ÌÓÑÈÃÈ ÒÀÐÈÕÈ
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
Search

ÌÓÑÈÃÈ ÒÀÐÈÕÈ
MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA

 


       XX əsrin əvvəllərində ilk Azərbaycan operalarının qoyulması " Şərq konsertlərini" və " Şərq musiqisi gecələrini" əvəz etdi, indi xalq musiqisinin çoxsaylı sevərləri səhnədə xalq musiqisinin və səhnə hərəkətinin sintezini görə bilərdilər. Əlbəttə, Üzeyir Hacıbəyovun gözəl opera və musiqili komediyaları xalq içində məşhur idi və hər bir səhnə qoyuluşu Azərbaycan musiqisinin əsl bayramına çevrilirdi.

       Lakin, " Şərq musiqisi gecələri" -nin yaradılma (keçirilmə) ənənəsi sonrakı illərdə də qorunurdu, doğrudur, indi onlar tematik xarakter daşıyırdı, yəni ildə bir dəfə hər hansı bayram ərəfəsində, daha dar əhatədə Bakı ictimai yığıncaqlarının zalında keçirilirdi və " Müsəlman gecələri" adını qazanmışdır.

        ARDTA fondlarında " Nəşr-Maarif" xeyriyyə cəmiyyətinin işlərində beş belə gecənin yaradılması materialları, eləcə də cəmiyyətin fonduna ianə daxil edənlərin siyahısı, belə gecələrin yaradılmasına çəkilən xərclərin hesabatları qorunub saxlanmışdır. Onların " Nəşr-Maarif" və " Nicat" xeyriyyə maarif cəmiyyətləri tərəfindən təşkil edilməsi ilə bağlı olaraq aydın olur ki, belə gecələrin keçirilməsinin əsas məqsədi ehtiyacı olan şagirdlərə və tələbələrə təhsil almaqda kömək etmək, xaricdə təhsil alan (Moskvada, Peterburqda, Varşavada) tələbələrə təqaüd vermək, yeni açılmış məktəblərə, pulsuz kurslara maddi yardım, və s. bir sözlə müvafiq xeyriyyə cəmiyyətlərinin Nizamnamələrində nəzərdə tutulmuş vəzifələrin həllinə kömək etmək idi.

        " Ilk müsəlman gecəsi 1908-ci ilin 13 dekabrında ictimai yığıncaq zalında, orkestr, royal, projektor və teatr kitabları dəsti ilə keçirilirdi – 335 - rubl" . Bu gecədə lotereyada artıq pul yığmaq məqsədilə iki qiymətli fars xalçası oynanılırdı. I " müsəlman gecəsində" ianə verənlərin siyahısı içində biz eyni ilə həmin Bakı mesenatları – H.Z.Tağıyevi, M.Nağıyevi, A.Aşurbəyovu, A.A.Dadaşovu, I.b. Hacınskini görürük.

        " I müsəlman gecəsinə rəhbərlik edənlər H.A. Həsənov, K.b. Səfərəliyev, (Kökəb xanım Səfərəliyevanın atası), I.b.Hacınski, F.Xoyski, A.b. Aşurbəyov və başqaları idi" .

        I müsəlman gecəsininin maddi yığımı 1075 rubl təşkil etdi.

        " Ikinci müsəlman gecəsi 12 dekabr (Yeni il bayramı ərəfəsində) " Nəşr - Maarif" - müsəlmanlar arasında təhsilin yayılması ilə məşğul olan cəmiyyət tərəfindən keçirildi. Mütləq geyim forması kimi təntənəli və hazırkı mərasimin mənasını nəzərə çatdıran frak, sürtuk, çərkəzi çuxa idi" . " II müsəlman gecəsini sərəncam edənlər H.Z. Tağıyev şəxsən idi, II müsəlman gecəsininin maddi yığımı isə 1815 rubl təşkil etdi.

        Baxmayaraq ki, arxiv materialları içində gecələrin proqramı, onların iştirakçıları haqqında məlumat qorunmayıb, bu şübhəsizdir ki, burada o zaman Bakıda qastrolda olan ən məşhur musiqiçilər və " sazəndə ansamblları" iştirak edirdi. ARDTA-ın " Nəşr - Maarif" xeyriyyə cəmiyyəti üzrə materiallarının gələcək tədqiqi zamanı müsəlman xeyriyyə gecələrində iştirak etmək istəyənlərin sayının artması tendensiyası, onların masştabı və bu mərasimlərdən yığılan maddi yardımın bir neçə dəfə artması diqqəti cəlb edir.

        " Növbəti 1910 ilin 04 dekabrında Yeni il bayramı ərəfəsində keçirilən III müsəlman gecəsi zamanı ən xırda xərclər belə - nəqliyyat, bufet, iştirakçılar üçün güllərin, hədiyyələrin, oyuncaqların alınması, lotereyanın oynanılması, çay, zalın yığışdırılması, ilyuminasiya, zalın dekorasiyası, hətta qirlyandların hazırlanması nəzərdə tutulurdu" .

