ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCANDAKI RUSDIL MƏTBUAT HAQQINDA
Iradə XƏLILOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCANDA KINO MUSIQISININ YARANMA TARIXINDƏN
Əfqan SALAYEV
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ XALÇA SƏNƏTI
Solmaz MƏHƏRRƏMOVA
MILLI PLASTIK SƏNƏTLƏRIMIZIN 1960-1980-CI ILLƏR RUS SƏNƏTŞÜNASLIĞINDA TƏDQIQI
Xəzər ZEYNALOV
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCANDAKI RUSDIL MƏTBUAT HAQQINDA
Iradə XƏLILOVA
ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA MƏDƏNIYYƏTI ÖZÜNÜDƏRK PROSESLƏRI (VII – X ƏSRLƏR)
Yeganə ƏLIYEVA
ŞAIR VƏ MUSIQI
Adilxan BAYRAMOV
QƏRBI AVROPA, RUS VƏ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA KANTATA VƏ ORATORIYA JANRLARINA BIR NƏZƏR
Telman QƏNIYEV

 


       Müasir musiqi elmində Azərbayjan musiqisinin yeni aspektlərinin öyrənilməsinə jəhdlər özünü büruzə verir. Azərbayjan musiqişünaslığının nəzər nöqtəsində Azərbayjan musiqisinin tarixi rekonstruksiya problemi dayanır. Bununla bağlı, Azərbayjanda musiqili teatrın yaranması və inkişafı haqqında sualların araşdırılması sözsüz ki, aktual əhəmiyyət daşıyır.

       Azərbayjan musiqili teatrı, Azərbayjan mədəniyyətinin inkişafında böyük proqressiv rol oynayıb. Azərbayjan musiqi ənənələri bir sıra Orta və Yaxın Şərq ölkələrində professional bəstəkarlıq məktəblərinin yaranması və inkişafına təsir göstərib. Sözsüz ki, musiqili teatr Azərbayjan mədəniyyətində dayaq tapır, lakin eyni zamanda yardıma ehtiyajı var idi. Bu, Azərbayjan musiqisinin həm vahid qavranış və fəaliyyətiində, həm də XX əsrin əvvəllərində o vaxtın mənəvi mühitində öz əksini tapıb.O mühitin bir hissəsini də rusdilli mətbuat təşkil edirdi.

       Maraqlısı odur ki, tamaşa "təmsilçiləri"-aktyorlar, recissorlar, tamaşa tərtibatçıları, bəstəkarlar haqqında məlumatlar ənənəyə çevrilmişdi. Və əlbəttə ki, söhbət Azərbayjan musiqili tamaşaları və həmçinin dramatik tamaşaları səhnələşdirilən teatr müəssisələrindən gedir. Rusdilli mətbuatda informatik məlumatların müntəzəmliyi, öyrənilən dövrün oxujularının tələbat və maraqlarına şahidlik edir. Tamaşa antraktları arası konsert və yaxud xeyriyyə gejələri haqda məlumatların müzakirə olunması Azərbayjanda musiqi injəsənətinin təkamül dinamikasını əks etdirir.

        Azərbayjanın bədii mədəniyyət tarixinin 1917-1920-ji illəri əhatə edən dövrü maraq doğurur. Sözsüz ki, daxili siyasi vəziyyətin çətinliyi musiqili teatrın müqəddəratına təsir göstərib. Lakin onu demək lazımdır ki, bu, Azərbayjan tarixinin çətin dövründə Ü. Hajıbəyovun əsərləri tələb olunmuşdur.

       1919-ju il mayın 28-də "Azərbayjan" qəzeti xəbər verirdi ki, Hajıbəyov qardaşlarının müdiriyyəti Azərbayjanın ildönümü şərəfinə Hökumət teatrında "Leyli və Məjnun" operasını və "Azərbayjan" dramını təqdim edəjəklər. Həmin qəzet Hajıbəyov qardaşlarının müdiriyyətinin 30 iyun 1919-ju ildə "Eyd-Fitr" münasibətilə, Hökumət teatrında, Z.Hajıbəyovun, "Aşıq Qərib" operasının ttamaşaya qoyajağını yazırdı.

       Iyunun 11-də Hökumət teatrında Ü.Hajıbəyovun "Leyli və Məjnun" operasının tamaşası gedirdi.Iyunun 10-da mətbuat qeyd edirdi ki, "pərdə qabağında, musiqi orkestri ilə Z.Hajıbəyovun yeni xoru ifa olunmuşdu". Iyulun 18-də səhnədə Ü.Hajıbəyovun "Arşın mal alan" operettası təqdim olunmuşdu.

       Yanvarın 18-də Hökumət teatrının səhnəsində Ü.Hajıbəyovun "Leyli və Məjnun" operası təqdim olunmuşdu. Yanvarın 22-də "Azərbayjan" qəzetində tamaşa haqqında resenziya çap edilmişdi. Resenzent bu gejəni "sevginin əbədi təjəssüm rəmzi olan, Məjnunun fars musiqisinin boyaları ilə təsvir edilməsində dönüş" adlandırmışdı. O yazırdı: "Əgər bu vaxta qədər xanəndələr musiqi əsərləri üçün təkjə fars musiqi boyaları istifadə edirdisə, j. Sarablı bu boyaları qataraq yeni növləri əldə etməyin mümkün və lazım olduğunu göstərdi. Məjnunun sonsuz iztirablarını təsvir etmək üçün bu tonları seçmə qabiliyyətinə malik olan artist öz istedadını geniş surətdə inkişaf etdirmişdir. J.Sarablının ifası elə idi ki, üçünjü aktdan sonra tamaşaçılar ağlayırdı."

