ÌÓÑÈÃÈ ÒÀÐÈÕÈ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
Search

ÌÓÑÈÃÈ ÒÀÐÈÕÈ
MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA

 


       Müasir Azərbaycan musiqişünaslığının yalnız " sovet dövrünün nailiyyəti" və Azərbaycan musiqisində nəzəri, tarixi araşdırmaların, musiqi tənqidinin 1920-ci ildən sonra yaranması müddəasına artıq yenidən nəzər salmaq və bu sahənin real doğuluş tarixini, təşəkkül prosesini üzə çıxarmaq zamanıdır.

        Tarixən musiqi tənqidinin funksiyası müasirləri musiqi aləmində düşündürən, maraqlandıran, həyəcanlandıran olayların, hadisələrin, yaradıcılıq proseslərinin təhlili, öyrənilməsi və qiymətləndirilməsi olmuşdur. Musiqişünaslığın ən mobil, operativ qolu kimi musiqi tənqidinə xas publisistik çalarlar bu baxımdan təbii və obyektivdir. Lakin hər bir ölkədə, bir bir zamanda konkret musiqi mədəniyyəti sistemi çərçivəsində musiqi - tənqidi fəaliyyətin yaranması və inkişafı üçün mütləq daxili bir təkan , tələbat, necə deyərlər ictimai və peşəkar bir sifariş olur. Musiqi tənqidi bu zaman cəmiyyətdə informasiyanı qəbul edərək, onu qiymətləndirməklə yayan, təbliğ, tənqid edən, müxtəlif estetik, peşəkar, bədii görüşləri əks etdirərək ictimai rəy yaradan, onu formalaşdıran, yeniliklərə yol açan, bəzən də onlara qarşı " çəkişmələrdə" aktiv istifadə olunan qüvvətli vasitədir. Musiqi tənqidinin musiqişunaslığın mustəqil qolu kimi XVIII əsrdə Avropada indi anladığımız bir şəkildə yarandığı zamanda bu cəhətlər aparıcı olmuş, Azərbaycanda da musiqi tənqidinin yaranmasını şərtləndirən tarixi-müqəddəm şərtlər sırasında yuxarıda sadaladığımız amillərlə yanaşı konkret milli tarixi , bədii- musiqi şərtlər olmuşdur. Bu baxımdan ümumi və xüsusi əlamətləri aşkarlamaq üçün musiqi tənqidinin tarixinə və nəzəriyyəsinə aid ensiklopedik və xüsusi nəşrlərdəki məlumatların ümumiləşdirilmiş təqdimatına qısa rakursda nəzər salaq ( 1)

        Qeyd etmək lazımdır ki, müasir musiqi tənqidinin yaranması və inkişafı XVIII əsrdə Fransa və Almaniya ilə bağlıdır. Hər iki ölkədə musiqi tənqidi həm dövri, həm də xüsusi mətbu orqanlarında kifayət qədər təmsil olunmağa başlayır, hər iki ölkədə bu sahənin məzmunu və mövzu dairəsinə maaifçiliyin böyük təsiri olmuşdur. Fransız dövri mətbuatında cari musiqi həyatının panoraması kifayət qədər dolğun əks olunur, Almaniyada nəşr olunan musiqi jurnallarında tənqidi məqalələr aparıcı yer tuturdu. Maarifçiliyin güclü təsiri ilə yaranan və formalaşan musiqi - tənqidi fikrin ilk müəllifləri arasında peşəkar musiqiçilərlə yanaşı, musiqi məsələlərini cəmiyyətin mənəvi həyatının mühüm hissəsi hesab edən intellektual elita nümayəndələri – alim ensiklopedistlər, yazıçılar Fransada J. J. Russo, J.D.Alamber, D.Didro,Almaniyada I.Mattezon,T.Şeybe, F.Marburq, Q.E.Lessinq, F.D. Şubart, I.F.Reyxard, F.Roxlits və b. olmuşlar. Həm Fransada , həm Almaniyada musiqi tənqidi fikrin aktivləşməsinə təkan verən başlıca amil - musiqi yaradıcılığı ilə bağlı məsələlər ətrafında gedən fikir mübadiləsinə cəmiyyət tərəfindən böyük marağın və tələbatın olması idi. Xüsusilə opera sənəti ətrafında gedən qızğın polemika Fransada musiqi tənqidi yazılarda əsas mövzulardan biri idi.

