ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCANDA KINO MUSIQISININ YARANMA TARIXINDƏN
Əfqan SALAYEV
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ XALÇA SƏNƏTI
Solmaz MƏHƏRRƏMOVA
MILLI PLASTIK SƏNƏTLƏRIMIZIN 1960-1980-CI ILLƏR RUS SƏNƏTŞÜNASLIĞINDA TƏDQIQI
Xəzər ZEYNALOV
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCANDAKI RUSDIL MƏTBUAT HAQQINDA
Iradə XƏLILOVA
ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA MƏDƏNIYYƏTI ÖZÜNÜDƏRK PROSESLƏRI (VII – X ƏSRLƏR)
Yeganə ƏLIYEVA
ŞAIR VƏ MUSIQI
Adilxan BAYRAMOV
QƏRBI AVROPA, RUS VƏ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA KANTATA VƏ ORATORIYA JANRLARINA BIR NƏZƏR
Telman QƏNIYEV
|
|
Ötən əsrin 60-80-ci illərində Rusiya tədqiqatçılarının keçmiş çoxmillətli sovet incəsənətində diqqətini cəlb etmiş olan mühüm sahələrdən biri də plastik sənətlər idi. Xarakterik haldır ki, Azərbaycan da bu baxımdan istisna olmamışdır. Vaxtilə N.Voronov, I.Svetlov, Q.Anisimov, V.Vanslov və başqaları bu mövzuda maraqlı tədqiqat işləri aparmışlar. Söyləmək lazımdır ki, Azərbaycan mədəniyyətinin ön səhifələrindən birini təşkil edən təsviri sənət Rusiya tədqiqatçıları tərəfindən ən çox öyrənilən sahələrdən biri idi. Bu xüsusiyyət, hər şeydən əvvəl, XX əsrin 60-80-ci illərində Azərbaycan incəsənətinin intensiv inkişafı, yüksək dinamizmi, professional səviyyəyə yüksəlməsi və keçmiş Sovet incəsənətində layiqli bir yer tutması ilə bağlı idi.
Azərbaycan təsviri sənətinin hərtərəfli inkişaf etmiş sahələrindən biri olan heykəltaraşlıq, bu baxımdan olduqca xarakterikdir. 60-80-ci illərdə Azərbaycanın monumental və dəzgah plastikasında prinsipial irəliləyişlər baş vermiş, plastik sənətlərin dinamik keyfiyyətləri xeyli yüksəlmişdi. Təsadüfi deyildir ki, aparıcı Rusiya mütəxəssisləri bu xüsusiyyətlərə diqqət yetirmiş, Azərbaycan milli plastika məktəbinin inkişafını ardıcıl olaraq müşahidə etmiş, onun maraqlı təhlilini vermişlər. B.Veymarn, N.Voronov, I.Svetlov, A.Dextyar, N.Çervonnaya və başqalarının bədii təhlil metodları, M.Kaqanın, A.Zisin, V.Vanslovun nəzəri-estetik müddəaları əks etdirən fikirləri Rusiya alimlərinin Azərbaycan incəsənəti ilə, o cümlədən plastik sənət sahələri ilə bağlı olan materialları içərisində daha əhəmiyyətli təsir bağışlayır.
