ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
BƏSTƏKARLAR ITTIFAQININ 70 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ KAMERA MUSIQISI FESTIVALI
-
OQTAY ZÜLFÜQAROVUN 75 illik YUBILEYI MÜNASIBƏTILƏ
Nərgiz ŞƏFIYEVA
XƏBƏRLƏR
-
|
|
Bülbül adına Orta ixtisas musiqi məktəbində səhərdən hazırlıq gedirdi. Bu dəfə məktəbin müdiriyyəti və müəllim-şagird kollektivi, əziz qonağı - Respublikanın xalq artisti, görkəmli bəstəkar Oqtay Zülfüqarovu qarşılamaq üçün böyük zala toplaşmışdılar.
Məktəbin direktoru, fəlsəfə elmləri doktoru, professor Nigar Cərulla qızı bəstəkarı təbrik edərək, onun musiqisinə xas olan yüksək bədii dəyərlərini, xüsusən uşaq aləminə gətirdiyi mahnı töhfələrini müasir günün mə’nəviyyatı baxımından səciyyələndirdi.
Nigar xanımın çıxışından sonra müəllim, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva Oqtay Zülfüqarovun həyat və yaradıcılığı haqqında söz açdı. Qeyd edək ki, bəstəkar yaradıcılığının hər bir mərhələsi müəyyən musiqi əsərinin canlı ifası ilə şərh olunurdu.
Yubiley-konsert Beynəlxalq müsabiqələr laureatı, vokalçı Fəridə Məmmədovanın ifasında (müşayiət edirdi - Ülviyyə Hacıbəyova) O.Zülfüqarov musiqisinin nəfis-lirik səhifəsi olan “Yarım keçdi” (qəzəl S.Rüstəmindir) romansı ilə açıldı. Növbəti musiqi nömrəsi - dosent Ülviyyə Hacıbəyovanın səsləndirdiyi müəllifin dolğun, incə qrasiyalı 2 prelüdü oldu. Onun ardınca Bakı Musiqi Akademiyasının professoru Eldar Isgəndərov (violonçel) bəstəkarın “Rəqsə də’vət” əsərini özünəməxsus təravətlə ifa etdi (müşayiət edirdi - X.Məhərrəmova). Konsert proqramının I hissəsi Dövlət Simli Kvartetinin çıxışı ilə tamamlandı (I violino - Uran Seyidov, II violino - Soltan Məmmədova, viola - Vaxtanq Imanov, violonçello - Aleksey Miltıx). O.Zülfüqarovun ustad qələmi ilə bəstələnən simli kvartetinin II və III hissələri Simli Kvartetin gözəl ifasında təqdim olundu.
Konsert-görüşün II hissəsi bütövlüklə uşaq musiqisinə həsr olunmuşdu. Mə’lumdur ki, bəstəkarın yaradıcılığında uşaq aləminə müstəsna yer verilib. Mahnılar, mahnı silsilələri, uşaqlar üçün müxtəlif səhnə-janr əsərləri O.Zülfüqarovun iste’dadlı qələminə məxsusdur.
Konsertin II hissəsində isə musiqi nömrələrinin ifa təşəbbüsü “Bülbülçü”lərə keçdi.
Bəstəkarın fortepiano üçün uşaq-proqram pyesləri şagirdlərin təbii, kövrək ifasında səsləndi: “Nənə rəqs edir” - II sinif şagirdi Xəyalə Əlizadə; “Məryəm qonaqlıqda” - III sinif şagirdi Aynur Abdullayeva; “Qızıl gülüm” - IV sinif şagirdi Elvin Ismayılov; “Günel səfərdə” və “Qanadlı dostlarım” - III sinif şagirdi Günel Ibrahimova.
Son söz bəstəkara verildi. Görüş-konsert bitmək üzrə idi. Lakin Oqtay müəllimin adi çərçivəyə sığmayan təbiəti görüşün istiqamətini dəyişdirərək, gözlənilməz improvizə axarına döndərdi. O, səhnəyə qalxıb royal arxasına keçdi və özünün yetirməsi, iste’dadlı kiçik dostunun - Vüqar Babayevin ifasında bir neçə yeni mahnısını səsləndirdi. Lakin görüşün yüksək nöqtəsi öndə idi.
Bəstəkar vaxtilə, 60-70-ci illərdə, hər bazar günü, Uşaq Radio verilişində səslənən “Xoruz” mahnısını zalda əyləşən şagird-müəllimlərlə və ümumən tamaşaçılarla öyrətmə tə’limi apararaq, hər birimizi, görüşün iştirakçısına çevirdi. Hamı yaranan bu təbii, məzəli səhnəciyin ifaçısı oldu. Böyüklər, sanki uşaq anlarını yaşadılar.
Özünün səmimiyyəti ilə, kiçik və nəslə mənsub insanların qəlbini alan bəstəkar Oqtay Zülfüqarov əsl INSANI QƏLƏBƏSINI çaldı.
|