       Avropanın digər ölkələrində musiqi tənqidinin müstəqil sahə kimi formalaşması artıq XIX əsrlə bağlıdır. XIX əsrdən başlayaraq musiqi həyatında keçən əsrdən qalma " saray – salon" qapalılığının aradan götürülməsi, konsert həyatının şəhər mədəniyyətinin ən müxtəlif təbəqələrinin iştirak etdiyi əsas musiqi ifaçılığı formalarından birinə çevrilməsi, ümumiyyətlə Avropa cəmiyyətinin mədəni həyatının strukturunda, xarakterindəki yeniləşmə, demokratikləşməsi, dövri mətbuatın vüsət alması musiqi həyatında baş verən ən müxtəlif hadisələri cari ritmdə bilmək , qiymətləndirmək tələbatını xeyli artırdı. Musiqi mədəniyyətinin ən müxtəlif problem və məsələləri - yaradıcılıq üslublarının nəzəri, estetik, bədii keyfiyyətləri, mövzu və məzmun seçimi, musiqidə millilik, klassik irsə munasibət, yeni ilə köhnənin mübarizəsinin ən müxtəlif təzahür formaları, ifaçılıq həyatının, problemlərinin işıqlandırılmasınadək - musiqi tənqidinin diqqət mərkəzində idi. Musiqi tənqidinin nüfuzu və yaradıcılıq proseslərinə tə siri artır. Bu dövrdə aparıcı bəstəkarların, ifaçıların musiqi tənqidçisi kimi çıxışları adi hal idi. F. List, H.Berlioz, R. Şuman, R.Vaqner, G.Qriq, K.Debüssi, P.Çaykovski, N.A.Rimski-Korsakov və b.-nın musiqi tənqidi məqalələri bu sahənin klassik nümunələrinə aiddir. Eyni zamanda sırf musiqi tənqidçisi peşəsinin ilk parlaq nüməyəndələri – Fransada A.J.Kastil-Blaz, F.J.Fetis, R.Rollan, Almaniyada A.B.Marks, K.F.Brendel, G. Qanslik, Rusiyada A.N.Serov, V.V.Stasov Avropa miqyasında sayılan muisqi tənqidçiləri kimi musiqi mədəniyyətinin aktual məsələlərini işıqlandırır və müəyyən mənada ictimai rəyi formalaşdırırdılar. Azərbaycanda musiqi tənqidinin formalaşmasına təkan verən başlıca tarix-müqəddəm şərtlərə nəzər salaq

       1. XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində milli inkişafın müasir konsepsiyasının formalaşması kontekstində incəsənətin, xüsusilə də musiqinin yeniləşdirici potensiala malik qüvvə kimi başa düşülməsi. Keçən əsrin əvvəllərində Qafqaz regionunda siyasi və iqtisadi mərkəz kimi Bakının inkarolunmaz statusunun bir daha müasir elmi - tarixi fikir üçün isbata ehtiyacı olmasa da, müsəlman bölgəsi kimi Azərbaycan cəmiyyətinin Qərb mədəniyyəti sivilizasiyasına inteqrasiyasının miqyası , onun sürətlə avropa mədəniyyəti, incəsənəti, həyat tərzinə yiyələnməsinin hələ də dünya elmi və içtimai fikri üçün isbata ehtiyacı var. Azərbaycanın dünya mədəni inteqrasiyasında, qloballaşma prosesində unikal yerini təkcə bəyan deyil, həm də tarixin öz şahidliyi ilə təsdiq etmək olar. Eyni zamanda bu inteqrasiyanın miqyasının qonşu xristian regionlar – Gürcüstan və Ermənistan ilə müqayisədə heç də ənənəvi olaraq xaricdə elmi və ictimai fikirdə mövcud olan " aşağı səviyyə" də olması mülahizələrinin də dəyişdiri lməsinin zamanıdır. Söhbət azərbaycanlıların Avropa mədəni-bədii dəyərləri və ənənələrinin qıraqdan passiv bir müşahidəçi kimi seyr etməməsindən, necə deyərlər, Azərbaycan xalqının onların daha bir passiv istehlakçısına çevrilməməsindən gedir. Bu proseslərin mahiyyəti daha dərin və mənalıdır. Əsrlərlə müsəlman mədəniyyəti və incəsənəti çevrəsində mövcud olan, bu sistemdə inkişaf edən Azərbaycan Avropadan gələn meylləri qəbul edərək yeni sistemdə öz milli ənənələrinii yaratmağa başladı. Inteqrasiya prosesi cəmiyyətin mədəniyyət mühitində qütbləşməyə, cəmiyyəti parçalamağa (müasirləşənlər və geridə qalmışlar) deyil, yeni musiqi – bədii ənənələrinin yaranmasına xidmət etdi, özü də bu proses məhz Azərbaycan daxilində, əcnəbilərin inhisarında olmayaraq, yerli qüvvələr tərəfindən stimullaşdırılırdı. Musiqi tənqidinin yaranması və tezliklə peşəkar səviyyəyə qalxması da buna bariz nümunədir. Avropalıların təsəvvüründə dəqiq formalaşmış qəliblərə malik janr və formaların milli zəmində qavranılmasının, mus iqi tənqidi fəaliyyətin sürəti və təcrübəsi məhz bunun nəticəsi idi. Müsəlman ölkələri sırasında əsrin əvvəllərində müstəmləkə statusundan müstəqil dövlət statusunadək irəliləmiş millət üçün bu, inteqrasiyanın heç də kortəbii və təsadüfi olmadığını bir daha sübut edir.