        Bu dəfə o fakt qeyd olunmalıdır ki, müsəlman gecəsinin keçirilməsi və yaradılmasında Bakı mesenatları ilə yanaşı, digər millətlərin nümayən-dələri, Bakı şirkətlərinin sahibləri də iştirak etmək istəyini bildirdilər. Onların arasında: P.S.Dorojnovun " Kətan və kağız məhsulları firması" ; Q.E. Popovun " Dəbdə olan manufaktura məhsulları mağazası" ; " Qaydamakin I.B. və K. ticarət evi" ; " Qureviç qardaşlarının və b. tipoqrafiya, üzləmə və kontor kitabları fabriki" var idi. Sonrakı iki " müsəlman gecələrinin" təşkilatçısı " Nicat" maarif cəmiyyətinin teatr seksiyası idi ki, bunun komissiyasına Imran Qasımov, Mehdibəy Hacıbababəyov, Soltan Məcid Qəniyev, Isgəndər bəy Məlikov daxil idi.

        2 fevral 1914 ildə son " müsəlman gecəsinin" hesabatında, həmin gecənin keçirilməsi üçün siyahısı verilmişdir. Bu həmişə olduğu kimi Azərbaycan burjuaziyasının parlaq nümayəndələri – " H.Z.Tağıyev, M.Nağıyev, N.B.Hacınski, M.Muxtarov, M.Əsədullayev, A.Ağadullayev, I.b. Səfərəliyev" idi.

        Həmçinin gecənin dəvət olunmuş iştirakçılarının siyahısı verilmişdir.

       1. " Amiraqonun rəhbərlik etdiyi Mailov teatrının Operetta qruppası, xanım Kamenskayanın müşayiəti ilə;

       2. V.Palonskinin Tağıyev teatrının Dramatik truppası;

       3. Sazəndə və tütəkçilər;

       4. Cənab Malxazovun rəhbərliyi altında Rumın orkestri

       5. Tələbə və sadə xorlar

        Gecənin maddi yığımı çox yüksək idi və 25026 rubl təşkil edirdi" .

       Göründüyü kimi, " Müsəlman gecəsinin" proqramı qarışıq xarakter daşıyırdı, burada həm klassik musiqi janrının nümayəndələri, həm də xalq müğənniləri, ifaçılar, keçmiş " şərq konsertləri" və " şərq musiqisi gecələrinin" iştirakçıları çıxış edirdi. Xalq müğənnilərindən bu, məşhur xanəndə – C. Qaryağdı, M.Fərzəliyev, S.Şuşinski, S.Mirbabayev, Ala Palas oğlu və ifaçılar S.Oqanezaşvili, Q.Primov, Məşədi Zeynal və başqaları idi.

       Azərbaycan mesenatlarının təhsilə ehtiyacı olan müsəlmanlara, gənclərə, gələcək nəslə bəslədiyi qayğını qeyd etməmək olmaz. Çünki, belə " Müsəlman gecələrinin" keçirilməsi üçün şərait yaradaraq, maliyyələşdirərək, onlar eyni zamanda bir tərəfdən təhsil prosesinə təsir edirdilər, digər tərəfdən XX əsrin əvvəllərində Azərbaycanda incəsənətin bütün növlərinin inkişafını tənzimləyirdilər.

       Beləliklə, hər bir keçirilmiş gecə professional musiqi incəsənətinin inkişafının yeni mərhələsi, böyük auditoriya qarşısında xalq musiqiçisi kimi iştirak etmək, yeni proqramı təqdim etmək imkanı idi ki, bu da incəsənətin bütün növlərinin nailiyyətinə nəzarət idi.

       XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda və Şuşada keçirilmiş " şərq konsertləri" və " şərq musiqisi gecələri" təkcə Azərbaycanda yox, həmçinin onun hüdudlarından kənarda, bütün Zaqafqaziyada, Yaxın və orta şərq ölkələrində, Moskvada, Peterburqda, Varşavada daha populyar xarakter alırdı.

       Bunun sayəsində Cabbar Qaryağdı oğlu, Əbdülbaği Zülalov, Islam Abdullayev, Keçəçi oğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev, Seyid Mirbabayev, Ələsgər Abdullayev, Qurban Primov, S. Oqanezaşvili kimi Azərbaycan professional musiqisinin ustadlarının şöhrəti yayıldı və onlar 1910-12 illərdə " Sport - Rekord" və " Qrammofon" firmaları tərəfindən Moskvaya, Kiyevə, Varşavaya Azərbaycan xalq mahnıları və muğamlarının qramplastinkaya yazılması üçün dəvət olunmuşlar.



       ƏDƏBIYYAT

       1.ARDTA fond 312 op. 1, v.12

        2. Elə orada

       3. ARDTA fond 312 op. 1, v.15

       4. ARDTA fond 312 op. 1, v.16

       5. ARDTA fond 312 op. 1, v.18

       6. ARDTA fond 312 op. 1, s.v.131

       7. Elə orada

       8. Firudin Şuşinski. " Azərbaycan xalq musiqiçiləri" . S.34-35

       9. " Kaspi" qəzeti. 23 dekabr, 1915, ¹287



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page