ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
70 YAŞLI G.G.ŞAROYEV ADINA
Yusif VƏLIYEV
MUSIQI TƏFƏKKÜRÜ: MAHIYYƏTI, STRUKTURU, FORMALAŞMASI VƏ INKIŞAFININ DIDAKTIK ƏSASLARI
Tamilla KƏNGƏRLINSKAYA
ZAMAN HƏRƏKƏT TƏLƏB EDIR…
Aynur XƏLILOVA
KÖVRƏK UŞAQ SƏSININ SEHRI
Mələk VƏLIZADƏ
HÜSEYN CAVID VƏ MUSIQI
Ruqiyyə SÜLEYMANOVA
ÜZEYIR HACIBƏYOVUN «AŞIQSAYAĞI» ƏSƏRINDƏ OSTINATO PRINSIPI
Gülzar MAHMUDOVA
|
|
Musiqi təcrübəsi sahəsində hər zaman aktual olan problemlər var. Bunlardan biri tədris prosesində təfəkkürün inkişaf etdirilməsidir. Psixologiya təfəkkürü insanın ətraf aləmlə arasıkəsilməz əlaqəsi prosesi kimi nəzərdən keçirir. Insan təfəkkürünün formalarından biri idrak, dərketmədir. Təcrübələr göstərir ki, şüurla dərk olunma prosesi bizi əhatə edən aləmin inkişafının məntiqi ardıcıllığını əks etdirən müəyyən sistemdə qavranılır. Bu ardıcıllıq aşağıdakı kimidir: dərketmənin meydana çıxması,ümumiləşdirmə, müqayisə və idrak.
Dərketmənin (idrakın) meydana çıxması - bu öyrənilən proseslərin arasıkəsilməz təhlili və sintezidir. Təhlil nəticəsində predmetin ən əsas əlamətləri üzə çıxır,sintez vasitəsi ilə isə bu əlamətlər birləşir və dərketməni yaradır.
Ümumiləşdirmə-təfəkkürün əks etdirdiyi bir çox predmetlərin ən əsas əlaqələrinin fikrən birləşdirilməsidir. Ümumiləşdirmə bacarığı materialın nə dərəcədə möhkəm mənimsənilməsini müəyyən edən kriteriyalardan biridir.
Müqayisə-təfəkkürün əsas tərkib hissəsidir. Çünki gerçəkliyi tam anlamaq üçün bir-birinə oxşar predmetlər arasında fərqi, fərqli predmetlər arasında isə oxşarlığı tapmaq vacibdir.
Idrak-obyektiv aləmin dərkolunma nəticəsidir.Təfəkkür və idrak bir-biri ilə sıx əlaqədədir. Təfəkkür proses, idrak isə bu prosesin məhsuludur. Bilik əldə etmək aktiv əqli yaradıcılığı nəzərdə tutur. Təfəkkürün inkişafı mənimsənilmiş biliklərin köməyi ilə baş verir.
Bu proseslər ümumi təfəkkürün formalarından biri olan musiqi düşüncəsində də nəzərdən keçirilə bilər. Doğrudur, musiqi düşüncəsinin inkişafının keyfiyyəti öyrənilən musiqi əsərlərinin həcminin çoxluğu ilə ölçülə bilməz. Incəsənət sahəsində çox şey bilib,lakin o qədər də yüksək olmayan sənət nümayiş etdirmək də mümkündür. Lakin başqa bir tərəfdən, biliklərin kəmiyyətinin artmasının əhəmiyyətini qəbul etməmək olmaz.
Beləliklə, inkişaf etmiş musiqi intellekti əldə olunmuş biliklərin cəmləşməsi, assimilyasiyası, yetkinləşməsi, dolğunlaşmasıdırsa, onda belə bir nəticə çıxarmaq olar ki,ümumi və ixtisas üzrə biliklərin həcmi nə qədər çox olarsa,musiqi düşüncəsinin form alaşmasında və inkişafında perspektivlər böyüyür.
