ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XƏBƏRLƏR
-
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
BƏSTƏKARLAR ITTIFAQININ 70 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ KAMERA MUSIQISI FESTIVALI
-
OQTAY ZÜLFÜQAROVUN 75 illik YUBILEYI MÜNASIBƏTILƏ
Nərgiz ŞƏFIYEVA
XƏBƏRLƏR
-

 


Oktyabr ayında Bakı Musiqi Akademiyasının bəstəkarlıq və fortepiano fakultələrinin IV kurs tələbəsi Pikə Axundova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Anton Rubinşteynin 175 illik yubileyi münasibətilə gənc pianoçu-bəstəkarların IV Beynəlxalq müsabiqəsində laureat adını qazanmışdır. Münsiflər heyətinə müxtəlif ölkələrin adlı-sanlı musiqiçiləri daxil idi. Müsabiqənin yekunlarına görə P.Axundova III yerə layiq görülmüşdür. Bundan əlavə onun A.Rubinşteynin mövzusuna bəstələdiyi “Variasiyalar” A.Rubinşteynin mövzusuna yazılmış “Ən yaxşı əsər” kimi xüsusi mükafat qazanmışdır. P.Axundovanın müəllimləri - Arif Məlikov və Dilarə Mirzəquliyeva isə “Əla hazırlığa görə” diplomu ilə təltif edilmişlər. Müsabiqənin yekun konsertində P.Axundova Sankt-Peterburq filarmoniyasının Qlinka adına zalında uğurla çıxış etmişdir.

* * *

       Oktyabr ayında Cənubi Qafqazda Uşaqların Tolerantlıq təhsili layihəsini həyata keçirən “Uşaqların xilası” Beynəlxalq Təşkilatı Uşaq Televiziya Kukla verilişlərində istifadə olunacaq musiqi tərtibatının hazırlanması məqsədi ilə Bəstəkar müsabiqəsini keçirmişdir. Müsabiqənin yekunlarına görə Azərbaycan bəstəkarı Ilham Abdullayev “Reqtaym” adlı əsəri ilə qalib gəlmişdir. Onun melodiyası Azərbaycan, Gürcüstan və Ermənistanda çəkiləcək Televiziya Kukla verilişlərində səslənəcək.

* * *

       Noyabrın 19-da “ISR Rlaza” Otelinin “Prado” zalında bəstəkar və pianoçu, tanınmış caz ustası Vaqif Mustafazadənin “Unical”, “Azərbaycan-International” və “Statoil” şirkətlərinin sponsorluğu ilə buraxılmış albom-disklərinin təqdimat mərasimi keçirilmişdir.

* * *

       Dekabrın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Murad Kajlayevin yaradıcılıq gecəsi keçirilmişdir. Gecədə M.Kajlayevin dirijorluğu ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Konsertdə M.Kajlayevin və məşhur italyan bəstəkarı Nino Rotanın əsərləri səsləndi.

* * *

       Dekabrın 4-də “Kapellhauz” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının xalq artisti, professor Tofiq Bakıxanovun Şərq musiqisi silsiləsindən ibarət müəllif konserti keçirilmişdir. Konsertdə L.Həsənova (skripka), F.Əhmədbəyova (fortepiano), K.Mirbabayeva (fortepiano) və H.Məhərrəmova (vokal) iştirak etmişdilər. Proqramda bəstəkarın “Türk Rapsodiyası”, “Kuzey Kıbrıs fəsilləri” və “Süita”dan fraqmentlər, “Beş saylı Türk Sonatası”, “Azəri gözəlim”, “Bağışla məni”, “Ulu ustad”, “Məktəb illəri”, “Onları sevirəm ki...”, 7 saylı Ərəb Sonatasından 2-ci hissə, “Şərqdən gələn sədalar” məcmuəsindən üç pyes və 11 saylı sonata səslənmişdi.

* * *

       Dekabrın 7-də Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, gözəl pianoçu və pedaqoq, professor Elmira Səfərovanın 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli və Mədəniyyət Naziri Polad Bülbüloğlu çıxış edib, E.Səfərovanın pedaqoji fəaliyyəti və insani keyfiyyətlərindən söz açdılar. Daha sonra E.Səfərovanın tələbələri və həmkarları - professorlar F.Bədəlbəyli və R.Abdullayev, dosentlər R.Ismayılova, M.Quliyev, M.Adıgözəlzadə, baş müəllimlər K.Neymanova, G.Ənnağıyeva və M.Hüseynov fortepiano repertuarının bir sıra incilərini ruh yüksəkliyi ilə ifa etdilər. Giriş sözü ilə BMA-nın dosenti Fərəh Əliyeva çıxış etdi.

* * *

       Dekabrın 17-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bəstəkar Sərdar Fərəcovun “Bir günlük siğə” və ya “Keçmiş ola, arkadaş” musiqili komediyasının premyerası oldu. Libretto müəllifi C.Məmmədov komediyanı Rəşad Nuri Güntəkinin keçmiş ola, arkadaş” pyesi əsasında yazmışdır. Quruluşçu rejissor Y.Əkbərov, quruluşçu rəssam I.Məmmədov, teatrın baş dirijoru N.Hacıəlibəyli, xormeyster V.Məstanovdur. Aparıcı rolları Ç.Əhmədov, E.Əhədzadə, Ə.Əlizadə, S.Musayeva, N.Kərimova, A.Rəhimov, F.Mahmudova və b. Ifa etdilər. Əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

* * *

       Dekabrın 22-də “Araz” kinoteatrında Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasının çəkdiyi “Fikrət Əmirov” sənədli filminə ictimai baxış olmuşdur. Filmin quruluşçu rejissoru Cəmil Quliyev, ssenari müəllifi musiqişünas Lalə Hüseynova, məsləhətçisi Cəmil Əmirovdur. Filmdə bəstəkarın həyat və yaradıcılığının maraqlı məqamları əksini tapmışdır.

* * *

       Dekabr ayında "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu “Azərbaycan xanəndələri” adlı divar təqvimi (2005) buraxmışdır.

       Fondun Prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə işıq üzü görmüş bu nəfis tərtibatlı təqvimdə musiqi mədəniyyətimizin inkişafında, muğam sənəti və milli ifaçılıq tariximizdə böyük rol oynamış 12 görkəmli xanəndənin portreti təqdim olunmuşdur. Sənətdə öz məktəbini yaratmış həmin müğənnilər - Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Məşədi Cəmil Əmirov, Islam Abdullayev, Məcid Behbudov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Bülbül (Murtuza Məmmədov), Zülfü Adıgözəlov, Xan Şuşunski haqqında həm də qısa bioqrafik məlumat verilmişdir.

       Təqvimin tərtibatında istifadə olunmuş foto və arxiv eksponatları Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Azərbaycan Dövlət Səs Yazmaları Arxivi, S.Mümtaz adına Azərbaycan Respublikası Ədəbiyyat və Incəsənət Milli Dövlət Arxivi, Bülbülün Xatirə Muzeyi, Bəhram Mansurovun və Xan Şuşinskinin şəxsi arxivlərindən götürülmüşdür. Təqvimin rəssamı Tərlan Qorçiyevdir. Təqvimin hazırlanmasında “Musiqi dünyası” jurnalının nəşriyyat mərkəzi yaxından iştirak edib.

Materialları hazırladı: Leyla MƏMMƏDOVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page