ÖÇÅÉÈÐØÖÍÀÑËÛÃ
ÜZEYIR HACIBƏYOV VƏ ZAKIR BAĞIROVUN MUSIQILI KOMEDIYALARINDA HƏYAT GERÇƏKLIYININ GÜLÜŞLƏ TƏCƏSSÜMÜ
Iradə ABBASOVA
Search

ÖÇÅÉÈÐØÖÍÀÑËÛÃ
SƏFIƏDDIN URMƏVI VƏ ÜZEYIR HACIBƏYOV
Zemfira SƏFƏROVA
ÜZEYIR BƏYDƏN BIZƏ MIRAS - BIZDƏN ÜZEYIR BƏYƏ HƏDIYYƏ
Gülnaz ABDULLAZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ XƏLQILIK
Siyavuş KƏRIMI
DAHI BƏSTƏKAR, GÖZƏL INSAN
Oqtay QULIYEV
Ü. HACIBƏYOV VƏ V. BELYAYEVIN ELMI-YARADICILIQ ƏLAQƏLƏRINƏ DAIR QIYMƏTLI TARIXI SƏNƏD
Ariz ABDULƏLIYEV
QƏZƏL JANRI ÜZEYIR HACIBƏYOV YARADICILIĞINDA
Vaqif ƏBDÜLQASIMOV
Ü.HACIBƏYOVUN AZƏRBAYCAN MUSIQISINDƏ BIRHISSƏLI SIMFONIK ƏSƏRLƏRIN YARANMASINDA ROLU
Aytən RAUFQIZI
ÜZEYIR BƏY HACIBƏYOV VƏ CAVIDLƏR AILƏSI
Səadət QARABAĞLI
ZÜLFÜQAR HACIBƏYOVUN BIR ƏLYAZMASI
Fidan NƏZIROVA
ÜZEYIR HACIBƏYOVUN YARADICILIĞINDA LAD PROBLEMINƏ BIR BAXIŞ
Cəmilə HƏSƏNOVA
MILLI MUSIQI ÜSLUBUNUN ÜZEYIR HACIBƏYOV MODELI
Ilhamə MƏMMƏDLI
BU DAR FƏNADAN KÖÇMƏK ISTƏYƏN BƏSTƏKAR
Aslan KƏNAN
ÜZEYIR HACIBƏYOV VƏ ZAKIR BAĞIROVUN MUSIQILI KOMEDIYALARINDA HƏYAT GERÇƏKLIYININ GÜLÜŞLƏ TƏCƏSSÜMÜ
Iradə ABBASOVA
AZƏRBAYCAN FORTEPIANO MUSIQISININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Leyla ABASQULIYEVA

 


       Üzeyir Hacıbəyov musiqili komediya janrında dövrünün ictimai həyatında baş verən məişət münasibətlərinin eybəcərliklərinə qarşı çıxmış, bu və digər cəhətləri əsərlərində əks etdirməyə nail olmuşdur. Onun məişət tipli musiqili səhnə tamaşaları öz gündəlik problemləri (acılı-şirinli insan münasibətləri, sosial ailə problemlərinin həlli yolları, bu situasiyada iştirak edənlərin qərarı və s.) ilə dinləyicinin diqqətini cəlb edir və tamaşanın gedişi prosesini ona yaşatmağa nail olur. Musiqili komediya ən demokratik musiqili səhnə janrı idi. Geniş kütlə bu tipli tamaşalarda böyük məmnuniyyətlə iştirak edirdi. Üzeyir bəy «Ər və arvad» (1909), «O olmasın, bu olsun» (1910) və «Arşın mal alan» (1913) musiqili komediyaları vasitəsilə dövrün həyat və ailə-məişət hadisələrini səhnədə əks etdirirdi.

        «Ər və arvad» musiqili komediyasında XX əsrin əvvəllərində ailələrdəki qadın və ər münasibətlərinin anlaşılmasında üzə çıxan çətinliklərdən bəhs edilir. «O olmasın, bu olsun» musiqili komediyasında gənc bir qızın - Gülnazın qoca kişiyə - Məşədi Ibada ərə verilməsi, qızın sevgilisi Sərvərin onu belə bir bədbəxliktdən xilas etməsi məsələsi əsas cəhət kimi ön plana çəkilir. Komediyada ailə-məişət münasibətlərindən əlavə ictimai münasibətlərə də toxunulur. Bu münasibətlər Qoçu Əsgər, Baloğlan və s. surətlərdə öz əksini tapır.

