ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA

 


       Etiqad Seyidov (Naxçıvan MR Dövlət Televiziyasının musiqi redaktoru): Naxçıvan MR Dövlət Televiziyasının musiqi redaksiyasından giley-güzar etmək əsassızdır. Çünki Naxçıvan televiziyasının nəzdində ifaçı kollektivlər yoxdur. Naxçıvanda yaşayan bəstəkarların əsərlərini təbliğ etmək üçün biz əsasən, Naxçıvan Dövlət Filarmoniyasının və Şəhər Mədəniyyət Şöbəsinin kollektivlərindən istifadə edirik. Əgər bu kollektivlər Rəşid Məmmədovun əsərlərini ifa etmirlərsə, bu bizim günahımız deyil. Naxçıvan Dövlət Televiziyasına R.Məmmədovun mahnılarının efirdə səsləndirilməməsi barədə heç kim göstəriş vermir.

       Zeynalabdin Babayev (tarzən, Naxçıvan Dövlət Filarmoniyasının bədii rəhbəri): Səyyar plenumun müzakirəsində söylənilən bütün iradları və tənqidləri çox təbii qəbul edirik. Belə ki, gələcəkdə bundan bir nəticə çıxarmalıyıq. Ümumiyyətlə, qeyd etməliyəm ki, Naxçıvan Dövlət Filarmoniyasının 3 kollektivi var: Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Mahnı və rəqs ansamblı. Mən bu kollektivlər üçün əsərlər yazmaq haqqında Naxçıvan bəstəkarlarına müraciət etmişəm. Naxçıvan Dövlət Filarmoniyası bu əsərləri təbliğ etməyə hazırdır. Mən Filarmoniyanın bədii rəhbəri kimi əmin edirəm ki, qeyri-peşəkar əsərlər Filarmoniyanın konsert proqramlarına yol tapmayacaq. Mən bunun qəti əleyhinəyəm. Yalnız yüksək professional səviyyəli əsərlər çalınacaq. Biz qısa müddətdə bu problemləri həll etməyə çalışacağıq.

       Bizim həqiqətən, Azərbaycan Bəstəkarlar Ittifaqının məsləhətlərinə ehtiyacımız var. Biz istərdik ki, mütəmadi olaraq Azərbaycan Bəstəkarlar Ittifaqının nümayəndələri Naxçıvana gəlsinlər.

       Yaşar Xəlilov(bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvü): Belə yüksək səviyyəli musiqiçilərin Naxçıvana təşrif buyurması çox sevindirici haldır. Naxçıvanda Bəstəkarlar Təşkilatının açılması mərhum bəstəkarımız T.Quliyevin arzusu idi. O zaman bu mümkün olmadı, çünki təşkilatın ən azı 3 üzvü olmalı idi. Lakin artıq bu arzu həyata keçib. Hazırda Naxçıvanda Bəstəkarlar Təşkilatı fəaliyyət göstərir. Təşkilatın ötən hesabat konserti 3 il öncə olmuşdu. Lakin 3 il az müddət deyil. Mən təklif edirəm ki, bu tədbirlər - festivallar, plenumlar, konfranslar hər il keçirilsin. Bu konsertlərdə əsərlərin janrlar üzrə təqdim edilməsi daha məqsədəuyğundur. Simfonik əsəri mahnı janrı ilə birlikdə təqdim etdikdə onun dəyəri itir.

       Naxçıvanda bəstəkarlıq şöbəsinin açılması çox yaxşı fikirdir. Yerli kadrların hazırlanmasında bu çox önəmli ola bilər. Əgər Naxçıvanda bu şöbə açılsa mən orada işləməyə hazıram. Mən hazırda Ordubadda yaşayıram. Elə istedadlı gənclər var ki, saat yarımlıq yolu Naxçıvandan Ordubada gəlirlər, mən onlarla məşğul oluram. Lakin bu çox böyük çətinlik törədir. Əsas odur ki, bu gənclərdə musiqiyə böyük həvəs və məhəbbət var. Doğrudur, müəyyən qüsurlar da var, lakin mən inanıram ki, tezliklə bu qüsurları aradan götürüb irəli gedəcəyik.

       Ələkbər Qasımov (teatrşünas, şair): Mən əziz qonaqlarımızı salamlayıram. Bu konsertdən hamı böyük zövq aldı. Yalnız Bəstəkarlar Ittifaqının üzvü olan professional bəstəkarların əsərləri səsləndiyinə görə bu konsert öz səviyyəsi ilə seçildi.

       Naxçıvan Bəstəkarlar Təşkilatı yaranandan mən özümü bu təşkilatın, necə deyərlər, «ştatdan kənar» üzvü hesab edirəm. Vaxtilə, 1989-cu ildə Naxçıvanda Kukla Teatrı təşkil olunanda mən görkəmli bəstəkarımız T.Quliyevə müraciət edərək, bizim ilk tamaşamıza musiqi bəstələməsini xahiş etdim. Beləliklə, bizim ünsiyyətimiz yarandı. Biz hər dəfə Naxçıvanda Bəstəkarlar təşkilatının açılması haqqında söhbətlər aparırdıq.

