ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ISLAM, INCƏSƏNƏT VƏ ƏXLAQ
Rasim BABAYEV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN – TÜRKIYƏ MƏDƏNI-KULTUROLOJI ƏLAQƏLƏRI
Fərqanə HÜSEYNOVA
KULTUROLOJI IRSIMIZIN QAYNAQLARINA DOĞRU
Mübariz SÜLEYMANLI
XIX ƏSRIN SONU XX ƏSRIN ƏVVƏLLƏRINDƏ ISLAM ISLAHATLARI VƏ M.RƏSULZADƏNIN KULTUROLOJI ARQUMENTLƏRI
Sədaqət ƏLIYEVA
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ TOY ADƏTLƏRI (XIX-XX ƏSRIN ƏVVƏLLƏRI)
Solmaz MƏHƏRRƏMOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
ISLAM, INCƏSƏNƏT VƏ ƏXLAQ
Rasim BABAYEV

 


«Dəhşətli müharibə və ya

zəlzələ ölkənin bir hissəsini

xaraba edər, mənəviyyatsızlıq

və elmsizlik isə hər yerini.»

Muhəmməd (s)

       Insan cism və ruhdan ibarət bir varlıqdır ki, həyatda olduğu müddətdə onun cismi və ruhu müxtəlif zədələnmələrə məruz qalır. O cismini müalicə edir və sağlamlığı qayğısına qalır. Lakin insanın batini aləminə aid olan ruhu xaricdən mənfı təsirlər nəticəsində xəstə vəziyyətə düşür. Insan bu ruhi xəstəliklərdən qurtulmaqdan ötrü daim mübarizə aparmalıdır. Ona görə də insanın onun ruhuna təsir edə biləcək xeyirli və zərərli işləri bilməsi vacibdir.

       Insanın mənəvi xüsusiyyətlərindən biri canlılarda, heyvanlarda olmayan «əxlaqi dəyərləridir». O mənəvi meyl və cazibə vasitəsilə maddiyyatdan ayrılaraq, mənəviyyata yüksəlir. Cəmiyyət isə təsiri altında olduğu amillərdən asılı olaraq insanı ya tərbiyələndirir, ya da dəyişdirir. Ictimai mühit də insanın ruhiyyə və əxlaqının formalaşmasında mühüm rol oynayan amillərdəndir.

       Hər bir insan, hər bir cəmiyyət əsrlərlə müəyyən bir adət-ənənələri qəbul edirsə, bunun yaxşı və pis, xeyirli və ya zərərli olduğunu nə ilə ölçməlidir.

       Allahın öz elmi əsasında yaratdığı ən böyük möcüzəsi insan adlı bir varlıqdır. O mürəkkəb bir quruluşda xəlq edilmişdir. Insanı yaradan Allah onun üçün nəyin yaxşı, nəyin pis, nəyin xeyirli və nəyin zərərli olduğunu daha gözəl bilir.

       Insanlar həyatda yollarını azmasınlar deyə Allah-təala onlara öz peyğəmbəri ilə dinlər vasitəsilə düzgün yolu göstərir.

       Insan yaranandan onun şüuru inkişaf edib artaraq müəyyən mərhələyə çatdıqda, nəhayət Allah-təala öz dinini mükəmməl edib, tamamlayaraq, insanlara islamı kamil bir din kimi təqdim edir.

       Məlumdur ki, Adəmdən (ə) başlayaraq, ta sonıncu peyğəmbər gələnə qədər hələ din tam kamil deyildi. Əvvəlki peyğəmbərlər təkcə bir qövmə, millətə göndərilmişdisə Muhəmməd (s) sonuncu peyğəmbər olaraq, bütün bəşər üçün göndərilir.

       Allah-təala bütün insanlara zərər çəkməsinlər deyə öz həqiqi dinini tanıtdırır. Onları islama dəvət edir.

       «Allah yanında (məqbul olan) din, əlbəttə, islamdır...kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Qurani-Kərim. Ali -Imran surəsi 19-cu, 85-ci ayələr )

       «Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut... Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dinin islam olduğunu) bilməz. (Ər-Rum 30).

       Dünyanın bir çox qeyri-müsəlman mütəfəkkir-fllosofları, yazıçıları, alimləri və s. tanınmış şəxsiyyətləri dinlər haqqında araşdırmalar aparıb, islamın həqiqiliyini tam yəqinliklə dərk etdikdən sonra onu qəbul etmişlər. Islam dini haqqında müsbət fıkirlər söyləmələri onların tarixdə dedikləri sözləri ilə təsdiqlənir.