       Opera səhnələşdirmələrinin dinamikası maraq doğurur. Beləliklə, artıq 1919-ju il noyabrın 25-də, opera mövsümünün açılması münasibəti ilə, Azərbayjan dövlət truppasının müdiriyyəti Hökumət teatrında recissor Sidqi Ruhulla tərəfindən səhnələşdirilmiş Ü.Hajıbəyovun "Leyli və Məjnun" operasını təqdim etmişdi. "Azərbayjan" qəzeti, bu tamaşanı elan edərkən, afişada qeyd edirdi: "Solistlərin yeni heyəti, yeni müdiriyyət, yeni balet, kişi və qadın xoru, Müslüm bəyin diricorluğu altında böyük simfonik orkestr". Burada həm də jümə günü noyabrın 28-də "Almanzor" dramının gedəjəyi deyilirdi.

       Biz "Azərbayjan" qəzetinin növbəti sayında, Azərbayjan dövlət truppasının müdiriyyəti tərəfindən dekabrın 30-da bu mövsümdə ilk dəfə olaraq A.M.Şərifovun recissurasında, Z.Hajıbəyovun "Aşıq Qərib" operasının təqdim olunajağı haqda yeni bir məqalə tapmışıq.Burada redaksiya növbəti dəfə qeyd edirdi ki, dekorasiyalar, paltarlar, balet və xor yeni olajaq.

       Onu da demək lazımdır ki, mətbuatın göstərdiyi kimi, bu tarixi dövrdə opera səhnələşdirmələri xüsusilə yüksək səviyyədə keçirdi. Beləliklə, yanvarın 28-də dövlət truppası tərəfindən, "Müsavat" partiya komitəsinin xeyrinə, Ü.Hajıbəyovun "Leyli və Məjnun" operası qoyulmuşdur. Fevralın 1-də "Azərbayjan qəzeti" bu haqda belə yazırdı: "Əminliklə demək olar ki, bu opera hesabla heç belə müvəffəqiyyətlə və parlaq surətdə səhnələşdirilməmişdi".

       Tamaşalar bir-birini əvəz edir, mətbuat isə fəal bir surətdə onları "izləyirdi". Beləliklə, fevralın 17-də Dövlət teatrında, artistlər Məqfurə xanım, Əli Islam və Mir Paşanın benefisində Ü.Hajıbəyovun "O olmasın, bu olsun" operettası təqdim olunmuşdu. Məqfurə xanım Gülnazı ifa edirdi, Əli Islam-hambalı, Mir Paşa isə Həsən Qulu bəyi. Mətbuatın xəbərlərində deyilirdi ki, "Məşədi Ibadın toyunun 4-jü pərdəsində Əli Islam və Mir Paşa gündəmin ən mühüm məsələsinə dair "Meyxana" deyəjəklər, Anaplinski isə bəndləri oxuyajaq".

       Fevralın 20-də "Azərbayjan" qəzetində, həmin tarixdə Dövlət teatrında, dörd məşhur komikin iştirakı ilə Z.Hajıbəyovun "Əlli yaşında javan" operettasının keçiriləjəyi haqda xəbər verilmişdi. Axşam, artistlər Həsən Səbri və Xəlil Hüseynovun benefisində, J.Jabbarlının 6 pərdədən ibarət olan "Ədirnə Fəthi" əsərinin səhnələşdirilməsi güman edilirdi. Qəzet məqaləsində qeyd edilən kimi, Ellər-bəyi Həsən Səbri, Rüfəti isə Xəlil Hüseynov ifa edəjək.

       Ümumiyyətlə, bu dövrdə Bakıda teatr həyatının fəaliyyətini qeyd etmək lazımdır. Aşağıda qeyd olunanlar bunu göstərir.

       Martın 7-də "Azərbayjan" qəzetində "Türk-ojağı" jəmiyyətinin rəhbərləri tərəfindən bir elan çıxmışdır. Orada göstərilirdi ki, jəmiyyət nəznində təjhiz olunan eyni adlı teatrda müntəzəm olaraq, həftədə üç dəfə, əlverişli qiymətlərlə türk dilində müxtəlif dramatik əsərlər təqdim olunajaq.

       Benefis ənənəsi davam edir və 1920-ji ilin martın 30-da, artistlər Qəmər xanım, B.Jabbarzadə, Y.Nərimanovun benefisində Dövlət teatrında R.M.Şərifov tərəfindən səhnələşdirilmiş Z.Hajıbəyovun "Evliykən subay" operettası təqdim olunmuşdu. Biz bu məlumatı "Azərbayjan" qəzetinin 30 mart tarixində çıxmış sayında tapmışıq. Bundan başqa, qəzetə, həmin tarixdə "Aşıq Qərib" xorunun benefisi, axşam isə "Pəri-Jadu" pyesinin nümayişi ilə rəssam Əzim Əzimzadənin benefisinin keçirilməsi haqda xəbər verən, 2 aprel üçün nəzərdə tutulmuş elan əlavə edilmişdi.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page