nümayiş etdirdi.

       - Müsabiqədə ancaq milli musiqi alətləri ifaçıları iştirak edirdi. Burada ayrıseçkilik lazım idimi?

       - Əslində burada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Müasir musiqimizin inkişafında başqa musiqi alətlərinin, həmin alətlərin mahir ifaçılarının əhəmiyyətini və rolunu heçə endirmək, yaxud kiçiltmək fikrindən uzağıq. Ancaq unutmaq lazım deyil ki, xalqımızın sevərək yaratdığı, yaşatdığı, əsrlərin sınağından keçib bu günümüzlə qovuşan, musiqi xəzinəmizə nadir sənət inciləri bəxş edən, bənzərsiz səsi ilə heyrət doğuran milli musiqi alətlərinin təbliği və gənc nəsildə bunlara marağın artırılması daha zəruri və əhəmiyyətlidir. Ulularımız xalq mahnılarını, el havalarını sazın, tütəyin, neyin, zurnanın, balabanın, nağaranın xoş sədası ilə yaradıblar. Bu ənənəni qoruyub saxlamaq bizim borcumuzdur. Bu həm də soykökümüzə hörmətdir. Mədəniyyət Nazirliyinin belə təəssübkeşliyi olduqca təqdirəlayiqdir.

       - Yerlərdə müsabiqə necə keçdi, bu sizi razı saldımı?

       - Onu deyim ki, müsabiqənin birinci turu Əsasnaməyə uyğun olaraq mədəniyyət şöbələri və idarələri tərəfindən şəhər və rayonlarda keçirilmişdi. Birinci turun qalibləri ikinci yekun turda iştirak edirdilər. Istər Əli Bayramlı şəhərində, istərsə də Salyan rayonunda müsabiqənin yekun turunun keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Əli Bayramlıda da, Salyanda da bir bayram əhvali-ruhiyyəsi vardı. Uzaq şəhər və rayonlardan gəlmiş iştirakçıların yerləşdirilməsi, məşq etmələri üçün hazırlıq işləri lazımi səviyyədə təşkil olunmuşdu. Münsiflər heyətinin işgüzar fəaliyyəti üçün nə lazımdı edilmişdi. Buna görə Əli Bayramlı şəhər və Salyan rayon Icra Hakimiyyətinin başçılarına, mədəniyyət idarəsi və şöbəsinin rəhbərlərinə, müsabiqənin yüksək səviyyədə keçməsində əməyi olan hər kəsə münsiflər heyətinin üzvləri adından minnətdarlığımı bildirirəm. O ki qaldı müsabiqənin təşkili və keçirilməsi nəinki məni, münsiflər heyətinin bütün üzvlərini razı saldı. Hər ifaçının çıxışı bizdə sevinc, fərəh hissi doğururdu. Se vinirdik ona görə ki, məhz özümüzə məxsus milli musiqi alətlərini dilə gətirən, bunları yaşadan istedadlı gənclərimiz, ifa tərzi ilə seçilən sabahın mahir ifaçıları ola biləcək balalarımız var. Söz yox ki, müsabiqə iştirakçılarının hamısı eyni səviyyədə deyildi. Onların arasında ifası ilə seçilən də var idi, nisbətən zəif olanı da. Əsas odur ki, milli musiqi alətlərinə gənc nəsildə xüsusi maraq vardır. Ifaçılar arasından yaxşıların yaxşısını seçmək üçün münsiflər heyətinin üzvləri xüsusi səbr və təmkin göstərirdilər. Istəmirdik ifaçılar bizim seçimdən narazı qalsınlar. Ona görə hər ifaçını diqqətlə dinləyir, onların səhnədə özlərini sərbəst hiss etmələrinə çalışırdıq. Əvvəldə dediyim kimi Əli Bayramlı şəhərində simli alətlər üzrə keçirilən müsabiqədə 43 şəhər və rayondan 100-ə yaxın 15 yaşından 30 yaşadək ifaçı iştirak edirdi. Onların arasında gözəl saz, ud, tar, kamança çalanlar var idi. Gənc aşıqlardan Gülümcanov Yaşarın «Qaraçı», Hüseynov Firudinin «Misri», Təmirov Ismixanın «Orta Sarıtel», Hüseynov Ilqar ın «Kərəm gözəlləməsi», Məmmədov Ilqarın «Cəlili» saz havaları öz şirinliyi ilə hamıda xoş təəssürat oyatdı. Tarda Əliyev Habilin ifasında «Şahnaz», Əmirov Nadirin «Bayatı-Şiraz» muğamı və «Apardı sellər Saranı» xalq mahnısı, Süleymanov Anarın ifasında Motsartın «Rondo»su, habelə Həşimov Ceyhunun, Imanov Hikmətin, Rəcəbov Elçinin çaldığı bir sıra muğam və başqa musiqi nömrələri razılıqla qarşılandı. Udda Quliyev Xəyyamın, kamançada Fərhadov Ağayarın, Isgəndərova Çinarənin, Rüstəmova Gülnarənin ifa etdikləri muğamlar, xalq mahnıları yaxşı təsir bağışladı.

       - Simli alətlər üzrə keçirilən müsabiqənin qalibləri kimlər oldu?