Musiqi alətində ifa etməyi öyrənən zaman təhsil alanın bilik mənbəyinin sistemli olaraq təkmilləşməsi baş verir. Alətlər sırasında bu cür dərin bilikləri verən isə royaldır. G.Neyqauzun sözləri ilə desək, «Royal alətlər içərisində ən intellektualıdır və buna görə də hüdudsuz musiqi sahələrini əhatə edir. Bu alətdə məhz onun üçün yazılan külli miqdarda əsərlərlə yanaşı, musiqi adlanan hər şeyi-çoban tütəyinin musiqisindən tutmuş nəhəng simfoniya və operaları ifa etmək olar».
Intellektual musiqi inkişafı haqqında danışanda musiqi düşüncəsi problemlərindən yan keçmək olmaz. Bu yerdə belə bir sual ortaya çıxır: musiqidə düşüncə nə deməkdir? Əgər genetik planda baxılarsa, musiqi təfəkkürünün başlanğıcı intonasiyadır. Bu başlanğıc musiqi təfəkkürünün birinci pilləsi və ən sadə qavranılan formasıdır. «Intonasiya» dedikdə musiqinin məzmunu, musiqi ifadə vasitələri, yəni ümumi musiqiyə və hər bəstəkarın üslubuna xas olan intonasiya əsasları başa düşülür. Intonasiya musiqi fikrində əsas yol göstərir. Incəsənətdə bütün səslə bağlı obrazlar musiqini zənginləşdirən üsullar,müxtəlif musiqi elementləri intonasiyaya əsaslanır. Intonasiyaya emosional reaksiya onun məğzini dərk etmək, elə musiqi düşüncəsinin başlanğıcıdır,ancaq hələ musiqi düşüncəsinin özü deyil. Musiqi düşüncəsi bütün mövcud hallarda dərk etməkdən,hiss etməkdən başlayır. Musiqi təfəkkürü həyat təəssüratlarının,emosional və rassional idrakın birliyini əks etdirən musiqi obrazlarının insa
nın şüurunda əks olunmasıdır. Musiqidə intonasiyanı hiss etmək ixtiyarı musiqi düşüncəsini hərəkətə gətirən siqnaldır. Bütün bunlar da insanın öz hissiyyatı ilə musiqinin intonasiyasının mahiyyətini duymaq və öz emosiyaları ilə ona cavab verməkdən ibarətdir. Incəsənətin bütün sahələrində olduğu kimi, musiqidə də bədii əsərin məzmununu aydın çatdırmaq üçün xüsusi üsullardan istifadə olunur. Musiqi məntiqinin arxitektonik formaları olan lad,harmoniya,metroritmdən kənarda musiqi intonasiyası təsadüflərdən ibarət olan bir xaosu əmələ gətirir. Başqa sözlə desək,musiqidə məntiqi qanunauyğunluqlar intellektual musiqi proseslərindəki məntiqlə müəyyən olunur.Musiqi təfəkkürü özündə təhlil və sintezi, müqayisə və ümumiləşdirməni birləşdirir. Təhlil və sintez əsərin məzmununu başa düşməyə, musiqi ifadə vasitələrinin bütün üsullarını anlamağa imkan verir.
Musiqi sənətində obraz müəyyən emosional məzmuna malik olur. Bu emosiyalar insanın hadisələrə öz hissiyyatı ilə reaksiyasıdır və əlbəttə ki, musiqi düşüncəsi parlaq ifadə olunmuş emosiyalarsız mümkün deyil.Emosiyalarsız musiqi yoxdur. Deməli, emosiyalarsız musiqi təfəkkürü də yoxdur. Çünki musiqi düşüncəsi insanın yaşantıları, hiss,həyəcanları ilə bağlıdır,insan da öz növbəsində təbiət etibarı ilə emosionaldır. Istənilən alətdə ifaçılıq sənətinə yiyələnmək üçün əsasən şagirdin şüurunda musiqi düşüncəsinin emosional tərəfinə istinad etmək lazımdır.Ifaçılıq sinfinin pedaqoji praktikasında şagirdlərin mənəvi dünyasına təsir bəzən birtərəfli xarakter daşıyır. Müəllimin diqqət mərkəzində ifaçının yaşantıları,birbaşa emosiyaları durur. Musiqinin intellektual dərkolunması isə arxa planda qalır. Bəzən belə hesab edirlər ki,musiqi təfəkküründəki emosional hissi başlanğıc elə musiqi təfəkkürünü tam əhatə edir.Habelə musiqi düşüncəsi nə isə «xüsusi» izaholunmaz düşüncə tərzidir.
