ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
XIX ƏSRIN SONU XX ƏSRIN ƏVVƏLLƏRINDƏ ISLAM ISLAHATLARI VƏ M.RƏSULZADƏNIN KULTUROLOJI ARQUMENTLƏRI
Sədaqət ƏLIYEVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN – TÜRKIYƏ MƏDƏNI-KULTUROLOJI ƏLAQƏLƏRI
Fərqanə HÜSEYNOVA
KULTUROLOJI IRSIMIZIN QAYNAQLARINA DOĞRU
Mübariz SÜLEYMANLI
XIX ƏSRIN SONU XX ƏSRIN ƏVVƏLLƏRINDƏ ISLAM ISLAHATLARI VƏ M.RƏSULZADƏNIN KULTUROLOJI ARQUMENTLƏRI
Sədaqət ƏLIYEVA
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ TOY ADƏTLƏRI (XIX-XX ƏSRIN ƏVVƏLLƏRI)
Solmaz MƏHƏRRƏMOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
ISLAM, INCƏSƏNƏT VƏ ƏXLAQ
Rasim BABAYEV

 


XIX əsrin axırları XX əsrin əvvəllərində Şərq tənəzzülünün qarşısının dini təkamül yolu ilə almaq məqsədini qarşısına qoyan Şeyx Cəmallədin Əfqani və onun həmkarları vasitəsilə yaradılan «Ittihadi - Islam» adlı islahat hərəkatı Azərbaycanda da böyük əks-səda doğurdu.

       Islamda islahatların gedişi cəmiyyətin ictimai-siyasi, iqtisadi həyatında canlanmanın təşəkkül tapdığı bir şəraitə təsadüf etdiyindən, inqilabi-demokratik ruhlu ziyalılar bu islahatlardan bəhrələnməklə milli-azadlıq hərəkatına dair nəzəri təlimlərini əsaslandırır, cəmiyyətin qurtuluşunda mədəniyyət və islam münasibətlərinin təhlilini aparırdılar. C.Əfqaninin islahat müddəaları ilə yaxından tanış olan M.Ə.Rəsulzadə Azərbaycan mədəniyyətinin tərəqqisinə dair mülahizələrlə çıxış edir. O, ittihadçıların ideoloji təliminin irəli sürdüyü məsələlər ilə həmrəy idi: «Islamiyyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. Islam bizə rahi-nicatdır, desəm eyni savabdayam. Nə sosializmin, nə demokratizmin ümdə əqidələri islam ilə müxalif deyil» deyən Rəsulzadə ittihadçı mövqeyindən çıxış edərək xalqın mənəvi dayağı hesab etdiyi islamı eybəcər hala salanlara, Azərbaycan mədəniyyətində qorxulu bəla olan xurafata qarşı «Cəhalətlə mübarizəyə gəlin!» - devizini irəli sürməklə panislamçı ol duğunu sübut etmişdir. Digər panislamçılar kimi, M.Ə.Rəsulzadə də cəhalətlə mübarizənin yeganə yolunu maarifçilikdə görür. Lakin Rəsulzadəni digərlərindən fərqləndirən başlıca cəhət onun bu sahədəki həm nəzəri, həm də praktiki əməlləridir. O da digər həmkarları kimi, mədəniyyətin xurafat və cahillikdən qurtuluşunu təhsilin (həm dünyəvi, həm də ruhani) yeni üsulla təşkili, bu işə xeyriyyə cəmiyyətlərinin cəlb edilməsi, mətbuat yayımı və bütün bunlarla milliliyin ilkin rəmzi olan türk dilinin tətbiqinə başlıca önəm verir. Lakin sələflərindən fərqli olaraq Rəsulzadə mədəniyyətlə bağlı mülahizələrində bir qədər də irəli gedərək onun tənəzzülünü cəhalətlə yanaşı, həm də iqtisadi amillərlə də əlaqələndirirdi. Xüsusilə, onun asudə vaxt haqqındakı fikirləri Marksın məşhur ifadəsi olan «ictimai sərvət» mülahizəsi ilə üst-üstə düşür. Belə ki, M.Ə.Rəsulzadə xurafat və cəhalətdən qurtuluşun, mədəni tərəqqiyə çatmağın yolunu mədəniyyətlə təmasda görür, lakin yaşadığı şəraitdə bunun qeyri-mümkünlüyünü vaxt, əmək bölgüsünün düzgün təşkil olunmaması kimi sosial-iqtisadi amillərlə izah edir. Sahibkarlara müraciətində deyir: «Altı gün müddətində öz ixtiyarından, öz hürriyyət və azadlığından əl çəkib, bu məşəqqətli dünyada özünə bir qüvvətiləyamut (ölməz, əbədi – Ə.S.) qazanmaq dərdindən sizə qul olanları bir gün olsun, öz ixtiyarlarına buraxasınız. Nə olur ki, sizin xidmətkarlarınız həftədə bir gün özlərini özlərinki hiss etsinlər…Altı gün müttəsil (aravermədən – Ə.S.) özgənin xidmətini edənə məgər bir gün özünə qulluq etməyə imkan vermək xilafdır?» Mədəni tərəqqidə təşəbbüskarlığı tarixi şəraitin ən zəruri şərtlərindən biri hesab etməklə çağırışında qeyd edirdi: «…islamiyyət üzrə qərar qoyulan həftə tətili cümə günündə öz əlaltılarınızı elm təhsil etmək kimi nəticəsi xüsusi deyil, ümumi olan təşəbbüsatdan mən edəsiniz!» Rəsulzadə mədəniyyətin tərəqqisində maarifçilik istiqamətinin aparıcı formalarından biri kimi mədəni-maarifi yüksək qiymətləndirir. Incəsənətin ayrı-ayrı sahələrini, elm və təhsili özündə birləşdirən mədəni-maarif işinin üstünlüyü, həm də onun kollektiv bir forma olması ilə izah edən M.Ə.Rəsulzadə kütlə halında cəhalətə qarşı mübarizənin əhəmiyyətini qeyd edərək yazırdı: «…Bu surətdə biz görürük ki, tərəqqi, zəhmət bölgüsü, insanların bir yerdə köməklə işlədikləri və mədəniyyət bir-birinə yoldaşdırlar…Bu köməkləşmə olmasa idi, insanların tərəqqi və mədəniyyətləri olmazdı. Mədəniyyət ancaq orada ola bilər ki, orada zəhmət bölgüsü olsun. Bu köməkləşmə ilə zəhmət çəkməyin ölçüsü xudmədəniyyət və tərəqqinin ölçüsüdür. Insanların arasında zəhmət bölgüsü və birlikdə zəhmət çəkmək nə dərəcədə vüsətli isə, o dərəcədə də tərəqqi və mədəniyyətləri vüsətlidir». Bu fikir Rəsulzadənin «Milli mədəniyyət» haqqındakı düşüncələrinin çıxış nöqtəsi idi. O yaşadığı tarixi şəraitdə incəsənətin ayrı-ayrı sahələrinin, təhsilin, maarifin saray, zadəgan əhatəsindən çıxaraq bütün millətə xidməti olmayan və ya sənətə qabiliyyəti olanları mədəni tərəqqiyə yönəltmədən və mədəniyyəti bütün xalqın malı etmədən cəhalətlə mübarizənin mümkünsüzlüyünü q eyd edir: «Mən məsaüli-iqtisadi və siyasidə nə qədər tərəfdari «ixtilaf» və «mübayinət» (ziddiyyət – S.Ə.) olsam da maarif və mədəniyyət işində bu «ixtilafa» və «mübayinətə» müsəlmanların indiki övzaından haşi tərəfdar deyiləm. Zira cəmiyyəti-mədəniyyətin qəsdi bir sinfi-müəyyənə xidmət etmək deyil, bilümüm bütün möhtacını – mərifəti millət nail bekam etməkdən ibarətdir». Bunun yeganə yolunun cəmiyyətin müstəqilliyi, milli dövlət quruculuğu ilə mümkünlüyünü sonralar Rəsulzadə «Müsavat»ın Proqramında təsbitləyir: «Mədəniyyətin təmini insanların cəmaətliklə yaşamağa ancaq mədəni hökumət təsisi ilə mümkündür. Mədəniyyəti-bəşəriyyə milli harsların məcmusundan ibarət ikən ən müvafiq və ən təbii dövlətin də milli dövlət olması aşkardır».