       Vaxtın sınağından uğurla çıxmış «Arşın mal alan» musiqili komediyasında isə ailə qurmadan əvvəl sevgililərin öncədən bir-birini görüb, tanış olması ön plana çəkilir, ictimai mühitin əmələ gətirdiyi həyat normaları, Əsgərin öz sevgilisini evlənmədən öncə məsələsi qarşıya qoyulur. Digər iki komediyalardan fərqli olaraq bu komediyada əsərin qəhrəmanı Əsgər arşın malçı qiyafəsində öz sevgilisini axtarır. Onun bu axtarışının nəticəsi dostu Süleymanı da evlənməyə sövq edir. Hətta köhnə fikirli Soltan bəy də evlənmək istəyir. «Zirək, hazırcavab, həyatsevər kimi xalq keyfiyyətləri qulluqçu Telli və Vəlinin obrazlarında əks olunur». 1 Ü.Hacıbəyovun ən böyük dahiliyi ondadır ki, o, çəkinmədən gəncləri müasir həyata səsləmişdir. Məsələn, «Ər və arvad» musiqili komediyasında olduğu kimi bu, komediyasında da bəstəkar dövrün eybəcərliklərinə qarşı çıxaraq həm ərin, həm də arvadın həyat normaları üzərində olan münasibətlərinin uyğunluğunu tapıb göst ərməyə çalışmışdır.

       Bütövlükdə bu musiqili komediyalar XX əsrin məişət reallıqlarını məzəli satirik şəkildə üzə çıxarır.

       Ü.Hacıbəyov ənənələrinin davamçıları sırasında S.Rüstəmov, S.Ələsgərov, R.Hacıyev, T.Quliyevlə bərabər Zakir Bağırovun da opera və operetta janrlarına qiymətli töhfəsi olmuşdur. Əsrin ortalarındakı bəstəkar yaradıcılığında hadisələrə müraciət sonralar daha geniş həyat hadisələrini əhatə edərək özündə bir sıra mühüm keyfiyyətləri birləşdirmişdir.

       Z.Bağırovun musiqili komediyaları XX əsrin 1950-70-ci illərində yazılmış və bunlarda da real həyat-məişət hadisələri aparıcı rol oynayırdı. Burada məişət mövzusu ailə münasibətləri zəminində meydana çıxır.

       Z.Bağırov 1958-ci ildə «Kəndimizin mahnısı», 1974-cü ildə isə «Qaynana» musiqili komediyalarını yazmışdır. Hər iki komediyada bəstəkar çəkinmədən sovet quruluşundakı çatışmazlıqları qeyd etmiş və bunlara qarşı çıxmışdır.

       Bəstəkarın «Kəndimizin mahnısı» musiqili komediyasında Lətif və Almaz surətləri ictimai mühitdə baş verən eybəcərliklərin qarşıdurması fonunda verilir. Qəfiyev və Brilyantovun diletant səviyyədə kənddə konsert təşkil etməsi, onların bu konsertin yüksək səviyyədə olmaması kimi fikirləri qələmə verilir. Bu əhvalatlar çərçivəsi, anlaşılmazlıqlar və təsadüflər məngənəsi sonda iki sevgilinin qovuşması ilə bitir.

        «Qaynana» musiqili komediyasında isə «Kəndimizin mahnısı»ndan fərqli olaraq ictimai deyil, ailə-məişət münasibətləri ön plana çəkilir. Burada əsərin qəhrəmanları - Ayaz, Sevda, Ilqar, Afət (Zərifə), Cənnət, Əli və Sədaqət arasında olan münasibətlər komik şəkildə təqdim olunur. XX əsrin 70-ci illərində yazılan bu əsərdə bəstəkar geridə qalmış meşşan düşüncəyə qarşı çıxır. Əsərdə göstərilir ki, Ayaz və Sevda məhəbbətlərinə sadiqdirlər, lakin köhnə fikirli Cənnət xala onların sevgisinə diqqət vermir. O, qaynana-gəlin münasibətlərində mənfi düşüncə tərzinin eybəcər tərəflərini daha da qabardır. Ilqar isə dostu Ayazı bu çətinlikdən qurtarmaq üçün bütün vasitələrə əl atır, o sevgilisi Zərifə ilə Cənnət xalanı öz fikirlərindən döndərməyə çalışır. Bu musiqili komediyada ifadə olunan bütün obrazlar gözəl musiqi vasitəsilə tamaşaçıya çatdırılır.

