ÏÎÐÒÐÅÒËßÐ
ÖMRÜN MƏNASI
Inna PAZIÇEVA (Tərcümə edən - Şəhla MAHMUDOVA)
XƏYYAM MIRZƏZADƏ DÜNYAMIZ VƏ MUSIQIMIZ HAQQINDA
Materialı hazırladı: Cəmilə HƏSƏNOVA
NƏĞMƏ DOLU BIR ÜRƏK
Həcər BABAYEVA
|
|
Bəstəkarlar ittifaqından Ruhənqiz Qasımova barədə yubiley məqaləsi yazmağı sifariş alanda yadıma nədənsə vaxtilə «Ədəbiyyat və incəsənət» qəzetində Sevda Ibrahimova haqqında yazdığım məqaləm düşdü.O yazı da yubiley ərəfəsində yazılmışdı.Məqalənin adı « Mənim nəğməkar bacım»idi.Öz-özümə fikirləşdim ki,deyəsən mənim nəğməkar bacılarımın sayı artır.Elə belə düşünə-düşünə üz tutdum daha bir nəğməkar bacım, Ruhənqiz xanımla görüşə.
Bəstəkarlar ittifaqında görüşdük. Tələsirdi, mətbuat konfransına. Azad Azərbaycan telekanalında «Yeni ulduz-3»yarışmasının başlanması ilə əlaqədar mediya işçiləri ilə görüşü var idi. Musiqisevərlər bilirlər ki,məhz Ruhəngiz Xanımın münsiflər heyətində olmasının bu yarışmanın müəyyən əndazədən çıxmamağında nə qədər böyuk rolu var Ona qörə də söhbətimiz çox qısa,ayaqüstü oldu.Özü haqqında olan radio verilişlər yazılmış kassetləri mənə verib dedi ki: «Sən qulaq as,biz sonra bir də görüşərik». Mən isə Rühəngiz xanımla intervyuya hazırlaşmışdım. Alınmadı.Evə dönüb, verilişlərə qulaq asdım.
Onsuz da Ruhənqiz xanımı yaxşı tanıyırdım.Çünki,vaxtı ilə Azərbaycan Dövlət Televiziyasında «Xaqani-27» müəllif verilişim var idi.Bu verilişlərdən birisi,Azərbaycan Bəstəkarlarının teatr-kino musiqisinə həsr olunmuşdu. Bu sahədə çalışan bir neçə bəstəkarlarla yanaşı Ruhənqiz Qasımovanı da verilişə dəvət edib,onu tamaşaçılara təqdim etmişdim. Bilirdim ki,yaradıcılığında teatr-kino musiqisi xüsusi yerlərdən birini tutur.Ilk böyük kino musiqisi «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Berlin klinikasına şəxsi vizit» olmuşdur.Ondan sonra Nadejda Ismaylovanın ssenarisi üzrə çəkilən «Asif,Vasif,Ağasif» filmi sox böyük ugur qazanmışdı. Daha sonra, «Tələ» filmi öz qözəl musiqi tərtibatıyla tamaşaçıları heyran etmişdi.
Amma ona həsr olunmuş verilişlərə qulaq asanda ,bu gözəl xanımın yaradıcılıq portreti böyük bir lövhə kimi gözlərim önünə gəldi və mən istedadlı bəstəkarımız haqqında yubiley ərəfəsində olan düşüncələrimi oxucu ilə bölüşmək istədim.
Ruhəngiz Qasımova yaşını gizlətməyən qadınlardandır.Çünki,hansı verilişə qulaq asırdım, həmən o verilişdə Ruhəngiz xanım fəxrlə öz yaşını dinləyicilərə elan edirdi. 1940-cı ildə dünyaya göz açıb.Xərçəng bürcündəndir və mənə belə gəlir ki,bu bürcə xas olan bütün özəllikləri o, özündə cəlb etmişdir.Ziyalı ailəsində boya-başa çatmışdı.Mən onun mərhum anası, Möhtərəmə müəlliməni burada qeyd edə bilməzdim.O,mənim orta məktəbdə müəlliməm olub.Onun xanım siması,ağır təbiəti də gözlərimin önündədir.Belə ananın məhz Ruhəngiz xanım kimi ziyalı qızı ola bilərdi.
Özünün təbiriylə desək,gözünü açandan Şövkət Ələkbərova, Sara Qədimova, Bülbül,Rəşid Behbudov mahnıları ilə böyüyən balaca Ruhəngiz də musiqiçi olmaq arzusu ilə 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Tkxnikumuna daxil olur. BəstəkarlıqdanMüthəd Əhmədovdan dərs alan Ruhəngiz Qasımova,1958-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konserva toriyasında oxumağa başlayanda,artıq onun müəllimi zəmanəmizin görkəmli bəstəkarı, Cövdət Hacıyev olur.Məhz Cövdət Hacıyevin dərsləri, onunla ünsiyyət,Ruhəngizin kamil bir bəstəkar kimi püxtələşməsində böyük rolu olmuşdur.Özünün dediyi kimi bir sonata formasının ekspozisiyasını altı-yeddi variantda dərsə aparırdıq, müəllimimiz yenə də razı qalmırdı.Beləcə, Cövdət Hacıyev ,tələbələrinə özlərinə qarşı tələbkarlığı öyrədirdi.
