ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MUZEYLƏRDƏ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏQDIMAT MƏRASIMI...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
YARADICILIQ…
-
IFAÇILIQ...
-
GÖRÜŞLƏR…
-
MUZEYLƏRDƏ...
-

 


«DIRIJORLUQ PULTUNA M.ROSTROPOVIÇI ILAHI QÜVVƏ, TALE APARIRDI»

       Dirijorluq klassik musiqili-ifaçılıq sənətləri içərisində ən gənc sənət olmağına baxmayaraq, əvvəlki yüzilliklərdə fəaliyyət göstərən görkəmli bəstəkarların həyat və yaradıcılığı ilə sıx bağlı olaraq, aydın və dinamik tarixə malikdir. Lakin, M.Rostropoviçi dirijorluq pultuna ilahi qüvvə, tale aparırdı və onu heç bir şey saxlaya bilməzdi.

       Məhz D.D.Şostakoviçin violonçel konsertlərindən başlayaraq M.Rostropoviç dirijorluq ampluasına can atırdı və D.Şostakoviçin Rostropoviçə həsr etdiyi II violonçel konserti üzərində işləyərkən 1966-cı ildə o, demişdir: «Mən həmişə dirijorlara həsəd etmişəm! Mən həmişə yüz simli violonçel haqqında xəyal etmişəm. Lakin D.Şostakoviçin istedadı alətin natamamlığına qalib gəlib. Bu musiqini ifa edərkən mən özümü ilk dəfə dirijor dərəcəsində görürəm.»

       1962-ci ildə M.Rostropoviç Q.Vişnevskaya ilə birgə Qorki şəhərində ilk müasir musiqi yaradıcılığı festivalının keçirilməsinin təşkilində iştirak etdilər. Proqramda I hissə D.Şostakoviçin rəhbərliyi altında və solist M.Rostropoviçin ifasında keçdi. Məhz bu festivalın II bölməsində Maestro sevimli müəllimi D.Şostakoviç kimi camaat qarşısında ilk dəfə dirijor ampluasında çıxış etdi. Burada qazandığı müvəffəqiyyətdən sonra M.Rostropoviçin dirijorluğa meyli daha da artdı və bu onu daha böyük əsərlər üzərində işləməyə sövq etdi.

       Böyük teatrda Q.Vişnevskayanın iştirakı ilə gedən operaların məşqlərini izləyən M.Rostropoviç pult arxasında durmağı qərara alır. 1960-cı illərdə Böyük teatrda fəaliyyətini o, məhz son notuna qədər məşhur olan «Yevgeniy Onegin» operası ilə başlayır. Konservatoriyada heç bir dirijorluq dərsi almayan M.Rostropoviç Leo Qinzburqdan fərdi dərs alıb və Yaykin, Kondraşin və Qusman ilə ayrı-ayrılıqda məsləhətləşmişdi.

       Sonuncu dəfə 1944-cü ildə tamaşa variantı ilə yaradılan bu operaya M.Rostropoviç yeni səhnə həyatı verir. Bir sıra səhnələrə yenilik daxil edən maestro, həmçinin orkestrdə partitura üzərində yeni bədii işlər görmüşdü. Qəhrəmanların daxili aləmi, onların hissləri, hadisələrin dramaturji inkişafı dirijor-debüdant tərəfindən qeyri-adi dəqiqliyi və aydınlığı ilə səslənir. Məhz bu opera ilə («Yevgeniy Onegin») və yenə M.Rostropoviçin rəhbərliyi altında Q.Vişnevskaya 1982-ci ildə Parisdə opera karyerasına son qoymaq qərarına gəlir.

       Öz dirijorluq fəaliyyətini genişləndirən və yeniləşdirən M.Rostropoviç P.I.Çaykovskinin «Yevgeniy Onegin» operasından bir il sonra pərəstişkarı olan S.Prokofyevin «Hərb və sülh» operasına Böyük teatrda dirijorluq edir. D.Şostakoviçin qeyd etdiyi kimi, bu opera ilk dəfə olaraq lazımı dərəcədə səsləndi. Beləliklə, 1970-ci illərdə M.Rostropoviç özünü artıq yüksək dərəcəli opera dirijoru kimi göstərdi.

       1960-cı illərin sonu, 70-ci illərin əvvəllərində M.Rostropoviçin bir vətəndaş kimi, bir insan kimi həyatı dərk etməsi, anlaması nöqteyi-nəzəri təmamilə dəyişilirdi. Bu yeniləşmənin təkançısı demək olar ki, A.I.Soljenitsin olmuşdu. Onlar 1967-ci ildə A.Soljenitsinin Ryazanda yaşadığı dövrdə tanış olmuşdular.

       1972-ci ildə M.Rostropoviç bir neçə Sovet elm və mədəniyyət xadimləri ilə birlikdə SSRI Ali Sovetinə iki müraciət imzalayırlar: əqidəsinə görə məhkum olunanların amnistiyası və ölüm cəzalarının ləğvi haqqında.

       Ömrü boyu M. M.Rostropoviç vicdanını ləkələmədi, baxmayaraq ki, onu hər gün təqib edirdilər: konsertlərin keçirilməsinə maneçilik yaradır, qastrolların qarşısını alırdılar, tələbələrindən uzaqlaşdırırdılar. M.Rostropoviç tərəfindən «Yevgeniy Onegin» və «Hərb və sülh» operalarının yeni tərzdə səhnələşdirilməsinə baxmayaraq, onu Böyük teatrdan qovdular.