       2. Milli mətbuatın XX əsrin əvvəllərində (xüsusilə də anadilli mətbuatın) geniş vüsət alması, cəmiyyətdə ictimai rəyin ifadəçisi, deyilməli fikirlərin tribunası kimi qəbul olunması. Təbiidir ki, keçmiş haqqında tam və real, obyektiv təsəvvur almaq üçün tədqiq olunan dövrün ümumi atmosferini, əhval-ruhiyyəsini, birbaşa sezilməyən “yeraltı”, proseslərini, tarixi şəraitini modelləşdirmək üçün müxtəlif mənbələrin işıqlandırılması və onların ümumiləşdirilməsinə dayaqlanan yanaşma metodu elmi cəhətdən daha düzgündür. Tarix birtərəfli deyil, ən fərqli bucaqlardan işıqlandırılmalıdır. Bunun üçün proseslərin mənasını, istiqamətini, xarakterini, onların yarandığı, təşəkkül tapdığı dövrün güzgüsü olan mətbuat səhifələrindən də öyrənmək mümkündür. " Həyat" , " Irşad" , " Tərəqqi" , " Iqbal" , " Yeni iqbal" , " Açıq söz" , " Sovqat" , " Molla Nəsrəddin" , " Zənbur" , " Tazə həyat" , " Iqdam" , " Yeni iqdam" , " Sədayi-həqq" , " Bəsirət" , " Hümmət" , " Azərbaycan" , rus dilində- " Kaspi" (" Kaspiy" ), " Baku" (" Baku" ), " Vestnik Baku" (" Vestnik Baku" ), " Bakinets" (" Bakineü" ), " Azerbaycan" , " Azerbaydcan" , " Kafkazskaya kopeyka" da (" Kafkazskaə kopeyka" ) çıxmış yüzlərlə musiqi –tənqidi məqalələr məzmununa, üslubuna, janrına görə bir-birindən fərqlənir. Opera və operetta premyeraları, qastrol çıxışlarına, tamaşalarına resenziyalar, aptıq elmi-ümumiləşdirmə və müddəalarla diqqəti cəlb edən analitik yazılar elə bu gün də aktual səslənən, cəmiyyəti narahat edən problemlərin musiqili məqamlarına həsr olunan məqalələr, felyetonlar, xəbərlər... Azərbaycanda musiqi tənqidinin Azərbaycan musiqişünaslığının müstəqil və formalaşmış qolu kimi mövcud olmasını sübüt edir.

       3. Azərbaycan musiqi tarixində əsrlərlə sabitləşmiş ənənəvi mövcudluq formaları ilə yanaşı, Avropa ənənələrinin və sənət nümunələrinin, ifaçılıq növlərinin yayılması, bunun təsiri ilə milli sənətdə də yeniliklərin yaranması perspektivlərinin dərk olunması.



       ƏDƏBIYYAT

       1. Kritika. Muzıkalğnaə gnüiklopediə. Tom 3. M. " Sovetskaə gnüiklopediə" , 1976.s. 46-62; " Muzıkalğnaə kritika: Teoriə i metodika" . Sb. Statey.L, 1984; " Sovremennıe voprosı muzıkoznaniə" . M., 1976; A.Soxor. Obhestvennıe funküii muzıkalğnoy kritiki.//Kritika i muzıkoznanie. Sb. Statey. L., 1975 s.3-23; B.Asafğev. Zadaçi i metodı sovremennoy muzıkalğnoy kritiki. //Kritika i muzıkoznanie. Sb. statey. L., 1975; R. Qruber. O muzıkalğnoy kritike kak predmete teoretiçeskoqo i istoriçeskoqo izuçeniə. //Kritika i muzıkoznanie. Sb. statey. L., 1975, s. 233-251

       2. Z.Səfərova. Üzeyir Hacıbəyovun nəzəri və estetik görüşləri. Bakı, 1985



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page