ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


AZƏRBAYCANIN QEYRI-MADDI MƏDƏNI IRSI

       3-4 fevral 2005-ci il tarixlərində Minsk şəhərində BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) çərçivəsində Belarus Dövlət Mədəniyyət və Incəsənət Universitetinin və UNESCO üzrə Belarus Milli Komissiyasının bilavasitə təşkilatçılığı ilə «Slavyan xalqlarının qeyri-maddi mədəni irsi: toplama və qorunmanın problemləri və kompleks tədqiqatın perspektivləri» mövzusunda Beynəlxalq konfrans təşkil edilmişdir. Konfransda Belarusun və Azərbaycanın nümayəndələrindən savayı Rusiyanın, Ukraynanın, Gürcüstanın, Moldovanın və Ermənistanın nümayəndələri və UNESCO-nun Katibliyinin məsul əməkdaşı – qeyri-maddi mədəni irs bölməsinin müdiri Riks Smit də iştirak etmişdir.

       Toplantıda əsasən slavyan xalqlarının, xüsusilə də belarus xalqının qeyri-maddi mədəni irsi və onun qorunub saxlanması ilə bağlı problemlər müzakirə olunmuşdur. Tədbirdə Belarus Dövlət Mədəniyyət və Incəsənət Universitetinin kafedra müdiri Ivan Kruk «UNESCO Konvensiyası Belarus Respublikasının sosial-mədəni və elmi-yaradıcılıq məkanında» mövzusunda çıxış edərək, sonradan Çernobıl qəzasından zərər çəkmiş rayonlarda (Polesye rayonu) folklor və etnoqrafik tədqiqatların aparılması və bu elmi tədqiqatlar nəticəsində iki kompakt diskin buraxılması barəsində ətraflı məlumat vermişdir. Çıxışının sonunda, o qeyd etmişdir ki, Belarus Prezidentinin qərarı ilə UNESCO-nun «Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyası» təsdiq edilmişdir. Belarus Respublikası Əlcəzairdən, Mavrikidən, Yaponiyadan, Qabondan, Panamadan, Çin Xalq Respublikasından, Mərkəzi Afrika Respublikasından, Latviyadan, Litvadan sonra 10-cu dövlətdir ki, bu Konvensiyanı təsdiq etmişdir.

       Konfransın təşkilatçısı olan Belarus alimi I.Krukdan sonra söz alan UNESCO-nun məsul əməkdaşı Riks Smit «Qeyri-maddi mədəni irsin qorunması: tətbiqi sahəsi, siyahıların hazırlanması, ictimaiyyətin rolu» mövzusunda çıxış etmişdir. O Konvensiyadan irəli gələn vəzifələri konfras iştirakçılarının nəzərinə çatdırmışdır. Məlum olmuşdur ki, Konvensiyanı 30 dövlət təsdiq etdikdən sonra o üç ay sonra qüvvəyə minəcəkdir və bundan sonra 30 dövlətdən coğrafi bölgü üzrə 18 dövlət seçiləcəkdir və onlar Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəni təşkil edəcəklər. Riks Smit bir daha qeyd etmişdir ki, namizədləri UNESCO-nun Qeyri-maddi mədəni irsin şah əsərləri sırasında qəbul edilmiş dövlətlər xüsusilə də bu məsələdə fəal iştirak etməlidirlər. O, bu məsələdə xüsusi fəallıq göstərmiş Belarus dövlət rəhbərliyini alqışlamışdır və bildirmişdir ki, cari ilin sonuna qədər 30 dövlətin bu Konvensiyanı təsdiq etməsi gözlənilir. UNESCO eksperti çıxışının sonunda konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandıraraq, Konvensiyada öz əksini tapmış müddəaları bir daha açıqlamışdır. O qeyd etmişdir ki, Konvensiya mükəmməl deyildir, amma bu sahədə atılmış ilk addımdır və UNESCO bu Konvensiyanı qəbul etməklə, qeyri-maddi mədəni irsin qorunması sahəsində müəyyən işlər görür.

       UNESCO ekspertinin çıxışından sonra Belarus alim-tədqiqatçılarının çoxsaylı çıxışları olmuşdur. Bu çıxışlar əsasən, Belarus qeyri-maddi irsinin qorunmasına dair müxtəlif nöqteyi-nəzərləri əks etdirmişdir. Mövzuların da müxtəlifliyi diqqəti cəlb etmişdir: «Belarus mədəniyyəti: tipologiyanın problemləri», «Poetik fəlsəfə nöqteyi-nəzərindən qədim belarusların mifologiyası», «Belarus mifologiyası: tədqiqatların yeni aspektləri», «Belarusların ənənəvi mənəvi mədəniyyətinin dəyərləri: tədqiqatların problemləri və perspektivləri», «Şərqi slavyanların folklor irsinin inkişafının mövcud vəziyyəti və perspektivləri», «Müasir təhsil məkanında belarusların folkloru», «Belaruslar arasında nigahların bağlanması formaları» və s.