N.V.Voronovun fundamental tədqiqat işi olan "Sovet monumental heykəltaraşlığı" monoqrafiyası Azərbaycan plastikasını əks etdirən elmi materiallarla zəngindir. Əlbəttə, N.Voronov təkcə Azərbaycan heykəltaraşlığını götürməmişdir – bu, monoqrafiyanın adından aydın görünür. Voronovun tədqiqatının mövzusunu 1960-1980-ci illərdə keçmiş Sovet monumental sənətinin çoxşaxəli təhlili təşkil edir. Voronov Azərbaycan heykəltaraşlığına da ümumsovet incəsənəti mövqeyindən yanaşmışdır. Lakin həmin dövrdə fəaliyyət göstərmiş olan bir çox tədqiqatçılardan (misal üçün I.E.Svetlovdan) fərqli olaraq N.V.Voronov sovet incəsənətinin inkişafında milli məktəb amilini heç də ikinci dərəcəli məsələ hesab etməmiş, əksinə, digər sahələrdə olduğu kimi, plastik sənətin də inkişafında milli amilin bir çox hallarda həlledici rolu olduğunu qeyd etmişdir. Voronovun tədqiqatlarında əsas milli sənət mərkəzləri kimi Pribaltika, Zaqafqaziya, Orta Asiya, eləcə də Ural, Volqaboyu və başqa ərazilər
nəzərdən keçirilir. Voronov plastik sənətin ümumi inkişafını milli sənət məktəblərinin inkişafı ilə bağlayır ki, bu da onun tədqiqat metodunun, şübhəsiz ki, vacib cəhətidir. Milli sənət amilinə diqqət yetirməsi Voronovun monoqrafiyasının rəngarəng, dolğun təsir bağışlamasının əsas şərtlərindəndir. Tədqiqatçı özü də bunu qeyd etmiş və göstərmişdir ki, 1960-cı illərdə, o zamana qədər atrıq müəyyən inkişaf yolu keçmiş və ənənə yaratmış bədii sənət məktəbləri daha yüksək tempdə tərəqqi yoluna üz tutmuş və dərin psixoloji mahiyyətə, yüksək sənətkarlıq keyfiyyətinə malik silsilə əsərlər yaratmışdı. Voronovun bu fikirləri tam şəkildə Azərbaycan monumental plastikasına da şamil edilə bilər.
N.Voronovun tədqiqatı ümumi xarakter daşıdığından biz burada bu və ya digər respublikanın monumental plastikasına həsr edilmiş bölmələrə rast gəlmirik. Bununla yanaşı, müxtəlif sənət məktəblərinin formalaşmasından və tərəqqi etməsindən danışan müəllif kifayət qədər ardıcıl olaraq ayrı-ayrı respublikaların, o cümlədən Azərbaycanın monumental sənəti üzərində dayanır. Bu metod keçmiş sovet monumental plastikasını həm ümumi, həm də fərdi şəkildə izləməyə imkan verir.
N.V.Voronovun adı çəkilən monoqrafiyasında Azərbaycanla bağlı bir çox faktik material öz əksini tapsa da, Azərbaycan sənətşünaslığında bu əsər tədqiq olunmamış qalır. Halbuki bu əsərin və bu qəbildən olan onlarla digər əsərlərin təhlil edilməsi Azərbaycan-Rusiya əlaqələri tarixinin nə cür geniş və elmi baxımdan nə qədər böyük əhəmiyyətə malik olduğunu asanlıqla sübut edə bilər.
Monoqrafiya çoxsaylı illüstrativ materiallarla təchiz edilmişdir. 100-dən artıq heykəltaraşlıq əsərinin öz əksini tapdığı bu fotoillüstrasiyaların ən azı 16-sı Azərbaycan incəsənətinə aiddir. Burada Azərbaycan heykəltaraşları tərəfindən yaradılmış, Azərbaycanda və digər respublikaların (Rusiya, Tacikistan) ərazisində ucadılmış heykəllərin fotoları toplanmışdır.
Göründüyü kimi, Azərbaycan heç də məhdud şəkildə təqdim edilməmişdir. Bu həm fotoillüstrativ materiala, həm də monoqrafiyanın mətn hissəsinə aiddir.
N.Voronov 1960-1980-ci illərdə keçmiş sovet monumental plastikasının əsaslı şəkildə inkişaf etməsini söyləməkdə, şübhəsiz ki haqlıdır. Bu inkişaf həm ayrı-ayrı respublikaları, həm də ümumən ölkəni əhatə edirdi. Voronov, dövrün ideoloji prinsiplərini əks etdirərək, bu inkişafın "monumental təbliğat planı"nın davamı olduğunu yazır. Müəllif monumental plan çərçivəsində, həm "ideoloji", həm də "mədəni" istiqamətlərin bir-birini tamamladıqlarını göstərmişdir. Burada "ideoloji istiqamət" keçmiş partiya və sovet xadimlərinin şərəfinə ucaldılmış heykəlləri, "mədəni istiqamət" isə şair, yazıçı, maarif xadimlərinin obrazlarını ifadə edir. Voronov haqlı olaraq "mədəni" istiqaməti monumental planın təkib hissəsi hesab edir və buna böyük əhəmiyyət verir. Voronov monumental planın yeni dövrdə (1960-80-ci illərdə) inkişafında milli məktəblərin rolunu xüsusilə qeyd edir və göstərir ki, məhz bu məktəblərin inkişafı keçmiş sov
et monumental sənətinin bütövlükdə inkişafını təmin etmişdir. Sənətdə millilik problemi N.Voronovun tədqiqatının demək olar ki, yarısını təşkil edir.