       Dövrünün mütərəqqi düşüncəli milli burjua nümayəndələri ilə çiyin-çiyinə yaratdıqları mədəni-maarif ocaqlarının fəaliyyət məqsədində aparıcı qaye bundan ibarət idi. 1906-cı ildə Bakıda yaradılan «Nicat» mədəni-maarif cəmiyyətinə sədrlik edən M.Ə.Rəsulzadə teatr, ədəbiyyat, təhsili bir araya gətirməklə cəmiyyətin nizamnaməsində qeyd edildiyi kimi, «Müsəlman tayfasının qaranlığa uymuş, avam olmasını müxtəlif yolla və tədbirlərlə yatdığı o zülmə giriftar olduğu fəlakətdən qurtarmasına mənəvi kömək» edirdi. C.Əfqani islahatlarının əsas müddəalarından biri olan «islam mədəniyyəti» haqqında fikirləri Rəsulzadənin mədəniyyət konsepsiyasında xüsusi yer tutur. Islahatların mahiyyətinə uyğun olaraq, o da Ə.Ağaoğlu kimi ittihada «Müsəlman mədəni ittifaqı»nın təşkili və fəaliyyəti modelini təklif edir. M.Ə.Rəsulzadə özünün «solidarizm» prinsipi əsasında bütün xeyriyyə və maarif cəmiyyətlərinin islam adı altında birləşməsini «sahili-nicat» üçün meyar hesab edir və «Bütün müsəlman xeyriyyə və maarif cəmiyyətlərinə ümummillət maarifi və tərəqqisi naminə lazımdır ki, saheyi-ittifaqa qədəmdaz olub, ayrı-ayrı işləməyi buraxıb birləşsinlər» şüarını irəli sürür. Əsas prinsiplərini Əfqani islahatlarından əxz edən Rəsulzadə «möhtəməl olan «islam mədəni cəmiyyətinin»» əsas baza komponentlərini aşağıdakı modeldə təqdim edir:

        «1) Ümumbəşəriyyət nöqteyi-nəzərindən nəşət edən və mümənnəyi-haliyə, əsri-mədəniyyəyə müştəməl olan tərəqqiyə müvafiqət;

       2) Bir idarə və ya bir kassa olduğu ilə bərabər cəmiyyətin müxtəlif şüubatı olmalı və bu şüubatə gördükləri işlərinə imtiyaz verməkdə ədəmi-mərkəziyyəti əsas ittixaz etməli;

       3) Ol karda «nəqdiyyə», «məkatib», «mətbuat», «sənayei-nəfisə» (teatro, rəssamlıq və s.) şüubatının təşkili vücubatdan ədd edilməlidir».

       Modelin müddəalarından göründüyü kimi, Rəsulzadə mədəniyyət haqqında konsepsiyasını islahatçıların təliminə müvafiq sivil tərzdə dərk edir. Islam cəmiyyətində mədəniyyətin dünya nailiyyətlərindən bəhrələnməsi, sənətin bütün sahələrinin tərəqqiyə yönəldilməsi başlıca istiqamətlər hesab edilir.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page