ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
TOHID QULIYEV – 80
Azər Abdullayev
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
YADDAŞLARDA QALAN NƏCIB INSAN VƏ ALIM
Səadət SEYIDOVA
HÜSEYNQULU SARABSKI
Rəna MƏMMƏDOVA
AZƏRBAYCANIN OPERA SƏHNƏSININ TARIXINDƏN
Gülnarə VƏZIROVA
TOHID QULIYEV – 80
Azər Abdullayev
YADDAŞLARIMIZDA YAŞAYAN BƏSTƏKAR
Mehriban ƏHMƏDOVA
SAHIBINI ITIRMIŞ KAMAN
Mirnazim ƏSƏDULLAYEV
GEORGI GEORGIYEVIÇ ŞAROYEV
Tərlan SEYIDOV

 


Aristokrat odur ki, çoxlarının

əməllərini özünə rəva görmür.


       Belə bir inam var ki, insan yad edildikcə ölmür, yaşayır. Yaxınlarının, dostlarının, iş-güc yoldaşlarının, yetirmələrinin yaddaşında, könlündə, qəlbində özünə yuva qurur və yaşayır… Hələ erkən gəncliyimdən dostluq etdiyim, sonralar konservatoriyada (indiki Bakı Musiqi Akademiyasında) uzun illər boyu iş yoldaşım olmuş, böyük insani mədəniyyəti və görünməmiş alicənablığı ilə həmişə çoxlarından seçilən dosent Tohid Quliyev məhz belələrindən idi. O, sayı getdikcə azalan və kökü kəsilməyə doğru gedən əsil ziyalı, fədakar dost və işıqlı şəxsiyyətlərdən biriydi..

       Başqalarının uğurlarına qısqanclıqla yana-şan, digərlərinin yaxşılığını istəməyən adamlar az deyil, lakin onların əksi dedikdə ən birinci Tohid Ələsgər oğlunun adını çəkərdim. O, həmişə, hər zaman, yaşından və tutduğu vəzifədən asılı olmayaraq bütün iş yoldaşlarının uğurlarına ürəkdən,– bəli, ürəkdən!– sevinərdi. Kiminsə hərəkətlərində nəsə xoşagəlməz bir şey sezəndə, həmin adamı incitmədən, açıq, lakin çox nəzakətli şəkildə fikrini ona çatdırardı. O, incəsənət adamlarının çoxunun vüqarını yaxşı duyur və həmin durumda olduqca kövrək olduqlarını çox gözəl başa düşürdü. Tohid Quliyevin bütün ömrü boyu çox-çox musiqiçilər, müəllim və tələbələrlə işlədiyinə baxmayaraq, mən indiyədək heç kimdən onun hansısa yersiz hərəkəti yaxud haqsızlığı, tərəfkeşliyi haqqında bir söz belə eşitmədim. Məhz buna görə çox-çox müəllim, tələbə və valideyn, onları rahatsız buraxan suala tam, bütöv cavab almaq ümidi ilə ona üz tutardılar. Çünki onun yüksək peşəkarlığı və doğruculluğu heç kimdə şübhə doğurmurdu..
< br>        Tohid Ələsgər oğlu Quliyev böyük əmək və yaradıcılıq yolu keçib, özü də elə bir yol ki, burada pedaqoji, ictimai-musiqi və elmi çevrələrdə nəzərə çarpan uğurları sanki biri-birini tamamlayırdı. Çünki hər yerdə və hər zaman istedadı və əməksevərliyi sayəsində uğurlar qazanırdı. Uzun illər boyu Mədəniyyət nazirliyinin Metodik kabinəsinə başçılıq edən T.Quliyev musiqi məktəblərimizdə tədrisin nizamlanması, metodik iş səviyyəsinin yüksəlməsi və bu yöndə cavan müəllim kadrlarına köməklik yolunda çox böyük əmək və güc sərf etmişdi. Mədəniyyət nazirliyində işlərkən o, kabinetdə oturmaz, tez-tez həm Bakı, həm rayon musiqi məktəblərinə baş çəkərdi.

       Pedaqoqika və musiqi təhsili çevrələrində fəaliyyəti ilə yanaşı, elmi çevrədə də uğurla işləyən T.Quliyev uzaqgörən bir araşdırıcı idi. Onun işıq üzü görmüş "Simfonik orkestr"(1956) və "Kamanlı alətlər üçün kamera-instrumental və konsert janrında yazılmış Azərbaycan musiqisi"(1971) başlıqlı elmi əsərləri bu gün də aktuallığı və elmi dəyəri ilə seçilən, ən yüksək tələblərə cavab verən peşəkar mütəxəssis tərəfindən yazılan kitablar sayılır..