N.Voronov artıq monoqrafiyanın müqəddiməsində milli sənət məktəblərinin yaradıcılıq uğurlarını ön plana çəkir. Tədqiqatçı yazır: "Yerlərdə fəaliyyət göstərmiş inqilabçılara və vətəndaş müharibəsi qəhrəmanlarına – Betal Kalmıkova, Məşədi Əzizbəyova, 14 türkmən komissarına, kombriq Tominə, miçman Pavlova və bir çox başqalarına abidələr qoyuldu" [1, s.17]. Bundan dərhal sonra Voronov monumental planın ikinci tərkib hissəsi olan "mədəni" istiqamətin nailiyyətlərini göstərir: "Monumental heykəltaraşlıqda Yesenin, Saltıkov-Şedrin, Vurğun, Latsis, Abay, Natəvan, Sayat Nova və başqa şair və yazıçıların obrazları ədəbiləşdirildi" [1, s.17]. Monoqrafiyanın əsas mahiyyətini, sanki qısa, tezis şəklində ifadə edən iki cümlədə Azərbaycan mövzusu Məşədi Əzizbəyov, Natəvan və Səməd Vurğunun adları ilə təzahür edir.
Qeyd etmək lazımdır ki, Voronovun monoqrafiyasının müsbət cəhətlərindən biri də Azərbaycan mövzusunda "poetik" dəstxəttin qızıl dövrünün kamil bədii təhlilidir. Bəlli olduğu kimi, heykəltaraşlıqda "poetik" dəstxəttinin qızıl dövrü məhz 1960-cı illərə təsadüf edir. Nizaminin, daha sonra isə Sabirin heykəllərindən başlayaraq "poetik" istiqamət əsaslı şəkildə inkişaf etmiş, Natəvan, Füzuli, S.Vurğun və başqalarının obrazlarında özünün kulminasiya səviyyəsinə çatmışdır. N.Voronov Azərbaycan monumental sənətində bu cəhətə diqqət yetirmiş, onu müvəffəqiyyətlə "tuta" bilmişdir. Digər tərəfdən, Voronov bu cəhəti eyni müvəffəqiyyətlə "açmağa"da nail olmuşdur. Voronov 1960-cı illərin birinci yarısında heykəltaraşlığın dinamik surətdə inkişaf etməsinə diqqət yetirərək yazır: "Bakıda 1960-cı ildə Xurşud banu Natəvanın heykəlinin (heykəltaraş Ö.Eldarov, memarlar E.Ismayılov və F.Leontyeva), 1961-ci ildə Səməd Vurğunun heykəli
nin (heykəltaraş F.Əbdürrəhmanov, memar M.Hüseynov), 1962-ci ildə isə Məhəmməd Füzulinin heykəlinin (heykəltaraşlar T.Məmmədov və Ö.Eldarov, memar Q.Muxtarov) açılışı oldu [1, s.161]. Beləliklə Voronov bu kiçik dövrü (1960-1962-ci illər) xüsusilə qeyd etmiş, onu "poetik" istiqamətin bir növ zirvəsi kimi dəyərləndirmişdir.
ƏDƏBIYYAT
1. Voronov N.V. Sovetskaə monumentalğnaə skulğptura (1960-1980). Moskva, Iskusstvo, 1984, 222 s. bez ill.
2. Beresneva V.Ə., Əqlom I.M. Simmetriə i iskusstvo ornamenta. "Ritm, prostranstvo i vremə v literature i iskusstve" (sbornik statey). Leninqrad, Nauka (leninqradskoe otdelenie), 1974, s.274-289
3. Novruzova C. Fuad Əbdürrəhmanov. Bakı, "Nurlan" nəşriyyatı, 2004, 86 s. Illüstrasiyalarsız
4. Svetlov I.E. Sovetskiy skulğpturnıy portret. Moskva, Nauka, 1968, 90 s.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|