Əslində isə musiqi təfəkkürü insanın ümumi təfəkkürüdür. Sadəcə, o, özünü musiqi sahəsində göstərir. Gənc musiqiçinin professional düşüncə tərzinin fomalaşmasında ifaçılıq təcrübəsinin xüsusən əhəmiyyətli olmasını qeyd etmək lazımdır.Ifa zamanı abstrakt düşüncə ona uyğun olan konkret real səslər vasitəsi ilə maddiləşir.Bu zaman konstruktiv məntiqi təfəkkür meydana çıxır. Əslində, ifaçının vəzifəsi alətdən çıxardığı səslərin köməyi ilə obraz yaratmaqdır. Bu da yalnız o vaxt mümkümdür ki,musiqiçi həm musiqi intonasiyalarının məğzinə nüfuz edə bilsin,həm də musiqi materialının kostruktiv məntiqi təşkili prinsiplərini dərk edə bilsin. Qeyd etmək lazımdır ki,bu mərhələdə emosional inkişaf yox olmur.Ifaçının musiqi düşüncə tərzi kifayət qədər mürəkkəb kateqoriyalar olan üslub,janr və harmoniyanın ümumiləşdirilməsinə əsaslanır. Bu kateqoriyaları ayrı-ayrılıqda nəzərdən keçirərkən görmək olar ki, musiqidə üslub anlamı hansısa bir çox bədii prosesləri bir və ya bir neçə bəstəkarın müəyyən tarıxı dövrə aid olan əsərlə
rini əhatə edən müəyyən bütövlüyün ifadəsidir. Üslub –musiqi xüsusiyyətlərinin müxtəlif aspektlərini özündə cəmləşdirən anlamdır. Buraya bəstəkarın onu əhatə edən həyatı əksetdirmə üsulları,musiqi dilinin xüsusiyyətləri,özünəməxsusluq,orijinallıq və bununla bərabər, ümumi ideallardan asılılığı ifadəsi daxildir.Bəstəkarın üslubunu başa düşmək üçün onun bütün yaradıcılığını mənsub olduğu ölkənin onun yaşadığı dövrdəki tarixi,mədəniyyəti,cəmiyyəti ilə sıx əlaqədə öyrənmək lazımdır. G.Neyqauz demişdir ki, «Müxtəlif ölkələrin bəstəkarlarının əsərlərini öyrənərkən musiqiçi bəstəkarın yaradıcılıq simasını,onun ideya və estetik görüşlərini onun yaradıcılığında öz izini qoymuş dövrü yaxşı təsvir etməlidir». Beləliklə,üslub haqqında biliklər musiqi əsərinə yiyələnmə prosesində aparıcı rol oynayır. Bu prosesdə musiqi janrlarının öyrənilməsi də çox vacib məna kəsb edir. Musiqi janrı-musiqi məzmununun müxtəlif tipləri ilə əlaqədar tarixən yaranmış müxtəlif sosial funksiyalara və müxtəlif ifa və qəbulolunma qanunlarına əs
aslanan musiqi əsəri növləridir. Musiqi janrı anlamı musiqi əsərlərində yeniləşən və hər bir tarixi dövrə xarakterik olan müəyyən bədii məzmunu,obrazlar dairəsini ifadə edir. Musiqi əsərinin məzmununu anlamaq üçün musiqi janrları haqqında kifayət qədər məlumata malik olmaq lazımdır. Əsərlər üzərində bu cür iş aparmaq sistemli bilik əldə etməyə və musiqi təfəkkürünü inkişaf etdirməyə kömək edir.Ifaçının düşüncəsi öz təbiətinə görə yaradıcı olmalıdır.Belə nəticəyə gəlmək olar ki,musiqi mədəniyyətinin bir növü olan ifaçılıq musiqi düşüncə tərzinin onun ən aşağı formalarından başlayaraq ən yuxarı formaları-nadək bütün müxtəlifliyi və genişliyi ilə səfərbər edir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|