Həyatında daha bir dahi insanla görüş Ruhəngiz xanımın yaradıcılığını daha bir başqa sahəyə yönləndirir.
1961-ci il.Gənc qızın həyatında faciə.Ata itkisi. Bəstəkar ruhu bu ağrını ancaq musiqi ilə ifadə edə bilər. «Intizar» mahnısı yaranır və o,nəyin bahasına olursa-olsun bu mahnının məhz Rəşid Behbudovun ifa etməsi arzusu ilə, nəhəng sənətkarın yanına gəlir.Mahnı o qədər Rəşid Behbudova təsir edir ki,o,tələbə bəstəkarın mahnısını oxumağa razılıg verir.Beləcə Ruhəngiz Qasımovanın Rəşid Behbudovla yaradıcılıq əlaqələri başlayır.Mən bu yaradıcılıq əlaqəsinin şah əsəri «Anacan dostum evlənir» mahnısını xüsusilə qeyd etmək istərdim.Elə bu bir mahnı kifayət idi ki,Ruhəngiz Qasımova el içində tanınsın.
Lakin bir yerdə dayanmaq,bir janrla kifayətlənmək Ruhəngiz Qasımova xarakterinə xas olan cəhət deyildi.Artıq o,özünü ədəbi janrlarda da sınamaq arzusunda idi.Əvvəlcə Azərbaycan televiziyasının musiqi redaksiyasında bir müddət çalışır,sonra isə,radionun uşaq verilişləri redaksiyasında redaktor kimi işə başlayır. Özünün «Musiqi sandıqçası» müəllif verilişləri ilə tanınır.O zaman hər verilişdən sonra onlarla tamaşaçı məktublarının redaksiyaya gəlməsi,bu verilişin reytinqinin nə qədər yüksək olmasını göstərirdi.
1970-ci ildə «Babamın muzeyi» adlı ilk hekayələr kitabı çapdan çıxır və yavaş-yavaş Ruhəngiz xanım özünü dramaturgiya sahəsində də sınamaq istəyir.
Ilk pyesi «Yollar görüşəndə»-televiziya tamaşası olur.Musiqisi və librettosu özünə məxsus olan bu əsər, o zaman rejissor Ramiz Mirzəyevin quruluşunda televiziya tamaşası kimi çox böyük müvəffəqiyyət qazanır.Bu uğurdan ruhlanaraq ard-arda pyeslər yazmağa başlayır.Jurnalist həyatını yaxından bildiyi üçün «Məzəli əhvalatlar» musiqili komediyasını yazır.1979-cu ildə səhnəyə qoyulan bu əsər,üç mövsüm teatrın repertuarından düşmür.Əsər, daimi bir mövzuya-öz yerini tutmayan adamlara həsr olunmuşdu. Qadın problemlərinə həsr olunmuş dərginin işçilərinin hamısının kişilərdən ibarət olması və bundan irəli gələrək,personajların gülməli vəziyyətə düşməsi,indiki həyatımızda da rast gəldiyimiz problemlərdən biridir.
Bəstəkarın televiziya tamaşalarından danışarkən «Ömrün yolları» və «Qonşu qonşu olsa» əsərlərini də xüsusilə qeyd etmək lazımdır. Onu da deyim ki,gözəl səsə malik olan Ruhəngiz xanım bu tamaşalarda bəzi mahnıları özü ifa etmişdi.Elə «Qonşu qonşu olsa» tamaşasında Cavan Zeynallı ilə ifa etdiyi dueti indi də tez-tez efir dalğalarında səslənir.
Bu qədər yazdığı pyeslərdən sonra ona dramaturq deməkdən xoşlanmır.Olduqca təvazökar insan olduğundan özünü dramaturq saymır-«sadəcə, lirik-musiqili komediya janrında yazan şəxs adlandırın məni» , deyir. Bəs dramaturqlar nə edirlər ay Ruhəngiz xanım?
Son illər Ruhəngiz xanım şerlər də yazmağa başlayıb.Atasını itirdikdən sonra ağrı-acısını mahnıda ifadə edən sənətkar,ana itkisindən sonra,hisslərini şerlərə tökməklə təskinlik tapa bilmişdi. Ana mövzusuyla bağlı vir neçe mahnı yazmışdı. «Ana», «Ana duası», «Şəhid oğulları».
Yaradıcı adama nə xasdırsa,hamısını özündə cəmləşdirən Ruhəngiz Qasımovanın iş çantasında hələ nə qədər işıq üzü görməmiş əsərləri var.Son illərin məhsulu dörd hazır pyes-ikisi televiziya,ikisi dram tamaşası üçün yazılmışdır. «Müavin»-yumoristik pyes,müasir mövzulu balet librettosu və sairə və sairə. Bizim arzumuz bütün bu əsərlərin tez bir zamanda işıq üzü görməsidir.
Bir də biz görüşəndə, Ruhəngiz xanım mənimlə zarafat edib dedi ki: «heç bir fəxri adım yoxdur, sən nə yaza biləcəksən ki,axı bəstəkarların adının yanında titulları yazılmalıdır». Bu günlərdə isə, Ruhəngiz Qasımovanın yubiley ilində ,ölkə başçımızın ona ən gözəl hədiyyəsi oldu. O, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görüldü.Biz də öz növbəmizdə bu gözəl xanımı yubileyi və fəxri ad almağı münasibətiylə təbrik etməyi özümüzə borc bildik.
|