ÌÓÑÈÃÈ ÒÀÐÈÕÈ
MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA
|
|
Tarixi sənədlər və mətbuat səhifələrindən aydın görünür ki, 1940-cı illərin sonu və 50-ci illərin birinci yarısı ümumən keçmiş SSRI-nin mədəni məkanında, o cümlədən Azərbaycanın musiqi aləmində məlum partiya qərarlarının - Sov.IKR MK-nin 1948-ci il fevralın 10-da qəbul etdiyi " Vano Muradelinin " Böyük dostluq" operası haqqında" və Az. KP MK-nin 30 mart tarixli " Azərbaycan SSR-də musiqi yaradıcılığının və bəstəkar kadrların hazırlanmasının vəziyyəti haqqında" qərarlarının yerinə yetirilməsi şüarı altında cərəyan etmişdir. 1 Istənilən böyük tədbir, plenum və ya baxış məhz bu istiqamətdə həyata keçirilirdi və buna ilk startı 1948-ci ilin aprelində (19-26) baş tutmuş Bəstəkarların I Ümumittifaq qurultayı verdi. Azərbaycanı bu qurultayda bəstəkarlardan Q.Qarayev, B.Zeydman, A.Rzayeva, S.Ələsgərov, M.Əhmədov, F.Əmirov, Niyazi, S.Rüstəmov, Ş.Axundova, Ə.Hüseynzadə, musiqişünaslardan isə D.Danilov, N.Çumakov və Ə.Eldarova təmsil etmişdi. Ü.Hacıbəyovun Moskvaya ezam olunması barədə
Incəsənət Işləri üzrə Idarənin əmri olsa da o, xəstəliyinə görə bu və sonrakı tədbirlərdə iştirak edə bilmədi. Qurultayda Azərbaycan bəstəkarlıq məktəbinin yaranması, inkişafı və hazırkı vəziyyəti barədə müfəssəl məruzə ilə məsul katib Qara Qarayev çıxış etdi. Bu məruzə Bəstəkarlar Ittifaqının 1948-ci il 25 mart tarixli Plenumunda səslənmiş məruzəsinin bir qədər qısaldılmış variantı idi. Həmin məruzə barəsindəki mülahizələrimizi isə artıq ərz etmişik. 2
Bəstəkarların I Ümumittifaq Qurultayından sonra SSRI Bəstəkarlar Ittifaqının respublika və bölgə təşkilatları ilə işi yeni səviyyəyə qalxdı. Qəbul edilmiş yeni Nizamnamə mərkəzləşdirilmiş iş prinsipini bəyan etməklə bütün məsələlərdə respublika təşkilatlarının SSRI Bəstəkarlar Ittifaqının katibliyinə tam hesabatlı olduğunu nəzərdə tuturdu. Bununla bağlı katibliyin 15 may 1948-ci il tarixli qərarı ilə yaradılmış " Milli respublikaların musiqisi üzrə komissiya" (digər adı - " Milli respublika bəstəkarlarının yaradıcılığına rəhbərlik üzrə komissiya" ) və 9 iyul 1948-ci il tarixli qərarı ilə təşkil olunmuş " Xalq musiqisi komissiyası" müttəfiq və muxtar respublikalarla müxtəlif istiqamətlərdə iş aparmağa başladı. 3 Birinci komissiyanın sədri V.Q.Fere, sədr müavini S.A.Balasanyan, məsul katibi A.V.Livşits seçilməklə 20 nəfər bəstəkar və musiqişünasdan ibarət üzvü, habelə 10 nəfər məsləhətçisi vardı. Azərbaycan Bəstəkarlar Ittifaqının sonrakı tədbirlərində bu komissiya nümayə
