ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


AZƏRBAYCAN MILLI MUSIQISI ELEKTRON TEXNOLOGIYALARDA

       Fevral ayının əvvəllərində Bakıda «Idarə, biznes, elmi tədqiqat və peşəkar tədris sahələrin-də teleçalışmalar» adlı elmi – təcrübi konfrans keçirilmişdir Avropa Şurası tərəfindən mailiy-yələşdirilən konfrans TELESOL çərçivəsi daxilində təşkil olunmuşdu. Bu tədbirin təşkilatçıları Bakı Elmi – Tədris Mərkəzi və Iqtisadi Inkişaf Nazirliyinin Iqtisadi Islahatlar Mərkəzi idi. Konfransın əsas koordinatoru vəzifəsini isə Təhsil və Elm Mübadiləsi üzrə Ümumdünya Informa-siya Şəbəkəsi (EDNES - Fransa) icra edirdi.

       TELESOL konfransının açılış sözündən sonra ilk çıxışlardan biri «Musiqi Dünyası» elektron jurnalının baş redaktoru sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Tariyel Məmmədovun məruzəsi oldu. Məruzə mədəni irsin qorunması probleminə, müasir informasiya və kommunikasiya vasitələrinin roluna, Azərbaycan milli mədəniyyət təbliğatının aktuallaşdırılmasına, və eləcə də, tədrisin, musiqi təhsilinin distansiyalı metodlarının istifadəsinə həsr olunmuşdu. Qırx dəqiqə sürən məruzədə jurnal redaksiyasının web-studiyasında işlənilmiş müxtəlif saytlar təqdim olundu. Elektron resursları üzrə səyahət elektron kitabxanadan başlandı. Daha sonra qonaqlar və kofrans iştirakçıları «Arşın Mal Alan» (http:// arshin.musigi-dunya.az), «Azərbaycan xalq musiqisinin əsasları» və başqa saytların slaydları sayəsində Azərbaycan musiqi mədəniyyəti ilə tanış oldular. Saytlarda toplanılmış audio və videoraritetlər çoxlarını təəccübləndirdi. Məsələn, «Arşin Mal Alan» internet səhifəs ində operettanın çın dilində ifa nümunəsi vardır.

       Məruzəçinin sözlərindən məlum olduğu kimi, Azərbaycan ənənəvi musiqisinin inqilabdan əvvəl istehsal olunmuş yüzdən artıq qrammofon valları bərpa olunmuş və hal-hazırda bu informasiyanın «Azərbaycan diskoqrafiyası» saytına (http:// diskografiya.musigi-dunya.az) yüklənməsi işi görülür. Səs yazıları 1900-1914-cü illərə aiddir. Azərbaycan musiqisinin səslənən tarixinə belə bir qayğıkeş münasibət, audio-artefaktların qorunub saxlanılması iştirakçıları və, xüsusilə də, uzaq xaricdən gəlmiş qonaqları heyrətləndirdi. Məsələn, belə hesab olunur ki, Azərbaycan musiqi mədəniyyətində xor ifası olmamışdır. Lakin nadir səs yazılarının redmasterinqi sayəsində türk marşlarını, Qarabağ muğam sənətinin nümayəndələri olan beş xanəndənin ifasında eşitmək imkanı yarandı. Bu ifanı «Azərbaycan Diskoqrafiyası» bölməsində dinləmək imkanı olacaqdır. Qeyd edək ki, kompakt disklərə yazılı bütün bərpa olunmuş və rəqəmləndirilmiş qrammofon vallarının təqdimatı mart ayının ortasında keçiriləcəkdir. Bu layihənin təşkili və gerçəkləşdirilməsi işində Almaniya və Fransanın ölkəmizdəki səfirlikləri tərəfindən yardım göstərilmişdir. Sonradan bu disklər Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə veriləcək və, beləliklə, muzeyin qonaqları xalqımızın tarixi sərvəti ilə tanış ola biləcəklər.

       Yeni bir layihə olan «Azərbaycanın musiqi folkloru atlası» üzərində də iş davam etdirilir. Layihə Azərbaycan Açıq Cəmiyyət Institutu – Yardım Fondu, respublikanın Mədəniyyət Nazirliyi və Bakı Musiqi Akademiyası tərəfindən dəstəkərlənir. Atlas respublikamızın ərazisində yaşayan bir çox xalqların autentik musiqi mədəniyyətini əks etdirir. Ekspedisiya səfərlərində müstəsna əhəmiyyətli folklor materialı toplanılmışdır (səs rejissoru və operator Xalid Məmmədovdur). Çoxsaylı videovə audioyazılarının elektron saytı üçün işlənilib hazırlanmasında art – studiyanın meneceri, web-master Alina Cahangirova, kontent-menecer Natalya Dranovskaya, redaktor Cəmilə Həsənova fəal iştirak edirlər.

       Elektron saytında azərbaycanlıların, avarların, tatarların, talışların, aysorların, rusların, ləzgilərin, saxurların və başqa xalqların musiqi folkloru təqdim olunacaqdır.

       Əlamətdar haldır ki, bu layihədə humanitar elmlərdə tamamilə yeni olan bir istiqamət – audio – vizual antropologiya istifadə olunur.

       Nəşriyyat mərkəzində yaradılmış internet – resurslar öz növbəsində musiqi pedaqogikasında distansiyalı tədris üsulunun tətbiqinə imkan açır.

       Tariyel Məmmədov konfransın əhəmiyyəti barədə demişdir:

        Bu səviyyədə keçirilən konfransları alqışlamaq lazımdır. Mən beynəlxalq konfransı təşkil etmiş Bakı Elmi Tədris Mərkəzini (TELESOL) və onun rəhbəri texniki elmlər namizədi Tofiq Babayevi xüsusilə qeyd etmək istəyirəm. Konfransa Isveçrə, Türkiyə, Belçika və başqa ölkələrdən çoxlu qonaqla gəlmişdi. Konfransın bir sıra dövlət strukturları – Prezident Aparatı, Milli Məclis, Tələbə qəbulu komissiyası tərəfindən dəstəklənməsi də olduqca önəmlidir.

Fəttah XALIQZADƏ

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page