        «Ü.Hacıbəyovun və Z.Bağırovun musiqili komediyaları aqogik vasitələrə xas aydın ifa tərzi üçün mühüm əhəmiyyət kəsb edir». 2 Bu komediyalarda qəhrəmanın xarakter və obrazından asılı olaraq musiqi tempinin uzanması, qısalması, metroritmin ardıcıl dəyişməsi nəzərə çarpır. Bəstəkarların musiqili komediyalarının ümumi və xüsusi cəhətləri bir çox çalarlarla özünü göstərir. Burada ümumi cəhətlər ondadır ki, hər iki bəstəkar musiqili komediya janrına müraciət edib və öz dövrlərinin real hadisələrini musiqi vasitəsilə açıb göstərmişlər. Hər iki bəstəkar musiqili komediyalarında xalq musiqili və professional klassik musiqi ənənələrindən istifadə etmişlər.

       Bu bəstəkarların yaradıcılıqlarının xüsusi cəhətləri isə ondan ibarətdir ki, Ü.Hacıbəyov inqilabdan əvvəlki, Z.Bağırov isə sovet dövründə olan hadisələri musiqili komediyalarında əks etdirmişlər. Ü.Hacıbəyovun musiqili komediyalarında inqilabdan əvvəlki, ər və arvad, qoca baqqalın qızla evlənməsi istəyi, o dövrdə qızların görmədən ərə verilməsi, Z.Bağırovun musiqili komediyalarında isə kənd camaatının dırnaq arası sənətçilərə inanması və rəğbət bəsləməsi fikrindən uzaqlaşdırılması, gəlin-qaynana münasibətlərinin mənfi cəhətlərinin müsbət cəhətlərlə əvəz olunması prinsipi öz əksini tapır. Bəstəkar sadə əmək adamlarının həyatını çox yığcam, həm də parlaq bir dillə təsvir etmişdir. Musiqidə müxtəlif melodiyaların intonasiya quruluşu, tematizmi şərh etmə üsulları, inkişaf metodları və forma quruluşları, habelə musiqinin metro-ritmik təşkili və s. kimi rəngarəng vasitələri məhz zəngin musiqi irsimizdən qidalanması sayəsində əldə edilmişdir. Həmçinin Z.Bağırov əsərlərində bir romantik ovqat, daxili aləmlə emosional ruh yüksəkliyini əmələ gətirə bilmişdir. Milli xüsusiyyətlərin parlaq ifadəsi, Azərbaycan xalq musiqi janrlarınıın tematikası ilə bəstəkarın əsərlərini bir sıra xarakterik cəhətlər bağlayır. Bu cəhətlər, hər şeydən əvvəl, aydın məqam-lad quruluşunda, melodiyaların geniş diapazonunda, mövzuların müxtəlif xarakteri və dəqiq struktur ardıcıllığında üzə çıxır.

       Bəstəkarın əsərlərində müxtəlif mövzuların intonasiya yaxınlığı, tematik materialın intonasiya oxşarlığı möhtəşəm özüllü koloritlər ilə möhkəm əlaqədədir.

       Əminliklə deyə bilərik ki, Zakir Bağırov musiqili komediyalarında leytmotiv sistemini tətbiq edən ilk Azərbaycan bəstəkarlarındandır və əsasən leytmotivin dramaturji inkişafını bədii obrazın daxili, psixoloji açılışı üzərində qurmuşdur.



1 Kasimova S., Baqirov N. Azerbaydcanskaə sovetskaə muzıkalğnaə literatura. Baku, Maarif, 1986, s. 68

2 Romanovskiy N.V. Xorovoy slovarğ. Leninqrad, Muzıka, 1972, s. 3


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page