ndələrinin iştirakını daim görmək olar. Komissiyanın tələbinə görə respublika ittifaqları hər ayın 5-dən gec olmayaraq öz işləri barədə müfəssəl hesabat təqdim edib, ay ərzində keçirilmiş bütün təşkilatı və yaradıcılıq tədbirləri, yeni əsərlər barədə (əsərlərin xasiyyətnaməsi daxil olmaqla) məlumat verirdilər. Azərbaycan Bəstəkarlar Ittifaqının məsul katibi Qara Qarayevin bu komissiyaya göndərdiyi ilk arayış-məlumatda Idarə Heyətinin qərarına əsasən görüləcək işlərin 18 bənddən ibarət planı verilmişdi. 4 Ilk növbədə vurğulanırdı ki, " hər bəstəkarın yaradıcılıq işini bilavasitə yaxından izləmək üçün Ittifaqın hər üzvü öz yaradıcılıq planları barədə ərizə ilə Idarə heyətinə müraciət etməlidir. Idarə heyəti seçilən mövzunun və əsərin aktuallığını, məqsədəuyğunluğunu müzakirə edib, lazım gələrsə, bəstəkarın planlarına düzəliş verməlidir." 5 Digər bəndlərdə də Bəstəkarlar Ittifaqının öz üzvləri üzərində ideoloji nəzarət funksiyasını gücləndirməsi tend
ensiyasını müşahidə edirik. Bunun son həddi kimi Bəstəkarlar Ittifaqında ilk partiya təşkilatının yaradılması məsələsi qərara alınır və üzvlərin ideyasiyasi səviyyəsinin artırılması üçün xüsusi məşğələlərin keçirilməsi nəzərdə tutulur. 6 Nəzərdən keçirdiyimiz tədbirlər planında həmçinin Azərbaycan Bəstəkarlar Ittifaqında mövcud komissiyaların aşağıdakı tərkibi göstərilmişdi:
1. Simfonik, opera, kamera və xor musiqisi Komissiyası - B.I.Zeydman (sədr), C.Hacıyev, N.Karnitskaya.
2. Kütləvi janrlar üzrə Komissiya (mahnılar, xalq kollektivləri üçün musiqi, hərbi repertuar) - S.Rüstəmov (sədr), Ə.Bədəlbəyli və S.Hacıbəyov.
3. Musiqişünaslıq və tənqid Komissiyası - N.Çumakov (sədr), X.Ağayeva, D.Danilov.
4. Mədəni-kütləvi iş üzrə Komissiya - C.Paşayev, Q.Burşteyn və S.Ələsgərov.
Sənədlərdən bəlli olur ki, SSRI Bəstəkarlar Ittifaqının " Xalq Musiqisi Komissiyası" na rəhbərlik professor E.Gippiusa tapşırılmışdı. Bu komissiyanın əsas vəzifəsi və məqsədi bəstəkarların xalq musiqisinə marağını artırmaq, onları folklor nümunələrini yığmağa, toplamağa və öz yaradıcılığında əks etdirməyə həvəsləndirmək, xalq sənətkarları ilə canlı, sıx təmas qurmağa sövq etmək idi. Bunun üçün yaradıcılıq ezamiyyətlərinin təşkili, yığılmış materialların dinlənilməsi və onun ətrafında diskussiyaların keçirilməsi zəruri hesab edilirdi. Nəzərdə tutulurdu ki, komissiya nəzdində istər çap olunmuş, istərsə də əlyazma şəklində olan folklor məcmuələrinin, onlar barədə ən mühüm nəzəri ədəbiyyatın saxlanması və yığılması üçün kitabxana yaradılmalıdır. Buradakı materiallar əsasında bəstəkarlar müxtəlif janrlarda, o cümlədən xor kollektivləri üçün əsərlər yazmalı, habelə özfəaliyyət klubları, Sovet Ordusu, uşaq və məktəblilər üçün xalq mahnılarını işləməlidirlər. 7
Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin 3.XI.1948ci il tarixli qərarı ilə " Kütləvi janrlar üzrə komissiya" ya həm də xalq musiqisi ilə bağlı iş həvalə olunur və Süleyman Ələsgərova bu işi aparmaq tapşırılır. Beləliklə, SSRI Bəstəkarlar Ittifaqının respublika Ittifaqlarında " Xalq musiqisi komissiyalarının" yaradılması göstərişi Azərbaycan Bəstəkarlar Ittifaqında kütləvi janrlar üzrə komissiyanın funksiyasını genişləndirmək qərarı ilə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, MK-nın 10 fevral 1948-ci il tarixli qərarından sonra kütləvi mahnıların, xalq çalğı alətləri üçün repertuarın yaradılması sahəsindəki işi intensivləşdirmək üçün müxtəlif tədbirlər keçirilir. Bu baxımdan 1948-ci ildə Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin müraciəti ilə Azərbaycan SSR Nazirlər Kabinetinin 19.VI.1948-ci ildə qəbul etdiyi 723 saylı qərar əsasında keçirilmiş " Ən yaxşı kütləvi mahnı" adlı respublika müsabiqəsi diqqətəlayiq hadisə idi. Bəstəkarlar Ittifaqının rəhbərliyi altında keçirilən müsabiqənin şərtlərinə görə mahnılar Bakı şəhərinə, neftçilərin, pambıqçıların əməyinə, habelə, respublikanın iri tikintilərinin (Mingəçevir, Daşkəsən) birinə həsr olunmalı idi.
1948-ci il iyulun 10-da elan olunmuş müsabiqə bir neçə mərhələdə keçirilmiş və əvvəlcə şir mətnləri münsiflər heyəti tərəfindən saf-çürük edilmişdi. Münsiflər heyətinin 19 avqust 1948-ci il tarixli ilk yığıncağında müsabiqəyə deviz altında rusca 56, azərbaycanca isə cəmi 19 şerin daxil olması nəzərə çatdırılır və bu nisbəti azaltmaq üçün şerlərin qəbul müddəti sentyabın 5-nə kimi uzadılır. Nəticədə azərbaycanca mətnlərin sayı 32-yə çatır. Bəstəkarlara paylanmaq üçün isə münsiflər heyəti azərbaycan dilində 5 və rus dilində 5 mətn seçir. Seçilən mətnlər arasında Zeynal Cabbarzadənin məşhur " Sürrəya" sı da var idi. Maraqlıdır ki, bu şirin növbəti mərhələyə keçməsində tərəddüd edənlər sırasında gələcəkdə " Sürəyya" mahnısını böyük həvəs və şövqlə ifa etmiş Bülbül də olmuşdur. Münsiflər heyətinin tərkibinə gəldikdə isə buraya Incəsənət Işləri Idarəsinin məmurları ilə yanaşı Qara Qarayev (sədr müavini), Süleyman Rüstəm, Bülbül, Qeorqi Şaroyev, Kövkəb Səfərəliyeva və Adil Iskəndərov daxil idi. I tura Azərbaycan d
ilində 24 və rus dilində 24 - cəmi 48 mahnı təqdim olunmuşdu. Onların ancaq elə 7-si " Sürəyya" şeirinə bəstələnmişdi. Bütün mahnıları səsləndirmək üçün 10 müğənni ayrılmışdı ki, bu siyahıda Ağababa Bünyadzadə, Sona Aslanova və Firəngiz Əhmədovanın adlarına rast gəlirik. Müşayiətçilər sırasında isə məşhur konsertmeyster Vladimir Kozlov və gənc pianoçu Mənzər Süleymanova var idi.
1 1948-ci il qərarlarının çıxmasını şərtləndirən amillər və Bəstəkarlar Ittifaqında onların nəticələri barədə ətraflı bax: Hüseynova L.Ş. Azərbaycan Bəstəkarlar Ittifaqının taritxindən: 1948-ci il həqiqətləri.// " Mədəni maarif" jurnalı, ¹ 7, 2005, s.21-23.
2 Oradaca., səh.22.
3 S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət arxivi, fond 254, s.1, sax.vah.23, v.50-51.
4 Oradaca, v.66.
5 Oradaca.
6 Oradaca, v.66. (dönməsi)
7 Oradaca, v.73-74.
|