       Bu gün sevindirici haldır ki, Naxçıvan Bəstəkarlar Təşkilatı artıq mövcuddur və öz inkişaf yolunu davam etdirir. Təşkilatın yüksək səviyyədə keçən son konserti bunu bir daha sübut etdi. Arzum odur ki, Naxçıvan bəstəkarlarının əsərləri artıq Naxçıvanın hüdudlarından kənara çıxaraq daha mötəbər konsert salonlarında, Azərbaycan Bəstəkarlar Ittifaqının tədbirlərində səslənsin. Mən Naxçıvan Bəstəkarlar Təşkilatının üzvlərinə, eləcə də bütün bəstəkarlarımıza yeni yaradıcılıq uğurları diləyirəm.

       Şəmsəddin Qasımov (bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının sədri): Mən, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvləri və şəxsən öz adımdan Bakıdan gəlmiş görkəmli musiqi xadimlərimizə öz minnətdarlığımı bildirirəm. Bu tədbiri həqiqətən də, Naxçıvanda böyük bir mədəni hadisə hesab edirəm. Ilk dəfədir ki, belə geniş təqdimatda bizim tədbirin müzakirəsi keçirilir. Mən 2004-cü ilin may ayında Azərbaycan Bəstəkarlar Ittifaqında keçirilmiş Plenumun müzakirəsini xatırladım. Həmin müzakirədə bütün iştirak etmiş bəstəkarların əsərləri haqqında fikir söylənildi, tənqidi qeydlər oldu.

       Mən inanıram ki, indiki müzakirədə bəstəkarlarımız qeyd olunmuş iradlardan və tənqidlərdən gələcəkdə bir nəticə çıxaracaqlar. Biz də bu iradları səmimi qəbul edirik.

       Doğrudur, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün biz əlimizdən gələni etdik. Lakin müəyyən səbəblərə görə yaranmış qüsurlar gələcəkdə nəzərə alınacaq. Əgər belə Plenumlar hər il keçirilsə irəli addımlarımız da çox olar, məsuliyyətimiz daha da artar. Yəqin ki, gələcək plenumlarımızda təşkilatımızın hansı səviyyədə irəlilədiyini, bəstəkarlarımızın yaradıcılığını və kollektivlərimizin inkişafını izləyə biləcəksiniz.

       Mən bu konsertdə iştirak etmiş bütün kollektivlərin rəhbərlərinə öz minnətdarlığımı bildirirəm. Bu, Naxçıvan Bəstəkarlar Təşkilatının hesabat konserti idi. Ona görə də bütün janrları əhatə etməyə çalışdıq. Ayrı-ayrı janrlar üzrə plenumların keçirilməsini isə gələcəkdə nəzərə alacağıq. Dövlətin bizim təşkilata göstərdiyi yüksək qayğının müqabilində yaxşı işləməməyə haqqımız yoxdur. Ona görə də bu etimadı doğrultmaq üçün var qüvvəmizlə çalışacağıq.

       Arzu edirəm ki, Azərbaycan Bəstəkarlar Ittifaqı ilə Naxçıvan Bəstəkarlar Təşkilatı arasındakı əlaqələr daha da genişlənsin və bu yaradıcılıq körpüsü daimi olsun.

       Lalə Hüseynova (Azərbaycan Bəstəkarlar Ittifaqının məsul kaktibi): Ümumiyyətlə, cəmiyyətdə bəstəkarın özünü reallaşdırması üçün nə lazımdır,? Bu üç amildir - istedad, peşəkarlıq və münbit zəmin. Bu üç amilin vəhdəti yoxdursa bəstəkarın reallaşmasından, tam şəkildə özünü açmasından söhbət gedə bilməz. 70 il bundan əvvəl Azərbaycan Bəstəkarlar Ittifaqı açılanda 18 nəfər üzvü var idi. Onlardan cəmi 5 nəfəri azərbaycanlı idi. Burada - Naxçıvanda da indi 5 üzv var. Söz yox ki, 70 ildən sonra Naxçıvanda da bəstəkarların sayı çoxalacaq. Istedad məsələsinə gəldikdə isə əlbəttə, dünən eşitdiyimiz bütün əsərlərdə bu özünü büruzə verirdi. Düzdür, istedadın səviyyəsi, dərəcəsi fərqli idi. Bu da təbiidir. Peşəkarlıq məsələsinə gəldikdə isə biz, peşəkarlığın da şahidi olduq. Doğrudur, tam peşəkar bəstəkarlıq təhsili alımış bəstəkarlar daha çox seçilirdi. Digər bəstəkarlar da özlərini o səviyyəyə qaldırmaq həvəsində idilər və bu da aydın hiss olunurdu. Yəni, ümumilikdə biz, peşəkar bəstəkarlıq yolunu hiss etdi k.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page