       Tohid Quliyevin Iraq Respublikasında musiqi təhsilinin qurulması yönündə gördüyü işlər də ayrıca vurğulanmalıdır, çünki 1968–1970-ci illərdə Bağdada dəvət almış sovet musiqiçiləri və musiqi müəllimləri qrupuna məhz o başçılıq edib. Onun pedaqoji təcrübəsi, dərin metodik bilikləri və coşqun təşkilatçılığı sayəsində işlədiyi ölkədə ilk avropa tipli məktəbdə yüzlərlə ərəb uşağı musiqi təhsili almağa başladı. Həmin musiqi məktəbi Iraqlıların Avropa və digər tipli musiqi mədəniyyətləri ilə tanışlığı və ilk milli musiqi kadrlarının hazırlığının başlanğıcı oldu. Azərbaycanlı mütəxəssislərin (T.Quliyevlə çiyin-çiyinə onun həyat yoldaşı Gövhər Hüseynova da çalışıb) fədakarlığı, belə nəcib işə can yandırmağı Iraq mətbuatında dəfələrlə vurğulanmışdı..

       Lakin Tohid Quliyevin təşkilatçılıq bacarığı da, onun ən yüksək insani keyfiyyətləri də Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriyası ifaçılıq fakültəsinin dekanı işlədiyi zaman,– 1973–1988-ci illər kəsimində özünün daha parlaq, daha dolğun əksini tapmışdı. Yada salmaq istərdim ki, həmin dövrdə fakültədə təhsil alanlar arasında istedadlar az olmasa da, nizam-intizam "axsayırdı". Indilərdə onlardan çoxu Azərbaycanda, azı xaricdə işləsə də, həmişə və hamılıqla tələbələrə atalıq qayğısı göstərən mərhum dekanı minnətdarlıqla yad edirlər. Bunlar elə-belə, "gözəllik" üçün deyilən sözlər deyil, Tohid Quliyev, doğrudan da, son dərəcə qayğıkeş, tələbə və mü-əllimləri anlayıb onlara kömək göstərməyi də bacaran insan idi. Özü də tamamilə təmənnasız, tələbkarlığı və obyektivliyindən bir addım belə geri çəkilmədən. .

       1979-cu və 1981-ci ildə bizim ilk dəfə Bakıda keçirdiyimiz gənc ifaçıların Qafqaz müsabiqələrini də, 1983-dəki kamera musiqisi festivalını da heç vaxt unutmayacağam. Həmin müsabiqələr o dövrdəki üç Qafqaz respublikasının mədəni həyatında olduqca önəmli olaylar idi. Qarşımızda çox ciddi vəzifə dururdu: sədası gələcəkdə təkcə bizim regionda deyil, mərkəzi mətbuatda belə əks-səda verəcək həmin sənət yarış-bayramlarını böyük məsuliyyətlə, qanun-qaydasıyla keçirmək. Tam yəqinliklə deyə bilərəm ki, Tohid Quliyevin köməyi və fəallığı olmasaydı, belə genişmiqyaslı incəsənət olaylarının "dadı-duzu" olmazdı, yəni nə yaradıcılıq, nə təşkilatçılıq baxımından işi uğurla başa çatdıra bilməzdik. O, iştirakçıların dinlənilməsi və seçilməsinin gedişinə də, qonaqların qar-şılanması və yerləşdirilməsinə də, sinif və məşq saatlarının ayrılmasına da olduqca diqqətlə yanaşır və bütün qarşıya çıxan məsələləri bacarıq, səbr və ləngitmədən yoluna qoyurdu. Işin son dərəcə ağırlığına baxmayaraq, hər yerə özünü çatdırır, hər yer də onun nəfəsi duyulurdu. Səhərdən axşamadək konservatoriyada dekan vəzifəsini yerinə yetirməklə yanaşı, qonaqlar-iştirakçılarla bağlı üzə çıxan hər bir məsələni yoluna qoyar, hələ bu azmış ki, müsabiqədə "bizimkilərə" azarkeşlik də edərdi. Onun azarkeşliyi də özü kimi son dərəcə səmimiydi. Mən Tohid Ələsgər oğlu haqqında qonaqlarımız, – Moskva və digər konservatoriyaların professorlarından eşitdiyim təriflərdən ləzzət alırdım. Münsiflər heyətinin sədri kimi həmin müsabiqələri uğurla başa vurmağımızın ən başlıca "günahkarı", ən böyük fədakarlıq göstərmiş dostum və iş yoldaşım Tohid Quliyevə bu gün də minnətdaram..

Allah Rəhmət Eləsin!

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page