ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
GEORGI GEORGIYEVIÇ ŞAROYEV
Tərlan SEYIDOV
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
YADDAŞLARDA QALAN NƏCIB INSAN VƏ ALIM
Səadət SEYIDOVA
HÜSEYNQULU SARABSKI
Rəna MƏMMƏDOVA
AZƏRBAYCANIN OPERA SƏHNƏSININ TARIXINDƏN
Gülnarə VƏZIROVA
TOHID QULIYEV – 80
Azər Abdullayev
YADDAŞLARIMIZDA YAŞAYAN BƏSTƏKAR
Mehriban ƏHMƏDOVA
SAHIBINI ITIRMIŞ KAMAN
Mirnazim ƏSƏDULLAYEV
GEORGI GEORGIYEVIÇ ŞAROYEV
Tərlan SEYIDOV

 


       Azərbaycan fortepiano pedaqogikası piano ifaçılarının təlim-tərbiyəsində mühüm nailiyyətlər əldə etmişdir. Bu sahədə rus pianoçuluq məktəbinin nümayəndələri böyük rol oynamışlar. Çünki, XX əsrin 20-ci illərindən başlayaraq, ölkəmizdə onların ifaçılıq fəaliyyəti və bununla bağlı olaraq, pedaqoji fəaliyyəti geniş vüsət almışdı. Böyük musiqiçilərin pedaqoji və artistlik təcrübəsi, bədii-pedaqoji metodlara əsaslanaraq onların milli musiqiçi kadrların hazırlanması işində əldə etdikləri nəticələr mühüm əhəmiyyətə malikdir. Azərbaycan pianoçuluq məktəbinin təşəkkülündə və inkişafında onun bünövrəsini qoymuş şəxsiyyətlərdən biri, respublikanın əməkdar incəsənət xadimi Georgi Georgiyeviç Şaroyevin (1890-1969) xüsusi yeri vardır.

       Professor G.G. Şaroyevin simasında tarixi dövrlərin bəhrəli əlaqəsi təcəssümünü tapmışdı. Belə ki, o, öz müəllimlərinin və müasirlərinin amallarını yeni nəsillərə ötürmək missiyasını daşıyırdı. Axı onun sənət yolu hələ XX əsrin əvvəllərində başlamışdı. Uzun illər boyu o, bir çox incəsənət xadimləri ilə ünsiyyətdə olmuşdu ki, bu da şübhəsiz, onun yaradıcılığının formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

       G.Şaroyev əla pianoçuluq məktəbi keçmişdi. Moskvada o, Y.P.Pahulski, V.I.Safonov, K.N.Iqumnov kimi görkəmli pedaqoqlardan dərs almışdı. Peterburqa köçdükdən sonra o, musiqi təhsilini professor M.K.Benua (onun vəfatına qədər) və görkəmli pianoçu A.N.Yesipovanın sinfində davam etdirir.

       Peterburq konservatoriyasında A.N.Yesipova bir şəxsiyyət kimi önəmli mövqe tuturdu. O, dünyanın, demək olar ki, butun konsert estradalarında müvəffəqiyyətlə çıxış edirdi. Onun ifaçılığı bədii incəliyi, yüksək zövqü və texniki kamilliyi ilə dinləyiciləri valeh edirdi. O, pedaqoq kimi də böyük nüfuza malik idi. Onun sinfində özünəməxsus bədii keyfiyyətləri ilə seçilən, çox müxtəlif yaradıcı simalar yetişirdi. Lakin onların hamısı yüksək musiqi mədəniyyətinə, estetik zövqə və yetkin ifaçılıq məharətinə malik idi. Professor G.Şaroyev öz tərcümeyi-halında yazırdı: «Baxmayaraq ki, mən əvvəldən də Rusiyanın ən görkəmli professorları ndan dərs almışdım, ancaq A.N.Yesipovanın tələbələrinin istedad və yetkinlik səviyyəsi, başlıcası isə onun özünün ifaçılığının bədii kamilliyi məni heyrətə salmışdı».