       10 may 1974-cü ildə M.Rostropoviç Moskva Konservatoriyasının böyük zalında P.I.Çaykovskinin əsərlərindən ibarət olan vida konserti verdi. O, ilk dəfə olaraq, gənc tələbələrin simfonik orkestrinə rəhbərlik edərək, sonuncu dəfə SSRI-də pult arxasında dururdu. Təqiblərin nəticəsi olaraq 26 may 1974-cü ildə M.Rostropoviç, sonra isə Q.Vişnevskaya SSRI-ni tərk edirlər. Pulsuz, işsiz, tənha olan M.Rostropoviç və ailəsi üçün xaricdə yaşamaq əvvəllər çox çətin idi. Tədricən qastrol və konsert proqramı qaydaya düşdükcə belə həyat tərzini yaşamağa öyrəşdilər.

       Londonda və bir sıra ölkələrdə qastrol konsertləri verən M.Rostropoviç 1975-ci ildə C.Kennedi adına incəsənət mərkəzi iqamətgahında yerləşən ABŞ milli simfonik orkestri ilə işləmək təklifi alır.Bir neçə əsərlərə dirijorluq etdikdən sonra M.Rostropoviçə orkestrin bədii rəhbəri vəzifəsi təklif edildi. 1931-ci ildə Q.Kindler tərəfindən yaranan orkestrə Q.Mitçell və A.Dorati kimi görkəmli dirijorlar rəhbərlik edirdi. Lakin 1970-ci illərdə yüksək səviyyədə olmayan orkestr M.Rostropoviçin rəhbərliyi altında daha da məşhurlaşır və bir sıra ölkələrdə, həmçinin də Amerikanın bir çox şəhərlərində böyük müvəffəqiyyətlə konsertlər verirdi. Orkestrin repertuarında 300-dən çox təzə əsər səsləndi. 1989-cu ildə Amerika musiqisinin inkişafı uğrunda zəhmətinə görə M.Rostropoviçi Ditson adına dirijorluq mükafatı ilə təltif edirlər.. Lakin, Amerikada mükafat almamışdan əvvəl 1980-cı ildə M.Rostropoviçə Italiyada ən yaxşı opera üçün «Qızıl səhnə» Mantui mükafatı verilmişdi.

       Saysız-hesabsız mükafatlar, orden və medallar alan M.Rostropoviç yenə də ABŞ tərəfindən 1994-cü ildə Amerika musiqisində böyük nailiyyətlərinə görə Corc Pibodi və 1987-ci ildə Prezidentin Azadlıq medalını almışdı.        Rusiya Mədəniyyət və incəsənət xadimlərinin dəfələrlə dövlət rəhbərlərinə müraciətindən sonra, yenidənqurma dövründə M.Rostropoviçə münasibət birdən-birə tam dəyişildi. 1989-cu ildə C.Kennedi mərkəzində keçirilən press-konfransda SSRI-də ABŞ milli simfonik orkestri və onun rəhbəri M.Rostropoviçin tarixi konserti planlaşdırıldı. Məhz bunun nəticəsi olaraq, 1990-cı il fevral ayında M.Rostropoviç Vaşinqton simfonik orkestri ilə Rusiyada dörd tarixi konsert ilə çıxış etdi.

       Konsert çox qəmgin və faciəvi əsərlərdən ibarət idi. M.Rostropoviçin özü bu qəmgin 6-cı simfoniyanı (P.Çaykovski) ifa etmək istəyirdi. D.Şostakoviçin simfoniyası isə dərin faciəvi səslənməsi ilə seçilirdi və M.Rostropoviç qeyd edirdi ki: «Mən D.Şostakoviçin 5-ci simfoniyasına dirijorluq edən zaman gözlərimdən yaş axır.» Konsertin son günü üçün M.Rostropoviç çox dəqiqlik ilə sevimli S.Prokofyevin 5-ci simfoniyasını seçmişdi. Bu işıqlı, xoşbəxtlik bəxş edən musiqi ilə M.Rostropoviç Moskva qastrol konsertlərini tamamlamışdı.

       M.Rostropoviçə sözün əsl mənasında, Dünyanın, Kainatın vətəndaşı demək olar. Bu enerjili, istedadlı, özünə rahatçılıq verməyən insan son illər Şərqi Avropa və Rusiyada baş verən hər bir hadisəyə reaksiya veribdir. O, 90-cı illər Rus mədəniyyətinin inkişafı üçün çox böyük işlər görmüşdür. Xaricdə Mstislav yeni rus musiqisinin təbliği ilə geniş məşqul olaraq dinləyiciləri premyeralar ilə tanış edirdi. 1992-ci ildə C.Kennedi adına mədəniyyət mərkəzində dörd gün ABŞ milli simfonik orkestrinin sifarişi ilə yazılmış V.Artyomovun yeni III simfoniyası («Tixoe veyanie») sələnmişdi. Bu ildə M.Rostropoviç Amsterdamda Alfred Şnitkenin yeni operası olan «Jizn s idiotom» əsərinin premyerası üzərində işləyirdi. O, iki ay ərzində rejissor Boris Pokrovski, rəssam Ilya Kabakov və bir qrup amerikalı müğənnilər ilə birgə faciəvi-satirik tamaşanı səhnələşdirmişdilər. Maestro bu operada xor və müğənnilər ilə birgə işləməli, dirijorluq, royalda və violonçeldə solo ifa etməli olmuşdur.
< br>

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page