       Isveç kralı III Qustav özünün «Hicazda Islam» kitabında yazır: «Siz Quranda indiki dövrün elmlərinə zidd olan heç bir şey tapa bilməzsiniz. Bu din, ona riayət etməyə dəyər.»

       Dahi rus yazıçısı və mütəfəkkiri Lev Tolstoy öz dünyagörüşünü belə açıqlayır: «Muhəmmədin (s) şəriəti ağıl və hikmətlə uyğun olduğundan, gələcəkdə bütün dünyada hökmranlıq edəcək ... xahiş edirəm mənə xeyirxah müsəlman kimi baxasınız.»

       Fransız yazıçısı və filosofu Fransa Kommunist partiyasının MK-nin keçmiş üzvü, «Humanite» qəzetinin baş redaktoru, marksizm nəzəriyyəçilərindən olan Roje Harodinin 1982-ci ildə islamı qəbul etməsi qərb ictimaiyyətini, xüsusilə Sovet Ittifaqı rəhbərliyini şok vəziyyətinə saldı.

       Lord Davenport «Allahın xeyir duasını almış Muhəmməd və Quran» kitabında yazır: «Islamın sürətlə yayılmasının əsas səbəblərindən biri onun mənəviyyata aid məsələlərdə çox ciddi tələbkarlığıdır... Islam uydurmalar və yalanlar çirkabında çapalayan başqa dinlərin arasından pak gül kimi qalxmış, qüvvət və zəka rəmzinə çevrilmişdir. Islam elmə maddi dəyərlərdən daha çox üstünlük verir».

       Ingilis alimi Riçard Bel yazır: «Avropa böyük tənəzzül qarşısındadır. Üzdə olan dəbdəbənin və cahcəlalın arxasında özünə qəsd, ruhi xəstəliklər, əxlaqsızlıq, narkomaniya və alkoqolizm, qarət, zorlama, zöhrəvi xəstəliklərin görünməmiş vüsəti durur... Ziyalılar təbəqəsi mənəviyyat boşlığunda fəaliyyətsiz qalıblar. Xilas olmaq üçün yeganə yol islamdır».

       Tanınmış ingilis dramaturqu Bernard Şou «Muhəmməd Allahın elçisidir» kitabında yazır: «Nəzərimcə, islam yeganə dindir ki, bütün əsrlərdə həyatın müxtəlif sahələrində yaşayış üçün ən düzgün yollar göstərir. Mən bu dinin gələcəkdə hətta, Avropada qəbul ediləcəyi xəbərini indidən söyləyirəm.»

       Bundan başqa, fransalı alim M.Bukay, Aya ilk ayaq basan amerikalı astronavt Nil Armstronq, tanınmış fransalı alim-okeanoqraf Jan Iv Kusto və bir çox başqa şəxsiyyətlər islamı qəbul etmişlər.

       Bu nümunələri göstərməklə fikrimiz heç də tarix söyləmək deyil. Sadəcə onu çatdırmaq istəyirik ki, hər bir kəs əqli düşüncə ilə axtarış aparırsa mütləq hədəf yolunu tapacaq.

       Tarixdən məlumdur ki, nəfsi istəklər ardınca gedənlər insanın kamala çatması yolunda saysız-hesabsız maneələr törətmişlər. Müxtəlif əqidələr ardınca gedərək insanları həqiqi yoldan sapdırmışlar.

       Məlumdur ki, insanın nəfsi istək və meylləri vardır ki, bu da müəyyən həddə qədər onun maddi tələbatını ödəmək üçündür. Həddən artıq nəfsi istəklərə, ehtiraslara qarşı insan ağılın, iradənin gücü ilə mübarizə aparmasa, onu azad buraxsa, bu istəklər insanı heyvan dərəcəsinə endirəcək zəlalətə uğradar. Qəlbi, gözü, qulağı ola-ola onlar nə haqqı görərlər, nə də ki, eşidərlər.

       Insanın ruhu xəstə olarsa ona müsbət fikir, əql və iradə deyil, hakim kəsilmiş nəfsi hökm edər. Mənəviyyatsızlıq onun ruhuna o qədər hakim kəsilər ki, o heç bir ağıllı fikirlə, məntiqlə hesablaşmaq istəməz.

       Böyük filosof, alim M.Mutəhhəri özünün «Kamil insan» kitabında yazır: «... insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. Insanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi, onu aldatmaq üçün görür.»

       «Bu gün sübuta yetirilib ki, bəzən insanın batini duyğularında şər və pisliklər yatır.Həmin şər qüvvələr aşkarda deyil, batində olduğu üçün insan onların mövcudluğundan xəbərsiz olur. Onlar yalnız qıcıqlandırıcı amillər olan xüsusi hallarda aşkara çıxır.»



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page