       - Müsabiqə qaliblərini seçmək olduqca məsuliyyətli işdir. Burada tək bir nəfərin fikri keçmir. Hər ifaçı haqqında hərənin öz rəyi olur. Münsiflər heyətinin üzvləri də sənət aləmində tanınmış və bu işdə xüsusi səriştəsi olan şəxslər idi. Xoşbəxtlikdən müsabiqənin qaliblərini seçərkən bizdə fikir birliyi oldu. Yekdil olaraq adlarını çəkəcəyim ifaçıları müsabiqənin qalibləri hesab etdik:

       1. Gülümcanov Yaşar (saz) - I mükafat. I dərəcəli diplom və laureat adı
       2. Əliyev Habil (tar) - I mükafat. I dərəcəli diplom və laureat adı
       3. Əmirov Nadir (tar) - II mükafat. II dərəcəli diplom və laureat adı
       4. Hüseynov Firudin (saz) - II mükafat. II dərəcəli diplom və laureat adı
       5. Fərhadov Ağayar (kamança) - III mükafat. III dərəcəli diplom və laureat adı
       6. Süleymanov Anar (tar)- III mükafat. III dərəcəli diplom və laureat adı

       Bundan başqa müsabiqə qalibləri arasında Isgəndərova Çinarə (kamança), Abdullayev Yadigar (tar) həvəsləndirici mükafata layiq görüldü. Üç ifaçı - Rəcəbov Elçin (tar), Məmmədov Ilqar (saz), Quliyev Xəyyam (ud) Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edildi.

       Qalib ifaçılara mükafatların təqdim olunması təntənəli şəraitdə keçdi. Şəhər icra hakimiyyətinin başçısı qalib ifaçıları təbrik edib onlara uğurlar dilədi. Mədəniyyət Nazirliyinin bu xeyirxah işini yüksək qiymətləndirən şəhər icra hakimiyyətinin başçısı müsabiqəni milli dəyərlərimizə, milli mədəniyyətimizə göstərilən qayğı kimi vurğuladı və tədbirin mədəni həyatımızda özünəməxsus iz qoyacağını söylədi.

       Təntənəli gecə müsabiqə qaliblərinin və şəhər mədəniyyət evi bədii özfəaliyyət kollektivinin konserti ilə başa çatdı. Onu da deyim ki, yekun konsertdə xalqımızın sevimli sənətçiləri əməkdar artist, tarzən Möhlət Müslümovun və əməkdar artist kamançaçalan Fəxrəddin Dadaşovun, habelə Aşıq Isfəndiyarın gənc aşıqlarla çıxışları da tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.

       - Müsabiqənin nəfəs və zərb alətləri üzrə Salyan rayonundakı yekun turu necə keçdi?

       - Bəli, müsabiqənin davamı kimi nəfəs və zərb alətləri üzrə yekun turu Salyanda keçirildi. Burada 31 şəhər və rayondan 70-ə yaxın ifaçı iştirak etdi. Tədbirin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılmışdı. Biz burada rayon icra hakimiyyətinin, mədəniyyət şöbəsinin müsabiqəyə necə diqqət və qayğı göstərdiyinin şahidi olduq. Müsabiqənin 4 gün davam edən yekun turunda münsiflər heyətinin üzvləri hər ifaçını diqqətlə dinlədi. Biz burada nəfəs və zərb alətlərinə gənclərin böyük maraq göstərdiklərinin şahidi olduq. Onların arasında çox istedadlı, bacarıqlı gənclər vardı. Nəfəs alətləri üzrə ifaçılardan Allahverdiyev Ayaz (zurnada), Ağayev Şövqi (balabanda), Quliyev Eldəniz (zurnada), Xasayev Ilham (zurnada), Yaqubov Elşən (balabanda), Buludov Ilkin (tütəkdə), Bünyadov Baxış (balabanda), Sardalaşvili Rauli (tütəkdə) öz ifaları ilə başqalarından fərqlənirdi. Zərb alətləri çalanlardan Əliyev Eşqinin (qoşanağarada), nağaraçalanlardan Hüseynov Elşənin, Zərbəliyev Ramiqin, Məhərrəmov Raqilin, Abdulla yev Talehin, eləcə də adını çəkmədiyim bir çox istedadlı gənclərin çıxışları münsiflər heyətinin üzvləri tərəfindən yüksək qiymətləndirildi. Fasilə zamanı münsiflər heyətinin üzvləri iştirakçılarla səmimi söhbət eləyib, onlara lazımi məsləhətlər verirdilər. Tanınmış sənətçilərin səmimi münasibəti iştirakçıları daha da ruhlandırırdı. Gənc istedadlara qarşı belə qayğıkeşlik, xoş münasibət-lərinə görə mən həmkarlarıma minnətdarlığımı bildirirəm. Müsabiqənin qaliblərini müəyyən edərkən onların bir daha prinsipial mövqelərinin, səmimiyyətlərinin şahidi oldum. Məhz onların yekdil rəyi ilə milli musiqi alətləri ifaçılarının nəfəs və zərb alətləri üzrə Salyan rayonunda keçirilən yekun turunda aşağıda adları çəkilənlər müsabiqənin qalibləri oldu:

       1. Allahverdiyev Ayaz (zurnada) - I mükafat. I dərəcəli diplom və laureat adı
       2. Əliyev Eşqin (qoşanağarada) - I mükafat. I dərəcəli diplom və laureat adı
        3. Ağayev Şövqi (balabanda) - II mükafat. II dərəcəli diplom və laureat adı
       4. Hüseynov Elşən (nağarada) - II mükafat. II dərəcəli diplom və laureat adı
       5. Quliyev Eldəniz (zurnada) - III mükafat. III dərəcəli diplom və laureat adı
       6. Zərbəliyev Ramiq (nağarada) - III mükafat. III dərəcəli diplom və laureat adı.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page