       A.N.Yesipovanın metodik prinsiplərini (sözsüz ki, bu prinsiplər onun müəllimi T.O.Leşetitskinin təsiri altında formalaşmışdı) səciyyələndirərkən, qeyd etmək lazımdır ki, o, pianoçunun iş prosesinin yeniləşdirilməsinə can atırdı. Onun bu prosesə gətirdiyi yeni cəhətlər isə əsərin hər bir frazasının kiçik detallarına kimi dərindən işlənilməsinə və təhlilinə əsaslanırdı. Müəllimin tələbə ilə texniki işi (xüsusilə barmaq texnikası üzərində) lazımi bədii nəticələr verən üsulların axtarışına yönəldilirdi. Pianoçının bədii sənətkarlığının təkmilləşdirilməsi yolunda əməyini o, eşitmə qabiliyyəti ilə nəzarət olunan əqli analitik iş hesab edirdi.

       A.N.Yesipovanın sinfində G.Şaroyev bir pianoçu kimi möhkəm özül qazandı. O, A.Yesipovanın pedaqoji sənətini layiqincə qiymətləndirirdi. Buna baxmayaraq, görünür, o, A.Yesipovanın məktəbinə xas olan, xüsusilə sırf akademizmə yönəlmiş bəzi ifrat cəhətləri də qeyri-ixtiyari, intuitiv olaraq hiss edirdi. Bu baxımdan, G.Şaroyevlə eyni vaxtda A.Yesipovanın sinfində oxumuş S.Prokofyevin fikirləri də maraq doğurur. Çap olunmuş tərcümeyi – halında S.Prokofyev yazırdı ki, A.N.Yesipovanın müəllimliyinin səciyyəvi cəhəti onun hamıya eyni tələblə yanaşmasındın ibarət idi (məcazi mənada desək, «o, hamını bir daraqla darayırdı»). Lakin bu yanaşma çox yüksək səviyyədə idi və əgər tələbə ilə müəllimin fərdi keyfiyyətləri üst-üstə düşürdüsə, o zaman çox gözəl nəticə alınırdı. 1

       A.N.Yesipovanın sinfindəki dərslər G.Şaroyevin musiqiçi, pedaqoq və pianoçu kimi formalaşmasına çox böyük təsir göstərmişdi. 1915-ci ildə G.Şaroyev Peterburq konservatoriyasını müvəffəqiyyətlə bitirdi və ona azad sənətkar diplomu təqdim edildi. Xüsusilə onun Bethovenin Beşinci fortepiano konsertini və Iyirmi birinci sonatasını ifa edərkən nümayiş etdirdiyi fərdi bədii keyfiyyətləri və ifaçılıq xüsusiyyətlərini həm musiqiçilər, həm də geniş dinləyici kütləsi yekdil olaraq, çox yüksək qiymətləndirdilər. Həmin illərdə Peterburq konservatoriyasının direktoru olan A.K.Qlazunov isə onun buraxılış imtahanındakı çıxışını «yaradıcı ifa» adlandırmışdı.

       1919-cu ildə G.G.Şaroyev Rus Musiqi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Bakı Musiqi Texnikumuna baş müəllim vəzifəsinə dəvət olundu. 1920-ci ildə bu texnikumun yenidən təşkil edilərək, Azərbaycan Dövlət Konservatoriyasına çevrilməsindən sonra isə o, fortepiano ixtisası kafedrasının dosenti və sonra professoru olur. Sonrakı illərdə (1934-cü ildən 1950-ci ilə kimi) o, kafedra müdiri, ifaçılıq fakultəsinin dekanı, konservatoriyanın direktor müavini vəzifəsində çalışmışdır.

       G.G.Şaroyevin Azərbaycanda geniş maarifçilik, pedaqoji ifaçılıq və ictimai fəaliyyəti yarım əsr davam etmişdir. Respublikada musiqi sənətinin inkişafında onun rolu çox əhəmiyyətli idi. O, təkcə öz tələbələrinə deyil, o cümlədən, onunla ünsiyyətdə olan insanlara böyük təsir göstərirdi.

       G.Şaroyevin pianizminin qaynaqlarından danışarkən, bir cəhəti xüsusi qeyd etmək lazımdır. Baxmayaraq ki, G.Şaroyev nə A.Rubinşteynin çalğısını eşitmişdi, nə də ondan dərs almışdı, lakin onun bitib-tükənməyən ifaçılıq axtarışlarında Rubinşteynə məxsus səciyyəvi cizgilər özünü göstərirdi. Bu da təsadüfi deyildi. Çünki XIX-XX əsrlərin astanasında rus fortepiano məktəbinin metodik prinsipləri məhz bu dahi pianoçunun təsiri altında formalaşmışdı. Bu prinsiplər bir sıra görkəmli pianoçu pedaqoqların fəaliyyətində öz davamını və inkişafını tapmışdı ki, onların arasında G.Şaroyevin müəllimləri – V.Safonov və A.Yesipova da vardı. L.Barenboymun sözlərilə desək, - «Rubinşteyn bizə irs olaraq sadəcə məktəb qoymayıb. Onun irsi, bu sözün hərfi və ümumqəbulolunmuş mənasından çox-çox kənara çıxır. Demək olar ki, onun dövründə və sonrakı illərdə fortepiano üzrə heç bir rus pedaqoqu nə onun ifaçılıq sənətinin, nə də mütərəqqi pedaqoji prinsiplərinin güclü təsirindən yan keçə bilməmişlər. Rubinşteyn pedaqogikasının bir ç ox ənənələri isə bu gün də böyük sənətkarların fortepiano məktəblərində yaşayır» 2