       Konfransa təşrif buyurmuş qonşu dövlətlərdən ilkin olaraq Ermənistan tədqiqatçılarına söz verilmişdir. Digər tədbirlərdə olduğu kimi, bu tədbirdə də Ermənistan nümayəndələri seçdikləri mövzu (Sülh ağacı və qədim ermənilərin kosmos haqqında düşüncəsi: təqvimli aşıq musiqisinin yenidən bərpa edilməsi) baxımından Konfrans iştirakçılarını xeyli təəccübləndirmişlər. Məruzəsində aşıq musiqisindən danışan erməni alimi şerlərini Azərbaycan dilində yazmış erməni şairi Sayat Novanı xatırlamışdır. Qeyd etmək lazımdır ki, erməni tədqiqatçısının çıxışı konfrans iştirakçılarında maraq yaratmamışdır və ona hər hansı sualla müraciət edilməmişdir.

       Taleyin bəlkə də hökmü ilə, erməni tədqiqatçısından dərhal sonra Azərbaycanın qeyri-maddi mədəni irsi haqqında geniş məruzə ilə «Musiqi Dünyası» jurnalının baş redaktoru Tariyel Məmmədov çıxış etmişdir. Məruzəçi Azərbaycan musiqisini beynəlxalq aləmdə tam şəkildə tanıtdırmaq məqsədi ilə yaradılmış internet səhifələri və bu sahədə gələcəkdə görülən işlər haqqında ətraflı məlumat vermişdir. Məruzədə qeyd olunmuşdur ki, «Musiqi Dünyası» jurnalının, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin, Bakı Musiqi Akademiyasının, Üzeyir Hacıbəyovun «Arşın Mal Alan» operettasının, «Leyli və Məcnun» operasının, Azərbaycan caz musiqisinin ecazkar ifaçısı, bəstəkar Vaqif Mustafazadənin şəxsi internet səhifəsi yaradılmışdır, hazırda isə Azərbaycan opera musiqisinin banisi Üzeyir Hacıbəyovun da internet səhifəsinin yaradılması ilə bağlı fəal işlər aparılır. Məruzənin konfrans iştirakçılarına maraqlı olması üçün adı çəkilən Internet səhifələrindən fraqmentlər də göstərilmişdir. Xüsusi lə də Konfrans iştirakçıları üçün Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəyovun dünya şöhrətli «Arşın Mal Alan» operettasının internet səhifəsindən göstərilmiş nümunələr böyük maraq kəsb etmişdir. Belaruslu alim-tədqiqatçılara məlum olmuşdur ki, «Arşın Mal Alan» operettası nəinki dünyanın bütün qitələrində, həmçinin Minsk və Qrodno şəhərlərinin teatrlarında da tamaşaya qoyulmuşdur. Bununla əlaqədar olaraq, tamaşadan fotoşəkillər, bukletlər və sənədlər əldə etmək üçün Belarus həmkarlarımıza müvafiq müraciətlər edilmişdir.

       Bundan əlavə, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin şəxsi internet səhifəsi də konfrans iştirakçılarında böyük maraq yaratmışdır. Rusiyanın məşhur bəstəkarı Dmitri Şostakoviçin,Tixon Xrennikovun, Qara Qarayev haqqında səsləndirdiyi düşüncələr, Qara Qarayevin özünün səsi konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.

       Fəxrlə qeyd olunmalıdır ki, musiqişünas-tədqiqatçı Tariyel Məmmədov və onun yardımçıları bu internet səhifələrinin yaradılması üzərində beş il yorulmadan çalışmışlar. Müqayisə olunmaq üçün vurğulamaq lazımdır ki, konfransda adı çəkilən dövlətlərin heç birində belə bir iş görülməmişdir. Konfrans iştirakçıları üçün dünya şöhrətli «Arşin mal alan» operettasının internet səhifəsi daha çox maraq kəsb etmişdir.

       Azərbaycan nümayəndəsi Tariyel Məmmədov məruzəsində aşıq musiqisinin yarandığı gündən türk xalqlarına məxsus olduğunu videomateriallar vasitəsilə nümayiş etdirmiş, Şərqdə geniş yayılmış Azərbaycan musiqi aləti - (ermənilər bu musiqi alətini özününküləşdirmək niyyətindədirlər) balaban və digər musiqi alətləri haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Bundan əlavə, Azərbaycanda yaşayan azsaylı xalqların ənənəvi musiqi nümunələri də konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page