À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX əsr Azərbaycan musiqişünaslığı
Ariz ƏBDÜLƏLIYEV
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX əsr Azərbaycan musiqişünaslığı
Ariz ƏBDÜLƏLIYEV
AZƏRBAYCAN: XARICDƏN GÖRÜNTÜLƏR SƏYAHƏTLƏRIN ƏHƏMIYYƏTI HAQQINDA
Alla BAYRAMOVA
L.ROSTROPOVIÇ VƏ A.ZILOTININ YARADICILIQ ƏLAQƏLƏRI
Şeyla HEYDƏROVA, Könül KƏRIMOVA
1938-CI IL DEKADASININ IŞTIRAKÇISI
Nərminə BAYRAMƏLIBƏYLI

 


1. Plenumun məqsəd və vəzifələri

       SSRI Bəstəkarlar Ittifaqının Musiqi Tənqidi Komissiyası 1955-ci il dekabr ayının 10-17-də Tbilisi şəhərində V səyyar plenumunu keçirmişdir. Plenum Zaqafqaziya respublikalarında musiqişünaslığın və musiqi tənqidinin inkişaf məsələlərinə, Zaqafqaziya respublikalarında musiqi elminin və tənqidinin mövcud vəziyyətinə, problemlərinə həsr olunmuşdur.

       Plenumun keçirilməsi konkret səbəblərlə, məqsəd və vəzifələrlə bağlı idi.

       1940-50-ci illərdə musiqi elmi və tənqidinin vəziyyəti SSRI Bəstəkarlar Ittifaqının (SSRI BI), müttəfiq respublikalarda bəstəkar və musiqişünasların diqqət mərkəzində idi. Musiqi elminin və musiqi tənqidinin bəstəkar yaradıcılığının nailiyyətlərindən geri qalması, bəstəkarlar və musiqişünaslar arasında yaradıcılıq əlaqələrinin zəifliyi, musiqi tənqidinə dair yazıların bəzən elmi prinsiplərdən, obyektivlikdən, əsl bədii tənqid meyarlarından uzaq olması, musiqişünas kadrların yetişdirilməsi, musiqi tənqidi və musiqi təbliğində mövcud nöqsanlar - bütün bunlar musiqi həyatında ən çox müzakirə, diskussiya predmeti olan məsələlər idi. SSRI-yə daxil olan respublika, muxtar respublika və vilayətlərin bəstəkarlar ittifaqlarında keçirilən iclas, müşavirə, plenum və qurultaylarda, eləcə də bəzi qəzet və jurnallarda bu məsələlər tez-tez gündəliyə çıxarırılır, müzakirə olunur, tənqid edilir, fikir və mülahizələr, rəy və təkliflər bildirilirdi.

       Azərbaycanda musiqi elminin və musiqi tənqidinin vəziyyəti, onun inkişaf etdirilməsi musiqi ictimaiyyətini, bəstəkar və musiqişünasları ciddi düşündürən məsələlərdən idi. Azərbaycan musiqişünasları tərəfindən musiqi təqiqatı və musiqi tənqidi istiqamətində müyyən dəyərli işlər görülsə də, nailiyyətlər əldə edilsə də, bu sahədə həllini gözləyən problemlər, mövcud nöqsanlar real məsələ kimi Azərbaycan Bəstəkarlar Ittifaqında müzakirələrə səbəb olurdu. Azərbaycan bəstəkar və musiqişünasları bu müzakirələrdə musiqi tənqidinin fəallşmasını, bəstəkar və musiqişünaslar arasında yaradıcılıq əlaqələrinin möhkəmlənməsini, bəstəkar yaradıcılığına dair elmi və populyar monoqrafiyaların yazılmasını, xalq musiqisinə dair tədqiqatların aparılmasını, geniş kütlələr arasnda musiqinin təbliğ edilməsini, bəstəkar əsərlərinə elmi-tənqidi yanaşmaların zəruriliyini vacib məsələlər kimi gündəliyə çıxarır, təhlil edir, münasibət bildirirdilər. Musiqi elminin və musiqi tənqidinin mövcud g eriliyi, problemləri, inkişaf məsələləri mətbuatda və kitablarda dərc olunan məqalələrdə də nəzərdən keirilir, öz əksini tapırdı. 1.

       Qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar Ittifaqının I qurultayı (1956) ərəfəsində bəstəkar və musiqişünaslarının diqqətini ən çox çəkən məsələlərdən biri məhz musiqi elminin və musiqi tənqidinin vəziyyəti idi. Qurultaydan öncə tanınmış bəstəkar və musiqişünaslar respublikanın musiqi incəsənətinin problemlərinə həsr olunmuş məqalələrlə çıxış edirdilər. O cümlədən, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, bəstəkar, sənətşünaslıq namizədi Əşrəf Abbasov Azərbaycanda müasir musiqişünaslıq və musiqi tənqidinə həsr etdiyi məqalədə dövrü düşündürən, narahat edən bu aktual məsələnin həllinə professional səviyyədə münasibət bildirmişdi.

       Bir faktı da nəzərə çatdıraq ki, Azərbaycan Bəstəkarlar Ittifaqının I qurultayının gündəliyinə daxil olan və geniş müzakirəyə çıxarılan əsas məsələlərdən biri də məhz musiqi elmi və musiqi tənqidinin uğurları, vəziyyəti, problemləri idi. Bu mövzuda əsas məruzə Bəstəkarlar Ittifaqının musiqişünaslıq və musiqi tənqidinin rəhbəri, görkəmli bəstəkar və musiqişünas-alim Əfrasiyab Bədəlbəyli tərəfindən edilmişdii.

       Dövrün musiqi həyatına, musiqi incəsənətinə və musiqi elminə dair fakt və materiallar təsdiq edir ki, Zaqafqaziyanın digər respublikalarında da həmin məsələ gündəlikdə dayanan, ən çox müzakirə və tənqid edilən, həllini gözləyən məsələlərdən biri idi.

       Belə bir vəziyyət və onun müzakirəsi Zaqafqaziya respublikalrında musiqişünaslıq və musiqi tənqidinə həsr olunmuş SSRI Bəstəkarlar Ittifaqı səviyyəsində plenumunun keçirilməsini zəruri edir, plenumun əhəmiyyətini və aktuallığını şərtləndirirdi. Plenumun əsas məqsədi Zaqafqaziya respublikalarında bu sahədə görülən işləri, uğurları, qarşıdakı problemləri, nöqsanarı, vəzifələri müəyyən etməkdən, bunları geniş müzakirə predmetinə çevirməkdən, həlli yollarını araşdımaqdan və nəticələr çıxarmqdan ibarət idi.

       Digər tərəfdən, plenumun məqsədi və əhəmiyyəti bundan ibarət idi ki, üç Zaqafqaziya respublikasının və başqa respublikaların, şəhərlərin bəstəkar və musiqişünasları bu plenumda bir araya gələrək, qarşılıqlı yaradıcılıq ünsiyyətinə, yaradıcılıq diskussiyasına, elmi fikir mübadiləsinə qatılmışdılar.

       Bütün bunları nəzərə alsaq, SSRI Bəstəkarlar Ittifaqının V Zaqafqaziya plenumu hər üç respublikanın musiqi mədəniyyəti üçün olduqca gərəkli, mühüm, aktual əhəmiyyət daşıyan bir hadisə idi.


1D.Citomirskiy, Z.Baqirov. Muzıka sovetskoqo Azerbaydcana.- V kn.: Sovetskaə muzıka. Teoretiçeskie i kritiçeskie statği. M. 1954



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page