جسربأب حكاكذبةةكرب
CAHANGIR CAHANGIROVUN MAHNILARI
Leyla QULIYEVA
Search

جسربأب حكاكذبةةكرب
ÜZEYIR HACIBƏYOVUN
Gülzar MAHMUDOVA
CAHANGIR CAHANGIROVUN MAHNILARI
Leyla QULIYEVA
VASIF ADIGÖZƏLOVUN VOKAL YARADICILIĞININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
RƏHILƏ HƏSƏNOVANIN MÜƏLLIF ÜSLUBUNUN BƏZI XÜSUSIYYƏTLƏRI
Kəmalə ƏLƏSGƏRLI
UŞAQ XOR IFAÇILIĞININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Allahverdi XƏLƏFOV
AZƏRBAYCAN XALQ RƏQSLƏRININ NOT YAZILARI HAQQINDA
Elnarə DADAŞOVA
QARA QARAYEVIN FORTEPIANO MUSIQISININ TARIXI ZƏMINI
Nərgiz ABDULLAYEVA
ASƏF ZEYNALLININ YARADICILIĞINDA FORTEPIANO FUQALARININ INTONASIYA XÜSUSIYYƏTLƏRI
Natəvan QƏDIMOVA

 


       Cahangir Cahangirovun yaradıcılığının maraqlı səhifəsi mahnıdır. O, mahnı janrına bütün ömrü boyu daima müraciət etmişdir. Bu janrda məhəbbətlə, çox səmimi, ən müxtəlif hiss və əhval-ruhiyyəni bilavasitə çatdırmışdır.

       Cahangir Cahangirovun özünün mahnı yaradıcılığında səmimi olaraq, lirik mahnıya əhəmiyyətli yer ayırmışdır. Lakin lirik tematika ilə yanaşı, bəstəkarın yaradıcılığında başqa mahnı qrupları da təqdim olunmuşdur. Onlardan biri – əmək mahnılarıdır, o birisi mühüm çox əhəmiyyətli olan, Vətəni şöhrətləndirən, sülh uğrunda mübarizəyə həsr olunmuş patriotik-qəhrəmanlıq mahnıları qrupudur. Cahangir Cahangirovun vokal yaradıcılığında (az miqdarda), həmçinin satirik tematika da vardır. Uşaq mahnıları da müəyyən yer tutur.

       C.Cahangirovun mövzusu geniş və cürbəcürdür. Onlarda öz vətəninə, doğma şəhərə, xalqına sevgi, əmək sevinci, ümumən vətənpərvərlik mahnıları əks etdirilir.

       Öz mövzusuna və emosional tonusuna görə lirik mahnılar xüsusən müxtəlifdir. Bu, həm sevgi lirikası (misal üçün, "Nazənin", "Gözlərin" mahnılarında, xor üçün qəzəllərdə) və şən təbiət lirikası (misal üçün "Gəl gözəlim", "Bahar nəğməsi", "Çiçəklər") və oynaq mahnılar – ("Kaspi"), sakit, xəyalpərəst lirika "Dan ulduzu, bir də mən" xor lirik "Kərəm kimi" mahnılardır. Belə tipli, bir çox mahnıların xarakterik xüsusiyyəti C.Cahangirov üçün səciyyəvi olan muğam prinsipli fikrin vaxtaşırı get-gedə açılmasını başlanğıc kimi götürən lirik-nəqlilikdir. Məhz bu xüsusiyyətlər üslubun başqa əlamətləri ilə bir sırada C.Cahangirovun mahnılarını başqa müəlliflərin (F.Əmirovun, T.Quliyevin, S.Rüstəmovun və s.) mahnılarından fərqləndirir.

       Cahangir Cahangirovun bəzi mahnılarını gözdən keçirək.

       "Dan ulduzu, bir də mən" mahnısı – dinc ulduzların aylı gecədə sakitcə işıqlanmasını və uşağının sakitliyini gözləyən, sevən ananı təsvir edir. Mahnının musiqisi şerin aydın hissiyatına bütünlüklə qatılmışdır. Mahnının melodiyası çox plastik, çevikdir. O, sakitcə çevrilir. Başlanğıcın hərəkətdə olan intonasiyası və frazanın sonunda yumşaq "uçuşlu" zəif hissə ilə özünün zərif istiliyi "Bayatı şiraz" ladının xarakterik dövriyyəsi ilə cəzb edir. Aydın "Beşik nəğməsi" melodiyası mehriban və səmimi səslənir.

       Harmoniyada xalq musiqisinə yaxınlığı sanki yada salan subdominanta başlanğıcı qeyd olunur. C.Cahangirov majorlu subdominanta ilə harmoniyanı təravətləndirir.

       Klassik iki hissəliliyə oxşamayan orijinallıq mahnıya özünəməxsus forma verir.

       "Dan ulduzu" mahnısında hissələr arasında ziddiyyət Azərbaycan xalq musiqisində (maye, bayatı-şiraz və hüzzal) olduğu kimi ahəng vasitəsi ilə nəzərə çatdırılır.

        Misal ¹ 1

       Buna başqa mahnılarda da rast gəlinir. Misal üçün "Lirik mahnı", "Beşik nəğməsi" və s.

       "Gözlərin" mahnısının cazibədarlığı – onu dinləyərkən sevgi hissiyyatının çiçəklənməsi, sevgilinin gözəlliyinə valehlilikdir.

       Bədiilik mahnıya valsvarilik hissiyyatı verir. Xor nəqaratı onu zənginləşdirir.

        Misal ¹ 2

       Musiqiyə bir qədər zəriflik, oynaqlıq, plastiklik verən "Nazənin" mahnısı bir qədər coşğunluğa meyl göstərməklə fərqlənir.

       "Şüştər" ladında olan xarakterik kadensiya mahnıya axırda bəzi müəmmalılıq gətirir. Bunda kadensiyanın rolu az deyildir (o, minorda dominanta kimi səslənir: "sol-si bekar-re c-moll-da do).

        Misal ¹ 3

       Oynaqlıq "Kaspi" mahnısında da əsasdır. Burada öz şəhərinə sevgi təmsil olunur. Milli xarakterik əks etdirməni mahnının səmimililiyini, xülyaçı xarakterini hamar, tələsməyən vals təqdim edir.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page