       G.Şaroyevin A.Rubinşteynin yaradıcılığına məhəbbəti hələ gənc yaşlarından, «Demon» operası ilə tanışlıqdan sonra yaranmışdı. Eyni zamanda, gənc Şaroyevin məşhur bariton, Demon rolunun ən yaxşı ifaçılarından biri olan Ioakim Tartakovla ünsiyyəti də şübhəsiz ki, onun Rubinşteyn yaradıcılığına meylini gücləndirmişdi. (G.Şaroyev xatırlayırdı ki, o, dəfələrlə Tartakovu müşayiət etmişdi). A.Rubinşteynin yaradıcılıq yolunu dərindən öyrənməsi və tədqiqi nəticəsində G.Şaroyevin «Anton Rubinşteynin rus pianizminin təşəkkülündə rolu» mövzusunda elmi işi meydana gəldi. 1966-cı ildə isə o, Moskvada çapdan çıxan A.Rubinşteynin Üçüncü - sol major fortepiano konsertinin redaktoru olmuşdur.

       Öz pedaqoji işində də G.Şaroyev Rubinşteynin yaradıcılıq təcrübəsindən bəhrələnərək, hər seydən əvvəl, musiqinin poetik məzmununu üzə çıxarmaq qayğısına qalırdı. Şagird bunu dərk edə bilməyəndə isə G.Şaroyev ona pyesin və ya əsərin ayrı-ayrı hissələrinin xarakterini izah edirdi. Onun gətirdiyi müqayisələr və analogiyalar obrazlılığı və dəqiqliyi ilə fərqlənirdi.

       G.Şaroyevin diqqətəlayiq pedaqoji nailiyyətləri, şübhəsiz ki, onun istedadı ilə izah olunur. Bununla yanaşı, onun pedaqoji istedadı elə bir xüsusi qüvvəyə malik idi ki, bu da onu əsil müasir musiqiçi-pedaqoq səviyyəsinə yüksəldirdi. O, öz təbiətinə görə daim axtarışda olan bir insan idi. Georgi Geogiyeviçi sakit halda, bu və ya digər pedaqoji doqmanın daşıyıcısı kimi təsəvvür etmək qeyri-mümkün idi. Bizi bu insanın mədəniyyəti, əsil, hərtərəfli musiqi istedadı valeh edirdi. Bütün böyük şəxsiyyətlər kimi, G.Şaroyev durğunluğu sevmirdi. Bu gün onu qane edən müəyyən məşğələlər sistemi və ya hər hansı əsərin təfsiri, sabah ona artıq qeyri-kamil görünürdü və o, daha yaxşı səviyyə və bəzən də köklü dəyişikliklər tələb edirdi. Onun daim arayıb-axtaran fikirləri sakitlik bilmirdi, ayrı-ayrı məsələlər üzrə metodik baxışları isə çox zaman ciddi dəyişikliyə uğrayırdı. Musiqinin həqiqi bədii təfsirinə nail olmaq hissi, ifa olunan musiqinin məzmununu daha dolğunluqla açmaq istəyi ona hakim kəsilmişdi. Qeyd etmək la zımdır ki, onun yüksək klassik cizgilərlə təfsir etdiyi əsərlərin ciddiliyi və akademizmi, təəssüf ki, heç də hər zaman lazımi dərəcədə dərk olunmur.



ƏDƏBIYYAT

1 S.S.Prokofğev. Materialı. Dokumentı. Vospominaniə. (Sostavitelğ Şlifteyn S.). Moskva: Qos.muz.izd-vo, 1961. –s. 142.

2Barenboym L. Anton Qriqorğeviç Rubinşteyn. T.2. Leninqrad: 1957. –s. 349.


Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page