ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
SAHIBINI ITIRMIŞ KAMAN
Mirnazim ƏSƏDULLAYEV
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
YADDAŞLARDA QALAN NƏCIB INSAN VƏ ALIM
Səadət SEYIDOVA
HÜSEYNQULU SARABSKI
Rəna MƏMMƏDOVA
AZƏRBAYCANIN OPERA SƏHNƏSININ TARIXINDƏN
Gülnarə VƏZIROVA
TOHID QULIYEV – 80
Azər Abdullayev
YADDAŞLARIMIZDA YAŞAYAN BƏSTƏKAR
Mehriban ƏHMƏDOVA
SAHIBINI ITIRMIŞ KAMAN
Mirnazim ƏSƏDULLAYEV
GEORGI GEORGIYEVIÇ ŞAROYEV
Tərlan SEYIDOV

 


Üzük aldım qaşı yox,

       Təpə gördüm daşı yox,

       O nədir ki, ağlayır,

       Gözlərinin yaşı yox ?

       Müdrik babalarımız kamançanı gör necə də düzgün səciyyələndirmişlər. Kamanın iniltisini eşidəndə istər – istəməz düşünürsən, nədir bu nalə? Kimsəsiz bir ürəyin sızıltısını, nakam bir eşqin harayını, yoxsa qürbətdə can verən sahibinin son hıçqırtısı, son bayatısımı?

       - De, niyə bu qədər ah – nalə edirsən, inildəyirsən? Yoxsa itirdiyin sahibinin xiffətini edirsən? Dərdli kaman! Sən sahibini itirmisən, mən ən əziz dostumu, sirdaşımı, Azərbaycan xalqı isə əvəzolunmaz kaman ustası Ədalət Vəzirovu. Elə adamlar var ki, həyata gəlişi – gedişi öz yaxınlarından başqa heç kimə bəlli olmur. Elə insanlar var ki, onlar evdən yox, eldən gedirlər. Ədalət də belə bir insan idi. Onun bu dünyadan vaxtsız və qəfil gedişi bütün Azərbaycan musiqisevərləri üçün faciə oldu. Ədalət gözəl kaman ustası olmaqla bərəbər, həm də gözəl ailə başçısı, əsl dost, mehriban qardaş və vətənini, millətini sevən bir insan idi.

       Mənim Ədalətlə tanışlığım 1970 –ci illərdən Azərbaycan Dövlət Konservatoriyasında başlayıb. Tələbəlik illəri ömrün unudulmaz illəridir. Ədalətlə məni bir –birimizə sanki gözəgörünməz tellər bağlayırdı. Həmin illərdə mən Baba Salahovun rəhbərlik etdiyi ansamblda işləyirdim. Ürəyimdən bir istək keçdi. Ədalətlə bir kollektivdə çalışmaq, həmişə birlikdə olmaq istəyi. Bu istəklə mən, Baba Salahovdan xahiş etdim ki, onu ansambla dəvət etsin. Baba müəllim mənim xahişimi nəzərə alıb, onu ansambla dəvət etdi. Mən Ədalətin ansambla qəbul edilməsinə nail oldum. Bir- birini əvəz edən illər bizim dostluğumuzu daha da möhkəmləndirirdi. Sənət baxımından isə Ədalət artıq püxtələşmiş və özünəməxsus çalğı üslubu olan bir kamança ustası kimi tanınmağa başlandı. Ədalətlə mənim dostluğum isə artıq ailəvi dostluğa çevrilmiş-di. Biz iki bədəndə bir can olmuşduq. Bu dostluq paxıllıqdan, riyakarlıqdan uzaq, təmiz və təmənnasız olmaqla dəfələrlə sınaqdan çıxmış bir dostluq idi. Onunla bağlı maraqlı əhvalatlar xatirimdə silinməz izlər qoyub…

       Bir gün axşam Ədalətin dəvəti ilə onlara getdim. Bütün ailə üzvləri evdə idi. Olmayan tək mən idim ki, özümü yetirdim. Yeməkdən sonra Ədalət təklif etdi ki, gəlin "Xan- Vəzir" oyununu oynayaq. Şərt bu idi ki,uduzan cəza alır. Ədalət, qardaşları Kamil, Ramiz və mən oyuna başladıq. Padişah, vəzir, cəllad və öğru sözləri yazılmış püşklər atıldı. Mənə, oğru sözü yazılmış püşk düşdü.

       - Mən, şaham,- Kamil dedi: vəzirim gəlsin.

       - Ramiz isə vəzirəm dedi. Şah oğrunun tapılmasını vəzirə əmr etdi.

       - Vəzir isə, oğru budur deyərək, məni göstərdi.

       Şah cəllada əmr etdi ki, oğru dadlı şirniyyat alsın. Düşüb dükandan şirniyyat aldım. Oyun davam edirdi, "oğru" sözü yazılmış püşk elə həmişə mənə düşürdü. Mən də hər dəfə nə isə almalı olurdum. (Xüsusən bu oyundan atası və anası böyük zövq alırdılar). Növbəti oyunda iki nəfərin çaşıb "Şaham" deməsi məni şübhələndirdi və baxdım ki, bütün püşklərə "oğru" sözü yazılıb. Kələyin üstü açıldı. Mənə dedilər ki, sən tez başa düşdün. Elələri var ki, həftələrlə cəzalanırlar…

        Bir gün biz sənət dostlarımızla Qubaya istirahətə getmişdik. Məclisin ən maraqlı yerində xanəndəmiz Arif Babayev dedi: Ədalətlə güləşməyə kimin cürəti çatar?

       - Mənim cürətim çatar, deyə cavab verdim. Arif Babayev Ədalətin, Ağaxan Abdullayev isə mənim azarkeşim idi. Güləşməyə başladıq. Ədalət mənə dedi ki, zarafatla güləşirik, gəl bir – birimizi yıxmayaq. Mən ona inandım. Elə bu an yerə yıxıldığımı görüb, Ədalətə dedim ki, bəs dedin zarafatla güləşirik?

       - Ədalət gülüb, dedi: - Mən dostlarımın yanında yıxıla bilmərəm. Bu an sanki mən ayıldım, qəflətən qalxıb onu yerə yıxdım və qalib oldum.

       2002-ci ildə Cənubi Koreyada keçirilən Dünya Çempionatı və Musiqi Festivalına dəvət alan Ədalət, artıq bilirdi ki, bu səfərə gedə bilməyəcək. O, bu səfərdən imtina edib, öz yerinə məni təklif etdi. Zamiq və Ədalət mənsiz bu qərara gəlmişdilər. Mən, Zamiq Əliyev və Simarə Imanova Cənubi Koreyaya yola düşdük. Bu səfər bizim üçün uğurlu oldu. Biz elə orada ikinci dəvəti aldıq. Bu dəvəti Ədalətə bildirəndə o, mənə dedi ki, bu artıq sənin dəvətindir. Sənə uğur olsun.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page